Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-643/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Məsimova İlhamə Zərqəm qızına qarşı avtomobilin qaytarılması və pul tələbi barədə ilk iddia tələbi, Məsimova İlhamə Zərqəm qızının cavabdehlər cavabdeh1 və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (əqdin etibarsızlığı, uydurma əqd – sübutetmə) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İlk iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Məsimova İlhamə Zərqəm qızının nümayəndəsi və vəkili nümayəndə2, İlk iddia üzrə cavabdeh cavabdeh1(sonuncu məhkəmə iclasında iştirak etmir), onun nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsi Məsimova İlhamə Zərqəm qızı tərəfindən X6 60000 manata satılmışdır.
2. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsi Məsimova İlhamə Zərqəm qızı tərəfindən İddiaçı 50000 manata satılmışdır.
3. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsi X4 tərəfindən Məsimova İlhamə Zərqəm qızına 25000 manata satılmışdır.
4. “xxxx” Kredit ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit və girov müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə 35000 manat kredit verilmişdir. “xxxx” Kredit şirkətinin mülki sahibi Rəhimov Sadiq İsmayıl oğlu tərəfindən imzalanmışdır.
5. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X8 “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsini idarə etmək məqsədilə X16 etibarnamə vermişdir. Etibarnamə ##.##.2026-cı il tarixədək etibarlıdır. Bu etibarnamə üzrə səlahiyyətlər digər şəxsə verilə bilməz.
6. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X8 “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsini idarə etmək məqsədilə Məsimova İlhamə Zərqəm qızına etibarnamə vermişdir. Etibarnamə ##.##.2026-cı il tarixədək etibarlıdır. Bu etibarnamə üzrə səlahiyyətlər digər şəxsə verilə bilməz.
7. Nizami RPİ-nin 23-cü Polis Bölməsinin baş təhqiqatçısı, R X2 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış ##.##.2024-cü il tarixli, HK-*-**** saylı material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
8. Həmin qərardan görünür ki, İddiaçı 2017-ci ildən bu günə qədər rəsmi olaraq Lombard MMC-də kredit mütəxəssisi kimi çalışdığını, ##.##.2024-cü il tarixdə özünə məxsus qara rəngli Lexus markalı, **-TF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Rəhmətullah adlı şəxsə 24 aya, hər ay 2150 manat olmaqla satdıqdan sonra, Rəhmətullah adlı şəxsin ona verməli olduğu ümumilikdə 51600 manat puldan 5000 manatını ödədiyini, hər dəfə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxladıqda ona müxtəlif bəhanələr gətirərək aylıq ödənişlər etmədiyini, maşını və pulu geri qaytarmadığını, onunla əlaqə saxladıqda onu telefonda nalayiq küçə söyüşləri ilə təhqir etdiyini, maşını doğrayıb hissə-hissə satdığım dediyini, həmin avtomobilə görə Rahmatullah adlı şəxsin ona 5000 manat pul verdiyindən ona ümumilikdə 47000 manat maddi ziyan dəydiyini bildirmişdir.
9. Həmin qərardan görünür ki, cavabdeh1Gholamreza ##.##.2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Ağasən oğlunun onun yaşadığı Saatlı rayonunda qarpız əkərək ona olan 64700 manat pul borcunu qarpız sataraq qazanc əldə etdikdən sonra ona qaytaracağını, lakin Rəsulun ona maddi imkanı olmadığından onun xxxx Kredit Təşkilatında Emin adlı tanışının olduğunu, oradan kredit götürməsi üçün həyat yoldaşına məxsus Lexus markalı, **-TF- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili həmin təşkilata girov qoymalı olduğunu dediyini, Rəsulun həqiqətən də qarpız əkməsi üçün torpaq sahəsinin olmasına əmin olması üçün Saatlı rayonuna getdiyini, orada Rəsul və atası Ağasən ilə birlikdə torpaq sahəsinə baxdıqlarını, qarpız əkildikdən və satıldıqdan sonra ona olan bocunu qaytarması üçün Lexus markalı, **-TF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili girov qoyduğunu, razılaşdığını, ##.##.2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Ağasən oğluunun adma 28000 manat kredit götürüldüyünü, sonra ona məxsus maşının İddiaçı adına kredit ödənib bitənəək qeydiyyata alındığını, İddiaçı ona, həyat yoldsaşına və oğluna kredit müddətinin başa çatmasınadək ##.##.2024-cü il tarixədək etibarnamə əsasında səlahiyyət verdiyini, sonra əsas borclu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Ağasən oğlunun onu aldadaraq qarpızdan əldə etdiyi puldan ona borclu olduğu pul ilə yanaşı özünün kredit borcunda da bir qəpik ödəniş etmədiyini, Azəbaycan Respublikasının hüdudlarını tərk etdiyini, borc ödənilmədiyindən borcun təminatı olaraq maşını öz adına alqı-satqı müqaviləsi əsasında qeydiyyatda olan şikayətçinin ona zəng edərək borcun Rəsul tərəfindən ödənilmədiyini, maşını geri qaytarmağı ilə hədələdiyini, ##.##.2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 borcu geri ödəmədiyindən 5000 manat xxxx Kredit şirkətinə ödədiyini, halhazırda maşının onda olmadığını, təxminən 2-3 ay əvvəl Rəsulun ona zəng edərək onu Bakı şəhəri Yasamal rayonu yeni yaşamal deyilən ünvanda Bravo marketə çatmamış yaşadığı binanın qarşısına maşını qoyduğunu, açarları da şüşəsilənin üzərinə qoyduğunu dediyini, Rəsul borcu ödəmədiyindən Eminin maşını idarə etmək üçün verdiyi etibarnamələri ləğv etdirdiyindən maşını idarə edə bilmədiyini, maşını Rəsula verib kredit təşkilatına verməməkdə məqsədinin Rəsulun maşını onlara təhvil vemıəməsini, versə maşını başqa əxsə satacaqlanm, maşının əldən çıxacağını, 3 ay müddətinə borcu tam ödəyib maşını ona təhvil verəcəyini deməsi olduğunu bildirmişdir.
10. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(012)- ****/**** nömrəli qərarından görünür ki, Məsimova İlhamə Zərqəm qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır.
11. Həmin qərardan görünür ki, iş materiallarında şəxsin mülkiyyətində mübahisələndirilən əmlakın mövcudluğunu, habelə həmin əmlak barəsində axtarışın aparılmasını təsdiq edən hər hansı mötəbər sübutlar mövcud olmamışdır. Eyni zamanda, “AzeMis Elektron məhkəmə informasiya sisteminə” də nəzər salarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mülkiyyətində “LEXUS” markalı, “**-TF-*** qeydiyyat nişanlı minik avtomobilinin mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, icra məmuru tərəfindən iş üzrə məcburi icra hərəkətləri həyata keçirilməmişdir. Alınıb verilməsi qeyd edilən avtomobil barəsində axtarış elan edilməmişdir.
12. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş, *-**-**/*-****/** saylı məktubun surətindən görünür ki, “Lexus LX-570” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: ##.##.2020-çıxış-Sartipzadeh Rahmatollah, ##.##.2021-giriş-Sartipzadeh Rahmatollah.
13. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-******/**** saylı məktubun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin *-***/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubuna Dövlət Gömrük Komitəsində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, müraciətdə qeyd olunan “Lexus LX-570” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncu dəfə “Astara” gömrük postu vasitəsilə ##.##.2020-ci il tarixdə ölkə ərazisindən aparılması, ##.##.2021-ci il tarixdə isə geri qaytarılması ilə bağlı gömrük orqanlarının vahid avtomatlaşdırılmış idarəetmə sistemində məlumat qeydə alınmışdır.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, “Lexus LX570” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin son dörd ay ərzində Azərbaycan Respublikası ərazisində idarə edilməsinə dair nömrə tanıma sistemində hər hansı məlumat qeydə alınmamışdır.
15. “xxxx” Kredit Təşkilatı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 24 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1və Məsimova İlhamə Zərqəm qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məsimova İlhamə Zərqəm qızı və cavabdeh1 qanunsuz istifadəsində olan “Lexus-LX570 minik” markalı 2010-cu il buraxılışlı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona təhvil verilməsi və cavabdehlərdən müştərək qaydada 10000 manat, ödənilmiş dövlət rüsumu olan 130 manat və vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 320 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Sartipzadeh Rahmatollah Gholamerzadan ##.##.2024-cü il tarixdə “Lexus LX 570” minik markalı, 2010-cu il buraxılışlı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili 45000 manata almışdır. Həmin zaman avtomobilin mülkiyyətçisi Məsimova İlhamə Zərqəm qızı olmuşdur və o, Sartıpzade Rahmatollaha baş etibarnamə vermişdir. Həmin avtomobil 45000 manata iddiaçıya satılmış və iddiaçı bu məbləği tam şəkildə ödəmişdir. Sonradan Sartıpzade Rahmatollah həmin avtomobili daha yüksək məbləğə yəni 24 ay müddətinə, hər ay 2150 manat ödənilməsi şərtilə iddiaçı ilə aralarında olan razılığa əsasən ondan almaq istəmiş və iddiaçı da buna razılıq vermişdir. Bununla əlaqədar olaraq Sartıpzade Rahmatollah özünə və Məsimova İlhamə Zərqəm qızının adına iddiaçıdan etibarnamə almışdır. İddiaçı İddiaçı aralarında olan razılaşmaya əsasən 5000 manat məbləğində pul ödəmişdir. Daha sonra isə şərtləri pozaraq pulu ödəməmişdir. İddiaçı pulun ödənilməsini tələb etsə də, cavabdeh bundan yayınmış, telefonlara cavab verməyərək, iddiaçıya artıq maşını hissələrə ayıraraq satacağını, məhv edəcəyini bildirmişdir. İddaçı da Nizami rayon polis idarəsinə müraciət etmişdir. Nizami RPİ-nin ## ####### 2024-cü il tarixli qərarından görünür ki, iddiaçı etibarnaməni ləğv etdiyindən cavabdeh avtomobili idarə edə bilməyib və istintaq orqanı cinayət işinin başlanmasını rədd edərək, mülki qaydada məhkəməyə müraciət etmək hüququnu izah etmişlər. İddiaçı cavabdehlərə verilmiş etibarnaməni ləğv etmiş, aidiyyatı üzrə müvafiq polis orqanlarına müraciət etsə də, bu günədək mülkiyyətində olan avtomobil cavabdehlər tərəfindən ona əsassız olaraq qaytarılmır. Əksinə avtomobilin tapılmasında və iddiaçıya qaytarılmasında heç bir tədbir görülmür. İddiaçı avtomobilin cavabdehlər tərəfindən gizlədilib məhv edilməsindən qorxur. 2024-cü il üçün avtomobilin real bazar dəyəri 45000-50000 olsa da, 2025-ci il üçün “Lexus LX570” markalı, 2010-cu il buraxılışlı, avtomobilin real bazar dəyəri 35000- 38000 manat arasında dəyişir. Yəni iddiaçının avtomobili aldığı müddətdən bir ildən artıq müddət keçib, cavabdehlər avtomobili öz bildikləri kimi istifadə edir və hətta avtomobilin məhv edilərək hissə hissə satdıqlarını da bildirmişlər. Hal hazırda avtomobil real təhlükə altındadır. Məcbur qalıb hazırkı tələblə məhkəməyə müraciət etməli olub. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
18. Qarşılıqlı iddiaçı Məsimova İlhamə Zərqəm qızı cavabdeh1və İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Lexus LX 570” minik markalı 2010-cu il buraxılışlı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair cavabdeh cavabdeh1Qulamrza oğlu ilə digər cavabdeh İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin onun sahibliyinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi alqısatqı müqaviləsi başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olduğundan etibarsız hesab edilməlidir. “Lexus-LX570 minik” markalı, 2010-cu il buraxılışlı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil 2019-cu il tarixdən ona məxsus olmuşdur. Avtomobili baş etibarnamə əsasında inanıb etibar etdiyi həyat yoldaşı Sartıpzade Rahmatollaha idarə etmək üçün vermişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərarından görünür ki, cavabdeh vermiş olduğu izahatında “##.##.2024-cü il tarixdə özünə məxsus qara rəngli “Lexus LX570 minik” markalı, 2010-cu il buraxılışlI, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili 45000 manata aldığını, həmin zaman avtomobilin mülkiyyətçisinin o olduğunu və Sartıpzade Rahmatollaha baş etibarnamə verdiyini, sonradan Sartıpzade Rahmatollah həmin avtomobili daha yüksək məbləğə yəni 24 ay müddətinə hər ay 2150 manat ödənilməsi şərtilə iddiaçı ilə aralarında olan razılığa əsasən ondan almaq istədiyini və iddiaçının buna razılıq verdiyini, daha sonra isə Rəhmətullahın şərtləri pozaraq pulu ödəmədiyini” qeyd etmişdir. İşin faktiki hallarından göründüyü kimi ona məxsus olan avtomobil əslində Rəhmətullah Sartıpzadənin cavabdehin bir başa əlaqəsi olduğu “xxxx” Kredit Təşkilatından götürülümüş kreditin təminatı olaraq, bir növ girov kimi saxlamaq üçün İddiaçı adına alqı-satqı edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomobil Rəhmətullah tərəfindən ona satılmış və sonradan həmin avtomobil daha yüksək məbləğə 24 ay müddətinə yenidən Rəhmətullaha satılmışdır. Halbuki iş materiallarında olan cavabdeh İddiaçı tərəfindən Sartıpzadəh Rəhmətullaya verilmiş etibarnamədən göründüyü kimi avtomobil ##.##.2024-cü il tarixdə Rəhmətullah Sartıpzade tərəfindən İddiaçı alqı-satqı edildiyi gün, yenidən daha baha qiymətə Rəhmətullah Sartıpzadeyə satılmış və elə həmin tarixdə, ##.##.2024-cü il tarixdə Rəhmətullah Sartıpzadeye etibarnamə verilmişdir. Rəhmətullah Sartıpzadə ##.##.2024-cü il tarixdə avtomobili cavabdeh İddiaçı satdıqdan sonra elə həmin tarixdə, həmin saatda həmin avtomobilin İddiaçı tərəfindən daha baha qiymətə kreditlə Rəhmatullaha satması gülünc məsələdir. Göründüyü kimi İddiaçı Rəhmatullah Sartıpzadənin adına verilmiş kredit üzrə borc müqaviləsini pərdələmək üçün avtomobili Rəhmətullah Sartıpzadənin adından öz adına alqı-satqı edərək əhəmiyyətsiz əqdin bağlanmasına nail olmuşdur. Cavabdeh Rahmatollah Sartıpzadənin polis bölməsində vermiş olduğu izahatından da görünür ki, o, qeyri-rəsmi olaraq Emil Həsənliyə məxsus olan “xxxx” Kredit Təşkilatından götürüb mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vermiş olduğu pulun qarşılığı olaraq Məsimova İlhamə Zərqəm qızına məxsus avtomobili Emil Həsənlinin adına alqısatqı etmişdir. “Lexus LX 570” minik markalı 2010-cu il buraxılışlı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ əsasında Məsimova İlhamə Zərqəm qızına məxsus olmuşdur. Cavabdeh Sartıpzade Rahmatollah Məsimova İlhamə Zərqəm qızının rəsmi nikahda olan həyat yoldaşıdır. Həyat yoldaşı olduğu üçün onun avtomobili idarə etməsi məqsədi ilə tərəfindən ona etibarnamə verilmişdir. Cavabdeh Sartıpzade Rahmatollah dəfələrlə ailəyə məxsus olan pulları başqa-başqa şəxslərlə iş birliyi qurmaq üçün vermiş və nəticədə pullar qaytarılmamışdır. Hazırkı mübahisə predmeti olan avtomobili satıb özünə başqa avtomobil almaq istəyirdi. Rəhmatollah sözügedən avtomobilin bu müddət ərzində harada olması barədə ona sual verdikdə, avtomobili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Ağasən oğluna kreditə satdığını, onun hər ay 2000 manat onlara pul verəcəyini deyirdi. Rəhmatollah Sartıpzade hətta 2 ay ona, hər ay 2000 manat olmaqla, ümumilikdə 4000 manatda pul verərək həmin pulun maşının kredit borcundan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ödənildiyini demişdi. Sonra isə o, növbəti aylarda borcu ödəmədi və buna əsas kimi Rəsulun Azərbaycan Respublikasının ərazisini tərk edib başqa ölkəyə köçdüyünü və bu səbəbdən pulu ödəniş etmədiyini, maşını isə harada saxlamasından məlumatının olmadığını demişdir. O, maşının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 geri almaq üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyini dedikdə o, bildirdi ki, o, özü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şikayət ərizəsi ilə polisə müraciət etmiş və Rəsul barəsində axtarış qərarı qəbul edilmişdir. Ona məxsus maşının cavabdeh Rahmatollah Sartıpzade tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 götürmüş olduğu kreditin əvəzi olaraq ##.##.2024-cü il tarixdə cavabdeh İddiaçı satılmasından məlumatı hazırkı iş üzrə məhkəmə bildirişi ona təqdim edildikdən sonra, sənədlərlə tanış olarkən olmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır.
20. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Məsimova İlhamə Zərqəm qızı və İddiaçı arasında bağlanılmış ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı “Lexus-LX570 minik” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəxsi mülkiyyətində olduğunu bildirmişdir. Lakin işin hallarından görünür ki, ilk iddia üzrə iddiaçı həmin avtomobili alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, lakin bu əqd mübahisələndirilmiş və məhkəmə araşdırması zamanı onun yalan əqd olması müəyyən edilmişdir. Beləliklə, hazırkı mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən dəlillərin etibarsız olması öz təsdiqini tapmışdır, etibarsız əsaslarla əldə edilmiş sübutlara isə istinad edilməsi yolverilməzdir. Ona görə də ilk iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar bildirib ki, mübahisəli avtomobil əvvəllər qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olmuş, lakin o, sonradan onun əri tərəfindən (etibarnamə əsasında) İddiaçı satılmışdır. İş materiallarında olan mötəbər sənədlərdən məlum olur ki, bu zaman tərəflərin əsl niyyəti başqa şəxsə, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 “xxxx” Kredit Təşkilatı tərəfindən 24 aylığa verilmiş 35000 manat kredit öhdəliyinin girovu kimi avtomobili İddiaçı sahibliyinə vermək olmuş, lakin onlar girov (ipoteka) müqaviləsi əvəzinə, bu əqdi pərdələyən alqı-satqı müqaviləsi imzalamışlar. Bunlar isə fərqli institutlardır və fərqli nəticələr yaradır. Məhkəmə mübahisəli avtomobilin alqısatqısı barədə müqavilə yalan əqddir və etibarsızdır. İşdən görünür ki, avtomobilin əvvəlki mülkiyyətçisi İ.Z.Məsimova ilə “xxxx” Kredit Təşkilatı arasında hər hansı kredit münasibətləri yoxdur, deməli ona məxsus daşınar əmlak da bu təşkilat qarşısında əsas öhdəliyin icrasının təminatı kimi ipoteka ilə yüklü edilə bilməz. Digər tərəfdən, işdən görünür ki, İ.Z.Məsimova mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə “xxxx” Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsini bəyənməmişdir. Bütün bu hallar isə onu deməyə əsas verir ki, avtomobilin alqı-satqısı ilə pərdələnmiş ipoteka (girov) müqaviləsi hazırki mübahisəyə tətbiq edilə bilməz, yəni bu əmlak kredit öhdəliklərinin təminatı kimi çıxış edə bilməz.
22. Məhkəmə qarşılıqlı iddia tələbinin “Lexus LX 570” minik markalı 2010-cu il buraxılışlı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun sahibliyinə geri qaytarılması” hissəsi ilə bağlı qeyd edib ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, İ.Z.Məsimova sözügedən avtomobilin ilk iddia üzrə iddiaçının sahibliyində olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdən görünür ki, mübahisə predmetini təşkil edən daşınar əmlak mövcud deyildir, istismar olunmur. Bununla belə, bu əmlak üzərində İ.Z.Məsimovanın hüquqları bərpa edildiyindən məhkəmə izah edib ki, o, əmlakı dövriyyədən çıxarmış şəxsə qarşı onun pulla dəyərini tələb etmək hüququna malikdir.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 157.4, 181.1, 269.1, 269.2, 269.3, 269.4, 337-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinin və 29-cu maddəsinin 1 və 11-ci hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərarına, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən ilk iddiaçı İddiaçı (onun vəkili) apellyasiya şikayəti vermişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi tam araşdırmamış, təqdim olunan, həmçinin məhkəmə sorğusuna cavab əsasında əldə edilən sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə təqdim olunmuş sübutun mötəbər olmadığına əsaslanmışdır. İlk iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası DİN-nin BDYP-nin ##.##.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə (hakim M.Abbasovaya) ünvanladığı məktubdan görünür ki, ##.##.2022-ci il tarixdə Məsimova İlhamə Zərqəm qızı cavabdeh1 Abşeron rayon * saylı notariat ofisində verilmiş etibarnaməyə əsasən, Lexus LX 570 minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətləri qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməklə bağlı baş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında cavabdeh1, Lexus LX 570 minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində istənilən əqdi bağlamaq səlahiyyəti mövcud olmuşdur. Bu səlahiyyətdən istifadə edərək, ## #### 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini Məsimova İlhamə Zərqəm qızının adından qeyd olunan avtomobili 50000 manat məbləğində İddiaçı satmış və həmin məbləği alqı satqı müqaviləsi bağlayarkən İddiaçı almışdır. Müqavilə ilə qeyd olunan hal tam sübut olunur. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X8 “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsini idarə etmək məqsədilə Sartipzadeh Rahmatollah oğluna etibarnamə vermişdir. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X8 “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsini idarə etmək məqsədilə Məsimova İlhamə Zərqəm qızına və cavabdeh1 təkrarən etibarnamə vermişdir. Qeyd edir ki, İddiaçı avtomobili gəlir əldə etmək üçün almış və onun müqabilində 5000 manat beh olmaqla, ümumilikdə 50000 manat ödənişi cavabdeh1 ödəmişdir. Lakin daha sonra aralarında olan şifahi anlaşma pozulmuş və cavabdeh1avtomobili doğrayacağını bildirdiyindən, İddiaçı Nizami RPİ-yə müraciət etmişdir. Araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəməyə təqdim olunmuş digər alqı satqı müqavilələrindən də görünür ki, cavabdeh1və İlhamə Məsimova mübahisəli avtomobili başqa şəxslərə bundan əvvəl satmış və sonra daha ucuz məbləğə yenidən almış və sonra isə hazırkı mübahisə predmeti olan müqaviləni bağlamışlar. Belə ki, ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsi Məsimova İlhamə Zərqəm qızı tərəfindən X4 60000 manata satılmışdır. Daha sonra ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsi X4 tərəfindən Məsimova İlhamə Zərqəm qızına 25000 manata satılmışdır. Göründüyü kimi İ.Məsimovanın bütün əqdlərdən məlumatı olmasına, adına müxtəlif vaxtlarda etibarnamə verilməsinə baxmayaraq məhkəmə bununla bağlı İ.Məsimovanın və cavabdeh1 əməlinə düzgün qiymət verməmişdir. Məhkəmə müqavilənin etibarsızlığı ilə bağlı qətnamə qəbul edərkən, məhz “xxxx” Kredit ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit və girov müqaviləsinə əsaslanmışdır. Halbuki hazırkı mübahisə üzrə tərəflər qeyd olunan müqavilənin iştirakçıları deyillər. İddiaçı “xxxx” Kredit təşkilatında işləməsi tərəflər arasında dövlət orqanında bağlanmış müqavilənin etibarsız hesab olunmasına əsas vermir. Məhkəmə həmçinin, qətnamədə qeyd etmişdir ki, “avtomobilin əvvəlki mülkiyyətçisi İ.Z.Məsimova ilə “xxxx” Kredit Təşkilatı arasında hər hansı kredit münasibətləri yoxdur, deməli ona məxsus daşınar əmlak da bu təşkilat qarşısında əsas öhdəliyin icrasının təminatı kimi ipoteka ilə yüklü edilə bilməz. Digər tərəfdən, işdən görünür ki, İ.Z.Məsimova mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə “xxxx” Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsini bəyənməmişdir.” Halbuki məhkəmə səlahiyyətlərin ötürülməsi ilə bağlı etibarnaməyə, həmçinin aparılan əməliyyat zamanı cavabdeh1 verilmiş etibarnamənin də qüvvədə olmasına əhəmiyyət verməmişdir. İ.Məsimova mübahisədən məhz məhkəmə bildirişinədək məlumatının olmadığını bildirsə də, lakin müqavilənin ##.##.2024-cü il tarixdə bağlanması və iddia tələbinin məhkəməyə ##.##.2026-cı il tarixdə verilməsi halını məhkəmə nəzərə almamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən bir sıra kobud pozuntulara yol verilmişdir. Məhkəmə əsassız olaraq İddiaçı mülkiyyət hüququnu pozaraq onun dəyərini ödəyərək aldığı avtomobili üçüncü şəxslərin bağladığı əqdə əsaslanaraq etibarsız hesab etmişdir. Göründüyü kimi məhkəmə, cavabdeh1la İddiaçı arasında ##.##.2024-cü il tarixli müqavilənin Baş Dövlət Yol Polis İdarəsində verilmiş baş etibarnaməyə əsasən bağlanmasına, həmçinin Rəsul adlı şəxsin bu müqavilə üzrə tərəf olmamasına, Rəsul adlı şəxsin onun xxxx Kredit qarşısında ödənilməyən öhdəliyinin olmasına hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, ilk iddia tələbinin təmin edilməyən hissəsində, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində qətnamə əsassızdır. Belə ki, məhkəmə qeyd edib ki, ilk iddiaçı tərəfindən sübutlar təqdim olunmayıb. Halbuki ilk iddia tələbinin əsasını təşkil edən bütün sübutlar lazımi şəkildə məhkəməyə təqdim edilib. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh cavabdeh1arasında mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə avtomobilin iddiaçı tərəfindən 50000 manata alındığı qeyd olunmuşdur. Alqı-satqı müqaviləsi mülkiyyətçi İlhamə Məsimova tərəfindən əri-cavabdeh1 verilmiş sərəncamverici etibarnamə əsasında bağlanıb. Məhkəmə isə əsassız olaraq qeyd edib ki, həmin əqd İlhamə Məsimova tərəfindən bəyənilməyib. Daha sonra cavabdeh1ilə İddiaçı arasında olan şifahi razılaşmaya əsasən avtomobil onun idarəçiliyinə verilir və o iddiaçıya aylıq pul ödəməli idi. Əgər bir ay ödəniş olmasa, növbəti ay həm İlhamə Məsimovaya, həm də cavabdeh1 verilmiş etibarnamə ləğv olunur. Cavabdeh cavabdeh1tərəfindən 5000 manat məbləğində pul ödənilir, bundan sonra 21 iyun tarixində iddiaçı tərəfindən avtonəqliyyat vasitəsinin idarə edilməsi üçün yenidən etibarnamə verilir və avtomobil cavabdeh1 idarəçiliyində olur. Daha sonra ödənişlər edilmədiyindən, tərəflər arasında razılaşma pozulduğundan, iddiaçı avtomobilin qaytarılması ilə bağlı ilk öncə polisə, daha sonra isə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. cavabdeh1birinci instansiya məhkəməsində bildirmişdir ki, Rəsul adlı şəxsə görə avtomobili Bravo marketin yanına gətirib qoyub, açarı da maşının ön pəncərəsi tərəfə qoymuşdur. Hal-hazırkı tarixədək avtomobilin kimdə və harada olması bəlli deyil. Cavabdeh tərəfin hazırkı alqı-satqı müqaviləsinin əslində kredit təşkilatından götürülmüş pul vəsaitinin qarşılığında girov qoyulması ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçının Rəsul adlı şəxslə hər hansı münasibəti həmçinin, aralarında hər hansı kredit razılaşması olmamışdır. cavabdeh1 digər şəxslərlə ticarət məqsədi ilə hər hansı razılığı və fəaliyyətinin hazırkı iddia tələbinə hər hansı aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsində araşdırma zamanı bu istiqamətdə heç bir hal müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilən videogörüntüdən isə iddiaçının maşına baxış keçirməsi və bəyənməsi aşkar olur. Hazırkı vəziyyətdə qanuni əsasla bağıanmış alqı-satqı müqaviləsi üzrə əldə edən olan iddiaçı avtomobilindən məhrum olmuşdur. Göstərilən halları məhkəmə düzgün araşdırmamışdır. Ona görə də ilk iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv olunmasını, ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Məsimova İlhamə Zərqəm qızının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. İşə baxan məhkəmə işin hallarını tam araşdırmış və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, mübahisələndirilən avtonəqliyyat vasitəsi İlhamə Məsimovanın mülkiyyətində olmuşdur. Cavabdeh cavabdeh1onun əridir. İlhamə Məsimova avtomobilin idarə edilməsi məqsədi ilə ərinə etibarnamə vermişdir. Mübahisələndirilən alqı-satqı müqaviləsi cavabdeh cavabdeh1(etibarnamə əsasında) ilə iddiaçı arasında bağlanmışdır. Həmin müqavilədən İlhamə Məsimovanın heç bir məlumatı və razılığı olmamışdır. Sonuncu bu məsələdən yalnız məhkəmə bildirişi aldıqdan sonra məlumatlı olmuşdur. İşin əsli ondan ibarətdir ki, cavabdeh cavabdeh1mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adlı şəxslə bizneslə məşğul olmaq üçün sonuncunun kredit təşkilatından vəsait əldə etməsinin təminatı qismində həmin kredit təşkilatının mütəxəssisi olan iddiaçı Emin Həsənovla mübahisələndirilən alqı-satqı müqaviləsini imzalamışdır. Başqa sözlə avtomobilin iddiaçıya alqı-satqı edilməsinə dair müqavilə, “xxxx” kredit təşkilatından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən götürülən kreditin təminatı kimi çıxış etmişdir. İşə baxan məhkəmə bu halları tam tədqiq etmiş, ona görə də sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən cavabdehin vəkili və nümayəndəsi nümayəndə2 sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında ilk iddia üzrə cavabdeh cavabdeh1apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə əvvəldən tanışlığı olmuşdur. Sonuncunun ona borcu var idi. Həmin borcu qaytarması üçün rayonda geniş torpaq sahəsində qarpız əkəcəyi və əldə edəcəyi pulla ona olan borcunu qaytaracağını bildirmişdir. Bu məqsədlə Rəsul “xxxx” kredit təşkilatından 35000 manat pul götürmüşdür. Həmin vəsaitin təminatı kimi ona (arvadı İlhamə Məsimovaya) məxsus olan avtomobilin Emin Həsənovun adına sənədləşdirilməsini xahiş etmiş və o da bununla razılaşmışdır. Yəni avtomobil iddiaçıya satılmamışdır. Avtomobilin real dəyəri həmin vaxt 40000 manat idi, bu halda onun 50000 manata satılması, daha da artıq qiymətə onun tərəfindən yenidən alınması kimi hallar iddiaçının şəxsi fikirləridir. Bu cür razılaşma mövcud olmamışdır. Real olaraq avtomobilin alqı-satqısı həyata keçirilməmişdir. “xxxx” kredit təşkilatı ilə onun arasında heç bir müqavilə bağlanmamışdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən istinad edilən alqı-satqı müqaviləsi yalan əqd olmaqla etibarsızdır. Belə ki, iddiaçı özü “xxxx” kredit təşkilatının kredit mütəxəssisi olmuşdur. Həmin kredit təşkilatından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 verilən kredit vəsaitinin təminatı qismində iddiaçı ilə cavabdeh1arasında avtomobilin alqısatqı müqaviləsi bağlanmışdır. Yəni əslində tərəflərin alqı-satqı müqaviləsi üzrə iradə ifadələri mövcud olmamış, faktiki alqı-satqı icra edilməmişdir. Bunun nəticəsidir ki, müqavilə üzrə yeni mülkiyyətçi İddiaçı tərəfindən cavabdeh1 eyni tarixdə avtomobilin idarəedilməsi üçün etibarnamə verilir. Avtomobili alıb, eyni tarixdə eyni şəxsə onu daha baha qiymətə müəyyən müddət ərzində ödənişlərin icrası müqabilində yenidən satması barədə iddiaçı tərəfin fikirləri inandırıcı ola bilməz. Real vəziyyət ondan ibarətdir ki, iddiaçının mübahisəli avtomobili almaq məqsədi olmamış, həmin müqavilə əslində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əldə etdiyi kredit vəsaitinin təminatı qismində rəsmiləşdirilmişdir. “xxxx kredit” lombarda cavabdeh cavabdeh1tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hesabına 5000 manat məbləğində ödənişin edilməsi də buna əsasdır. Belə ki, ödəniş edilmədiyi üçün cavabdehə avtomobilə dair etibarnamələrin ləğv ediləcəyi bildirilmiş, o da etibarnamələrin ləğv etdirilməməsi üçün həmin ödənişi icra etmişdir. Bütün bu vəziyyəti aşkara çıxaran səs yazıları və video görüntüləri əks etdirən sübutlar məhkəməyə təqdim edilmiş və işə baxan məhkəmə həmin halları tam ərtaflı tədqiq edərək iş üzrə əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərlə əsasən cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və “xxxx kredit” lombardın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
34. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ## #### 2022-ci il tarixli Qərardadı
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Baxılan iddiaların mahiyyətindən görünür ki, hər iki tərəf eyni müqaviləyə, yəni ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə istinad edərək, ilk iddiaçı müqavilə öhdəliyinin yerinə yetirilməsini, qarşılıqlı iddiaçı isə sözügedən müqavilənin etibarsızlığını tələb edir.
39. İlk iddiaçı tələbini onunla əsaslandırır ki, həmin müqaviləyə əsasən “Lexus LX570 minik” markalı, **-TF-*** saylı nəqliyyat vasitəsi Məsimova İlhamə Zərqəm qızı tərəfindən (etibarnamə əsasında təmsilçi cavabdeh1imza etmişdir) 50000 manata ona satılmış, o da eyni gündə mülkiyyətçi olan İlhamə Məsimova və onun əri cavabdeh1 adın etibarnamə verərək, avtomobili sonuncuların sahiblik və istifadəsinə vermişdir. Məqsəd, almış olduğu avtomobili daha baha qiymətə nisyə qaydada qarşı tərəfə satmaq olmuşdur. Lakin sonuncular üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər.
40. Qarşılıqlı iddiaçı isə müqavilənin etibarsızlığını onunla əsaslandırır ki, mübahisələndirilən müqavilə digər bir əqdi pərdələmək üçün bağlanmış yalan əqddir. Belə ki, müqavilənin bağlanmasında məqsəd “Rəsul” adlı şəxsin ona külli miqdarda borcu olması səbəbindən, sonuncu kredit təşkilatından pul götürərək müəyyən işlər görməli və qazanc əldə etdikdən sonra onun pulunu qaytarmalı idi. Ona görə də onlar bu müqaviləni formal olaraq bağlayaraq “girov” görüntüsü yaratmışlar. Onları da bu işə sövq edən kredit təşkilatının mütəxəssisi, iş üzrə iddiaçı İddiaçı olmuşdur.
41. Hər iki tələbin əsaslığının yoxlanılması ilk növbədə avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab olunması haqqında tələbin təhlilini tələb edir.
42. İşdən müəyyən edilir ki, mübahisəli avtomobil əvvəllər qarşılıqlı iddiaçı İlhamə Məsimovaya məxsus olmuş, lakin sonradan verilmiş etibarnamə əsasında onun əri cavabdeh1la İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əmlakın dəyəri 50000 manat müəyyən edilmişdir.
43. Digər tərəfdən, işin mübahisə olunmayan hallarından görünür ki, qarşılıqlı iddiaçı İlhamə Məsimova sözügedən avtomobili mübahisələndirilən müqavilə bağlanmamışdan təxminən 2 ay əvvəl, yəni ##.##.2024-cü il tarixdə Rəşad Zeynalov adlı şəxsdən 25000 manata almışdır. Qısa müddət ərzində avtomobilin dəyərinin bu qədər yüksəlməsi, əlavə olaraq da “alıcı”nın alqı satqı müqaviləsi bağlanan gün əvvəlki mülkiyyətçiyə etibarnamə verərək, guya daha baha qiymətə (nisyə qaydada) satması kollegiya tərəfindən ağlabatan və inandırıcı görünmür.
44. Araşdırılan işin hallarından müəyyən edilir ki, sözügedən alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin əsl niyyəti başqa şəxsə, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 “xxxx” Kredit Təşkilatı tərəfindən 24 aylığa verilmiş 35000 manat kredit öhdəliyinin girovu (ipoteka) kimi avtomobili İddiaçı sahibliyinə vermək olmuş, lakin onlar girov (ipoteka) müqaviləsi əvəzinə, bu əqdi pərdələyən alqı-satqı müqaviləsi imzalamışlar. Ona görə də məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, mübahisəli avtomobilin alqısatqısı barədə müqavilə yalan əqd olmaqla etibarsızdır.
45. Başqa sözlə, avtomobilə dair mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlandığı gün, əldə edən (alıcı) İddiaçı tərəfindən satıcı tərəfə, yəni cavabdeh1 və İlhamə Məsimovaya avtomobilin yenidən idarə edilməsi üçün etibarnamələrin verilməsinin, iddiaçı tərəfindən guya daha çox gəlir əldə etmək məqsədi ilə aylıq ödənişlər şəklində yeni alqı-satqı şərtləri barədə razılaşmanın mövcudluğu ilə əsaslandırılması məhkəmə kollegiyasının qənaətinə əsasən ağlabatan mühakimə hesab edilə bilməz.
46. Belə ki, mülkiyyətçinin özünə məxsus olan avtomobili ucuz sataraq, eyni avtomobili də həmin gün daha artıq qiymətə alması məntiqi baxımdan da inandırıcı görünmür.
47. Bundan əlavə, iddiaçının dediyi kimi hər ay müəyyən olunmuş 2150 manatı 24 aya münasibətdə hesabladıqda (2150 x 24=51 600) heç də deyilən qədər qazancın əldə olunması müəyyən edilmir, əksinə iş materialları ilə əlaqəli təhlil etdikdə həmin aylıq ödənişin “xxxx” Kredit Təşkilatı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əlavədki ödənişlərlə təxminən eynilik (8 manat fərq olmaqla) təşkil etməsi müəyyən edilir.
48. Baxılan işdən həmçinin görünür ki, İlhamə Məsimova mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə “xxxx” Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsininin təminatı kimi girov əvəzi bağlanmış müqaviləni bəyənməmişdir. Bütün bu hallar isə onu deməyə əsas verir ki, avtomobilin alqı-satqısı ilə pərdələnmiş ipoteka (girov) müqaviləsi hazırkı mübahisəyə tətbiq edilə bilməz, yəni bu əmlak kredit öhdəliklərinin təminatı kimi çıxış edə bilməz.
49. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi yalan əqddir. Kollegiya hazırkı mübahisənin həllinə Mülki Məcəllənin 340.2-ci maddəsini tətbiq etməklə yalan əqdin mahiyyətinə və qanunda nəzərdə tutulan dispozisiya şərtlərinə nəzər salmağı zəruri hesab edir.
50. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
51. Normanın məzmunundan göründüyü kimi yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022- ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
53. Konstitusiya Məhkəməsinin Plenumu, oxşar faktik halların mövcud olduğu iş üzrə «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» ## #### 2025-ci il tarixli qərarında, görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərmişdir ki, «Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
54. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər.
55. Burada diqqətə alınmalı olan əsas məsələ isə odur ki, pərdələnən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirsə də, yalnız mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola və həmin əqdə dair qaydalar müvafiq olaraq məhkəmə tərəfindən tətbiq edilə bilər.
56. Bu baxımdan, müvafiq mübahisələr üzrə məhkəmə təcrübəsində rəsmi reyestrdə qeydə alınan daşınar əşyanın alqı-satqı müqaviləsi üzrə tərəflərin müqavilə bağlanarkən heç də müqavilə predmeti olan daşınar əşyanın qarşı tərəfin mülkiyyətinə keçirilməsi ilə bağlı hüquqi niyyətinin olmadığı, əslində bu müqavilənin onlar arasında mövcud olan gerçək borc münasibətlərinin təminatı məqsədilə bağlandığı müəyyən edildiyi halda, həmin təminat xarakterli müqaviləyə (pərdələnən müqaviləyə) ipoteka müqaviləsinin qaydalarının tətbiqi mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır».
57. Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün açar əhəmiyyətli məsələ, həmin normada bəhs olunan «forma şərti»nin təfsiri təşkil edir. Mülki Məcəllənin 340.2ci maddəsində nəzərdə tutulan “forma şərti” dedikdə, müqavilənin yalnız şəkil şərti (məsələn, notarial forma) deyil, həm də tərəflərin üzərində razılaşdıqları mühüm şərtlərin (öhdəliklərin) həmin notarial müqavilənin yazılı mətnində əks olunması başa düşülür. Əks təqdirdə müqavilə bağlanmış sayılmaz.
58. Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 3 mart tarixli Qərarında da göstərmişdir ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.
59. Digər tərəfdən, MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
60. Bu müqavilə üzrə satıcının öhdəliyi əşyanı alıcının mülkiyyətinə vermək, alıcının öhdəliyi isə əşyanın dəyərini satıcıya ödəməkdir.
61. Daşınar əşyaların mülkiyyətinin verilməsi, həmin əşyaların alıcının sahibliyinə verilməsi ilə həyata keçirilir. Başqa sözlə, daşınar əşyaların alqı-satqısına dair razılaşma əsasında satıcı əşyaları alıcının sahibliyinə verdikdə alıcı onlar üzərində mülkiyyət hüququ qazanır.
62. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia tələbi üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.(elektron kabinet və vəkil vasitəsilə) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.