Məhkəmə qərarları › İş №2(002)-42/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-42/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-42/2022 18.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 14 oktyabr 2015-ci il tarixli 0731/15/ÇF/PB saylı kredit müqaviləsinə əsasən 4.248 ABŞ dolları 67 sent əsas borc, 2.983 ABŞ dolları 85 sent faiz, 5.020 ABŞ dolları 56 sent cərimə olmaqla, cəmi 12.253 ABŞ dolları 08 sent kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; kredit müqaviləsi üzrə tələbin Cavabdeh məxsus «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; avtomobilin 8.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 14 oktyabr 2015-ci il tarixli 0731/15/ÇF/PB saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 1 saylı əlavə imzalanmaqla kredit müqaviləsinin müddəti 72 ay, faiz dərəcəsi isə 22 faiz kimi müəyyən edilmişdir. 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 72 ay müddətinə, illik 22 faizlə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixli 0731/15/ÇF/PB saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh özünə məxsus olan «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilini ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi DİN DYPİ-də 134993 saylı çıxarışa əsasən qeydiyyatdan keçirilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faizi həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vatı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 14 oktyabr 2015-ci il tarixli 0731/15/ÇF/PB sylı kredit müqaviləsinə əsasən X1 idiaçıya 4.248 ABŞ dolları 67 sent əsas borc, 2.983 ABŞ dolları 85 sent faiz, 5.020 ABŞ dolları 56 sent cərimə olmaqla, cəmi 12.253 ABŞ dolları 08 sent borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönədilməli, həmin əmlak hərracda satılmalı və qeyd olunan əmlakın satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 0731/15/ÇF/PB saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 26 % ödənilməsi şərti ilə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə 15 fevral 2016-cı il tarixli 1 saylı əlavə və dəyişiklikdən görünür ki, kreditin müddəti 72 ay, illik faiz dərəcəsi 22 % təyin edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 4.248 ABŞ dolları 67 sent əsas borc, 2.983 ABŞ dolları 85 sent faiz, 5.020 ABŞ dolları 56 sent cərimə olmaqla, cəmi 12.253 ABŞ dolları 08 sent borcunun mövcud olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2022-ci il tarixli 9/4377 saylı ekspert rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 0731/15/ÇF/PB saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq 31 may 2020ci il tarixə (maliyyə arayışı üzrə tarixə) Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcu 5.517 ABŞ dolları 52 sent məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 4.319 ABŞ dolları 29 sent; - faiz üzrə – 1.198 ABŞ dolları 23 sent. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 14 oktyabr 2015-ci il tarixli 0731/15/ÇF/PB saylı ipoteka müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, 14 oktyabr 2015-ci il tarixli 0731/15/ÇF/PB saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka ipoteka qoymuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 01 fevral 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 01 fevral 2021-ci il tarixə orta bazar qiyməti 18.000 manat, likvid qiyməti 16.800 manatdır. Qiymətləndirmə xərci 200 manat təşkil edir. Bildirişdən görünür ki, İddiaçı BOKT ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.248 ABŞ dolları 67 sent əsas borc, 1.198 ABŞ dolları 23 sent faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 5.946 ABŞ dolları 90 sent pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli; tələb ipoteka predmeti olan «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, avtomobilin ilkin satış qiyməti 16.800 manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı BOKT ASC-yə ödənilməli, İddiaçı BOKT ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh ümumi qaydada tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 200 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 500 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.248 ABŞ dolları 67 sent əsas borc, 1.198 ABŞ dolları 23 sent faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 5.946 ABŞ dolları 90 sent pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərracdan satılsın, avtomobilin ilkin satış qiyməti 16.800 manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı BOKT ASC-yə ödənilsin. İddiaçı BOKT ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh ümumi qaydada tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 200 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar