Məhkəmə qərarları › İş №2(002)-410/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-410/2021

24.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-410/2021 24.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Əbdülrəhim qızının və İddiaçı2 iştirakı ilə, İddiaçı1 Əbdülrəhim qızının və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin birgə mülkiyyətlərində olan mənzildən çıxarılmasi, su sərfiyyatı ilə bağlı toplanmış borcun və mənzil kirayə haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 Əbdülrəhim qızı, İddiaçı2 cavabdeh Cavabdeh qarşı “cavabdehin birgə mülkiyyətlərində olan mənzildən çıxarılmasi, su sərfiyyatı ilə bağlı toplanmış borcun və mənzil kirayə haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar İddiaçı1 Əbdülrəhim qızının və İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 30 a nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 60.8 kv.m ümumi, 42.2 kv.m yaşayış, 18.6 yardımçı sahədən ibarət 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 1483 nömrəli reyestr kitabının 135358 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin yaşayış sahəsinin alğısatqısına dair AN-İ № ******* saylı, 29 may 2014-cü il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən “Satıcı” mənzili 18000 manata satmış, “Alıcı” isə həmin qiymətə almışdır. Qeyd edilən Müqavilənin 11-ci bəndinə əsasən “Satıcı” mənzili yardımçı vasitələri ilə birlikdə “Alıcı”nın bəyənib, qiymətində razılaşdığı vəziyyətdə, müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 3 il onun faktiki sahibliyinə verməyi, “Alıcı” isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müddət başa çatmış, lakin cavabdeh mübahisəli mənzildən çıxmamış, mənzil ona təhvil verilməmişdir. Bununla əlaqədar olaraq o, cavabdehə əlavə olaraq 10000 manat pul verməli olmuşdur ki, o, mənzili tərk etsin. Lakin cavabdeh bu dəfə də mənzildən çıxmamış, ona hər ay 200 manat kirayə ödəməsi barədə onunla razılığa gəlmişdir. Bu minvalla cavabdeh ona bir neçə ay 180 manat kirayə haqqı verdikdən sonra ödənişləri dayandırmışdır. İddiaçı dəfələrlə cavabdehə kirayə haqqını ödəməyi, ya da evdən çıxmağı tələb etsə də cavabdeh ona narahat olmamağı, pulu olanda evin kirayə haqqını verəcəyi barədə vəd vermişdir. Sonradan isə ümumiyyətlə kirayə pulunun ödənilməsindən imtina etmişdir. Cavabdehin onların mənzilində yaşamaları narahatçılıq yaradır. Hazırda ona məxsus mənzilə dair hər hansı bir hərəkət edə bilmir. Göstərilənlərə əsasən, Cavabdeh mənzildən çıxarılması, mənzilin digər şəxslərin təsirindən azad olunaraq, iddiaçılara təhvil verilməsi su sərfiyyatı ilə bağlı toplanmış borcun, həmçinin ödənilməmiş mənzil kirayə haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 Əİbdülrəhim qızı və İddiaçı2 iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçılar İddiaçı1 Əbdülrəhim qızı və İddiaçı2 izahatını dinləyib, mülki işi materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi RX seriyalı, ******* nömrəli, 10.01.2015-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 30 a nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 60.8 kv.m ümumi, 42.2 kv.m yaşayış, 18.6 yardımçı sahədən ibarət 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 1483 nömrəli reyestr kitabının 135358 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 29 may 2014-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 30 a saylı evin 22 saylı mənzili Cavabdeh tərəfindən İddiaçı1 Əbdülrəhim qızına satılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC Qaradağ rayon sukanal idarəsinin 05.02.2021-ci il tarixli hesab fakturasının surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 30 a saylı evin 22 saylı mənzilinin abonenti Cavabdeh su sərfiyyatını ödəmədiyinə görə 357,76 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə 2007-ci il tarixli qərarında X1 Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 1 saylı Protokolun 1-ci maddəsinin tələbi ondan ibarətdir ki, mülkiyyət hüqüqundan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Məhkəmənin hüquqi mövqeyinə görə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunililik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Qeyd edilən Qərarda Avropa Məhkəməsi hesab etmişdir ki, şəxsin (məcburi köçkün) şikayətçinin mənzilini tərk etməməsi şikayətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna zidd olub. Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsini aydınlaşdırmağı gərəksiz edir. Məhkəmə qərara almışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub. İşin araşdırılan hallarından görünür ki, İddiaçı1 Əbdülrəhim qızı ilə Cavabdeh arasında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 30 a, mənzil 22-də yerləşən daşənmaz əmlakın alğı-satqısına dair AN-İ № ******* saylı, 29 may 2014-cü il tarixli müqavilə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi RX seriyalı, ******* nömrəli, 10.01.2015-ci il tarixli “Çıxarışa” əsasən mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alğı-satqısına dair AN-İ № ******* saylı, 29 may 2014-cü il tarixli müqavilənin 4-cü bəndindən müəyyən edilir ki, “Satıcı” mənzili 18000 manata satmış, “Alıcı” isə həmin qiymətə almışdır. Qeyd edilən Müqavilənin 11-ci bəndinə əsasən “Satıcı” mənzili yardımçı vasitələri ilə birlikdə “Alıcı”nın bəyənib, qiymətində razılaşdığı vəziyyətdə, müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 3 ilə onun faktiki sahibliyinə verməyi, “Alıcı” isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürmüş, lakin həmin müddət başa çatdıqda cavabdeh mübahisəli mənzildən çıxmamış, müqavilə şərtlərinə uyğun olaraq mənzili iddiaçılara təhvil verilməmişdir. İddiaçılar dəfələrlə cavabdehdən mənzildən çıxmağı tələb etsələr də, cavabdeh mənzili tərk etməmişdir. Bundan başqa, Cavabdeh mübahisəli mənzildə tərəflər arasında yazılı müqavilə mövcud olmasa da orada kirayənişin kimi uzun müddət yaşamış və yaşadığı müddət ərzində su sərfiyyatı ilə bağlı 357,76 manat borcu yaranmış, qeyd edilən məbləğ onun tərəfindən "xxxx" ASC-nin hesabına ödənilməlidir. Kirayə müqaviləsinin anlayışı Mülki Məcəllənin 675-ci maddəsində müəyyən olunmuşdur: əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Tərəflərin arasında göstərilən məzmunda şifahi formalı kirayə müqaviləsinin bağlandığını iddiaçı tərəfin izahatından başqa təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında kirayə münasibətinin mövcud olduğunu müəyyən edə bilməz və cavabdehin üzərinə kirayə haqqı ödəmək vəzifəsi qoya bilməz. İddiaçılar cavabdehlə onlar arasında yazılı formalı kirayə müqaviləsinin olmasınınsübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə yükü onun üzərinə düşür. Qeyd edilənlərə və məhkəmə baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 30 a saylı evin 22 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil digər şəxslərin təsirindən azad olunaraq, iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 30 a saylı evin 22 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın və mənzil digər şəxslərin təsirindən azad olunaraq, iddiaçılara təhvil verilsin. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 30 a saylı evin 22 saylı mənzildə su sərfiyyatı ilə bağlı toplanmış 357,76 manat borc Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Həmin məbləğ ondan tutularaq, iddiaçılar İddiaçı1 Əbdülrəhim qızı və İddiaçı2 ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar