Məhkəmə qərarları › İş №2(002)-43/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-43/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-43/2022 01.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.06.2018-ci il tarixli, 27İK/18 saylı kerdit müqaviləsinə xitam verilməsi, cavabdehdən "xxxx" ASC-nin xeyrinə 82804,53 manat əsaş, 6426,32 manat faiz, 23,51 manat cərimə, cəmi 89254,36 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev İD, giriş 2, mənzil 117 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 06.06.2018-ci il tarixli 27İK/18 saylı kredit müqaviləsinə əsasən ona 300 ay müddətinə illik 8% ödəmək şərtilə 84000 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-cimaddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanm mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdeh Cavabdeh ilə bağlanmış 07.06.2018-ci il tarixli 27İKİ/18 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev İD, giriş 2, mənzil 117 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67, M6, m3) ünvanında yerləşən yaşayış sahəsi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və 28.08.2018ciilarixdə AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır.Cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Nəticədə kredit alanın banka 22.06.2020-ci il tarixə 82804,53 manat əsas, 6426,32 manat faiz, 23,51 manat cərimə, cəmi 89254,36 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək,məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq vəsatətləriin təmin edilərək, və ekspertiza xərcinin iddiaçı tərəfindən ödənildiyi nəzərə alınaraq ekspertiza tədqiqatının dəyəri 350(üç yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, iddiaçı izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış 06.06.2018-ci il tarixli 27İK/18 saylı kredit müqaviləsindən görünür ki "xxxx" ASC-tərəfindən Cavabdeh oğluna 300 ay müddətinə illik 8 faiz ilə ödəmək şərti ilə 84000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 07.06.2018-ci il tarixli 27İK/18 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh oğlu(alıcı və ipoteka qoyan) 2406.06.2018-ci il tarixli 27İK/18 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, özünün mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev İD, giriş 2, mənzil 117 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi "xxxx" ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.06.2018-ci il tarixli 27İK/18 saylı kredit müqaviləsi üzrə banka 82804,53 manat əsaş, 6426,32 manat faiz, 23,51 manat cərimə, cəmi 89254,36 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 06.06.2018-ci il tarixli 27İK/18 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu aylıq 648,33 manat olmaqla, 300 aya 84000 manat məbləğində kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev İD, giriş 2, mənzil 117 (yeni qaydalarla: ünvan 1 mülkiyyət hüququ yüklü edilən şəxs Cavabdeh oğlu, xeyrinə hüquq yüklü edilən hüquqi şəxs isə "xxxx" ASC-nin 17 saylı filialıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli 2(002)-127/2021 saylı qərardadı ilə təyin edilmiş "xxxx" MMC-nin 07.01.2022-ci il tarixli 01 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 2, mənzil 117 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,29 kv.m olan mənzilin real bazar qiymət real bazar dəyəri təqribən 100.000,0 (yüz min) manat likvid dəyəri isə təqribən 95.000,0 (doxsan beş min) manat təşkil etdiyi müəyyən edilir.Aparılmış tədqiqatın məbləği 350 manat təşkil edir.Qeyd: Göstərilən ünvanda yerləşən mənzillərin əmlak bazarında mövcud olan tələb və təklifdən, həmin sahənin istifadə imkanlarından və digər amillərdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə yüksəlmə və yaxud azalma olması istisna edilmir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Cavabdeh oğluna 06.06.2018-ci il tarixli 27İK/18 saylı kredit müqaviləsinə əsasən 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 84000 manat məbləğində kredit pulu ödəməyi öhdəsinə götürmüşdür. 06.06.2018-ci il tarixli 27İK/18 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 07.06.2018-ci il tarixli 27İK/18 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh oğlu kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, cavabdehin mülkiyyətində olan “Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 2, mənzil 117 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,29 kv.m olan mənzil kredit verən "xxxx" ASC-nin xeyrinə yüklü etmişdir. Cavabdeh oğlu kredit müqavilələrinin şərtlərini pozaraq və ödəniş cədvəlləri üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlaka tutma yönəldilməli və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 95000 manat müəyyən olunmalıdır “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 2, mənzil 117 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,29 kv.m olan mənzil boşaltmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 06.06.2018-ci il tarixli 27İK/18 kredit müqaviləsi üzrə 82804,53 manat əsaş, 6426,32 manat faiz, 23,51 manat cərimə, cəmi 89254,36 manat borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalı, 06.06.2018-ci il tarixli 27İK/18 saylı kredit müqaviləsi əsasən tələb üzrə tutma Cavabdeh oğlunun, mülkiyyətində olan “Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 2, mənzil 117 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,29 kv.m olan mənzilə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" ASC-nin xeyrinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalı, evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh, tutularaq Unibank» ASCnin xeyrinə ödənilməli, açıq hərrac keçirildikdən ən geci 1 (bir) ay sonra ev boşaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Unibank» ASC-nin xeyrinə 06.06.2018-ci il tarixli 27İK/18 kredit müqaviləsi üzrə 82804(səksən iki min səkkiz yüz dörd) manat,53(əlli üç) qəpik əsaş, 6426(altı min dörd yüz iyirmi altı) manat,32(otuz iki) qəpik faiz, 23(iyirmi üç) manat,51(əlli bir) qəpik cərimə, cəmi 89254(səksən doqquz min iki yüz əlli dörd) manat,36(otuz altı) qəpik borcu, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350(üç yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. və ödənilmiş 30(otuz) manat dövlət rüsumu tutulsun. Tələb üzrə tutma Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 2, mənzil 117 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,29 kv.m olan mənzilə yönəldilsin. Həmin ev açıq hərracdan satılsın. Evin ilkin satış qiyməti 95000(doxsan beş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği “Unibank» ASCyə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh oğlundan tutularaq “Unibank» ASC -yə ödənilsin. Açıq hərrac keçirildikdən ən geci 1 (bir) ay sonra ev boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar