Məhkəmə qərarları › İş №2(011)-8972/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8972/2025

10.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8972/2025 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 Qəhrəman qızına qarşı əmlakın geri qaytarılması, borc öhdəliyinə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 Qəhrəman qızına qarşı əmlakın geri qaytarılması, borc öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçı (vəkili-nümayəndəsi) məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmadan saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmiş, iddia tələbini, iş materiallarını və iddia ərizəsinin baxılmadan saxlanılması barədə ərizəni nəzərdən keçirərək hesab etmişdir ki, ərizə təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;. Qeyd olunan qanunvericilik normalarının tələblərini və iddia ərizəsinin baxılmadan saxlanılması barədə ərizəni nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 Qəhrəman qızına qarşı əmlakın geri qaytarılması, borc öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 Qəhrəman qızına qarşı əmlakın geri qaytarılması, borc öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, **********08 nömrəli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 150 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar