Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-48/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X7rşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X7rşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmri ləğv edib öz işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının, məzuniyyət və başqa ödənişlərin hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun işlədiyi Bakı Dərin Özüllər Zavodunda mütəmadi olaraq əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Əslində həmin Zavodda 2000-ci ildən işləyir. Bundan əvvəl də 2013-cü ildə cavabdeh təşkilat onu qanunsuz olaraq işdən azad etmiş, lakin sonradan abadlaşdırma üzrə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Son dövrlərdə ona qanunamüvafiq qaydada əmək haqqı və digər ödənişlər ödənilmədiyinə görə X9 Xidmətinə şikayət etmiş, onun şikayəti araşdırılan dövrdə cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli əmrlə onu işdən azad etdiyi məlum olmuşdur. Bu məsələni X9 Xidməti araşdırmış, araşdırma nəticəsində həmin əmrin qanunsuz olduğu müəyyən edilərək cavabdehin direktoru cərimələnmiş, cavabdehdən onun hüquqlarının bərpa edilməsi tələb edilmiş və bu barədə ona yazılı məlumat verilmişdir. Hesab edir ki, onun ikinci qrup Qarabağ müharibəsi əlili olması, Qarabağ döyüşlərində iştirak etməsi cavabdeh təşkilatın direktoru tərəfindən mənfi qarşılanmış və nəyin bahasına olursa olsun onu işdən azad etmək üçün əlindən gələni etmişdir. Onun üzrsüz səbəbdən iş buraxması böhtandır. Cavabdeh təşkilat onun təqdim etdiyi xəstəlik vərəqələrini qəbul etmiş, lakin sonradan geri qaytarmışdır. Onun hazırki iddia tələbinin birinci hissəsi işdən azad olunana qədər olan dövrdə əmək haqqının və digər ödənişlərin hesablanıb ödənilməməsi ilə bağlıdır. Belə ki, xx.xx.2022-ci il tarixə qədər olan dövrdə ona ödənilməli əmək haqqı, əmək məzuniyyətinə görə pul əvəzi, digər ödənişlər ödənilməmişdir, ona görə də həmin ödənilməli məbləğləri hazırda tələb edir. İddia tələbinin ikinci hissəsi xx.xx.2022-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbidir. Hesab edir ki, həmin əmr qanunsuz va əsassız olduğundan ləğv edilməli, işinə bərpa edilməsinə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Həmin əmrin qanunsuz olduğunu X9 Xidməti də təsdiq etmiş və bu barədə ona 2023-cü ilin mart ayında məktub göndərmişdir. Cavabdeh təşkilatın iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə ayrıca ərizə təqdim etmişdir və qeyd etməyi zəruri hesab edir ki, həmin əmrin surəti, əmək kitabçası ona indiyə kimi təqdim edilməmişdir. O, hüquqlarının pozulmasıyla bağlı noyabr 2022-ci ildə X9 Xidmətinə müraciət etmiş, araşdırma başa çatmamış 02 dekabr 2022-ci ildə onu qanunsuz olaraq işdən çıxarmışlar, X9 Xidmətinin cavab məktubu 7 mart 2023-cü ildə verilmiş, məktubda edilən tövsiyəyə uyğun olaraq məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürməmişdir. Həmçinin qeyd edir ki, onun Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri var, 2-ci qrup əlildir, əlilliyini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda almışdır, Prezident təqaüdçüsüdür. Ərizəsində göstərdiyi hallar bir daha təsdiq edir ki, iddia müddəti onun tərəfindən ötürülməmişdir. Həmçinin, ərizəsində qeyd olunmuşdur ki, qanuna əsasən, müddətlər üzrlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh tərəf iddia tələblərinə etiraz edir. Belə ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli, 162 №-li əmək müqaviləsi bağlanmış və İddiaçı zavodun 2 №-li xidmət sahəsində 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 9 saylı əlavə işəgötürən və işçi tərəfindən imzalanmış və imzalandığı gündən qüvvəyə minmişdir. Həmin əlavədə işçinin 65 yaşı tamam olduğu təqdirdə bir ay ərzində işəgötürən tərəfindən birtərəfli qaydada əmək müqaviləsinə xitam verilməsi haqqında 9.5.1. bəndi qeyd edilmiş və həmin əlavə İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı 65 yaşı tamam olduğu üçün iddiaçının əmək müqaviləsinə həmin əmək müqaviləsinin 9.5.1-ci bəndində nəzərdə tutulmuş hala uyğun olaraq xitam veriləciyi barədə işçiyə xx.xx.2022-ci il tarixli, SOCAR**********30350094X00001 nömrəli bildiriş poçt xidməti vasitəsi ilə təqdim edilmiş, lakin işçi heç bir münasibət bildirməmişdir. Məlumat üçün bildirmək istəyir ki, İddiaçı 2017-ci ilin 24 may tarixindən başlayaraq 05 avqust 2021-ci il tarixinədək hər iş ili üçün əmək məzuniyyətini götürmüş, həmin əmək məzumiyyətləri dövründə əmək qabiliyyətinin olmaması haqqında vərəqələr təqdim etmişdir. Beləliklə, iddiaçı əmək məzuniyyətinin müddətinin axımının dəfələrlə kəsilməsinə nail olmaqla illər ərzində işə çıxmamışdır. Bu hal iş illəri boyu davam etmiş olsa da, əmək qabiliyyətinin olmaması barədə vərəqələr heç bir halda fasiləsiz olaraq 6 ay müddəti əhatə etməmiş və eyni zamanda İddiaçı tərəfindən bir ildən artıq müddətdə tam əmək qabiliyyətsiz olmasını təsdiq edən sənəd təsdiq olunmamışdır. Daha sonrakı dövrlərdə isə İddiaçı ümumiyyətlə heç bir sənəd təqdim etməmiş, işə gəlməmiş, kuryer vasitəsi ilə ona göndərilən məktubların müxtəlif bəhanələrlə qəbulundan yayınmışdır. Həmişə xəstə olduğunu demiş olsa da, bunu təsdiq edən sənədi təqdim etməmişdir. Buna gorə də işçinin həqiqətən xəstə olmasını, adına əmək qabiliyyətinin olmaması vərəqəsinin açılıb-açılmamasını, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə alıb-almamasını müəyyən etmək üçün tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Tibbi Ərazi Bölməsinin X10 Hüquqi Şəxsinin 23 saylı Birləşmiş şəhər xəstəxanasına, Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi PHŞ-yə, "xxxx" ASC-nin Tibbi və Səfər Sığortası Departamentinə müraciətlər edilmiş, həmin orqanlardan əmək müqaviləsinin ləğv edilməsini qadağan edən hallar barədə məlumat alınması mümkün olmamışdır. Əmək müqaviləsinin ləğv edilməsini qadağan edən hallar barədə məlumat verilməsi barədə İddiaçı özünə göndərilmiş xx.xx.2022-cı il tarixli, SOCAR**********30330390X00001 saylı məktuba iddiaçı tərəfindən heç bir cavab verilməmişdir. İşçinin həssas əhali qrupundan olmasını nəzərə alaraq, ona xx.xx.2022-ci il tarixli, SOCAR**********30490075X00024 saylı teleqramla yenidən müraciət olunaraq məlumatların təqdim edilməsi bir daha təklif olunsa da, işçi bu dəfə də heç bir cavab verməmişdir. Daha sonra İddiaçıla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə əsasən pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Həmin gün iddiaçı işdə olmadığı üçün onun əmək kitabçasının şəxsən özünə verilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli, SOCAR**********40050505X00001 nömrəli bildiriş İddiaçı ünvanına göndərilərək ondan əmək kitabçasını zavoda müraciət edərək götürməsi, buna imkanı olmadığı halda əmək kitabçasının poçt xidməti vasitəsi ilə ünvanına çatdırılmasına razılıq bildirməsi təklif edilmişdir. Onun tərəfindən bu təklifə heç bir münasibət bildirilməmişdir. Lakin, iddiaçı xx.xx.2022-cı il tarixdə İnsan Hüquqları üzrə Müvəkkilə müraciət etmiş, müraciətində cavabdeh təşkilatın 2021-ci ilin aprel ayından onu işdən qeyri-qanuni uzaqlaşdırdığını, indi isə onu çağırıb ərizə yazıb işdən çıxmasını tələb etdiyini bildirmişdir. İddiaçının uzun müddət işə çıxmaması ilə əlaqədar olaraq ona əmək haqqı hesablanmadığı üçün işdən azad olunarkən son haqq-hesabın hesablanması həyata keçirilməmişdir. İddiaçının təqdim etdiyi xəstəlik vərəqələri ilə bağlı qeyd etmək istəyir ki, həmin vərəqələrin bəziləri iş yerinə təqdim edilməmiş, bəzilərində tarixlər üst-üstə düşmüş, yalnız qanunamüvafiq qaydada təqdim edilmiş bütün vərəqələr üzrə ödənişlər həyata keçirilmişdir. İşdən çıxan tarixə hər hansı məbləğin ödənilməli olmadığı ekspert rəyi ilə də təsdiq edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə, **********9 saylı ərizə ilə Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müfəssəl məlumat verərək xx.xx.2022-ci il tarixli, ******* nömrəli şikayət ərizəsinin (əmək qabiliyyətinin olmamasına dair vərəqələrin ödənilməməsinə dair) inzibatı orqanın icraatında olduğu bir müddətdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə SOCAR-ın elektron ünvanına müraciət edərək, əmək kitabçasının surətinin, əmrin surətinin və əmək haqqı sənədlərinin ona təqdim edilməsini xahiş etmişdir. Məhz poçtla göndərilməsinə razı olmamış, sənədlərin surətinin təqdim edilməsini istəmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-8/2-R-75-1/2023-8 nömrəli məktubla iddiaçıya cavab verərək, ona artıq zavodun işçisi olmadığı üçün əmək kitabçasının surətinin deyil, əmək kitabçasının özünün şəxsən ona verilməsinin və ya yazılı razılıq verəcəyi təqdirdə poçt vasitəsi ilə göndərilməsinin həyata keçiriləcəyi bildirilmişdir. Sifarişli məktub xx.xx.2023-cü ildə poçt vasitəsi ilə iddiaçıya çatdırılmışdır. Məktuba cavab verilməmişdir. İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin maddənin tələbinə gorə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin hallardan biri də bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar kimi müəyyən edilmişdir. Dəfələrlə məlumatın təqdim edilməsi ilə bağlı edilən müraciətlərə iddiaçı tərəfindən heç bır münasibət bildirilməmiş, laqeydlik nümayiş etdirilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmr qanuni və əsaslıdır. Buna baxmayaraq, məlumat üçün qeyd edir ki, X9 Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinə zidd hesab olunmaqla cavabdehin direktoru barəsində inzibati cərimə ilə bağlı qərar qəbul edilmiş, məhkəmə qaydasında mübahisələndirmə nəticə verməmiş və cərimə ödənilmişdir. Bununla yanaşı, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixli, SOCAR**********40050505X00001 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Yəni həmin müddətdən iddiaçıya əmək müqaviləsinə xitam verilməsi məlum olmuşdur. Bunu poçt bildirişi ilə yanaşı, iddiaçının ƏƏSMN-nin yanında Əmək Müfəttişliyinə etdiyi xx.xx.2022-ci il tarixli **********9 saylı ərizə də sübut edir. Belə ki, iddiaçı həmin müraciətdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müfəssəl məlumat verərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli şikayət ərizəsinin (əmək qabiliyyəti olmamasına dair vərəqələrin ödənilməməsinə dair) inzibatı orqanın icraatında olduğu bir müddətdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu bildirmişdir. Beləliklə, iddiaçı inzibati orqanın icraatında şikayət ərizəsi üzrə inzibati icraat aparıldığı dövrdə əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması qənaətinə gəlmiş, Əmək Müfəttişliyini əmək mübahisəsini həll edən orqan kimi qəbul edərək iddia müddətinin axımının kəsildiyi qənaətinə gəlmişdir. Təsadüfi deyildir ki. ilk iddia ərizəsini (məhkəmə tərəfindən geri qaytarılmışdır) DƏMX-nin xx.xx.2023-ci il tarixli, 3-17-5/2-R-7154/2023 saylı məktubunu aldıqdan sonra, xx.xx.2023-cü il tarixdə imzalamışdır. Müəyyənləşdirilmiş qaydada iddia ərizəsi isə yalnız xx.xx.2023-cü il tarixdə verilmişdir. Mediasiya sessiyasının həyata keçirildiyi kəsici dövr başlamazdan əvvəl, yəni 06.01,2023-cü il tarixdə artıq iddia müddəti başa çatmışdır. Hesab edir ki, əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı barədə iddia tələbi iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Bundan əlavə, iddia tələbinin digər hissəsi, işçiyə xx.xx.2022-ci il tarixədək ödənilməli məbləğlərlə bağlı ekspert rəyi ilə müəyyən edilmişdir ki, işçiyə həmin tarixə qədər hər hansı məbləğ ödənilməli deyildir. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda 2 nömrəli xidmət sahəsinə 6cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə 9 saylı Əlavənin surətindən görünür ki, işçiyə hər ay 403 manat məbləğində əmək haqqı ödənilir. Əlavə edilən 9.5.1. bəndinə əsasən müəyyən edilmişdir ki, işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən bir ay müddətində xitam verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı müddətsiz ikinci dərəcəli əlildir, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədardır. İş materiallarında olan M/V seriyalı, 042545 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Yəhya oğlu müharibə veteranıdır. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmrin surətindən görünür ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiya yaşına çatması ilə əlaqədar, onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin həmin müqavilənin 9.5.1. bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “araşdırma zamanı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rəhbərliyi tərəfindən X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən məktub və sənədlərdən Sizin xx.xx.2013-cü il tarixindən müəssisədə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsində çalışdığınız, həmçinin Sizinlə müəssisənin rəhbərliyi arasında bağlanmış müddətsiz əmək müqavilənizə SOCAR**********00070020B00020 saylı, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə (bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda bütün iş illəri üzrə əmək məzuniyyəti hüququnuzdan istifadə etdiyiniz və xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər hansı üzürlü səbəb olmadan iş yerinə getmədiyiniz müəyyən edilmişdir. Belə ki, üzürlü səbəb göstərilmədən işə getmədiyiniz günlər üçün əməkhaqqı hesablanmır və ödənilmir. Məlum edirik ki, Sizin müddətsiz əmək müqavilənizə, əmək müqavilənizin 9-cu paraqrafının 9.5-ci bəndinin (işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda müqaviləyə işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilə bilər) tələbləri pozularaq xitam verildiyindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilərək vəzifənizə bərpa olunmağınızla bağlı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun vəzifəli şəxsinə müvafiq məktub ünvanlanmışdır. Müracətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin 23 saylı Birləşmiş şəhər xəstəxanasına ünvanladığı “İşçinin əmək qabiliyyətinin tam itirilməsinin müəyyən edilməsi üçün müvafiq səlahiyyətli orqana müraciət barədə məlumatın verilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, SOCAR-ın tabeliyindəki Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun işçisi İddiaçı zavodun 2 nömrəli xidmət sahəsində 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsində işləyir. İddiaçı son aylarda TƏBİB-in müxtəlif müəssisələrindən əmək qabiliyyətinin olmamasına dair vərəqələr təqdim etmiş, lakin məktubun yazıldığı tarix üçün də adına vərəqənin açılıb-açılmamsı barədə işəgötürəndə məlumat mövcud deyildir. Buna görə də, İddiaçı adına (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 0*******, doğulduğu yer və tarix: xx.xx.1957, Neftçala rayonu, FİN:xxxxxxx) 23 saylı Birləşmiş şəhər xəstəxanasında son bir il müddətində açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqələrin əhatə etdiyi tarixlər, xəstəlik diaqnozları və vərəqəni açan tibb işçiləri barədə məlumatların, işçinin adına əmək qabiliyyətinin olmamasına dair açılmış vərəqənin olubolmaması, həmçinin əmək qabiliyyətinin tam itirilməsinin müəyyən edilməsi üçün müəssisə tərəfindən Azərbaycan Respublikasının Əmək və Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müvafiq sənədin göndərilib-göndərilməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir. İş materiallarında olan 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı 2017-ci ildən 23 saylı BŞX-da tibbi qeydiyyatdadır, İİ-qrup əlildir, əlillik hərbi xidmət zamanı baş nahiyyəsindən aldığı travma ilə əlaqədardır, 23 saylı BŞX-da dispanser qeydiyyatdadır. Xəstəyə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək No 0325820-li xəstəlik vərəqəsi açılmışdır. xx.xx.2021-ci ildən vətəndaşa heç bir xəstəlik vərəqəsi açılmamışdır. Xəstə yalnız xx.xx.2022-ci ildə şəkərli diabetlə əlaqədar ödənişsiz dərman üçün müraciət etmişdir. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin sədrinə ünvanladığı “İşçinin reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçməsi barədə məlumatın verilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, SOCAR-ın tabeliyindəki Bakı Dərin Özüllər Zavodunun işçisi İddiaçı Zavodun 2 nömrəli xidmət sahəsində 6cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsində işləyir. İddiaçı İ Qarabağ müharibəsində iştirakı zamanı aldığı zədə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. İşçi son bir neçə ayda əmək qabiliyyətinin olmaması haqqında vərəqələr təqdim etmişdir. İddiaçı barəsində əmək qanunvericiliyin normalarının düzgün tətbiq edilməsi məqsədilə onun Agentliyin reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində halhazırda müalicə keçib-keçməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, barəsində sorğu edilən şəxsin razılığı olmadan həmin şəxsə dair fərdi məlumatın, habelə həkim sirri təşkil edən məlumatın verilməsi mümkün deyildir. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə ünvanladığı xx.xx.2022-ci il tarixli “İşçinin əmək qabiliyyətinin olmamasına dair məlumatın təqdim edilməsi barədə” məktubun surətindən görünür ki, son bir ildə İddiaçı adına TƏBİB-in tabeliyində olan müəssisələrdə açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqələrin əhatə etdiyi tarixlər, xəstəlik diaqnozları, vərəqənin açıldığı tibb müəssisələri və vərəqəni açan tibb işçiləri barədə məlumatların, işçinin adına əmək qabiliyyətinin olmamasına dair açılmış vərəqənin olub-olmaması barədə məlumatın verilməsi xahiş edilmişdir. İş materiallarında olan olan “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində əmək qabiliyyətinin olmaması vərəqələrinin elektron qeydiyyatı aparılmadığından araşdırmanın aparılması mümkün olmamışdır. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli “İşçinin əmək qabiliyyətinin olmamasına dair vərəqənin açılmasına dair məlumatın təqdim edilməsi barədə” məktubunun surətindən görünür ki, son bir ildə İddiaçı adına tibbi sığorta üzrə müraciət etdiyi müəssisələrdə açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqələrin əhatə etdiyi tarixlər, xəstəlik diaqnozları, vərəqənin açıldığı tibb müəssisələri və vərəqəni açan tibb işçiləri barədə məlumatların, işçinin adına əmək qabiliyyətinin olmamasına dair açılmış vərəqənin olub-olmaması barədə məlumatın verilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 6.1.5-ci maddəsinə əsasən, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin şəxsi və ailə həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar sığorta sirri hesab edilir. Bu səbəbdən sığorta olunan İddiaçı haqda tələb olunan məlumatları təqdim edə bilməyəcəklərini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzra Müvəkkilinə (Ombudsmana) müraciət edərək, Heydər Əliyev adına Bakı Dərin Ozüllər Zavodunda fəhlə işlədiyini, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət pulunu tələb etdiyinə görə 2021-ci ilin aprel ayından işindən kənarlaşdırıldığını, hazırda müəssisəyə çağırılaraq ona işdən azad olunmasına dair ərizə yazmasının tələb edildiyini bildirmiş, məsələnin araşdırılmasını və əmək hüquqlarının qorunmasında müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənlər nəzərə alınaraq, şikayətdə əks etdirilmiş halların yoxlanılması, ərizəçinin qeyd etdiyi hüquqlarının pozulması müəyyən edildiyi halda müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanladığı məktubun surətindən görünür ki, “müraciətdə qeyd olunan "əmrin surəti" və "əmək haqqı barədə" sənəd dedikdə məhz hansı faktiki halla bağlı olan əmrin, əmək haqqı barədə hansı sənədin istənildiyi naməlum qalmaqdadır. Ona görə də qeyd edilən hissə ilə bağlı müraciətiniz qeyri-müəyyən olduğundan dəqiqləşdirilməsinə ehtiyac vardır. Həmin hissələri dəqiqləşdirmək üçün əlavə müraciət etməyiniz tövsiyyə olunur. Müraciətinizin əlaqə formu xülasəsində "SOCAR-ın müəssisə və təşkilatlarında işləyirsiniz?" sualına "Bəli" cavabı vermiş olsanız da, sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ən geci xx.xx.2022-ci il tarixindən sizə məlum olmuşdur. Əmək müqavilənizə xitam verilən gün işdə olmadığınız üçün əmək kitabçasını sizə vermək mümkün olmamışdır. Ona görə də sizə təkrarən təklif edirik ki, əmək kitabçanızı zavoddan şəxsən götürəsiniz və ya poçt vasitəsi ilə ünvanınıza göndərilməsinə razılığınızı yazılı surətdə bildirəsiniz”. Həmin məktub iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə əsasən, xx.xx.2023-cü il tarixdə İddiaçı rəsmi qaydada çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanlanan xx.xx.2022-ci il tarixli müraciətə dair məktubun surətindən görünür ki, İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq İddiaçı aid sənədlərin 7 (yeddi) iş günü ərzində X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunması və məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı pensiya yaşına çatmağı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi məsələsinə beş iş günü ərzində yazılı münasibət bildirməsi ondan xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş poçt qaiməsinə əsasən, bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı çatdırılmışdır. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçməsi barədə və ya əmək qanunvericiliyi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvini qadağan edən digər hallar mövcuddursa, onlar barəsində sənədlərin 10 gün müddətində təqdim edilməsi İddiaçı təklif edilmişdir. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli teleqramın surətindən görünür ki, işə gəlməməsinin səbəbləri barədə məlumatın verilməsinə dair İddiaçı göndərilmiş SOCAR **********30330390X00001 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvana çatdırılmış olsa da, cavab olaraq İddiaçı tərəfindən heç bir məlumat verilməmişdir. Məlumatın 5 iş günü müddətində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna təqdim edilməsi sonuncu xəbərdarlıqla təklif olunmuşdur. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixli əmrlə xitam verilmiş, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Əmək kitabçasının götürülməsi ilə bağlı məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə əsasən, bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun sabiq işçisi İddiaçı təqaüd yaşına çatması ilə əlaqədar 02 dekabr 2022-ci il tarixindən SOCAR**********00070020B00020 nömrəli, 02 dekabr 2022-ci tarixli əmrlə onunla bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində məlum olmayan səbəblər üzündən işdə olmadığına görə ona heç bir əmək haqqı hesablanmamış və ödənilməmişdir. Bununla yanaşı, 2021-ci il dekabr ayının əmək haqqında ona 403 manat məbləğində SOCAR**********00070020A00059 nömrəli, 08 dekabr 2021-ci tarixli əmrlə "Zəfər Günü" münasibəti ilə birdəfəlik xarakterli mükafat ödənişi aparılmışdır. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" 25 avqust 1999-cu il tarixli, 137 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərə alınması müəyyən edilmiş ödənişlərin heç biri İddiaçı münasibətdə mövcud olmamış, nəticədə istifadə olunmamış məzuniyyər günlərinə görə kompensasiyanin ödənilməsinin aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru X8, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmadan xtam verildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 1500 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-996/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(002)-379/2023 saylı qararının ləğv edilməsi, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi, X5 Azerbaycan Respublikası İnzibati Xətalar Məcalləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xitam verməsinin əmək qanunvericiliyinə zidd olduğu müəyyən edilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı bir sıra diaqnozlar qoyulmuş və həmin şəxs xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə müxtəlif tarixlərdə işdən azad edilmişdir. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də xx.xx.2022-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində həkim-kardioloq yanında müayinədə olmuş, ona "Qeyri-stabil stenokardiya, insulindən asılı şəkərli diabet periferik qan dövranının pozğunluğu ilə aşağı ətraf arteriyalarının emboliya və trombozu, essensial hipertenziya" diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixində isə laboratoriya müayinələrindən keçmişdir. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli “əmək qabiliyyəti olmaması vərəqələri”nin ödənilməsi barədə məktubun surətindən görünür ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun rəhbərliyi İddiaçı məlum etmişdir ki, 2021-ci ilin avqust, sentyabr və oktyabr ayları üçün təqdim edilən "Əmək qabiliyyəti olmaması vərəqələri”ndə bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Bu barədə SOCAR**********30330898X00003 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət edilmiş, lakin İddiaçı tərəfindən məktuba cavab verilməmişdir. Uyğunsuzluqlarla bağlı sənədlər və ya yazılı izahat təqdim olunmadığı təqdirdə göstərilən "Əmək qabiliyyəti olmaması vərəqələri" üzrə heç bir ödəniş aparılmayacaq. Odur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən SN00007 seriyalı 107838 nömrəli və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən SN00007 seriyalı 104684 nömrəli "Əmək qabiliyyəti olmaması vərəqələrinin əsli İddiaçı geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan İddiaçı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu arasında bağlanmış əmək müqaviləsi, iddiaçının işlədiyi 2013-2022-ci illər ərzində əmək haqqı üzrə şəxsi hesab vərəqəsi, 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək olan dövr üçün iş vaxtının uçotu tabelindən çıxarış, məzuniyyət əmrləri, arayış və s. sənədlərə esasən İddiaçı əmək haqqı hesablanmalı olan dövr üzrə əmək haqqı məbləğləri hesablanıb və ödənilmişdir. İş materiallarında olan 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək olan dövr üçün iş vaxtının uçotu tabelindən çıxarış məlumatlarından göründüyü kimi, qeyd edilən dövr ərzində faktiki işlədiyi gün sayı olmadığından işəgötürən tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixə ödənilməli olan son haqq- hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərə alınmaqla) məbləği müəyyən edilmir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara, qüvvədə olan X9 Xidmətinin qərarına, məhkəmə aktına və ekspert rəyinə əsasən müəyyən edildi ki, İddiaçı əmək müqaviləsi üzrə xx.xx.2013-cü il tarixindən cavabdeh Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsində işləmiş, cavabdehin direktorunun xx.xx.2022-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin direktoru, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmadan xitam verdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 1500 manat cərimə edilmişdir. Həmin qərarın qanuniliyi məhkəmə qaydasında araşdırılmış və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-996/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı onun qanuni və əsaslı olduğu təsdiq edilmişdir, həmçinin qüvvədə olan sonuncu məhkəmə aktında cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xitam verməsinin əmək qanunvericiliyinə zidd olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə iclasında tədqiq olunan sübutlara və müəyyən edilən hallara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmr ləğv edilməli, İddiaçı öz işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilməli və ona 02 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə qeyd olunan tələb üzrə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin dəlillərinə hüquqi qiymət verərək müəyyən edir ki, iş materiallarına əsasən iddiaçıya yalnız bəzi bildirişlər təqdim edilmiş, həmin bildirişlərdən biri hətta xx.xx.2023-cü ildə təqdim edilmiş, onun işdən azad olunması barədə əmrin surəti və iddia müddətinin axımının başlanması üçün qanunla müəyyən edilmiş sənədlərdən hər hansı biri indiyə kimi təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçının 2-ci qrup əlil, müharibə veteranı, Prezident təqaüdçüsü olmasını və iş materiallarına əsasən onun səhhətinin vəziyyətini, iddia müddətinin tətbiq edilməməsi barədə ərizəsini, işdən azad olunmanın əmək qanunverciliyinə zidd olduğu ilə bağlı X9 Xidmətinin qərarının xx.xx.2023-cü il tarixli, bununla bağlı yekun məhkəmə qərarının xx.xx.2023-cü il tarixli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin ötürüldüyü qəbul edilsə belə, qanunvericiliyin tələblərinə əsasən həmin müddət bərpa edilməlidir. Beləliklə, iddia tələbi qismən, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehin direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmr ləğv edilməli, İddiaçı işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilməli və ona 02 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Buna baxmayaraq, məhkəmə müəyyən edir ki, iddiaçının xx.xx.2022-ci il tarixə qədər olan dövrdə ona ödənilməli əmək haqqı, əmək məzuniyyətinə görə pul əvəzi, digər ödənişlərlə bağlı tələbi və bu barədə dəlilləri ekspert rəyi ilə təkzib edildiyindən, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmr ləğv edilsin, İddiaçı işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilsin və ona 02 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 50 (əlli) manat, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X4, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-48/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-48/2024
28.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver