Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-46/2024 25.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 15 saylı evin 40 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsusdur və bu hüququ İddiaçı adına xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışıdır. İddia tələbi
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid 15 saylı evin 40 saylı mənzilini xx.xx.2022-ci il tarixli **********35-05101-093019 reyestr nömrəli çıxarışda qeyd edilmiş paylarına uyğun olaraq naturada bölünməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid 15 saylı evin 40 saylı mənzili onların paylarına uyğun surətdə naturada bölünməsi mümkün olmadıqda həmin əmlakdan onun payına uyğun olaraq cavabdehdən 40000 manat məbləğində pulun kompensasiya kimi tutulması, əvvəlki tələblər mümkün olmadıqda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid 15 saylı evin 40 saylı mənzilin açıq hərrac vasitəsi ilə satılaraq satışdan əldə edilmiş vəsaitin xx.xx.2022-ci il tarixli **********35-05101-093019 reyestr nömrəli çıxarışda olan paylara mütənasib olaraq ½ hissədə onun və ½ hissədə cavabdeh arasında bölünməsi barədə xahiş etmişdir.
3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid 15 saylı evin 40 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən **********35-05101-093019 saylı xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 1/2 hissədə Cavabdeh və 1/2 hissədə isə onun adına qeydiyyatdan keçmişdir. Hazırda onlar mübahisəli mənzildə paylı mülkiyyətçi olsaq da faktiki olaraq həmin mənzildən cavabdeh istifadə edir. Cavabdehə dəfələrlə həmin mənzili sataraq aralarında bölməyi təklif etmişdir. Cavabdeh həmin mənzili sataraq aralarında böləcəyini bildirsə də müxtəlif bəhanələrlə mənzili satmaq istəmir. Mənzilin 1/2 hissəsi mülkiyyət hüququ əsasında ona məxsus olsa da öz payımndan istifadə edə bilmir və mənzildən istifadə hüququ faktiki olaraq pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh ünvan 1 ünvanını tərk etmiş və həmin evdə 2022-ci ilin may ayına qədər o öz övladı ilə birlikdə yaşamışdır. Nikahının ləğv olunduqdan 3 ay sonra cavabdeh avtoqəza törətdiyinə görə 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh 2021-ci ilin avqust ayında cəzaçəkmə müəssisəsindən çıxsa da onlar yaşadığı mənzilə gəlməmişdir. 2022-ci ilin aprel ayının sonlarından içkili vəziyyətdə evə gələrək səs-küy saldığından və onlar bir yerdə yaşamağı mümkün olmadığından o övladı ilə mənzildən çıxmaq məcburiyyətində qalmış və yaşamağa yeri yoxdur. Cavabdehlə bir yerdə yaşamağı mümkün deyildir. Övladı artıq yetkinlik yaşına çatmaqdadır və 17 yaşı vardır. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti də ödəmir və hazırda 15000 (on beş min) manat aliment borcu vardır. Mübahisəli mənzilin orta bazar qiyməti 80000 (səksən min) manat təşkil edir. Həmin əmlakdan onun payına 40000 (qırx min) manat pul düşür. Cavabdeh onun payına uyğun olaraq 40000 (qırx min) manat pulu versin, o mübahisəli əmlakdan onun xeyrinə imtina etsin. Əgər bütün bunlarla cavabdeh razılşamırsa mübahisəli ev hərraca cixarilib paylara münasib surətdə pulun bölünməsini istəyir. Mübahisəli mənzil beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Həmin mənzilin naturada bölünməsi mümkün olmasa da o iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.06 və 221-ci maddələrinin bəzi müddəaləarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edildiyi kimi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Ona görə də ərizədə hər üç tələbi ardıcıllıqla irəli sürmüşdür. 1-ci tələb mümkün olmasa ikinci tələbinə, ikinci tələb də mümkün olmazsa üçüncü tələbinə baxılmasını xahiş etmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.06 və 221-ci maddələrinin bəzi müddəaləarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, istinad etmişdir.
5. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, evin əvvəl çıxarışı cavabdehin adına olub, ilk əvvəllər 40000 manat kompensasiya ilə bağlı razılığa gəlsələr də sonradan razılaşa bilmədilər, rəy ilə razı olduğunu, cavabdehin iddiaçıya aliment borcu vardır, cavabdeh aliment borcunun silinəcəyi və evdən ona düşən payın veriləcəyi təqdirdə ev üzərində olan hüquqlardan imtina edəcəyini bildirsə də, tərəflər arasında kompensasiya məbləği ilə bağlı razılıq alınmadığını, cavabdeh razılığa gəlməyib ev üçün iddiaçıdan 30000 manat tələb etdiyini bildirmişdir.
7. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək eyni zamanda yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, rəy ilə tanış olduğunu, mübahisəli evdə hazırda tək yaşadığını, iddiaçının öz ata-anasının evində yaşadığını, evin məbləğinin yarı məbləğini təşkil edən 38810,15 manat kompensasiya məbləğini ödəməyə maddi imkanının olmadığını, iddiaçı ilə aralarında evin kompensasiya məbləğinin ödənilməsi ilə bağlı razılığa gələ bilmədiklərini qeyd etmiş, mübahisəli mənzilin açıq hərracda satılmaq yolu ilə əldə edilmiş vəsaitin tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ünvan 2 ekspertizada müəyyən edilmiş bazar qiymətinin yarısını təşkil edən 38810.15 manatın İddiaçı ödəməyə dair imkanı olmadığını, eyni zamanda İddiaçı ilə şifahi danışıqlar zamanı evin qiymətinin yarısı olan 38810.15 manatı ona ödəyə bilməyəcəyini bildirdiyini və evin hərracda satılması halında iki tərəfədə bərabər şəkildə bölünməsini istədiyini bildirmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
9. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
10. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
11. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
12. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
13. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
14. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
15. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
16. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
17. Maddə 220.6 Bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
19. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
20. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
25. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
28. İddia qismən əsaslıdır.
29. İşin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan əmlak ümumi birgə mülkiyyət hüququ əsasında 1/2 hissədə pay hüququ ilə iddiaçıya, 1/2 hissədə pay hüququ ilə cavabdehə məxsusdur. İddiaçı öz payının ayrılması tələbi ilə müraciət edərək əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda kompensasiya ödənilməsi, növbəti mərhələ də mümkün olmadıqda isə mənzilin açıq hərracda satılması yolu ilə payın dəyərinin ödənilməsini xahiş etmişdir.
30. Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4- cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.
31. Qeyd edilən maddi hüquq normalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarından göründüyü kimi, ilk növbədə mənzilin naturada bölünməsinin mümkün olub-olmaması müəyyən edilməlidir.
32. Məhkəmə tərəfindən məzilin naturada bölünməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4732, 9/4932 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Qəraradadın 1-ci sualı üzrə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid 15 saylı evin 40 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 77621 manat (63.52 kv.m x 1222 manat) məbləğində müəyyən olunur. Qəraradadın 2-ci və 3-cü sualları üzrə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid 15 saylı evin 40 saylı mənzilin naturada paylar üzrə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
34. Göründüyü kimi, tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 naturada ayrılması qeyri-mümkündür. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək rəyin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən onu mötəbər sübut kimi qəbul edir.
35. Tərəflərin birgə mülkiyyətində olan daşınmaz əmlakın bölünməsi və ondan pay ayrılması mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq bununla razılaşmamışlar. Tərəflər məhkəmə araşdırması zamanı kompensasiyanın məbləği barədə razılığa gəlmələri üçün vaxt verilmiş, lakin mənzilin dəyəri olan 77621 manatın ½ hissəsinin iddiaçıya ödənilməsinə cavabdeh razı olmamışdır. İddiaçı tərəfindən öz payının satın alınması cavabdehə təklif olunsa da, cavabdeh həmin payı almaqdan imtina etmişdir.
36. Məhkəmə hesab edir ki, belə olan halda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 15 saylı evin 40 saylı mənzilə mülkiyyətçilərin payı bərabər olduğundan, həmin mənzilin açıq hərracda satılmaqla satışdan əldə olunan vəsaitin tərəflərin payına mütənasib surətdə bölünməsi işin hallarına və Mülki Məcəllənin 220-ci maddəsinin tələblərinə uyğun olacaqdır.
37. Məhkəmə göstərilən nəticəyə gələrkən cavabdehin əmlakın açıq hərracda satılması yolu ilə dəyərinin paylarına uyğun bölünməsinə etiraz etməməsi halını da nəzərə alır.
38. Ona görə də, məhkəmə qanunvericiliyin qeyd edilən tələbini əsas götürərək hazırkı mülki iş üzrə iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.4-cü maddəsinin tələbinə əməl olunması halını nəzərə alaraq hesab edir ki, ümumi paylı mülkiyyətdə olan əmlak açıq hərracdan satılmalı, paylı mülkiyyətçilərin payına uyğun surətdə əmlakın satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsi Cavabdeh və 1/2 hissəsi İddiaçı ödənilməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir.
39. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
41. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə xərcləri
42. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
43. Məhkəmə qanunun göstərilən tələblərinə əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məsrəfin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
44. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 15 saylı evin 40 saylı mənzil açıq hərracdan satılsın. Mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib bölünsün, yəni 1/2 (ikidə bir) hissədə Cavabdeh və 1/2 (ikidə bir) hissədə İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova