Məhkəmə qərarları › İş №2(002)-459/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-459/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-459/2025 08.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ağarəhim oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə (ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «öhdəliyin yerinə yetirilməsi və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağarəhim oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə (ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «öhdəliyin yerinə yetirilməsi və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin sökülməsinin əvəzi olaraq, qeyri-yaşayış obyektinin tam bərpa edilməsi, əldən çıxmış fayda üzrə aylıq 600 manat olmaqla, 6 illik müddət üçün 43.200 manat, ödənilmiş 220 manat dövlət rüsumunun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağarəhim oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi ünvanda sahəsi 30,3 m2 market, abadlıq aparılmış işçi həyəti 150 m2-dən çox olmuşdur. Belə ki, 2018-ci ildə Dövlət Proqramında nəzərdə tutulan Lökbatan qəsəbəsinin parkının abadlaşdırılması ilə bağlı Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində 41E ünvanda marketinin sökülərək başqa ünvanda çıxarışına uyğun tikilib işlək vəziyyətdə ona təhvil verilməsi, xüsusi mülkiyyət hüququ əsasında hüquqmüəyyənedici sənədlərin veriləcəyinə Cavabdeh Lökbatan qəsəbə nümayəndəsi, Lökbatan qəsəbə Bələdiyyəsinin rəhbəri tərəfindən təminat verilmişdir. Cavabdeh nümayəndəsi və Lökbatan qəsəbə Bələdiyyəsinin səlahiyyətli şəxsi marketinin sökülərək, yeni ünvana köçürülməsi, tikilərək tam işlək vəziyyətdə ona veriləcəyinə həm yazılı, həm də şifahi vəd versələr də, qeyri-yaşayış obyektinin sökülməsindən 6 il müddət keçməsinə baxmayaraq, öhdəlikləri yerinə yetirmirlər. Nəticədə, ona ciddi ziyan dəymiş, xüsusi mülkiyyətindən və ailənin aylıq dolanışıq gəliri olan iş yerindən məhrum edilmişdir. Çoxsaylı müraciətlərinə baxmayaraq, məsələ bu günə qədər həllini tapmadığı üçün, pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiəsi və bərpa edilməsinə zərurət yaranmışdır. İddiaçı Ağarəhim oğlunun nünayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı Ağarəhim oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə (ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «öhdəliyin yerinə yetirilməsi və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbinə rayon məhkəmə aidiyyəti üzrə baxıla bilməz. Belə ki, iddia tələbinin ümumi mahiyyəti olan inzibati orqanın hərəkətlərindən dəymiş zərərə görə nəticələrin aradan qaldırılması və kompensasiya məbləğinin tutulması barədə tələblər inzibati məhkəmə icraatının aidiyyətidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan qanunvericilik normasından da aydın şəkildə görünür ki, hər hansı öhdəliyin inzibati orqan tərəfindən yerinə yetirilməsinə yönəlik iddia tələbləri yalnız inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Rayon məhkəmələrinin qeyd olunan iddia növləri üzrə tələblərə baxmasına səlahiyyəti yoxdur. Bu səbəbdən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iş üzrə icraata xitam verilməsi barədə ərizəyə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə ictaata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, mahiyyət etibarı ilə mübahisə (iddiaçının tələbi) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi səpkilidir. Yəni, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Digər sözlə ifadə etdikdə, İddiaçı Ağarəhim oğlunun hazırki tələblərinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilə bilməz. Bu səpkili işlərə baxılması səlahiyyəti inzibati məhkəmələrə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı Ağarəhim oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə (ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «öhdəliyin yerinə yetirilməsi və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iş üzrə icraata xitam verilməli, ödənilmiş 200 manat dövlət rüsumu İddiaçı Ağarəhim oğluna qaytarılmalıdır. İddiaçı Ağarəhim oğluna izah edilməlidir ki, o, aidiyyət qaydalarına riayət etməklə müvafiq tələblə inzibati məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ağarəhim oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə (ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «öhdəliyin yerinə yetirilməsi və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 200 manat dövlət rüsumu İddiaçı Ağarəhim oğluna qaytarılsın. İddiaçı Ağarəhim oğluna izah edilsin ki, o, aidiyyət qaydalarına riayət etməklə müvafiq tələblə inzibati məhkəməyə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar