Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-4531/2025 05.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, Ərizəçi maraqlı şəxslər 10 nömrəli sanatoriya tipli internat məktəbinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və qeyrilərinə qarşı “valideynlərinin himayəsindən məhrum olunması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər 10 nömrəli sanatoriya tipli internat məktəbinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və qeyrilərinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun valideynlərinin himayəsindən məhrum olunması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət etməmişdir. Belə ki, ərizədə qeyd edilmiş tələbinin əsasları ilə tələb arasında uyğunsuzluq mövcuddur. Çünki ərizəçi tərəfindən qeyd edilən hallarla tələb arasında hüquqi baxımdan əlaqə yoxdur, bu cür bağlılığın olmaması isə həmin ərizənin qanunvericiliklə müəyyən edilmiş forma və məzmun baxımından müəyyən olunmuş tələblərə cavab verməməsini ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, mülki porosessual qanunvericilikdə xüsusi icraat qaydasındsa baxılan işlərin dairəsi müəyyən edilmişdir. Hazırki tələb, yəni valideynlərin himayəsindən məhrum edilmə faktının təsdiqi qanunvericliklə xüsusi icraat qaydasında baxılan işlər sırasına daxil deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhəkəməyə ərizə verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarıldığından ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150.0.1,152.2.4, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər 10 nömrəli sanatoriya tipli internat məktəbinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və qeyrilərinə qarşı “valideynlərinin himayəsindən məhrum olunması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, qeydiyyat kodu: xxxxxxx, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: Ərizəçi, tarix:xx.xx.2025-ci il, ödəniş: rüsum) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4531/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4531/2025
05.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver