Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4066/2025 02.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1957-ci il tarixdə Ağdam rayonu Qalayçılar kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında akt qeydində soyad qrafasında Muradov, ad qrafasında Maarif, ata adı qrafasında Surxay oğlu, doğum tarixi xx.xx.1957-ci il, doğulduğu yer Ağdam rayonu Qalayçılar kəndi, ata qrafasında X7, ana qrafasında X4, milliyyətlərinin Azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Ağdam rayonu Qalayçılar kəndində doğulmuşdur. X3, anası X2r. O, doğum haqqında şəhadətnaməsini itirmişdir. Həmin şəhadətnamənin təkrar alınması üçün ərizə ilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Onun doğum haqqında akt qeydi tapılmadığından hazırda o, doğum haqqında təkrar şəhadətnamə ala bilmir. Maraqlı şəxsndə ona aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində bildirdi ki, əslən Ağdamın Qalayçılar kəndindəndir. Ərizəçi də onların həmkəndlisidir. Həm ərizəçini, həm də onun valideynlərini tanıyır. Ərizəçi həmin kənddə doğulub. X1 ifadəsində bildirdi ki, bir kənddəndirlər. Ərizəçi ilə bir-birilərini uşaqlıqdan tanıyırlar. Ərizəçinin atası Surxay kişi, anası Tamaşa xaladır. Ərizəçi 1957-ci ildə Qalayçılar kəndində doğulub. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Ağdam rayonu Qalayçılar kəndində doğulmuşdur. X3, anası X4 olan ərizəçinin adına doğum haqqında akt qeydi Azərbaycan SSR Ağdam rayonunun səlahiyyətli orqanı tərəfindən icra edilmiş, ona doğum haqqında şəhadətnamə təqdim olunmuş, illər sonra həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçiyə pasport verilmişdir. Bundan başqa, ərizəçinin adına xx.xx.1975-ci il tarixdə NZ seriyalı ******* saylı hərbi bilet də elə həmin doğum haqqında akt qeydinə (doğum haqqında şəhadətnamədə əks olunan məlumatlara) əsasən verilmişdir. xx.xx.1984-cü il tarixli İİİ-JQ seriyalı 402682 saylı nikahın bağlanması haqqında şəhadətnamədən də görünür ki, ərizəçinin 09 avqust 1957-ci il tarixdə Ağdam rayonu Qalayçılar kəndində (Əlimədətli kənd sovetliyi) doğulduğu qeyd edilmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmiş, yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X3, anası X4 olan Ərizəçi xx.xx.1957-ci il tarixdə Ağdam rayonu Qalayçılar kəndində doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi ərizəçi doğumun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3, anası X4 olan Ərizəçi xx.xx.1957-ci il tarixdə Ağdam rayonu Qalayçılar kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində (şəhadətnamədə) soyad qrafasında Muradov, ad qrafasında Maarif, ata adı qrafasında Surxay oğlu, doğum tarixi xx.xx.1957-ci il, doğulduğu yer Ağdam rayonu Qalayçılar kəndi, ata qrafasında X7, ana qrafasında X4, milliyyətləri Azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4066/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4066/2025
02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver