Məhkəmə qərarları › İş №2(002)-4438/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4438/2025

25.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-4438/2025 25.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemdə yerləşdirilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və müvafiq bildirişin mərkəzləşdirilmiş elektron sistemdə yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında qeyd etdi ki, Bakinski rayon restoranında 1 nömrəli məktəblə üzbəüz Nizami küçəsində administrator işləmişdir. Qarşı tərəf Azərbaycan Respublikasından getmişdir. ünvan 1 ünvanında yaşayır. Qarşı tərəf onun uşaqlıq dostunun dayısıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməli olduğu halda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilmişdir. AZEMİS Elektron Məhkəmə Sistemindən iddiaçının əmək müqaviləsinə dair verilmiş sorğudan görünür ki, İddiaçı işəgötürəni-fərdi sahibkar Cavabdehdur. ( VÖEN **********) Q AZEMİS Elektron Məhkəmə Sistemindən vergi ödəyicisinə dair verilmiş sorğudan görünür ki, Cavabdeh (FİN: xxxxxxx) vergi ödəyicisi kimi -xx.xx.2017-cı il tarixdə qeydiyyata alındığı ünvanı ünvan 2, mənzil 9-dur. Həmçinin AZEMİS Elektron Məhkəmə Sistemindən Cavabdeh oğlunun (FİN:xxxxxxx) yaşayış yeri isə Bakı şəhəri, Nəsimi, Şamil Əzizbəyov küçəsi, ev 127, mənzil 2-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Cavabdeh (FİN:xxxxxxx) fərdi sahibkar statusu olan fiziki şəxsdir. Cavabdeh (FİN:xxxxxxx) qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov, ev 127, mənzil 2 olduğuna görə mülki iş üzrə iddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44,45, 263-264 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Mustafayeva İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemdə yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar