Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-440/2021 01.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 ona məxsus Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 17 saylı evin, 19 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmənin ünvanına iddia tələbinə dəqiqləşdirmə ərizəsi göndərərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 17, mənzil 19 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-nin xx.xx.2008-ci il tarixli, ******* nömrəli çıxarış əsasında mənə məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 17 saylı evin, 19 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2008-ci il tarixdə MH seriyah ******* saylı onun adına çıxarış verilmişdir. Cavabdeh onun keçmiş gəlinidir. Gəlini ilə oğlu arasında qeydə alınmış rəsmi nikahları Qaradağ Rayon Məhkəməsinin 2(002)-1359/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mərhum həyat yoldaşı X1 onun fəaliyyət qabiliyyəti olmamasından istifadə edərək, onun razılığı ilə sözügedən mənzilə pasport qeydiyyatına düşmüşdür. Həyat yoldaşı 1-ci qrup əlil olmuş, 2004-cü ildən ona müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh hal-hazırda faktiki olaraq qeyd etdiyi ünvanda yaşamır. O, sadəcə olaraq həmin ünvanda pasport qeydiyyatındadır. Cavabdehin faktiki olaraq harda yaşaması barədə isə heç bir məlumatı yoxdur. Cavabdehin faktiki olaraq həmin ünvanda yaşamadığı halda qeydiyyatda olması onun mülkiyyəti üzərində sərəncam verməyinə və kommunal xərclərin ödənilməsinə maneçilik törədir. Bu səbəbdən də, mən cavabdehin qeyd edilən ünvanda “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Cavabdehin formal olaraq onun mülkiyyəti olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüququnun əsas elementi olan sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu isə qanunvericilikə yolverilməzdi. Cavabdeh faktiki olaraq könüllü olaraq köçüb başqa ünvanda yaşamağa başladığı andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Beləliklə də, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 17, 19 saylı mənzilə dair cavabdehin “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” barədə qətnamə qəbul edilməlidir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəmənin ünvanına müvafiq etiraz ərizəsi göndərərək, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair» iddia ərizəsini əsassız olduğundan rədd edib, İddiaçı onun, yəni Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 17 saylı evin, 19 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh müvafiq etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə (hakim Gülnar Əhmədova) müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 17 saylı evin, 19 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə etirazın verilməsi zəruridir. Belə ki, o, Cavabdeh aşağıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz edir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 17 saylı evin, 19 saylı mübahisəli mənzili mərhum qaynatası X5 məxsus olmuş, o xx xxxx 2007-ci il tarixdə oğlu X10 ilə rəsmi nikaha daxil olmuş, qaynatasına məxsus mənzilə qaynatasının və ailə üzvlərinin razılığı ilə ona məxsus cehiz əmlakları mənzilə yerləşdirilməklə bir gəlin kimi köçərək yaşamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 17 saylı evin, 19 saylı mənzilindən icarədar qaynanası tərəfindən döyülərək hamilə vəziyətində qovulmuşdur, məcburiyyət qarşısında qalaraq X4 ilə birlikdə başqa mənzilə kirayədə yaşamaq üçün köçmüşdür. Eyni zamanda məhkəməyə «mənzilə olan yaşayış hüququmun tanınması, istifadə hüququnun müəyyən olunması və mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi ilə müraciət edərək mübahisəli mənzilə yaşayış hüququnun tanınmasını, istifadə hüququnun müəyyən edilməsini və mənzilə köçürülməyini tələb etmişdir. Qaradağ rayon məhkəməsinin 2-829/2007 №-li mülki iş üzrə xx xxxxxx 2007ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin olunmuş, onun mübahisəli mənzilə yaşayış hüququ tanınmış və həmin mənzilə köçürülmüşdür. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq, icra edilmiş, icra məmurları tərəfindən mənzilə köçürülmüş və mənzilin açarı ona təqdim edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı - keçmiş qaynanası İddiaçı ona mənzildə yaşamağa imkan vermədiyindən, dəfələrlə döyüldüyündən ən əsas X4 mütəmadi baş verən narazılıqlara görə mənzildən çıxıb kirayə yaşamaqları təkid etdiyindən, yəni o, kirayədə yaşamaqları tələb etdiyindən, o də ailəsi dağılmasın deyə məcburiyyət qarşısında qalaraq əri və uşaqlarıyla birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışdır. İcra məmurları tərəfindən verilmiş mənzilin açarı əriylə birgə yaşadıqlarından X6 olmuş, daha sonra mənzilin açarı dəyişdirildiyindən, mənzilin yeni açarı qaynanası və əri tərəfindən mənə təqdim edilmədiyindən mənzildə yaşaya bilməmişdir. Müxtəlif ünvanlarda kirayədə yaşadıqlarından, bu ailənin büdcəsinə istəristəməz təsir göstərdiyindən, atası Qəniyev Qulam qeydiyyatda olduqları və yaşamış olduqları mənzildə qaynanası yaşamağa imkan vermədiyindən müvəqqəti olaraq ona məxsus olan yaşayış evinə köçərək, orada yaşamaqları, həmin müddətdə topladıqları pul vəsaiti ilə özlərinə fərdi yaşayış evi inşa etməkləri məsləhət bildi. Kirayədə yaşamaqdan bezdiklərindən və başqa çıxış yolu görmədiklərindən atasının təklifi ilə razılaşaraq ona məxsus, ünvan 2 ünvanında olan evə köçmüşlər və birgə nikah dövründə Abşeron rayonu, Hövsan südcülük sovxozu ərazisində yerləşən 0.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində fərdi yaşayış inşa etməyə başlamışlar. Həmin torpaq sahəsi üzərində birgə vəsaitləri hesabına 3 otaqlı həyət evi tikilmişdir və bu məqsədlə 25.000 manat vəsait sərf etmişlər. Lakin tikilmiş evin tikintisi tamamlanmadığından orada yaşayış mümkün olmadığından həmin ünvana köçməmişlər. İşlərin tamamlanmasını gözləmişlər. Həmin ərəfələrdə onun X4 arasında münasibətlər 2019-cu ilin dekabr ayından, onun mərhum atasının 3 yas mərasimindən sonra qəfil pisləşmişdir. Belə ki, əri Əhməd birgə nigah dövründə «Access Bank»a qoyulmuş onun adına olan 15.000 manat pulu bankdan çıxararaq ona verməyini dəfələrlə tələb etmiş, ona hədə-qorxu gəlmiş, o da özümün və uşaqlarımın rahatlığı naminə, ailəsi dağılmasın deyə 2020-ci ilin iyun ayında bankdan həmin pulu çıxararaq cavabdehə vermişdir. Daha sonra X4 baxmayaraq ona xəyanət etmişdir, ona qarşı şər-böhtan xarakterli əsaslarla nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı rayon Qaradağ rayon Məhkəməsinə müraciət edərək boşanmaqları təkid etmişdir. O də ona qarşı aliment tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin iş № 2(002)-1359/2020, xx.xx.2020- ci il tarixli qətnaməsinə əsasən X10 ilə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalması müəyyən edilmiş və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 170 manat aliment, cəmi 340 manat kəsilmişdir. X4 ilə nikahları pozulduqdan sonra yenidən məhkəməyə müraciət edərək ona əmlak və pul tələbinə dair iddia qaldırdı. O da ona qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsünə dair iddia qaldırmaq məcburiyyətində qaldı. Hansı ki, həmin iddia tələblərinə dair mülki iş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatındadır və nəticələnməmişdir. Cavabdeh boşandıqdan sonra birgə tikdikləri evi ona və uşaqlarına vermədiyindən o da məhkəmə qətnaməsinə əsasən yaşayış hüquqları tanınmış və köçürüldüyü, halhazırda uşaqlarıyla qeydiyyatda olduğum mənzilə köçməyini, mənzilin açarını ona təqdim etmələrini keçmiş ərindən və qaynanasından tələb etdi. Ona mənzilin açarını verməkdən imtina etdilər, həmçinin bildirdilər ki, mənzildə kişi kirayənişinlər yaşayır, o orada yaşaya bilməz. O israr etdikdə isə bildirdilər ki, «orada kişi kirayənişinlər yaşayır, sən də gedib onlara xidmət edərsən» cavabını verdilər. Ona görə də o mübahisəli mənzilə köçürlməyi barədə ərizə ilə həm Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə müraciət etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 17/65-243/Ş №-li, xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə ona barəsində olan icra sənədinin icraatda mövcud olmadığını bildirib, ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytardılar. Ona görə də o Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2007-ci il tarixli 2-879/07 saylı qətnaməsinin icrasına xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət etdi. Lakin Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin iş № 8(002)-140 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən məhkəmə iclasında iştirak etməməyi və sübutları məhkəməyə təqdim etməməyi səbəbindən ərizəsi təmin edilməmişdir. Covid-19 koronavirus pandemiyası ilə bağlı problemlər yarandığından ərizəni mübahisələndirə bilmədi. Cavabdeh İddiaçı xoşluqla qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 17, mənzil 19 ünvanında yerləşən mənzilə köçüb yaşamağına imkan vermədiyinə, eyni zamanda ərimin tikmiş olduğu evi onun və uşaqlarının istifadələrinə vermədiyinə əmin olduqdan sonra yaşayış hüquqları olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 17, mənzil 19 ünvanında yerləşən mənzilə köçərək bu günədək həmin ünvanda yaşayır. Şəxsi əmlakları həmin mənzildə yerləşir. Cavabdeh İddiaçı o uşaqlarıyla mənzilə köçdükdən sonra mənzilə gəlmiş, onu döyərək xəsarət yetirmiş, onun və səhhətində ciddi problemləri olan xəstə övladlarının psixi və mənəvi sarsıntı keçirməsinə səbəb olmuş, mənzildə olan kommunal xəttləri bağlamış, mətbəxi istifadə edə bilməyi və mənzildən çıxıb gedi deyə mətbəxi sökərək yararsız vəziyyətə salmış, kombi sistemini sökərək aparmışdır. Döyülməyiylə bağlı Azərbaycan Respublikasının DİN-nin 102 mərkəzi məlumat xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş hadisə barədə izahatlar alınmışdır. Qanunvericiliyin tələbinə əsasən məhkəmə qətnaməsinin icra edilməsi ilə bağlı müddət 30 ildir, eyni iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə qanunla yol verilmir. O isə yaşayış hüquqları olan mənzildə bu günədək iki uşağıyla yaşayır. Onun hüquqları mülkiyyətçi olmasa da istifadə edən şəxs kimi istər mülkiyyətçinin qanunsuz hərəkətlərindən, istərsə də Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin maddələri ilə qorunur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, mübahisə predmeti olan mənzilin əvvəlcə iddiaçının həyat yoldaşının adına olduğunu, daha sonra iddiaçının adına qedyiyyata alınmışdır, cavabdehin hal-hazırda Sumqayıt şəhərində yaşadığını, mübahisə predemti olan mənzildə 3-4 ay yaşadığını, daha sonra köçüb Sumqayıt şəhərində yaşadıqlarını, bu mənzili daimi tərk edib getdiklərini, məcbur evdən çıxmadığını, özünün evi tərk etdiyini, hazırda köçüb uşaqları ilə o evdə yaşadığını, uşaqlarının Sumqayıt şəhərində yerləşən məktəblərdə oxuduqlarını, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz verərək, mübahisəli mənzilə qaynatası sağ ikən köçdüyünü, lakin sonradan qaynanasının ona yaşamaq üçün imkan vermədiyini, məcbur qalaraq əri ilə kirayədə müxtəlif ünvalarda yaşadığını, müvafiq məhkəmə qətnaməsi əsasında həmin evdə yaşamaq hüququnun tanındığını, həmin mənzilə köçürüldüyünü, daha sonra həmin evi məhz qaynanasının təkidi ilə məcburiyyətdən tərk etidyini, yaşamağa başqa yerinin olmadığını, bundan əvvəlki müddətlərdə kirayədə qaldıqlarını, sonra maddi imkanı olmadığından atasına aid evdə yaşadığını, hazırda uşaqları ilə bilrikdə mübahisəli mənzildə yaşadıqlarını, uşaqları ilə birgə başqa yaşamaq yerlərinin olmadığını bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində istifadədə olan 0.1091 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 5 mərtəbəli binada, 37.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 861 nömrəli reyestr kitabının 80092 nömrəli vərəqindəxx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh ilə X10 xx xxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2020-ci il tarixli müvafiq məhkəmə qətnaməsi əsasında onlar arşında olan rəsmi nikah pozumuşdur. İş materiallarında olan xx.xx.2010-cu il tarixli arayışın məzmunundan aydın olur ki, 2007-ci il təvəllüdlü X2 rayonu 19 saylı BŞX-nin X19 müayinədən keçmişdir. İş materialalrından görünür ki, X21 həqiqətən 3-cü sinifdən Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbdə təhsil alır və hazırda 7d sinfində oxuyur, X12 1-ci sinifdən Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbdə təhsil alır və hazırda 3ç sinfində oxuyur. İş materialalrından görünür ki, Abşeron rayonu, ünvan 4 C ünvanı üzrə qaz sayğacına dair abonent Cavabdehdır, sayğacın quraşdırılması tarixi xx.xx.2012-ci il qeyd edilmiş, 2012-2021-ci il üzrə müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. İş materialalrından görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, Bak şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli Qətnaməsinə əsasən X11 Bakı şəhəri Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 17 saylı evin 19 saylı mənzilinə yaşamaq hüququ tanınması və həmin mənzilə köçürülməsi qərara alınmışdır. İş materialalrında olan 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2013-cü il tarixli arayışnın məzmunundan aydın olur ki, Cavabdeh Löpkbatan qəsəbəsi B.Niftəliyev küçəsi ev 17 mənzil 19 da yaşayır və ailə tərkibi Qurbanov Əhməd-həyat yoldaşı, Qurbanova Aylin-qızı, Qurbanova Nərgiz qızı, İddiaçı qaynana, Qurbanov Məhəmməd qaynata, Hacıyeva Emiliya baldız və onun uşaları (bu ünvanda qeydiyyatdadır, yaşamır)ibarətdir. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə dair istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 2007-ci ildə köçdüyündən və qeydiyyata düşdüüyndən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə cavabdehin istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsaəsn yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı xx xxxxxx 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qəraraına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və bu hüquq xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, tərəflrəin məhkəməyə verdiyi izahatı və iş üzrə mövcud olan sənədlər əsaısnda müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin əvvəlki mülkiyyətçisi (2007-ci il tarixdə) iddiaçının həyat yoldaşı (cavabdehin qayınatası) X8 olmuş və o, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmçinin, tərəflərin məhkəmə iclaısnda veridyi izhatı əsasında müəyyən eidlmişdir ki, cavabdeh mübahisə predemti olan mənzilə gəlin köçüb orada 3-4 ay həmin mənzildə yaşamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2007-cu il tarixli müvafiq məhkəmə qətnaməsi əsasında cavabdehin mübahisəli mənzilə dair yaşamaq hüququ tanınaraq, mənzilə köçürülməsi qərara alınmışdır. Cavabdeh 2007-ci il tarixdən həmin mənzildə pasport qeydiyyatındadır.Hazırda cavabdeh uşaqları ilə bilrikdə həmin mənzildə yaşayır. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Göründüyü kimi hazırki mülki iş üzrə cavabdehin mübahisəli mənzildə yaşamaq hüququnun tanınması və mənzilə köçürülməsi müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməsi üçün onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması halı müəyyən edildiyi halda mümkündür. Lakin məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının olmadığını, onun başqa yaşayış sahəsinə amlik olduğunu bildirsə də, həmin hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, həmin hallara dair sübut qismində cavabdehin Abşeron rayonu, ünvan 5 ünvanı üzrə qazdan sitifadə olunmasına dair abonet qismində çıxış etməsinə dair məlumatlara və cavabdehin uşaqlarının Sumqayıt şəhərində yerləşən müvafiq məktəbdə təhsil almalarına dair məlumatlara istinad etmişdir. Məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi abonent məlumatları və uşaqların məktəbdə oxumasına dair arayış ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, hər iki sübut növü cavabdehin başqa yaşayış yerinə malik olması, mübahisəli mənzilə dair ehtiyacının olmaması halını birbaşa sübut edən vasitə kimi qiymətləndiirlməsinə əsas vermir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin mübahisəli mənzilə ehtiyacının olmasının aradan qaxlması halı müəyyən edilmədiyindən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mənzildən çıxarılma hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mənzildən çıxarılması onun həmin mənzilə diar istifadə hüququna xitam verilməsinə dair əsas tələbdən törəmə tələb olduğundan və əsas tələb təmin eidlmədiyindən, iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə müvafiq qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ididaçıya aid edilməlidir. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-440/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-440/2021
01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver