Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-460/2022 01.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi nümayəndəsi (oğlu) X3 iştirakı ilə Ərizəçi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydi bərpa edilməklə xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulmağına dair hüquqi faktın müəyyən edilməsi, doğum şəhadətnaməsi verilərkən doğum tarixi “xx xxxxxx 1966-cı il”, doğulduğu yer “Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndi”, adı, soyadı və ata adı “Ərizəçi”, ata qrafasında atası “X7”, ana qrafasında anası “X4”, miliyyətləri azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulmuşdur. Məlum hadisələrlə əlaqədar onlar Ermənistan Respublikasından qaçqın olmaqla Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışlar. Doğum şəhadətnaməsinə əsasən Qaradağ RPİ tərəfindən o, 2016-cı il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. Hazırda onun doğum şəhadətnaməni müəyyən səbəblər üzündən itirmişdir, doğum akt qeydi Ermənstan Respublikasında aparıldığından yeni doğum şəhadətnaməsi ala bilmir. Bu barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət etməyimi bildirmişlər. Hazırda həmin şəhadətnamə ona bəzi hüququ sənədləşmə aparılması üçün lazımdır. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Ərizəçi nümayəndəsi X3 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon Qeydiyyat şöbəsinin 06 mart 2020-ci il tarixli 05/76-308/15 saylı məktubundan görünür ki, Ərizəçi məktubuna cavab olaraq, doğum akt qeydinin əvvəllər olduğiunu təsdiq edən sənəd təqdim edilmədiyinə. həmçinin doğum qeydinin Ermənistan Respublikasında aparıldığına görə ərizənin təmin edilməsi mümkün olmadığı izah edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 16.03.1998-cı il tarixdə verilmiş İ-KГ seriyalı 480255 saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1966-cı il təvəllüdlü Ərizəçi ilə X8 arasında nikah 08.04.1988-ci il tarixdə 204 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Osmanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-ЗЖ seriyalı 696551 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 05.02.1964-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulmuş və atası X7,anası X1r. Miliyyəti azərbaycanlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-ЗЖ seriyalı 438708 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 10.02.1962-ci il təvəllüdlü X9 10.02.1962-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulmuş və atası X7,anası X1r. Miliyyəti azərbaycanlıdır. X2 məhkəmə iclasında ifadə verərək, bildirdi ki, Ərizəçi onun bacısıdır və təsdiq etdi ki o, xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulmuşdur. Şahid Abdullayeva(Osmanova) Gözəl Sadıx qızı məhkəmə ifadə verərək, bildirdi ki, Ərizəçi onun bacısıdır və təsdiq etdi ki o, xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulmuşdur. Ərizəçinin nümayəndəsinin izahatından,şahid ifadələrindən və iş materiallarından göründüyü kimi, Ərizəçi ondan asılı olmayan səbəblərdən doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, bu faktı başqa qaydada təsdiq edə bilmir. Doğum haqqında şəhadətnaməsi ərizəçidən asılı olmayan səbəblərdən itmişdir. Halhazırkı vəziyyətdə ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulması, atasının “X7”, anasının “X4” olması barədə doğum akt qeydinin mövcud olması, onun itməsi, lakin həmin doğum akt qeydinin Ermənistan Respublikasında qeydə alınması faktı iş materialları, sənədlər, şahid ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində doğulması, atasının “X7”, anasının “X4” olması, milliyətinin azərbaycanlı olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində anadan olmasına dair doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində ərizəçinin valideynləri- atası qrafasında “X7”, anası qrafasında “X4” milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonun Arqut kəndində anadan olmasına dair doğum aktı qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası qrafasında ““X7”, anası qrafasında “X4”, milliyyəti qrafasında “azərbaycanlı” qeyd edilsin. Ödənilən 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-460/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-460/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver