Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-458/2021 20.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X33 oğlunun iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Maraqlı şəxs qismində qeyd etməklə, «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum haqqında akt qeydində ana adının “ Məhruz”dan “Məxfuza”ya dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 anası X19 xx xxxxxx 1914-cü il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində anadan olmuşdur. X15 atası X2 anası X20 Bakı şəhəri, Sabunçu (Lenin) rayonunun Qeydiyyat şöbəsində xx.xx.1937-ci ildə rəsmi nigaha daxil olmuşlar. Həmin nigahdan onların xx.xx.1937-ci il tarixdə X4, xx.xx.1944-cü il tarixdə X21 və xx.xx.1947-ci ildə X7raq 3 övladları anadan olmuşlar və onlara doğum haqqında şəhadətnamələr Sabunçu (Lenin) rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmişdir.Bildirmək lazımdır ki, X23 doğum haqqında şəhadətnamənin almaq üçün Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və ona həmin şöbədən xx.xx.2020-ci il tarixdə AZ-T № 129920 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin ana barədə olan qeyddə Məxfuzə əvəzinə Məxruz yazılmışdır.Qeyd etmək lazımdır ki, X11 fərqli olaraq qalan ıkı övladın doğum haqqında şəhadətnamələrində ana barədə məlumatda X8 qeyd olunmuşdur Bununla əlaqədar 19 saylı Vəkil bürosunun vəkili tərəfindən Sabunçu Rayon Qeydiyyat şöbəsinə müvafiq sorğu göndərilmiş və sorğuda X2 Əbdurəşidova (Mövlutova) Məxfuza Qafur qızı arasında xx.xx.1937-ci ildə bağlanılmış nigah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, xx.xx.1937- ci il tarixdə doğulmuş X4, 24.11 1944-cü ıl tarixdə doğulmuş X16 doğum haqqında şəhadətnamələrinin təsdiq edilmiş surətlərini büroya göndərməsi xahiş olunmuşdur.Sabunçu Rayon Qeydiyyat şöbəsi həmin sorğuya xx xxxxxx 2020-ci ıl tarixdə cavab verərək, qeyd olunmuş sənədlərin ailə həyatına dair məlumatlar hesab olunduğuna görə onların əldə edilməsini mümkün olmadığını qeyd etmişdir.Qeyd olunanlarla əlaqədar X17 doğum haqqında şəhadətnaməsində anası barədə qeyddə Abduraşitov düzəliş edilərək, X1 yazılması və ona qeyd olunan düzəliş nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs həmin müraciətə xx xxxxxx 2020-ci ıl tarixdə baxaraq, ərizəçiyə qeyd olunan məsələ ilə əlaqədar müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Daha sonra Ərizəçi xx.xx.2021-ci il tarixində dəqiqləşdirmə ərizəsi verərək, Ərizəçi doğum haqqında akt qeydində ana adının düzgün olmaması müəyyən edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnamənin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi (ana adının “Məhruz”dan “Məxfuza”ya) üçün əsas sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Qaradağ Rayon Qeydyat Şöbəsi məhkəməyə xx.xx.2021-ci il tarixli ərizəni ünvanlayaraq, müki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Mili Arxiv İdarəsinin Ərizəçi xx xxxxxx 2020-ci il məktubuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Bakı şəhəri Sabunçu rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında X5 ilə X10 nikahı haqqında heç bir məlumat tapılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-1584 saylı məktubundan görünür ki, Ərizəçi məktubuna cavab olaraq bildirilmişdir ki,1937-ci ilə aid Vətəndalıq vəziyyəti aktlarının qeydləri”nə dair kitablar Azərbaycan Respublikasının Mili Arxiv İdarəsinə təhvil verilmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi dair ərizəsinə cavab olaraq, xx.xx.1947-ci il tarixli 1491saylı akt qeydinə əsasən xx.xx.2020-ci il tarixdə AZ-T 129920 saylı təkrar şəhadətnamə verilmişdir. Doğum akt qeydində dəyişiklik edilməsi barədə ərizəçi özünün qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət edə bilmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-268/62 saylı məktubundan görünür ki, Ərizəçi məktubuna cavab olaraq bildirilmişdir ki, doğum akt qeydində dəyişiklik edilməsi barədə məhkəməyə müraciət edə bilmək hüququnun olması izah edilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-T seriyalı 129920 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 atasının adı X6, anasının adı X13 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ № 108109 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1982-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-ИЗ № 679518 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2003-ci il tarixində vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb ərizəçi tərəfindən sübuta yetirilmədiyindən, tələbdə qeyd edilən hüquqi əhəmiyyətli faktının mövcud olması sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi tələbini sübut edə bilməmişdir. Belə ki, Ərizəçi anasının adının donun doğum akt qeydndə səhv yazılmasını təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, sübutların kifayətliliyi və sübutların mötəbərliliyi baxımından doğum haqqında şəhadətnamədə qeyd edilən halin dəyişdirilməsi(düzəliş edilməsi) üçün kifayət deyildir. Bu səbəbdən ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçi Ərizəçi doğum haqqında akt qeydində ana adının düzgün olmaması müəyyən edilməsinə dair ərizəsi sübuta yetirilmədiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi doğum haqqında akt qeydində ana adının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-458/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-458/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver