Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1411/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 661-23 saylı, xx.xx.2023cü il tarixli müqavilə üzrə 3000 manat əsas borc, 150 manat faiz və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 662-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 3000 manat əsas borc, 150 manat dəymiş zərər, 320 manat vəkilə ödənilən xidmət haqqı, 87 manat dövlət rüsumunun tutularaq Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təhsilalan X6 və X4 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 661-23 saylı, xx.xx.2023-cü il tarixli və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 662-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilələr bağlanılmışdır. Müqavilələrə əlavə olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolları bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokollarında müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”-ə ödəməyi öz öhdəsinə götürmüşdür. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 661-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, təhsil haqqı 7000 manat təşkil etməkdədir. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 662-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 3.1ci maddəsinə əsasən, təhsil haqqı 7000 manat təşkil etməkdədir. Lakin cavabdeh tərəfindən “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 661-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə təhsil haqqının çox hissəsi olan 4000 manat ödənilmiş, qalan 3000 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmçinin “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 662-23 saylı, xx.xx.2023-cü il müqavilə üzrə təhsil haqqının çox hissəsi olan - 4000 manat ödənilmiş, qalan 3000 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitlərinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərini ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsilalanların ödənişləri hesabına formalaşır. Cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5%lə dəymiş zərər, vəkilə ödənilən 320 manat xidmət haqqı, 87 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hesab edir ki, “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 661-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3000 x 5% = 150 manat. 3000 + 150 = 3150 (üç min yüz əlli manat) cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Eyni zamanda, “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 662-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3000 x 5% = 150 manat. 3000 + 150 = 3150 (üç min yüz əlli manat) cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi X15 izahatında bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanmış,uşaqları həmin məktəbdə təhsil almışlar, lakin rəhbərlik tərəfindən onlara təhsil haqqında güzəşt olunacağı bildirilsə də, belə güzəşt tətbiq olunmamışdır. Odur ki, iddia tələbini qəbul etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2024-cü il tarixli 629 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən 18 saylı Vəkil Bürosununun hesabına 320 manat pul vəsaiti köçürülmüşdür. İddiaçı və X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 661-23 nömrəli təhsil Xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən və razılaşdırma protokolunun surətindən görünür ki, müqaviləyə əsasən, “Lisey” X3 ünvan 1 ünvanında yerləşən təhsil müəssisəsində 6-cı sinif ingilis bölməsi üzrə təhsil xidmətlərini göstərməyi, X2 isə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 661-23 saylı xx.xx.2023 tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. İllik təhsil haqqı məbləği 7.000 manat müəyyən edilmişdir. İddiaçı və X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 662-23 nömrəli təhsil Xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən və razılaşdırma protokolunun surətindən görünür ki, müqaviləyə əsasən, “Lisey” X4 ünvan 1 ünvanında yerləşən təhsil müəssisəsində 6-cı sinif ingilis bölməsi üzrə təhsil xidmətlərini göstərməyi, X2 isə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 662-23 saylı xx.xx.2023 tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. İllik təhsil haqqı məbləği 7.000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən X1 ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 661-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3000 manat əsas borcun və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 662-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 3000 manat əsas borcun ödənilməsini tələb etmiş əks təqdirdə borcun qaytarılmasını məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 661-23 nömrəli və 662-23 nömrəli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilələr bağlanmış, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində təhsilalanın təhsil müəssisəsində 4-cü və 6-cı sinif ingilis bölməsi üzrə üzrə təhsil xidmətləri göstərmiş, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşdırma protokollarında müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini liseyə ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bu səbəbdən, məhkəmə iddianın 6000 manat borcun qaytarılması hissəsində əsaslı hesab edir. Məhkəmə iddianın xx.xx.2023-cü il tarixli 661-23 nömrəli və 662-23 nömrəli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilələr üzrə cəmi 300 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşdən görünür ki, müqavilə üzrə son ödəniş müddəti xx.xx.2024-cü il tarixi olmuş, iddiaçı bundan qısa müddət sonra pretenziya qaydasında cavabdehdən borcun ödənilməsini tələb etmiş və xx.xx.2024-cü il tarixdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, müqavilənin icra müddəti bitdikdən sonra uzun müddət keçməmiş və bununla əlaqədar iddiaçıya əhəmiyyətli zərərin vurulması halı müəyyən edilməmişdir, bu baxımdan əlavə faizlərin tələb edilməsi üçün zərurət də olmamışdır. Həmçinin iddia tələbi əsas hissədə təmin edildiyindən, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 661-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3000 (üç min) manat əsas borc və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 662-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 3000 (üç min) manat əsas borc, 320 (üç yüz iyirmi) manat vəkilə ödənilən xidmət haqqı, 87 (səksən yeddi) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1411/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1411/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver