Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-4217/2023 11.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona ailə qurmaq niyyətinin olmadığını bildirdiyinə görə aralarında bağlanmış nikahın saxta elan edilməklə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, tərəflər arasında faktiki ailə qurulmaqla onların birgə nikahdan iki övladı olduğundan, eyni zamanda hazırda məhkəmənin icraatında eyni tərəflər arasında nikaha xitam verilməsi tələbinə dair mülki iş olduğundan (İddiaçı Cavabdeh qarşı nikahın pozulması və birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması tələblərinə dair 2(002)- 1201/2023 saylı mülki iş məhkəmənin icraatındadır), hazırki iddia ərizəsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, tərəflər arasında faktiki ailə qurulmaqla onların birgə nikahdan iki övladı vardır, eyni zamanda hazırda eyni iddiaçı tərəfindən eyni cavabdehə qarşı nikahın pozulması və birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması tələblərinə dair iddia qaldırılmışdır və həmin mülki iş hazırda məhkəmənin icraatındadır. Belə olan halda, eyni iddiaçı tərəfindən eyni cavabdehə qarşı nikahın saxta hesab edilməklə etibarsızlığı barədə təqdim edilmiş hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia ərizəsinə icraatda olan mülki iş üzrə iddia ərizəsinə əlavə edilən mediasiya arayışının surəti əlavə edilmiş, həmçinin dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-4217/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4217/2023
11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver