Məhkəmə qərarları › İş №2(102)-1511/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1511/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1511/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə, iddia müddəti. 21.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X7 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən kassasiya şikayətinə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları 1. 1999-cu ildə ünvan 2i ərazisindən Cavabdeh Əzimbək qızı və ailə üzvlərinin mülkiyyətinə 2.97 ha torpaq sahəsi verilmişdir. 2. xx.xx.2005-ci il tarixdə Cavabdeh, X12 və X16 tərəfindən tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Quba rayonunun HacıHüseynli kənd sakini Cavabdeh və ailə üzvlərinə verilmiş əmlak payı - 90 sot torpaq sahəsini X9 satılması barədə razılıq əldə etmişlər. Bu məqsədlə X8 qeyd olunmuş 90 sot torpaq sahəsini 11 milyon manata satın alacağı razılığına gəlmişlər. Sonuncu, satın alınacaq torpaq sahəsinin dəyərindən 6 milyon manatı Cavabdeh vermiş, qalan 5 milyon manatı alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq edilməsi vaxt qaytaracağını bildirmişdir. O da qeyd olunmuşdur ki, gələcəkdə torpağın qiymətinin bahalaşması müqavilə nin bağlanmamasına əsas ola bilməz. Belə bir hərəkət edilərsə, Cavabdeh X9 istənilən məbləğdə maddi və mənəvi ziyanın ödənilməsini öhdəsinə götürmüşdür. 3. xx.xx.2006-cı il tarixli qəbzdə qeyd olunmuşdur ki, Məhərova X3 olan torpaq sahəsini X9 satmış və pulun hamısını götürmüşdür. Öhdəsinə götürmüşdür ki, alqı-satqı müqaviləsini notarius qeydiyyatının aparılmasına etirazı olmayacaqdır. 4. 14.02.2013-cü ildə ünvan 2ində yerləşən 2.97 ha torpaq sahəsindən 0.9052 ha hissəsi Cavabdeh və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 5. xx.xx.2022-ci il tarixdə 0.9052 ha torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən X2 və hazırda onun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaç ı məhkəməyə müraciət edərək, cavabdehə xx.xx.2005-ci il tarixdə verdiyi 6 milyon manat və xx.xx.2006-cı il tarixdə verdiyi 5 milyon manatın cəmi 11 milyon manatın əvəzi olaraq cavabdehdən qeyri-rəsmi aldığı 0.90 ha torpaq sahəsi əvəzinə torpağın halhazırki bazar qiyməti olan 20 min manat, ona vurduğu zərərə görə 5000 manat və 165 dövlət rüsumunun sonuncudan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. O və ailə üzvləri cavabdehə məxsus torpaq aralarında olan razılaşmaya əsasən istifadə etmiş, cavabdeh 2005-ci ildə onlara bildirmişdir ki, Quba rayon AİK-nın 1999-cu il 18 fevral tarixli 03 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş və JN:204 Kod 30313018 saylı Torpağa Mülkiyyət Hüququn a Dair Dövlət aktına əsasən onlara məxsus 2,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha satmaq istəyirlər. O, da həmin torpaq sahəsini almaq istədiyindən həmin torpağı o vaxtki pul ilə 11 (on bir milyon) manata, yəni 11 bağlama şirvana cavabdehlə razılaşmışdır. Beləliklə də, cavabdehlə öz aralarında 10 dekabr 2005ci il tarixdə akt tərtib edərək, torpaq sahəsinin dəyərindən 6 (altı) milyon manatını ilkin olaraq Cavabdeh vermiş, qalan 5 (beş) milyon manatını isə alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirəcəkləri zaman verəcəyini bildirmişdir. Cavabdehdə həmin aktla razılaşaraq torpaq sahəsini ona satması barədə akta imza etmiş və Dövlət Aktının əslini ona təhvil vermişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə torpağın dəyərindən qalıq 5 milyon manatı cavabdehə v erərək bildirmişdir ki, torpaq sahəsini ona satmasına dair alqısatqı müqaviləsini notariat kontorunda təsdiq etdirsinlər. Cavabdeh 5 milyon manatı götürüb bildirmişdir ki, tez bir zamanda notariat kontoruna gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyini öhdəsinə götürməsini bildirmişdir və bu barədə qəbz yazaraq vermişdir. Bundan sonra cavabdehə dəfələrlə torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirməyi bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə alqı-satqını rəsmiləşdirməkdən boyun qaçırmış, sonda isə yaşadığı ünvanı onlardan gizlətmişdir. Cavabdeh Quba rayon məhkəməsinə ərizə ilə müraciət edərək onların həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, alqı-satqı müqaviləsini rəsmiləşdirməyi tələb etdikdə isə ondan 5000 manat pul istəmişdir. Halbuki, cava bdeh 10 dekabr 2005-ci il tarixli akt tərtib edilərkən, gələcəkdə torpaq sahəsinin bahalaşmasının alqı-satqı müqaviləsinin notariat kontorunda rəsmiləşməməsi üçün əsas ola bilməməsi, əgər belə bir hərəkət edilərsə ona istənilən məbləğdə maddi və mənəvi ziyanın ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh torpaq sahəsinin dəyərini tam şəkildə almasına baxmayaraq, alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etmiş, əvəzində 5000 manat pul tələb etmiş və onu torpaq sahəsindən çıxararaq torpaq sahəsini satışa çıxarmışdır. Ondan aldığı pulu isə geri qaytarmamış, sonda isə borclu olduğu pulu ödəməkdən imtina etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən pul alması barədə qəbzdəki yazıların və imzanın Cavabdeh tərəfindən icra olunduğu qeyd olunmuşdur. Hazırda həmin 0.90 ha torpaq sahəsinin bazar qiyməti 20.000 manat təşkil edir.

8. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2005-ci ildən 2022-ci ilə kimi torpaq sahəsi onun istifadəsində olub, əvvəllər Rusiya Federasiyasına gəlib getmişdir, pandemiyadan sonra getməmişdir, yaşlı olduğuna görə torpaq sahəsindən istifadə etmişdir, sonradan Bahar xanıma torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirməsini xahiş etmiş, lakin Bahar xanım razı olmamış, əlavə ondan beş min manat pul istəmişdir. Torpağı alan kimi alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirməməsi onun günahı olub, karantindən əvvəl o, Rusiya Federasiyasında olmuşdur, arxayın olmuşdur ki, pulu verib torpağı alıb. O, arxa yın olmuşdur ki, Bahar xanım istədiyi vaxt onunla alqı-satqı müqaviləsi bağlayar. O, vaxt alqı-satqı müqaviləsi bağlamamış, səhv etmişdir.

9. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur, onun həmin torpaq sahəsinə çıxarışı var. O, aktı iddiaçıya 2005-ci ildə altı milyon manat pul alanda vermişdir. İddiaçı özü gəlib torpaq sahəni almaq istədiyini deyib, o da razı olmuşdur. Onlar o vaxtın pulu ilə 11 paçka şirvana razılaşmışlar. İddiaçının dedikləri yalandır. 6 milyon manatı o almışdır, bunu təsdiq edir. Sonradan iki üç il o, iddiaçının qapısına gedib qalan beş milyonu tələb edib torpağını ona verməsini demişdir. Alqı-satqını rəsmiləşdirməmişlər, onların arasında şifahi razılaşma olmuşdur. Cavabdeh onun torpağından istifadə edib əki b-becərib. Sonradan iddiaçı özü onun qapısına gəlmiş və torpağı almağa imkanı olmadığını və torpağı istifadə etmək istədiyini demişdir. Onların aralarında şifahi razılaşma olmuş, o iddiaçıya “əgər torpağı alacaqsansa istifadə edərsən” demişdir. İddiaçı imkanı olanda pulu verəcəyini, sonra alqısatqı müqaviləsini rəsmiləşdirəcəyini demişdir. O, iddiaçıdan aldığı pulu qaytarmamışdır, çünki iddiaçı 2005-ci ildən 2022-ci ilə kimi onun torpaq sahəsindən istifadə edib, xeyir götürüb.

10. Həmçinin, cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. 11. xx.xx.2023-cü il tarixli AB consulting MMC-dən verilmiş ekspertiza rəyində qeyd olunmuşdur ki, ünvan 2i ünvanında yerləşən 2.97 ha və Cavabdeh **********19 reyest nömrəli çıxarış üzrə məxsus olan 0.9052 ha torpaq sahəsinin haz ırki bazar və likvid qiyməti aşağıdakı kimidir: 2.97 ha torpaq sahəsinin bazar qiyməti 75500 manat, 0.9052 ha torpaq sahəsinin bazar qiyməti 22800 manat.

12. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-259/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Ə.Cəlilov).

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Ruslan Yulçiyev Cavabdeh ilk dəfə 0.90 ha ərazi üçün 10 dekabr 2005-ci il tarixdə akt tərtib edərək, torpaq sahəsinin dəyərindən 6 (altı) milyon manatını ilkin olaraq vermiş, qalan 5 (beş) milyon manatını isə alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirəcəkləri zaman verəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə torpağın dəyərindən qalıq 5 milyon manatı cavabdehə verərək bildirmişdir ki, torpaq sahəsini alqı-satqı ilə rəsm iləşdirsinlər. Bununla da, həmin vaxtdan o, hüququnun pozulduğunu bilməli olsa da, 15 ildən çox müddət ötməsinə baxmayaraq məhkəməyə müraciət etməmişdir. Beləliklə, Ruslan Yulçiyev tərəfindən iddia müddəti ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir.

14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1, 372.1, 372.2, 373.2, 375.2, 382, 385.1, 386.1, 600, 739.1, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyator ş ikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı qanuni nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsini bağladıqdan sonra cavabdehin notariat orqanına gedəcəyini gözləmiş, 2021-ci ildə cavabdeh ondan əsassız olaraq yenidən iddiaçıdan 5000 manat pul tələb etmiş, cavabdeh ona aralarında belə razılaşmanın ümumiyyətlə olmadığını bildirərək pulu ödəməkdən imtina etmiş və bundan sonra cavabdeh Quba Rayon Məhkəməsində iddiaçının torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş və bundan sonra X10 Qusar Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı cavabdehin Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə on u torpaqdan çıxarılması üçün müraciət etdiyini bildikdən sonra, artıq cavabdehin notariat orqanına getməkdən imtina etdiyini başa düşmüş və bundan sonra Qusar Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bu səbbədən iddia müddətinin axımı 2021-ci ilin ortalarından hesablanmalıdır. Bundan başqa ilk iclasda cavabdeh pulu ödəmək istəmədiyini bildirsə də, sonuncu iclasda o, məhkəməyə iddia müddətinin keçməsi barədə ərizə verdikdən sonra pulu ödəmək istədiyini bildirsə də, hakim bu hala əhəmiyyət verməmiş və iddia müddətinin keçməsini əsas götürərək iddia ərizəsini rədd etmişdir. Cavabdeh məhkəmə iclaslarında səmimi olmamış və torpaq sahəsini xx.xx.2022-ci il tarixdə başqa şəxsə satdığını gizləmişdir. Belə ki, cavabdeh torpaq sahəsini mülki işə Quba rayon məhkəməsind ə baxılarkən və məhkəmənin qərardadı ilə torpaq üzərinə həbs qoyulmasına baxmayaraq dələduzluq edərək torpaq sahəsini üçüncü şəxsə satmışdır. Bu barədə cavabdehin dələduzluq hərəkətlərinə qiymət verilməsi üçün prokurorluq orqanlarına şikayət vermişlər.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, 0.90 ha torpaq sahəsinin əvəzi olaraq torpağın hal-hazırkı bazar dəyəri 20.000 manat və 165 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakimlər: Səyyad Qafari - s ədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə).

18. Məhkəmə kollegiyası mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: 19. “...baxılan iş üzrə iddia tələbi 0,90 ha torpaq sahəsinin əvəzinə torpağın hazırkı dəyəri olan 20.000 manat və vurduğu mənəvi zərərə görə 5000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21ci maddəsi nəzərdən keçirilə bilər.

20. İşdən görünür ki,Cavabdeh özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,90 ha hissəsini iddiaçı Ruslan Yulchievə 10 dekabr 2005-ci il tarixdə 11 milyon manata satmaq barədə razılığa gəlməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən Ruslan Yulchievin çıxarılması barədə Cavabdeh iddiasının təmin edilməsi, bundan sonra həmin torpaq sahəsinin xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1 və hazırda sonuncunun mülkiyyətində olması işin mübahisəsiz halıdır.

21. Hazırda iddiaçı mövcud akta əsasən mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməməsinə görə cavabdehin maddi və mənəvi ziyanın ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq rəsmiləşdirilmədən imtina edərək, onun həmin torpaq sahəsindən çıxarılmasını tələb etdiyini əsas gətirərək, torpaq sahəsinin hazırkı bazar dəyərinin 20.000 manat, mənəvi zərər kimi 5000 manat pulun ona ödənilməsini iddia etmiş, cavabdeh isə iddiaya etiraz edərək iddiaçı tərəfindən razılaşdıqları 11 milyon manatdan qalan 5 milyon manatının ona ödəmədiyinə istinad edərək torpaq sahəsini artıq başqa şəxsə satdığını bildirmişdir.

22. Mövcud tələblə bağlı iddia müddətinin ötürülməsini əsas gətirərək, 20.000 manat pulun tutulması hissəsində iddianın rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual qanunvericilik tələblərinə zidd olduğundan, əsaslı və qanuni sayıla bilməz.

23. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixdə torpağın dəyərinin qalıq 5 milyon manatını cavabdehə verərək rəsmiləşdirmənin həyata keçirməsini sonuncuya bildirdiyi vaxtdan hüququn pozulduğunu bilməli olduğu halda, 15 ildən çox müddətin ötməsinə baxmayaraq məhkəməyə müraciət etməməsi qənaətinə gəlməklə, həmin müddətin başlanğıcını torpaq sahəsinə görə ödənilməli olan pulun qalıq hissəsinin ödənildiyi xx.xx.2006-cı ildən hesablamışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia müddətinin başl anğıcını müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir.

25. Qeyd olunmalıdır ki, qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir. Nəzərə alınmalıdır ki, iddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi şəxsin tələb hüququnun kobud şəkildə pozulması ilə nəticələnir.

26. İşdən görünür ki, iddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən Cavabdeh iddiası üzrə 2022- ci ildə çıxarıldıqdan sonra mövcud tələblə məhkəməyə müraciət etmişdir. Çünki həmin vaxtadək torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Belə olan halda iddiaçı mövcud tələblə məhkəmə yə müraciət edərkən iddia müddətini ötürməmişdir.

27. İşdən göründüyü kimi tərəflər arasında torpaq sahəsinin satılması barədə razılıq əldə edilməsi və bu məqsədlə torpağa aid dövlət aktının cavabdeh tərəfindən iddiaçıya verilməsi və həmin torpaq sahəsindən 2022-ci ilə kimi çıxarılanadək torpaq sahəsinin iddiaçının istifadəsində və sahibliyində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi tərəflər öz aralarında qeyri-notariat qaydasında bağlanmış müqavilə üzrə icra hərəkətlərini edərək, bir tərəf torpaq sahəsini alıcı qismində çıxış edən tərəfə, digər tərəf isə pul vəsaitini satıcı qismində çıxış edən tərəfə vermişdir. Bu səbəblə də alıcı qismində tərəfin hüquqlarının faktiki pozulması vaxtı onun torpaqdan çıxarıldığı tarix olduğuna görə, iddia müddətinin axımı da məhz bu tarixdən hesablanmalıdır. İşdən göründüyü kimi tərəflər arasında torpaq sahəsinin satılması barədə razılıq əldə edilməsi və bu məqsədlə torpağa aid dövlət aktının cavabdeh tərəfindən iddiaçıya verilməsi və həmin torpaq sahəsindən 2022-ci ilə kimi çıxarılanadək torpaq sahəsinin iddiaçının istifadəsində və sahibliyində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi tərəflər öz aralarında qeyri-notariat qaydasında bağlanmış müqavilə üzrə icra hərəkətlərini edərək, bir tərəf torpaq sahəsini alıcı qismində çıxış edən tərəfə, digər tərəf isə pul vəsaitini satıcı qismində çıxış edən tərəfə vermişdir. Bu səbəblə də alıcı qismində tərəfin hüquqlarının faktiki pozulması vaxtı onun torpaqdan çıxarıldığı tarix olduğuna görə, iddia müddətinin axımı da məhz bu tarixdən hesablanm alıdır.

28. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən razılaşdıqları məbləğin 5 milyon manatının ona verilməməsi barədə iddiaya etirazına gəldikdə isə qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının arvadı Əminə Ağabala qızının iddiası üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli 4/788 saylı ekspert rəyi ilə “Mən Məhərova X6” sözləri ilə başlayıb, “...Cavabdeh” sözləri ilə bitən 2006-cı il tarixli qəbzdəki yazılar (“xx.xx.2006” tarix göstəricisindəki “3” və “6” rəqəmlərindən başqa) həmin qəbzdə “imza” yazısı qarşısındakı imza və “Cavabdeh” yazılarından aşağıdakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.

29. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi vacib hesab edir ki, iş üzrə hətta iddia müddəti ötürülmüş olsaydı da belə, mübahisəli işin halları baxımından iddia mü ddətinin tətbiqi hüquqdan sui-istifadə nəticəsini yaratdığına görə yolverilməzdir. Hüquqdan sui-istifadə qadağası qanunvericiliyin məcburi göstərişi olduğuna görə, mülki icraat qaydasında işə baxılarkən tərəflər irəli sürməsələr də məhkəmələr iş materiallarından hüquqdan sui-istifadə olunduğunu müəyyən etdikdə bunu nəzərə almaq vəzifəsi daşıyır.

30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən 2005-2006-cı illər üzrə həmin dövrün məzənnəsinə uyğun 11.000.000 manat (şirvanla) verməklə satın aldığı və uzun müddət istifadəsində, sahibliyində olmaqla özününkü hesab etmiş iddiaçını, təxminən 17 il sonra həmin torpaqdan çıxararaq sözügedən torpaq sahəsini təkrar başqa şəxsə satması və əvəzində isə özünün iddiaçıdan almış olduğu vəsaiti isə “iddia müddəti institutundan” istifadə etməklə geri qaytarmaqdan imtina etməsi Mülki Məcəllənin 5.3-cü maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar” müddəasına və hüquqdan sui-istifadəni qadağan edən 560-cı maddəsinin tələblərinə ziddir. Belə ki, cavabdehin özü də 10 dekabr 2005-ci il tarixli müqavilənin qeyri-notariat qaydasında bağlanılmasına səbəb olmuş və həmin müqavilənin qeyri-notariat qaydasında bağlanılmasının bilavasitə istəyərək iştirakçısı olmuşdur. Bu şəkildə özünün məlumat və hətta istəyi daxilində bağlanmış olan bu müqaviləyə görə iddiaçıdan pul vəsaiti almış və bunun müqabilində də torpaq sahəsini hazırki iş üzrə iddiaçıya faktiki təhvil vermişdir. Bununla da hazırki iddiaçını aralarındakı müqavilə münas ibətinə olan bağlılığa və etibara tam arxayın salmışdır. Lakin aradan 17 il keçdikdən sonra hüquq normalarından istifadə edərək X11 həmin torpaq sahəsindən çıxartmasına baxmayaraq ondan torpağa görə aldığı vəsaiti də iddia müddəti institutundan istifadə etməklə verməkdən imtina etməsi bariz şəkildə həm “öz hüququnu vicdanla həyata keçirmək borcuna”, həm də Mülki Məcəllənin “digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi”ni qadağan edən 560.3.4-cü maddəsinin tələblərini pozur. Burada nəzərə almaq lazımdır ki, hazırki iş üzrə cavabdeh sözügedən torpaq sahəsini təkrar başqa şəxsə satıb, yəni özünün torpağa olan şəxsi ehtiyacı üçün deyil, elə yenə də təkrar satmaqla eyni torpaq sahəsinə görə iki dəfə satış pulu əldə etməyə nail olmuşdur. Mübahisəli m əhkəmə işinin halları baxımından cavabdehin “iddia müddəti” institutundan bu şəkildə istifadə etməklə özünün əmlak mənafeyini təmin etməsi aşkar şəkildə “hüquqi baxımdan müdafiə edilməli olmayan mənafeyin” təmin edilməsi nəticəsini yaradır ki, bu da Mülki Məcəllənin 560.3.2 və 560.3.3-cü maddələri ilə yanaşı həm də hüququn hamılıqla qəbul edilən ümumi əsas məqsədi olan ədalətlilik prinsipinin də pozulmasına səbəb olur.

31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən 2005-2006-cı illər üzrə həmin dövrün məzənnəsinə uyğun 11.000.000 manat (şirvanla) verməklə satın aldığı və uzun müddət istifadəsində, sahibliyndə olmaqla özününki hesab etmiş iddiaçını, təxminən 17 il sonra həmin torpaqdan çıxarmaqla, başqa şəxsə satması cavabdehin hərəkətlə rinin hüquqdan sui-istifadə olunmasına və nəticədə iddiaçını maddi cəhətdən zərərə düşməsinə səbəb olmuşdur. Çünki hazırda iddiaçıya həmin ərazidə oxşar torpaq sahəsi almaq üçün həmin vəsaitin yetərli olmadığı aşkardır. Beləki, qeyd olunan ərazidə kənd təsərrüfatı təyinatlı 0,90 ha torpaq sahəsinin bazar dəyəri 2023-cü il üçün 22800 manat, 2024-cü il üçün isə 27.000 manat təşkil edir.

32. Mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edir. Çünki torpaq sahəsinin iddiaçıda olması zaman baxımından kifayət qədər uzun müddəti əhatə edir. Bu müddətdə cavabdehin iddia etdiyi qalıq 6 milyonun iddiaçıdan alınması, mümkün olmadığı təqdirdə isə to rpaq sahəsinin ona geri qaytarılması barədə məhkəməyə müraciət etməməsi sual doğurur.

33. Bu baxımdan iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

34. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/62xx-xx/6112 nömrəli, 21 noyabr 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı 12 dekabr 2024-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin məlumatda qeyd edilmişdir ki, tədqiq olunan obyektə tərəflərin iştirakı ilə yerli baxış keçirilməsi xx.xx.2024cü il tarixə təyin edilmişdir. Göstərilən tarixdə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq qeydlər aparılmışdır. Lakin sualda qe yd olunmuş kənddə yerləşən torpaq sahəsinə uyğun analoji yerli internet saytlarında məlumat olmadığı üçün tədqiqat aparılması mümkün olmamışdır. Bu səbəbdən də qərardadla ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdır.

35. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyini və iddiaçı tərəfindən məhkəmə kollgiyasına təqdim edilmiş mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, hər iki rəydə mübahisəli torpaq sahəsinin bazar dəyəri 2023-cü il üçün 22800 manat, 2024-cü il üçün isə 27.000 manat təşkil etsə də, həmin məbləğlər iddiaçının tələb etdiyi məbləğdən çox olduğundan, 0.90 ha torpaq sahəsinin əvəzi olaraq torpağın hazırki bazar dəyəri kimi tələb oluna n 20.000 (iyirmi min) manat Cavabdeh alınaraq iddiaçı X5 ödənilməlidir.

36. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin əməli nəticəsində iddiaçıya 5000 manat məbləğində mənəvi zərərin vurulması hissəsinə gəldikdə isə hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəyməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz.” Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

38. Kassator şikayətinin ilkin dəlilini belə əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi torpağın dəyərini nisyə alqı -satqı müqaviləsində nəzərdə tutulan qiymətə münasibətdə hesablamalı olduğu halda, hazırkı bazar dəyərinə uyğun hesablamaqla qanunsuz qətnamə qəbul etmişdir. Bir halda ki, apellyasiya məhkəməsi iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmiş idi, o zaman 2200 manat həddində iddia tələbini təmin edə bilərdi. Belə ki, razılaşdırılmış 11000000 manatın nominal dəyəri hazırkı valyuta ilə 2200 manatdır.

39. Kassasiya şikayətinin digər dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının cavabdehin ona qarşı məhkəmədə iddia qaldırdığı vaxtdan başlandığı qənaətinə gəlməklə pozuntuya yol vermişdir. Belə ki, iddiaçı 2020-ci ildə Quba Rayon Məhkəməsinə müraciət edərək sözügedən torpaq sahəsinin onun mülkiyyətinə küçirilməsini, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsin ə dair qətnamə qəbul edilməsini xahiş etmiş, yekun olaraq iddiası təmin olunmamışdır. Buradan görünür ki, iddiaçı hüququnun pozulduğunu apellyasiya instansiyası məhkəməsinin qənaətindən də əvvəlki dövrdən bilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın ın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsləri n hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

46. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bil dirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

47. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

48. Maddə 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə on un etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqal arına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

52. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

53. Maddə 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

54. Maddə 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmı ş əsasa söykənir.

55. Maddə 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir

56. Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 s entyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

57. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

58. X15 Məhkəməsinin “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

69. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ət raflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(105)-388/2024

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar