Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-43/2025 15.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-43/2025 saylı qərardadında yol verilmiş yanlışlığın düzəldilməsi məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, X3, X4 və Cavabdeh5 qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzilinə köçürülməklə həmin mənzildən istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü, əlil övladı X5 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzilinə köçürülməklə həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(002)- 1823/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə, eləcə də, apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-43/2025 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(002)-1823/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilmiş, 110 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qərara alınmışdır. Məhkəmədə işə baxmış hakim tərəfindən həmişəki kimi qətnamə və qərardadların icrasına nəzarət edilərkən müəyyən edilmişdir ki, həmin qərardadda 110 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi düzgün göstərilsə də, ekspertiza xərcinin köçürülməsi müəyyən edilmiş hesabın rekvizitləri qeyd olunmamışdır. Məhkəmə tərəfindən öz təşəbbüsü ilə həmin yanlışlığın aradan qaldırılması məsələsinə baxılmasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qeyd olunan məsələyə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qərardadda yol verilmiş yanlışlıq düzəldilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Məhkəmə hesab edir ki, yol verilmiş yanlışlıq qərardadın icrası baxımından əhəmiyyətli olduğundan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-43/2025 saylı qərardadının nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 228, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-43/2025 saylı qərardadının nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-43/2025 saylı qərardadının nəticə hissəsində ekspertiza xərcinin köçürülməsi nəzərdə tutulan hesabın rekvizitlərinin: Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu: 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı - X1 Kodu - 210005 VÖEN - ********** Müxbir hesab - AZ41NABZ******************** SFİFT BİK - CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: ********** Hesab AZ34CTRE******************** - olması nəzərə alınsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-43/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-43/2025
15.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver