Məhkəmə qərarları › İş №2(002)-482/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-482/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-482/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları Xədicə, Aişə və Aylinlə birlikdə Cavabdeh təhvil verilmiş ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilə köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11 oktyabr 2012-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından üç övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan Cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(039)-1115/2024 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqlar onun himayəsində saxlanılmışdır. Hazırda üç uşaqda birlikdə ata evində qalır. Nikah dövründə dövlət tərəfindən üç otaqlı mənzillə təmin olunmuşlar. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətində 30 dekabr 2023-cü il tarixdə 5 nəfər ailə tərkibi (özü, həyat yoldaşı və üç övladı) ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və «Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 saylı sərəncamının icrası çərçivəsində mövcud ailə tərkibi nəzərə alınmaqla 05 mart 2024-cü il tarixdə Cavabdeh ünvan 1 ünvanda üç otaqlı mənzillə (bina 11 mənzil 19) təmin edilmişdir. Mübahisəli mənzil xx.xx.2024-cü il tarixdə Cavabdeh aktla təhvil verilmişdir. Hazırki vaxta qədər həmin mənzil Cavabdeh istifadəsində olsa da, adına qeydiyyatdan keçməmişdir. Hesab edir ki, o, övladları ilə birlikdə cavabdehə 5 nəfər ailə tərkibi nəzərə alınmaqla verilmiş mənzilə köçürülməli və mənzildən istifadə hüququ tanınmalıdır. İddiaçının vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyindən, məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, həqiqətən ona 5 nəfər ailə tərkibi nəzərə alınmaqla, dövlət tərəfindən mənzil təqdim edilmişdir. Mənzili hələlik adına qeydiyyata aldırmamışdır. İddianın təmin edilməsinə, iddiaçının və övladlarının mənzilə köçürülməsinə və istifadə hüququnun tanınmasına razıdır. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(039)-1115/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 11 oktyabr 2012-ci il tarixdə Yevlax şəhər İHB-nin Nemətabad kənd icra nümayəndəliyində bağlanmış nikahın pozulması; xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılmaları; Cavabdeh 24 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı hissəsində alimentin alınaraq İddiaçı ödənilməsi; aliment tələbinə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh adına Respublika ərazisində – Yevlax rayonu Nemətabad kəndində 2,9802 ha kənd təsərrüfatı təyinatlı və 0,13 ha yaşayış məntəqələrinin torpaqlarının ümumi birgə mülkiyyətdə olması aşkar edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 30 dekabr 2023-cü il tarixli 418 saylı sərəncamından görünür ki, Cavabdeh İİ qrup Qarabağ əlili kimi mənzil növbəsinə qəbul edilmiş, bu zaman onun ailə tərkibi (özü, həyat yoldaşı, üç övladı) nəzərə alınmışdır. 05 mart 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən üç otaqlı mənzil imtiyazlı şəxs kimi Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin 16 oktyabr 2024-cü il tarixli 3-17-3/2-29679/2024 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki işlə əlaqədar məhkəmənin məktubuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmışdır. Məlumdur ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən həyala keçirilir. Adıçəkilən Sərəncamda 2014-cü ıl yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində 30 dekabr 2023-cü il tarixdə 5 nəfər ailə tərkibi (özü, həyat yoldaşı İddiaçı və üç qızı - Mehtiyeva Xədicə, Mehtiyeva Aişə, Mehtiyeva Aylin) ilə bilikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Cavabdeh yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində 05 mart 2024-cü il tarixdə Nazirlik tərəfindən ailə tərkibi nəzərə alınmaqla ünvan 1 ünvanda yerləşən üçotaqlı mənzillə təmin olunmuşdur. Müvafiq sənədlər sorğuya cavab məktubuna əlavə edilmişdir. Təqdim olunmuş sübutlardan göründüyü kimi, cavabdehə yuxarıda qeyd edilən mənzil imtiyazlı şəxs kimi, ailə tərkibi – özü, həyat yoldaşı və 3 övladı nəzərə alınmaqla verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən faktlara hər hansı etirazını bildirmir və iddianı etiraf etdiyini bildirir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh təhvil verilmiş ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilə köçürülməli və həmin mənzildən istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərdövlət rüsumu ödəməkdən azad edilmişlər. Ödənilmiş dövlət rüsumunun əvəzi ilə bağlı xərcə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh yuxarıda istinad edilən qanunla dövlət rüsumumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasina aid edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi ondan tutula bilməz, iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh təhvil verilmiş ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzilə köçürülsün və həmin mənzildən istifadə hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar