Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4019/2023 27.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi «qohumluq münasibətləri faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd edib, «qohumluq münasibətləri faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5na münasibətdə qohumluq münasibətində olması, yəni X1nın X5nın övladı olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi marhum X5nın adına olmuşdur. X5 11 may 1984-cü ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra mülkdə anası onunla birlikdə yaşamış və mülkü idarə etmişlər. X1 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış evdə qardaşı ilə birlikdə yaşayır. Anası vəfat edərkən bütün dəfn xərcləri onlar tərəfindən edilmişdir. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Anasının doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən evə dair müəyyən sənədləşdirmə apara bilmir. Anasına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edərək anasının doğum haqqında akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də, onun mərhum X5na münasibətdə qohumluq münasibətlərində olması, yəni X1nın X5nın övladı olması faktının təsdiq edilməsi zəruridir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1931-ci ilə dair Bakı şəhəri Molotov rayonu Şubani qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə qəbul olunmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq göstərilmişdir ki, Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən T.Əhmədovanın doğumu haqqında, eləcə də Səkinə Zülfəli qızı haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1948-ci ildən saxlanılır. Bundan başqa, Bakı şəhəri Maraqlı şəxs tərəfindən ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, 1931-ci il təvəllüdlü mərhum anası Tura Əbülfəz qızının doğum haqqında şəhadətnaməsinin istənilməsi barədə ərizəsi ilə bağlı bildirilir kı, 1931-ci ilə dair akt qeydləri Maraqlı şəxs arxivində saxlanılmır. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun ərizədə göstərilənlərlə bağlı bütün aidiyyəti qurumlara müraciətlər ünvanlasa da, aidiyyəti qurumlar 1931-ci ilə dair sənədlərin arxivdə olmaması səbəbindən onlara müsbət bir cavab verə bilməmişdir. Hazırda o, qeyd edilənlərə əsasən nə vərəsəlik işlərini, nə də miras əmlakla bağlı heç bir sənədləşmə apara bilmir. Onlarla qonşuluqda yaşayan bütün şəxslər qeyd edilən faktı təsdiq edir ki, həqiqətən də X1 X5nın övladı olmuş və vəfat edənədək onlarla qonşuluqda yaşamışlar. Qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda göstərilənləri əsas götürməklə qeyd edir ki, mərhum X5na münasibətdə qohumluq münasibətində olması, yəni X1nın X5nın övladı olması barədə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi zəruridir. Belə ki, X5ndan anası və ona miras əmlak olaraq qalmış ünvan 3 ünvanda yerləşən mənzillə bağlı müvafiq sənədləşmələr aparılması, vərəsəliyinin müəyyən edilməsi zərurətləri yaranmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlmat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Maraqlı şəxs 01 may 2021-ci il tarixli məktubundan görünür ki, ərizəçinin 1931-ci il təvəllüdlü, mərhum X1na doğum haqqında şəhadətnamə istənilməsi barədə müraciətinə baxılmışdır. Bildirilmişdir ki, 1931-ci ilə dair akt qeydləri Maraqlı şəxs arxivində saxlanılmır. Bu səbəbdən ərizənin icrası mümkün deyil. Ərizəçiyə bununla bağlı Milli Arxiv İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin 03 noyabr 2021-ci il tarixli 2705 saylı məktubundan görünür ki, 11 may 1984-cü il tarixdə vəfat etmiş Səkinə Zülfəli qızının ölümündən sonra miras qalmış əmlakla bağlı ərizəçi tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 113/2021 nömrəli vərəslik işi açılmışdır. Ərizəçinin təqdim etdiyi sənədlərə baxış keçirilərkən notariat ofisinə verilmiş miras qalmış əmlakın sənədinin Səkinə Zülfəli qızına məxsus olması yoxlanılmışdır. Lakin qohumluq münasibətini təsdiq edən sənəd və qanunvericilikdə nəzərdə tutulan müddətin bərpa edilməsi ilə bağlı sənəd aşkar edilməmişdir. Ərizəçidən qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün və miras qoyanla qohumluq faktını təsdiq etmək üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət etməsi xahiş olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs 07 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, 1931-ci il təvəllüdlü X2 doğumu və Səkinə Zülfəli qızının övladları barədə məlumatların istənilməsinə dair Qeydiyyat şöbəsinə daxil olmuş müraciətə baxılmışdır. Müraciət edən tərəfə qanunvericiliyin tələbləri izah edilməklə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayışlar həmin şəxslərin özlərinə və ya etibarnamə üzrə qanuni nümayəndələrinə verilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 21 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, X2 (1931-ci il təvəllüdlü) doğumu haqqında şəhadətnamənin və onun anası Səkinə Zülfəli qızının övladları barədə məlumatın istənilməsinə dair Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılmışdır. Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən T.Əhmədovanın doğumu haqqında, eləcə də, Səkinə Zülfəli qızı haqqında hər hansı məlumat aşkar olunmamışdır. Xidmət qanunvericiliyin tələblərini izah etməklə, müraciət edən şəxsə Milli Arxiv İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. - Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin 01 iyun 2017-ci il tarixli və 17 sentyabr 2020-ci il tarixli məktublarından görünür ki, ərizəçi eyni məsələ ilə əlaqədar müxtəlif tarixlərdə 3 saylı «ASAN xidmət» Mərkəzinə müraciət etmiş, həmin müraciətlər Dövlət Arxivinə yönəldilmiş, Dövlət Arxivi tərəfindən 1931-ci ilə dair Bakı şəhəri Molotov rayonu Şubani qəsəbəsi üzrə, eləcə də, Molotov (Qaradağ) rayonu Qobu kəndi üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə qəbul olunmaması bildirilmişdir. - Doğum, nikahın bağlanması və evlənmək, ölüm haqqında şəhadətnamələrdən, vəsiqədən, texniki pasport və 2 saylı forma üzrə arayışlarda olan məlumatların məcmusundan görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X7, X1dır. Ərizəçinin valideynləri 29 noyabr 1952-ci il tarixdə Maraqlı şəxsndə 317 saylı akt qeydi ilə nikah bağlayaraq, ailə qurmuşlar. 1982-ci ildə ərizəçinin nənəsi Səkinə Zülfəli qızının (Sakina Zulfali kızı – kirill əlifbası ilə yazılmışdır) adına Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi massiv 4 ünvanda yerləşən 74 saylı evə dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport tərtib edilmişdir. Ərizəçinin nənəsi Səkinə Zülfəli qızı 11 may 1984-cü il tarixdə, Bakı şəhərində, beyinə qansızmadan vəfat etmişdir. Bu barədə Qaradağ rayon VVAQ şöbəsi tərəfindən 20 may 1984-cü il tarixdə 59 saylı akt qeydi aparılmışdır. Ərizəçi və ərizəçinin mərhum X1 ilə həmin ünvanda yaşamışdır. Ərizəçinin X1 23 oktyabr 2003-cü il tarixdə Bakı şəhərində, kəskin ürək-damar çatmamazlığından vəfat etmişdir. Bu barədə Qaradağ rayon VVADQ şöbəsi tərəfindən 11 noyabr 2003-cü il tarixdə 446 saylı akt qeydi aparılmışdır. Ərizəçi hazıradək qeyd olunan ünvanda yaşayır. Ərizəçinin ailəsi 4 nəfərdən ibarətdir, özü, oğlu, bacısı və qardaşı. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bundan başqa, qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi). İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Səkinə Zulfalı qızının Ərizəçi nənəsi, X1nın isə Səkinə Zulfalı qızının qızı olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət var. İş materialları ilə tam sübuta yetirildi ki, 11 may 1984-cü ildə vəfat etmiş Səkinə Zülfəli qızı (Səkinə Zulfalı qızı) xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 anası, Ərizəçi isə nənəsidir. Ərizəçi yuxarıda qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və bu səbəbdən hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə miras əmlakla bağlı hüquqi sənədləşmə işlərinin aparılması üçün zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 may 1984-cü ildə vəfat etmiş Səkinə Zülfəli qızının (Səkinə Zulfalı qızının) xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 anası, Ərizəçi isə nənəsi olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 may 1984-cü ildə vəfat etmiş Səkinə Zülfəli qızının (Səkinə Zulfalı qızının) xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 anası, Ərizəçi isə nənəsi olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4019/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4019/2023
27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver