Məhkəmə qərarları › İş №2(5-103)-1132/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-1132/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-1132/2026 17.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Məmməd Əhməd oğlu, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 280 ABŞ dolları xidmət haqqının, 1600 ABŞ dolları artıq daşıma xərclərinin, 225 manat daşıyıcıya ödənilmiş 225 manat və 220 manat dayanacaq pulunun və Changan Q07 şarj cihazı və ayaqaltıların gəlməməsinə görə 300 manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, İddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, iddia ərizəsində iddiaçı və cavabdehə aid göstərilməsi zəruri olan məlumatlar, həmçinin digər məlumatlar - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN), cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatlar və ərizəyə əlavə edilən sənədlərin siyahısı barədə məlumatlar qeyd edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları lazımi qaydada əsaslandırmamışdır. Belə ki, ərizənin mümkünlüyünün qiymətləndirilməsi zamanı ərizənin nəticə hissəsində qeyd edilən tələblərin necə və hansı hallarla bağlı yarandığını müəyyən etmək mümkün olmur. Eyni zamanda iddiaçı MPM-nin 150-ci maddəsində nəzərdə tutulan sənədləri cavabdehlərin sayına görə iddia ərizəsinin surətlərini, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlərini və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş (********** nömrəli xx.xx.2026-cı il tarixli qəbz) 57,17 manat məbləğində pul dövlət büdcəsindən İddiaçı qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar