Məhkəmə qərarları › İş №2(002)-470/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-470/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-470/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində qeyd etməklə «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyul 2014-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 1A ünvanda X4 adlı oğlan uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, uşağa doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə uşağın soyadının Dadaşov, adının Ceyhun, ata adının Təhməz, doğum tarixinin 09 iyul 2014-cü il, doğulduğu yerin Bakı şəhəri, ata qrafasında atasının adının Maraqlı şəxs2, ana qrafasında anasının adının Ərizəçi, milliyyətlərinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, Maraqlı şəxs2 ilə 2010-cu il tarixdə faktiki nikaha daxil olaraq ər-arvad kimi yaşamışlar. Nikahlarını 27 may 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Onların faktiki nikahlarından 09 iyul 2014-cü il tarixdə X4, 03 iyul 2017-ci il tarixdə X3 və 04 sentyabr 2018-ci il tarixdə X7 adlı üç övladları doğulmuşdur. 09 iyul 2014-cü il təvəllüdlü X4 ev şəraitində doğulmuşdur. Həmin vaxt nikahları olmadığından, uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Halhazırda uşaq sağ-salamat olmaqla, onunla birlikdə yaşayır. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmişdir, lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Doğum faktının müəyyən edilməsi ona övladının təhsil və sair hüquqlarının həyata keçirilməsi üçün doğum haqqında şəhadətnamənin alınmasına görə lazımdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında ərizəçinin izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq göstərdi ki, o, karyerdə işdə olarkən övladı ev şəraitində doğulmuşdur. Maddi imkanı olmamışdır ki, həyat yoldaşını doğum evinə aparsın. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 məhkəməyə məktubla müraciət edərək, iş həcminin çoxluğu ilə əlaqədar məhkəməyə nümayəndə göndərə bilmədiklərini qeyd edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq, mülki işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs2 izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, ərizəçinin qaynının arvadıdır. Uşaq doğulandan iki gün sonra bu haqda bilmişdir. Uşaq Lökbatanda, qayınıgildə doğulmuşdur. Uşağın adı Ceyhundur. 2014-cü ilin yayında, iyulda doğulmuşdur. X2 ifadəsində bildirdi ki, ərizəçi Lökbatan qəsəbəsində yaşayır. Uşaq Lökbatan qəsəbəsi massiv 6 küçə 1 ünvanda doğulmuşdur. Həmin gün o, Qobustana, atasıgilə getmişdir. Uşaq 09 iyul 2014-cü il tarixdə doğulmuşdur. Ərizəçi qayınının həyat yoldaşıdır. xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 205560 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 ilə X1 arasında nikah 27 may 2017-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsində 1592 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Dadaşova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 03 iyul 2017-ci il təvəllüdlü X3 və 04 sentyabr 2018-ci il təvəllüdlü X7 adlı iki övladları var. Ərizəçi tərəfindən təqdim olunmuş sağlamlıq haqqında arayışdan görünür ki, valideynlərinin verdiyi məlumata görə 09 iyul 2014-cü il təvəllüdlü olan X4 19 dekabr 2022ci il tarixdə 32 saylı şəhər poliklinikasının nəzdində 9 BUX-un poliklinika şöbəsində tibbi müayinədən keçmişdir və praktiki sağlamdır. Qaradağ rayon İHB-nin Qobustan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli 1555 saylı arayışdan görünür ki, X4 Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 1 A ünvanda qeydiyyatsız yaşayır. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçinin xx.xx.2014-cü il təvəllüdlü övladının doğumunun qeydə alınması ilə bağlı müraciətinə baxılmışdır. Ərizəçiyə qanunvericiliyin tələbləri izah edilərək, qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur; 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır; 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Maraqlı şəxs2 ilə rəsmi nikahda olan Ərizəçi xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 1A ünvanda ev şəraitində 1 oğlan uşağı dünyaya gətirmişdir. Lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı Maraqlı şəxs1nə müraciət edilsə də, uşaq ev şəraitində doğulduğu üçün doğumun qeydiyyatı mümkün olmamış, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra doğumun qeydə alınması üçün uşağın himayəçisinin zəruri sənədlərlə aidiyyəti qeydiyyat şöbəsinə müraciət edə bilməsi Maraqlı şəxs1 tərəfindən tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 1A ünvanda xx.xx.2014-cü il tarixdə oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli; uşağa doğum haqqında şəhadətnamə verilməli; doğum haqqında şəhadətnamədə uşağın soyadı Dadaşov, adı Ceyhun, ata adı Təhməz, doğum tarixi 09 iyul 2014-cü il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı Maraqlı şəxs2, ana qrafasında anasının adı Ərizəçi, milliyyətləri azərbaycanlı kimi qeyd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 1A ünvanda xx.xx.2014-cü il tarixdə oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Uşağa doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə uşağın soyadı Dadaşov, adı Ceyhun, ata adı Təhməz, doğum tarixi 09 iyul 2014-cü il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı Maraqlı şəxs2, ana qrafasında anasının adı Ərizəçi, milliyyətləri azərbaycanlı kimi qeyd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar