Məhkəmə qərarları › İş №2(002)-4232/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4232/2025

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4232/2025 11.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1998-ci ildə vəfat etmiş X3 xx.xx.1986-cı ildə vəfat etmiş X1nun anası olmaqla onun nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1986-cı ildə vəfat etmiş (Akt qeydi 13) X12 onun atası, xx.xx.1998-ci ildə vəfat etmiş (Akt qeydi 13) X13 isə atasının anası olmaqla onun nənəsidir. Atasının doğum haqqında şəhadətnaməsi mövcud olmadığından nənəsi X13 ilə qohumluq faktı təsdiq edilmir. Atasının doğum haqqında şəhadətnaməsinin mövcudluğu barədə Qazax Rayon Dövlət Arxivinə müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli, 5-58-9-29/2-10/2024 nömrəli Arxiv Arayışında bildirilir ki, “X9 159 saylı fonda saxlanılan 1935-1942-ci illərə aid doğum haqqında sənədlərində Musaköy kəndində doğulmuş (1940-cı il) X5 adı və soyadı doğum kitablarında aşkarlanmadı. Məhkəmə baxışı zamanı Ərizəçi iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ərizəni müdafiə edərək, öz izahatında bildirdi ki, özü Qazaxda yaşayır, qeydiyyatı Qaradağdır. 1 qardaş və 1 bacısı sağdır. Nənəsi evi vərəsəliklə ona verib, o sənədi alsa atasının oğlu olmağını təsdiq edəcəkdir. Vəsiyyətnamə 1998-ci ildə olub. Nənəsi atasından sonra ölüb. X7 kəndində, atası isə Sumqayıtda yaşayıb. X10 kəndində ölüb. X11 bibisi, X6 əmisidir və sağdırlar. Bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır İş materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən, X9 159 saylı fonda saxlanılan 1935-1942-ci illərə aid doğum haqqında sənədlərində, Musaköy kəndində doğulmuş (1940-cı il X18) oğlunun adı və soyadı doğum kitablarında aşkarlanmadı. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli 05/09/S/087584-25 nömrəli arayışa əsasən, XX.XX.1912-ci il təvəllüdlü X13 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.1998-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. A.Babayeva öldüyü xx.xx.1998-ci i tarixədək Subay olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AZ-T 309449 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi xx.xx.1963-cü ildə anadan olmuşdur. X1, anası X2. İş materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Xanlıqlar kənd sakini X3 təsərrüfatı, təsərrüfat başı kitabında aşağıdakı qaydada qeyd edilmişdir. Qazax rayon İcra Hakimiyyəti Başçısının Xanlıqlar kənd Ərazi Dairəsi üzrə 1996-2000-ci illərə aid 6 saylı təsərrüfat başı kitabının 108-ci səhifəsində X3 təsərrüfatı aşağıdakı qaydada olmuşdur. X13 (1912-ci ildə anadan olub) (xx.xx.1998-ci ildə vəfat edib, Akt 17, xx.xx.1988) Təsərüffatda cəmi 0.20 ha torpaq sahəsi, ümumi sahə 91 kv.m, yaşayış sahəsi 60 kv.m ev mövcuddur. İş materiallarında olan fərdi uçot kartoçkasından görünür ki, X4 anası X8r. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, Asya Fazilin anası olmaqla Seymurun nənəsidir. Ataları ayrıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qəraraın 2.3-cü bəndində qeyd eidlmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsində ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, həmin sübutlar əsasında Ərizəçi X13 ilə qohumluq münasibətinə (nənəsi olması) dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapması halını əsas götürərək, sadalanan hüquq normalarını rəhbər tutaraq, habelə qeyd edilən hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinin məhz vərəsəlik işi ilə (mirasdan pay almaq üçün) əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, X3 Ərizəçi ilə qohumluq (nənəsi olması) faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı X3 birinci növbə üzrə vərəsələrinin (ər, uşaqlar, valideynlər) olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci ildə vəfat etmiş X3 xx.xx.1986-cı ildə vəfat etmiş X1nun anası olmaqla Ərizəçi ilə qohumluq (nənə olması) faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti elektron kabineti vasitəsi ilə verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar