Məhkəmə qərarları › İş №2-2(1-8)-483/2026

Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-483/2026

10.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-483/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – iddianın qiyməti kommersiya mübahisələrinə dair işlər üzrə on min manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *- *(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDI: Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddia tələbinin ümumi məbləği 10.862,50 manat təşkil etmişdir. Həmin məbləğ 9.450 manat əsas borcdan, 940 manat maddi ziyandan, 472,50 manat hesablanmış faiz borcundan, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumundan, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 manat vəkil xidmət haqqından və etibarnamənin rəsmiləşdirilməsi üçün ödənilmiş 17,25 manat xərcdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 9.450 manat əsas borc, 472,50 manat faiz borcu, 500 manat hüquqi yardım göstərilməsi üçün ödənilmiş vəkil xidmət haqqı, 17,25 manat etibarnamənin rəsmiləşdirilməsi ilə bağlı xərc və 119,23 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10.558,98 manat tutulması qət olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi təmin edilmiş iddia tələbinin məbləğini müəyyən edərkən hüquqi yardım xərclərini və dövlət rüsumunu da həmin məbləğə daxil etmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarından görünür ki, cavabdehin kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissəsinə, yəni iddia tələbi üzrə tutulmuş 9.922,50 manat (9.450 manat əsas borc, 472,50 manat faiz borcu) məbləğə münasibətdə verilmişdir. Bu məbləğ müəyyən edilərkən hüquqi yardım xərcləri və dövlət rüsumu nəzərə alınmamalıdır, çünki həmin xərclər Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq iddianın qiymətinə aid edilmir. Belə olan halda, kassasiya qaydasında mübahisələndirilən məbləğ Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş minimum məbləğdən aşağıdır. Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəlləsinin 408.1.1ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar