Məhkəmə qərarları › İş №2(102)-3338/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3338/2025

02.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3338/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə, iddiaçı Cavabdeh İddiaçı qarşı birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka sərəncam vermək hüququ olmayan şəxs tərəfindən bağlanılmış etibarsız müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddiası, iddiaçı Cavabdeh İddiaçı qarş ı müqavilənin ləğv edilməsi tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3464/2025 nömrəli, 7 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsindəki 20 saylı evin 06 saylı mənzilə mülkiyyət hüququ X4 adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. X10 xx.xx.2012-ci il tarixdə ölmüşdür.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2013 saylı xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı cavabdeh Nəsimi rayon Polis İdarəsinə qarşı iddiası təmin edilə rək Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilinə istifadə hüququ tanınmışdır.

4. X4 vərəsəsi (atası) X9 xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında oğlundan miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsindəki 20 saylı evin 06 saylı mənzili üzərində mülkiyyət hüququnu xx.xx.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

5. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Daha sonra İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli bildiriş ilə, xx.xx.2020-ci il tarixli müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğv edilməsi barədə məlumat verilmişdir.

6. X9 ilə «Yeni Dünya” MTK arasında xx.xx.2020-ci il tarixli 18/1808/20 saylı müqavilə ba ğlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə (X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3-cü mərtəbə, 100 kv.m ibarət 2 otaqlı 7/8 saylı mənzil boşaldılaraq, təmirli şəkildə iddiaçının mülkiyyətinə verilməsi, 14 aylıq (2023-cü ilin may ayından bu günədək) ümumilikdə 8400 manat kirayə haqqı və ödənilmiş dövlət rüsumu əvəzinə görə 104 manat xərcin tutularaq ona ödənilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandır ılmışdır ki, İddiaçı ilə 16 iyun 2020-ci il tarixdə Cavabdeh arasında müqavilə (№16/0620/002) bağlanmışdır. Müqavilənin predmetində Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən binaların sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikilməsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehlə bağladığı müqaviləyə əsasən, iddiaçı ona məxsus yaşayış sahəsinin sökülməsinə icazə verəcəyi təqdirdə, cavabdeh 24 ay müddətində ünvan 2 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3-cü mərtəbə, 100 kv.m ibarət 2 otaqlı 7/8 saylı mənzili təmirli şəkildə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq müqavilədə cavabdehin iddiaçıya mənzil təhvil verilənədək aylıq 600 AZN məbləğində pul vəsaitini ödəməli olduğu göstərilmişdir. Cavabdeh tərəfindən mənzilin açarı təhvil verilərək iddiaçıya yaxın vaxtda mənzilə buraxılacaqları bildirilsə də, mənzilə getdikləri vaxt mənzilə daxil olmaqlarına icazə verilməmişdir. Vəd olunan aylıq 600 AZN məbləğində kirayə haqqı 2023-cü ilin may ayınadək ödənildikdən sonra dayandırılmış və beləliklə iddiaçı tərəf çarəsiz hala düşmüşdür.

9. Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 16 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra, iddiaçı vədinə əməl etməmiş, mənzilə dair Çıxarışda adı göstərilən X10 ilə nikah mü nasibətlərini təsdiq edən nikahın bağlanması barədə şəhadətnaməni MTK-ya təqdim etməmişdir. Bununla bağlı MTK-nın nümayəndələri dəfələrlə İddiaçı ilə əlaqə saxlasalar da, sonuncu müxtəlif bəhanələrlə həmin sənədin təqdim edilməsindən yayınmışdır. Lakin 2020-ci ilin iyul ayında Cavabdeh MTK-ya məlum olmuşdur ki, İddiaçı MTK-ya yalan məlumatlar vermiş, sözügedən mənzilin Elşən Şamxalova məxsus olması barədə qüvvədən düşmüş MA seriyalı ******* №-li Çıxarışı MTK-ya təqdim etmiş və özünü mərhum Elşən Şamxalovun arvadı kimi qələmə verərək, özü üçün qanunsuz əmlak əldə etmək məqsədilə MTK ilə 16/0620/002 saylı müqavilənin bağlanmasına nail olmuşdur. Belə ki, qeyd edilən vaxt Cavabdeh MTK-nın ofisinə X9 adlı şəxs gələrək, ünvan 3 ünvanda yerləşən mənzilin ona məxsus olması barədə MTK-ya RX seriyal ı, ******* nömrəli Çıxarış təqdim etmişdir. X5 bildirdiklərindən məlum olmuşdur ki, sözügedən mənzil əvvəllər onun övladı Elşən Şamxalova məxsus olmuş, mənzil üzərində Elşənin mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Elşən Şamxalov 14 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Elşən Şamxalov sağlığında hər hansı şəxslə rəsmi nikahı olmamaqla yanaşı, övladları da olmamışdır. Bu səbəbdən, Elşən Şamxalovun ölümündən sonra yeganə 1-ci növbəli vərəsəsi atası Valeh Şamxalov olmuşdur. Valeh Şamxalov da vərəsə hüququndan istifadə edərək, Bakı şəhəri 13 saylı Notariat Oifsinə müraciət etmiş və ona övladı Elşəndən miras qalan 6 nömrəli mənzilə dair 20 aprel 2013-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamə əsasında da Valeh Şamxalovun mənzil üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Valeh Şamxalov MTK-nın əməkdaşına mənzilə dair ******* saylı Çıxarışı, **********57-05102-093003 saylı Texniki pasportu, 77012 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsini, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətlərini MTK-ya təqim etmişdir. İddiaçı ilə bağlı isə Valeh Şamxalov bildirmişdir ki, Rəsmiyyə və övladı Elşən arasında heç vaxt rəsmi nikah qeydə alınmamışdır. Elşən bir müddət Rəsmiyyə ilə qeyri-rəsmi olaraq yaşamışdır. Elşən öləndən sonra, ona məxsus mənzilə dair reyestrdən çıxarış yoxa çıxmışdır. Hazırda isə ona (Valeh Şamxalova) aydın olmuşdur ki, həmin çıxarışı İddiaçı qəsdən evdən götürmüş, özündə saxlamışdır. Çıxarış ortadan yoxa çıxdığına görə, o, çıxarışın itirilməsi barədə “Respublika” qəzetində xx.xx.2012-ci il tarixli nəşrində elan yerləşdirilmişdir. İddiaçı, mənzil almaq məqsədilə Cavabdeh MTK-ya qüvvədə olmayan çıxarış təqdim edərək, yalan məlumat verməsi MTK-ya bəlli olduqdan sonra, MTK, İddiaçı ilə bağladığı həmin müqaviləni birtərəfli qaydada ləğv etmiş və bu barədə məlumatı rəsmi qaydada poçt vasitəsilə İddiaçı göndərmişdir. Bundan sonra, Cavabdeh MTK, söküntü ərazisinə düşən və sözügedən mənzilin əsl mülkiyyətçisi olan Valeh Şamxalov ilə bağalanacaq müqavilənin şərtləri razılaşdırılımış, sonuncu İddiaçı ilə MTK arasında bağlanmış müqavilənin predmeti olan mənzili istəməmiş, ona bir mərtəbə yuxarıdan mənzil verməyi təklif etmiş, MTK da bu təkliflə razılaşmışdır. Beləlikl ə, tərəflər arasında 18 avqust 2020-ci il tarixdə 18/1808/20 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1.2-ci maddəsinə görə, tərəflər razılığa gəlmişlər ki, Valeh Şamxalova məxsus 6 №-li mənzilin sökülməsindən sonra yeni mənzil inşa edilib tam təmirli vəziyyətdə Valeh Şamxalova təhvil verilənədək, sonuncuya Cavabdeh MTK tərəfindən hər ay kirayə haqqı olaraq 500 manat ödəniləcəkdir. Müqavilənin 1.3-cü maddəsinə görə, Valeh Şamxalovun mülkiyyətində olan 6 №-li mənzilin sökülməsi müqabilində Cavabdeh MTK ünvan 4 ünvanında inşa edəcəyi 12 mərtəbəli yaşayış kompleksində “A” bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət 2 otaqlı 15 saylı mənzili tam təmirli vəziyyətdə mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Keçən müddət ərzində də Valeh Şamxalov və Cavabdeh MTK, onlar arasında bağla nmış 18/1808/20 saylı, 18 avqust 2020-ci il tarixli müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər. Valeh Şamxalov mülkiyyətində olan 6 №-li mənzili boşaltmış və sökülməsi üçün Cavabdeh MTK-ya təhvil vermişdir. Cavabdeh MTK isə bank hesabı vasitəsi ilə hər ay Valeh Şamxalova 500 manat kirayə haqqını ödəmiş, habelə inşa edəcəyi 12 mərtəbəli yaşayış kompleksində “A” bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət 2 otaqlı 15 saylı mənzili tam təmirli vəziyyətdə Valeh Şamxalova təhvil vermişdir. İddiaçı, özünü mənzil mülkiyyətçisi kimi təqdim edərək, yeni mənzilin verilməsi barədə Cavabdeh MTK ilə bağlanmasına nail olduğu xx.xx.2020-ci il tarixli müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv edilmiş və MTK müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini İddiaçı yazılı qaydada bildir mişdir. İddiaçı, sökülməyə məruz qalacaq 6 №-li mənzil ona məxsus olmadığı halda, özünü həmin əmlakın mülkiyyətçisi kimi təqdim edərək, heç bir əvəz ödəmədən yeni mənzilin əldə olunması barədə Cavabdeh MTK ilə 16 iyun 2020-ci il tarixdə müqavilə bağlamış, bu barədə MTK məlumat aldıqdan sonra müqavilənin birtərəfli qaydada ləğv etməsi barədə iradə ifadəsini yazılı və şifahi qaydada İddiaçı bildirməklə, müqaviləni ləğv etmişdir. Bundan sonra İddiaçı tərəfindən Cavabdeh MTK-ya qarşı hər hansı tələb irəli sürülməmişdir. Beləliklə də, xx.xx.2020-ci il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadəsini Cavabdeh MTK İddiaçı bildirdikdən sonra, MTK-nın İddiaçı qarşısında hər hansı öhdəliyi mövcud olmamışdır. İddiaçı iddia ərizəsində guya ona 2023-cü ilin may ayınadək MTK t ərəfindən kirayə haqqı olaraq 600 manatın ödənilməsi barədə dəlili həqiqətə uyğun deyil. Cavabdeh MTK iddiaçıya hər hansı məbləğdə pul ödəməmişdir. Çünki onlar arasında bağlanmış müqaviləni MTK birtərəfli qaydada ləğv etmiş, bu barədə iddiaçı məlumatlı olmuşdur. Həmin vaxtdan sonra isə İddiaçı ilə Cavabdeh MTK arasında hər hansı münasibətlər yaranmamış, görüşlər və sair hallar baş verməmiş, İddiaçı MTK-ya qarşı hər hansı irad, tələb, pretenziya irəli sürməmişdir. Bütün bunlar onu təsdiq edir ki, İddiaçı Cavabdeh MTK-nın hesabına buna hüququ olmadığı halda, əmlak əldə etmək, əsassız varlanmaq istəyir. Bunu isə məhkəmə yolu ilə həyata keçirmək niyyətindədir. Göstərilənlərə əsasən, Cavabdeh MTK və İddiaçı arasında hər hansı müqavilə münasibətləri mövcud olmadığına görə, sonuncu müqaviləyə əsa slanaraq MTK-dan mənzil və (və ya) pul tələb edə bilməz. İddiaçının Cavabdeh MTK-ya qarşı irəli sürdüyü tələblər əsassızdır. Hazırda İddiaçı Nəsimi Rayon Məhkəməsində Cavabdeh MTK-ya qarşı iddia irəli sürərək, qarşılıqlı öhdəliklər nəzərdə tutan və öz üzərinə düşən öhdəlikləri icra etmədiyi halda, MTK-dan mənzilin ona təhvil verilməsini tələb edir. Bu səbəbdən Cavabdeh MTK hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və sair tələbi barədə” iddiasının təmin edilməməsi və Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 16 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-356/2024 saylı, xx.xx.2024-cü il t arixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusudur. 30 ildir ki, həmin həyətdə yaşayır. Şamxalov Elşənin nənəsinin həmin həyətdə evi olub. Elşənin anası boşanıb, Elşənin atasını isə görməmişdir. Elşən də vəfat edib, bütün xərcləri Rəsmiyyə xanım qarşılayıb. 3-4 ildir ki, bina tikilib. Mənzili Cavabdeh MTK-ya sökülməmişdən öncə N.Rəsmiyyə təhvil verib. Rəsmiyyənin evi 2 mərtəbəlidir. O evdə Rəsmiyyə, övladı və yoldaşı yaşayırdı. Şamxalov Valehi tanımamışdır. Rəsmiyyə köçəndən sonra evi gəlib ölçüblər. Rəsmiyyənin evə çıxarışı yox idi.

13. Məhkəmənin iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə2 iza hat verərək bildirmişdir ki, 2020-ci ilin iyun ayında müvəkkilinə MKİS-dən xəbər göndərilmişdir ki, evi sökürlər. 2011-də ev Elşən Şamxalova məxsus olmuşdur. Valeh Şamxalov MTK-ya müraciət edib soruşub ki, necə olub ki, onun mülkiyyətində olan mənzili 600 manat verməklə istifadə hüququ olan şəxsdən əldə etmişdir? Oradan da açıq-aydın deyilmişdir ki, “sənə nə? Mən çoxmərtəbəli bina tikirəm, ona da mənzil verirəm, sənə də”. Mənzil Valeh Şamxalovdadır, o, problem yaratmır. Bu məzmunda çıxış etməyinin səbəbi odur ki, gələcəkdə mənzilə dair müvəkkilinə qarşı olan iddiaların qarşısını alsın.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-356/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 16/06-20 /002 nömrəli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə (X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdehnə aid edilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MTK iddia ərizəsində müqavilənin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv olunmasını xahiş etsə də, iddia ərizəsinin məzmunu (iddianın əsası) və MTKnın nümayəndəsinin məhkəmə iclasların da verdiyi izahat onun iradə ifadəsinin müqavilənin etibarsızlığına yönəldiyini göstərir. Odur ki, həm İddiaçı iddiasına münasibətdə əqddən irəli gələn tələb kimi, həm də "xxxx" MTK-nın iddasının əsası kimi mübahisə predmeti olan müqavilənin etibarlılığına qiymət verilməsini məhkəmə məqsədəmüvafiq hesab etmişdir.

16. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı X10 ilə rəsmi nikahda olmadığı halda, özünü onun arvadı kimi təqdim edərək 16 iyun 2020-ci il tarixdə, qüvvədə olmayan çıxarışı təqdim etməklə, sağlığında X4 mülkiyyətində olmuş əmlakın MTK-ya təhvil verilməsi və əvəzində inşa ediləcək binada yeni mənzilin əldə olunmasına dair müqavilə bağlamışdır. Halbuki müqavilə bağlanan vaxt təhvil verilməsi nəzərdə tutulan əmlak - Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi, e v 20, mənzil 6 vərəsəlik qaydasında X4 yeganə vərəsəsi-atası X5 mülkiyyətində olmuşdur (mənzil xx.xx.2013-cü il tarixdən sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır).

17. Məhkəmə hesab etmişdir ki, "xxxx"xxxx"İddiaçı, mənzil almaq məqsədilə MTK-ya qüvvədə olmayan çıxarış təqdim edərək, yalan məlumat verməsi" barədə dəlili əqdin aldatma yolu ilə bağlanılması barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Belə ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur ki, baxılan işdə İddiaçı uzun müddət Elşən Şamxa lovla faktiki nikah münasibətlərində olması nəticəsində özünü sonuncunun arvadı hesab etməsi, habelə bu hala əsaslanmaqla onun əri hesab etdiyi şəxsin evinə istifadə hüququnun tanınmasını həyata keçirməsi, o cümlədən Valeh Şamxalovun vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılmasından məlumatının olmamasının ağlabatanlılığı nəzərə alındıqda, aldatma halına istinad etməklə müqavilənin birmənalı etibarsızlığı nəticəsinə gəlmək mümkün deyildir.

18. Belə ki, aldatma müqavilə tərəfinin ortaya qoyduğu iradəsinin qarşı tərəfin onu qəsdən yanıltması nəticəsində zədələnməsidir. Belə bir iradə ümumiyyətlə mövcud deyilsə, onun (aldatma ilə) zədələnməsindən də söhbət gedə bilməz. Odur ki, hazırkı halda İddiaçı tərəfindən aldadılmaya yol verilməsi təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır.

19. Bununla belə, hazırkı müqavilənin səlahiyyəti olmayan şəxs (İddiaçı) tərəfindən bağlanmasının müəyyən edilməsi bu halın onun etibarsızlığı əsası kimi nəzərdən keçirilməsini labüd edir.

20. İşdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilinə istifadə hüququ tanınmışdır.

21. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, İddiaçı mənzil barəsində tanınan istifadə hüququ əmlak hüququ hesab edilsə də, ona həmin mənzil üzərində mülkiyyətçi statusunu vermir. Hazırkı işin hallarından isə mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı əmlak üzərində mülkiyyət hüququ yaranmamış, o üçüncü şəxs Valeh Şamxalovun mülkiyyətində olan əmlak üzərində buna səlahiyyəti olmadan sərəncam vermiş, səlahiyyətli şəxs tərəfindən həmin əqdin bəyənilməsi halı isə müəyyən edilməmişdir.

22. Göründüyü kimi, İddiaçı səlahiyyəti olmayan şəxs kimi əqdin bağlanmasını həyata keçirmişdir ki, bu da həmin əqdin etibarsız əqd kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir.

23. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız olduğundan, yəni, hər hansı hüquqi nəticələr yaratmadığından həmin əqddən irəli gələn tələbin təmin edilməsi istisna edilir. Çünki etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Belə ki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

24. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. 25. "xxxx" MTK-nın iddiasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, İddiaçı iddiası çərçivəsində tərəflər arasındakı xx.xx.2022-ci il tarixli müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanılması məhkəmə tərəfindən müəyyən edildiyindən, etibarsız sayılan müqavilənin ləğv edilməsi tələbinin təmin edilməsi zərurəti də aradan qalxmış olur.

26. Bununla belə, məhkəmə iddianın mahiyyəti üzrə qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasındakı müqavi lə etibarsız hesab edilməsəydi belə, iddiaçı "xxxx" MTK-nın iddia ərizəsində göstərdiyi hallar mübahisə predmeti olan müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas kimi çıxış edə bilməzdi. Belə ki, hazırkı işdən qanunvericilikdə nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması olmamış, müqavilənin əhəmiyyətli dərəcədə pozulması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilməmişdir.

27. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından qeyd etmişdir ki, müqavilə etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir.

28. Məhkəmə iclasında "xxxx" MTK-nın nümayəndəsi izahatında İddiaçı müqavilə üzrə hər hansı kirayə haqqının ödənilmədiyini bildirmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə etibarsız hesab edilən xx.xx.2020-ci il tarixli müqavilə üzrə kooperativə münasibətdə restitusiya tətbiq olunmasına zərurət yoxdur.

29. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 337.4, 357, 358.1, 358.2, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 421.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 16/06-20/002 nömrəli müqavilənin etibarsız hesab edilməsi və İddiaçı Cavabdehnə (X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sü rməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsini, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin təmin edilməsini, iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməklə, ünvan 2 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3cü mərtəbə, 100 kv.m. ibarət 2 otaqlı 7/8 saylı mənzilin boşaldılaraq təmirli şəkildə iddiaçının mülkiyyətinə verilməsi, 14 aylıq (2023-cü ilin may ayından ərizə verilən günədək) ümumilikdə 8.400 manat məbləğində kirayə haqqı və 104 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddiaçı Cavabdeh İddiaçı qarşı Cavabdeh MTK ilə İdd iaçı arasında bağlanmış 16 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci il tarixdən X10 ilə faktiki nikah münasibətlərinə girmiş, nikahlarını dövlət qeydiyyatına aldırmasalar da, Elşən Şamxalovla faktiki olaraq ər-arvad münasibətlərində olaraq birgə təsərrüfat aparmışdır. O, faktiki nikah münasibətlərində olduğu Elşən Şamxalovla birlikdə qaynanası X3 məxsus mənzildə (MTK tərəfində sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzil) yaşamışlar. Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzili 1991-ci il tarixdə qaynanası X7 tərəfindən alınmışdır. 9 fevral 2011-ci il tarixdə qaynanası rəhmət ə getmişdir. Bundan sonra, həmin mənzildə Şamxalov Elşən və özü yaşamışlar. 14 oktyabr 2012-ci il tarixində Şamxalov Elşən də rəhmətə getmişdir və həmin mənzil MTK-ya təhvil verilən anadək həmin mənzildə iddiaçı yaşamışdır və söküntü üçün mənzili müqavilə bağlandıqdan sonra o, MTK-ya təhvil vermişdir. Həmin yaşadığı dövrdə mənzilin sahəsi onun tərəfindən artırılmış və yeni tikililər inşa edilmişdir. X9 isə faktiki nikah münasibətində olduğu Elşən Şamxalovun atasıdır. O, Elşənin anası X2 1974-cü il tarixdə rəsmi olaraq boşanmışlar. Valeh Şamxalov həmin mənzildə heç vaxt yaşamamışdır, Elşən və anası ilə də münasibətləri olmamışdır. MTK tərəfindən İddiaçı ilə danışıqlar aparılmış və mənzilin söküntüyə təhvil verilməsi müqabilində yeni tikiləcək binadan mənzil və o müddət üzrə kirayə haqqı ola raq 600 manat verilməsi təklif olunmuş və bununla da tərəflər arasında razılaşma baş tutmuş və müqavilə bağlanaraq mənzil təhvil verilmişdir (16 iyun 2020-ci il tarixli 16/0620/002 saylı). X1 ilə «Yeni Dünya” MTK arasında xx.xx.2020-ci il tarixli 18/1808/20 saylı müqavilə bağlanmışdır. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, qeyri-obyektiv olaraq sübutları yalnış qiymətləndirərək mübahisəyə düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmış və öhdəliklər müəyyən olunmuşdur. Məhkəmə tərəfindən əsaslandırılmış qətnaməni oxuyarkən görünür ki, sanki məhkəmə işin hallarına görə nəticəyə gəlməmiş, qətnamə çıxarmış sonradan işin hallarını gəlmiş olduğu nəticəyə uyğunlaşdırmağa ç alışmışdır. Buna görə də iş üzrə vacib sübutları gözardı etmiş və qiymət verməmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3464/2025 nömrəli, 7 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Elşən Kazımov-sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Fərruz Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, hazırkı mübahisə əqdə əsaslandığına, yəni 16 iyun 2020-ci il tarixli müqavilə ilə bağlı olduğuna görə həmin əqdin əhəmiyyətsiz olması səbəbindən iddia sözügedən mənzilə münasibətdə əsaslı hesab edilmir.

34. Belə ki, iddiaçının sökülən mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır, səlahiyyətli şəxsi isə, yəni mənzilin mülkiyyətçisi ona bu cür müqavilə bağlamaq üçün icazə verməmişdir. Sonradan da sökülən mənzilin mülkiyyətçisi iddiaçının 16 iyun 2020-ci il tarixli müqavilə bağlamasını hüquqa uyğun qaydada bəyənməmiş, əksinə özü mülkiyyətində olmuş və sökülən mənzilin əvəzində MTK ilə başqa mənzilə dair yeni xx.xx.2020-ci il tarixli müqavilə bağlamışdır.

35. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırkı iş üzrə 3-cü şəxs Valeh Şamxalov iddiaçının cavabdeh MTK ilə bağladığı 16 iyun 2020-ci il tarixli müqaviləyə əsasən MTK-nın iddiaçıya sökülən mənzilin əvəzinə əlavə, yəni 2-ci mənzilin verilməsinə etiraz etməmiş, əksinə mənzilin verilməsini istəmişdir, demək ki, burada Valeh Şamxalovun özünun hüquqa zidd maraqları olmuşdur. Çünki iddiaçının sökülən mənzilə məhkəmə qətnaməsinə əsasən istifadə hüququ tanındı ğı və Valeh Şamxalovun bunu bildiyi üçün xx.xx.2020-ci il tarixli müqavilə əsasında MTK-dan mülkiyyətində olmuş və sökülmüş mənzilin əvəzində aldığı mənzilə iddiaçının istifadə hüququnun keçməməsi üçün bu cür mövqe nümayiş etdirməsi anlaşılan olsa da başa düşülən deyildir. Yəni, Valeh Şamxalovun bu davranışı 16 iyun 2020-ci il tarixli müqaviləni bəyənməsi kimi qiymətləndirilə bilməz. Əks halda sökülən 1 mənzilin əvəzində 2 mənzilin verilməsi cavabdehin də hüquqlarını pozmuş olur. Deməli, Valeh Şamxalovun iddiaçı ilə bu məsələdə eyni və vahid mövqedən çıxış etməsi açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyır. Ona görə də Valeh Şamxalovun nümayəndəsi və vəkilinin izahatları şikayətin əsaslılığı baxımından mötəbər sübut sayıla bilməz.

36. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdi r ki, iddiaçının 1998-ci il tarixdən X10 ilə faktiki nikah münasibətlərində olması və sökülən mənzildə yaşaması iddiasının uğurluluğu baxımından heç nəyi dəyişmir. Yaşadığı dövrdə sökülən evin artırılmasına və yeni tikililər inşa edilməsinə dair də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şahid qismində dindirilmiş Aygün Həsənovanın ifadəsi də bu hissədə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki şahidin iddiaçı ilə olan xoş münasibətlərinə görə sonradan bu cür ifadə verməsi mümkün ola bilsə də, mötəbər deyil. Valeh Şamxalovun sökülən mənzildə heç vaxt yaşamaması, Elşən və anası ilə münasibətləri olmaması da iddiasını və apellyasiya şikayətini əsaslı etmir. Çünki bu hallar iddiaçı ilə Valeh Şamxalov arasında olan münasibətlərə aiddir və sökülən mənzilə görə cavabdeh MTK-nın 2 mənzi l verməli olduğu öhdəliyini yaratmır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən etibarsızlığın nəticəsi olaraq Mülki Məcəllənin 337.5-ci maddəsi də tətbiq edilə bilməzdi. Çünki sökülən mənzilə dair iddiaçı səlahiyyətsiz şəxs kimi müqavilə bağlamışdır. Demək ki, səlahiyyətsiz şəxs kimi sökülən mənzilin üzərində sərəncam verdiyi üçün hətta alınanların geri qaytarılması (restitusiya) məsələsi həll edilsə idi belə, yenə də iddiaçının geri qaytarılanları almaq səlahiyyəti yox idi. Çünki sökülən mənzilin əvəzində həmin mənzilin mülkiyyətçisi Valeh Şamxalova yeni mənzil verilmişdir. Qanuniliyinin yoxlanılması hazırkı iddiaların və icraatın predmeti olmasa da, iddiaçının Nəsimi Rayon Polis İdarəsini cavabdeh qismində göstərməklə sökülmüş evə istifadə hüququnun tanınması barədə çıxarılan qətnamə də iddiaçının xeyrinə restitusiyanın tətbiq edilməsini mümkün etmir. Çünki cavabdeh MTK iddiaçı ilə sökülən mənzilə görə sonuncunun istifadə hüququnun olduğuna görə müqavilə bağlamayıb. Əgər belə olmuş olsa idi, mütləq ki, müqavilədə bu öz əksini tapardı, ancaq tapmayıb. Demək ki, iddiaçı sökülən mənzil üzərində sərəncam vermək hüququ olmadığı halda mülkiyyət hüququ olan şəxs kimi müqavilə bağlamışdır. Başqa sözlə, məhkəmə təcrübəsində də hansısa mənzilə (evə) yaxud qeydə alınmayan tikiliyə istifadə hüququ olan şəxslərlə sökülmə ilə əlaqədar bu cür müqavilələr bağlana bilir. Ancaq hazırkı işdə sözügedən sökülən mənzilin konkret mülkiyyətçisi Valeh Şamxalov olub və onunla da xx.xx.2020-ci ildə müqavilə bağlanmışdır. Yəni, MTK iddiaçıya müraciət edərək sökülən mənzi ldə istifadə hüququ olduğuna görə onunla müqavilə bağlamaq arzusunda olsaydı, elə müqavilənin şərtində bu göstərilə bilərdi. Üstəlik müqavilə bağlandıqdan qısa müddət sonra xx.xx.2020-ci il tarixli müqavilədən imtina edib, sökülən mənzilin mülkiyyətçisi Valeh Şamxalovla xx.xx.2020-ci il tarixli müqavilə bağlaması da ona dəlalət edir ki, MTK iddiaçının sökülən mənzilin mülkiyyətçisi olduğunu düşünərək onunla müqavilə bağlayıb, sonradan isə iddiaçının qeyd olunan mənzil üzərində sərəncam vermək səlahiyyəti, yəni səlahiyyətsiz şəxs olduğuna görə müqavilədən imtina edib. MTK hansısa məbləğdə kirayə haqqı ödəmişdirsə, yaxud mənzilin sahəsi artırılaraq əlavə tikili inşa etmişdirsə, iddiaçı buna dair məhkəməyə hansısa sübut təqdim edə bilərdi, ancaq edə bilməmiş, apellyasiya baxışı zamanı da təqd im edilməsinin mümkünlüyünə dair cəhdlər də etməmişdir. Sökülən mənzilin əvəzində iddiaçı və Valeh Şamxalovla bağlanmış müqavilələrin müstəqil müqavilələr olması yaxud predmetini təşkil edən yeni mənzillərin ünvanının fərqli olması da iddianın və apellyasiya şikayətinin keçərli olmasını labüd etmir.

38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 351.1, 351.2, 351.3, 351.4, 351.5, 355.1, 355.2, 357, 358.1, 421.1, 421.2, 421.3, 425.1, 425.2, 560.1, 560.2, 560.3.1, 560.3.2, 560.3.3, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı kassasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-356/2025 saylı qətnaməsini qismən - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 16/06-20/002 nömrəli müqavilənin etibarsız hesab edilməsi və İddiaçı Cavabdehnə (X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsini, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin təmin edilməsini, iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməklə, ünvan 2 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3cü mərtəbə, 100 kv.m. ibarət 2 otaqlı 7/8 saylı mənzil boşaldılaraq təmirli şəkildə iddiaçının mülkiyyətinə verilməsini, 14 aylıq (2023-cü ilin may ayından ərizə verilən günədək) ümumilikdə 8.400 manat məbləğində kirayə haqqı və 104 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddiaçı Cavabdeh İddiaçı qarşı Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinin ləğv edilməsin ə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə qanunsuz və əsassız olduğu üçün, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğundan ləğv edilməlidir.

41. Məhkəmə diqqət yetirməmişdir ki, MTK ilə tərəflər arasında bağlanmış müqavilələr müstəqil müqavilələrdir. MTK hər iki vətəndaşla müqavilə bağlamış və əvəzləşmə olaraq onlara verməyi öhdəsinə götürdüyü mənzillər də fərqlidir. Belə ki, İddiaçı i lə bağlanmış müqavilədə "B" bloku, 3-cü mərtəbə, 100 kv.m ibarət, 2 otaqlı 7/8 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüş, Valeh Şamxalovla bağlanmış müqavilədə isə "A" bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət, 2 otaqlı 15 saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürmüşdür.

42. Məhkəmə, yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. İddiaçının açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamışdır. Məhkəmə kollegiyası tərəfindən iş üzrə mövcud olan sübutlar düzgün qiymətləndirilməmiş, məhkəmə bu iş üzrə olan sübutları qiymətləndirməmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsas ında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol vermiş, tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir.

43. Hazırki işdən müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyət ilə bağlı ümumi normalara istinad etməklə iddianı irəli sürmüş və birinci instansiya məhkəməsi tərəflər arasında hansı hüquq münasibətlərinin mövcud olmasını və həmin hüquq münasibətlərinə uyğun maddi hüquq normasını müəyyən etmədən iddianı qismən təmin etmişdir. Apellyasiya məhkəməsi həmçinin bu məsələlərlə əlaqədar hüquqi dəyərləndirmə aparmadan apellyasiya şikayətini təmin etməmişdir.

44. Məhkəmə Mülki Məcəllənin 385.1, 422.1, 442, 448-ci maddələrinin, Konstitusiyanın 13-cü maddəsini, “İnsan hüquqları haqqında ümum i Bəyannamənin” 8-ci maddəsinin tələblərini pozmuşdur.

45. Kassator şikayətini 385.1, 422.1, 442,448, 324, 385, 386.1, 448.1, 442, 442, 421.1, 421.2, 422.2, 422.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Cavabdeh MTK kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

48. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyy əti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

49. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

50. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

51. Maddə 351.1. Ə həmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

52. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

53. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

59. MPM-nin 418.4-cü maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin normada nəzərdə tutulmuş prosessual pozuntulara yol verilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan məhkəmə kollegiyası ilk növbədə işə baxmış məhkəmə tərəfindən həmin pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq bu pozuntulara yol verilmədiyini müəyyən edir.

60. İşdən görünür ki, apellyasiya məhkəməsinin baxış predmeti olan hissə ilk iddia tələbinin təmin edilmədiyi hissə olmuşdur. İlk iddia tələbində iddiaçı tərəfl ər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn tələblər irəli sürmüşdür.

61. İşə mahiyyəti üzrə baxmış məhkəmələr düzgün olaraq hesab etmişlər ki, ilk iddia tələbinə hüquqi qiymət verilməsi üçün ilk növbədə iddianın faktiki əsası kimi istinad edilmiş xx.xx.2020-ci il tarixli müqavilənin etibarlı əqd olub-olmaması yoxlanılmalıdır.

62. Kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilinə istifadə hüququ olsa da onun xx.xx.2013-cü ildən üçüncü şəxs X5 mülkiyyətində olan həmin daşınmaz əmlaka sərəncam vermək səlahiyyəti (sökülməsi və yeni tikiləcək binadakı mənzillə əvəzləşdirilməsi) olmadığından tərəflər arasında bağlanmış müqavilənin etibars ız (əhəmiyyətsiz) əqd olduğuna düzgün qiymət verilmişdir.

63. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırmış, kassasiya şikayətində istinad edilmiş maddi və prosessual hüquq pozuntularına yol verilməmişdir.

64. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3464/2025 nömrəli, 07 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar