Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-491/2023 11.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ,qeyrilərinin və onlara məxsus əşyaların Komitasinin Mənzil İstismar Departamenti, Cavabdeh və qeyrilərinə qarşı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitasinin Mənzil İstismar Departamenti, Cavabdeh və qeyrilərinə qarşı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi ilə bağlı bildiririk ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ"təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində mecburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azerbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına asasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində muəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır.Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 06 aprel 2013-cü il tarixli "1/8" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X13 və X2 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksibina 1-da yerləşən 8 nömrəli mənzil ilə təmin edilmişdir. X14 26 yanvar 2015-ci & X4 28 noyabr 2017-ci il tarixində vəfat etmişdir. Bu bareda (ölüm haqqında şəhadətnamələr) əlavə olunur.Xüsusi təyinatlı yaşayış sahəsinin müqaviləsinin şərtlərinə əsasən mənzildə yaşayan şəxs Kommunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Müşfiqabad Mənzil sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 8 nömrəli mənzildə Cavabdeh qeyri qanuni yaşadığı müəyyən edilmişdir.Sahə rəisi tərəfindən 8 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən həmin mənzilin boşaldılaraq təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh həmin mənzilin boşaldılıb verilməsindən imtina etmişdir. İddiaçının nümayəndəsi X16 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək , Cavabdeh Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissəsi: Məhkəmə iddiaçının izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 06 aprel 2013-cü il tarixli “1/8” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi X13 arasında kirayə müqaviləsi bağlanmış və Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli 1 otaqlı mənzil X5 (ailə üzvi kimi X4 göstərilmişdir.) kirayəyə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Mənzil İstismar Departamentinin Müşfiqabad Mənzil sahəsinin müxtəlif tarixli aktlarından görünür ki, Azarbaycan Respublikası Nazirlar Kabinetinin nüvafiq sərəncamı əsasinda Qaradağ rayon Müşfiqabad qəsəbəsi Qaçqunlar və X8 üzrə Dövlət Komitasi tərəfindən uzun müddatli icarayə götürülmüşdür.Qəsəbə ərazisinda olan bütün yaşayış və qeyri yaşayış obyekilari Dövlətqaçqınkomun balansında olmaqla dövlat mülkiyyəti sayılır.X20 oglu və həyat yoldası X2 (dünyasını dəyişiblər) müvəqqati yaşamaq üçün verilmişdir. Dövlat mülkliyyətində olan mənzillərin hər hansı şəxslər tərəfindən alqı satqısı,bağışlanması, kirayə verilməsi və zəbt edilməsi qəti qadağandır.Lakin hamin şəxsin oglu X11 (qevdiyyatda yoxdur) valideyinləri dünyasını dəyişdikdən sonra qeyri-qanuni yolla həmin mənzili zəbt etmişdir.Yuxarıda qeyd edilənləri dəfələrlə Mənzil Kommunal İstismar Sahasi tərafindən X1 və yazili xabardarlq edərək nəzərinə çatdrılsada bu qanun pozuntusunu aradan qaldırılmasını təmin etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 888562 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 136 nömrəli akt ilə qeyd edlmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 711728 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 31 nömrəli akt ilə qeyd edlmişdir. Tətbiq edilmiş hüquq normaları: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 99.6-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllinin 82.3-cü maddəsinə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.2-ci maddəsinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü maddəsinə əsasn məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.4-cü madəəsinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Həmin Qaydanın 3.5-cü maddəsinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Həmin Qaydanın 3.6-cı maddəsinə əsasən məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin Qaydanın 3.7-cü maddəsinə məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi ilə X13 arasında 06 aprel 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanılmış və həmin müqvailəyə əsasən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli 1 otaqlı mənzil yaşayış sahəsi cavabdehin (ailə üzvi kimi həyat yoldaşı- X4 göstərilmişdir) yaşaması üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. Hal-hazırda iddiaçı ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanmış X13 və onun həyat yoldaşı X4 vəfat etmişdir.Həmin mənzildə cavabdeh –Cavabdeh heç bir qanuni və müqavilə əsası olmadan yaşayır.İddiaçı həmin mənzilin cavabdeh tərəfindən qeyri qanuni zəbt edilməsini və istifadə edilməsini əsas göstərərək, onun və ailəsinin mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq, mənzil qanunveriicliyinin normalarını rəhbər tutaraq, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir.Belə ki,mənzil qanunveriliciliyinin normalarından və xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsindən görünür ki, ayrılmış yaşayış sahəsini kirayəçi və onun müqavilədə göstərilmiş ailə üzvləri tərəfindən istifadə edilə bilər. İş materiallarında olan müqavilədən də görünr ki, kirayəçi X3 ailə üzvü kimi yalnız həyat yoldaşı X4 göstərilmişdir, hal-hazırda isə onların hər ikisi vəfat etmişdir. Bu səbəbdən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən kirayəçilərinin vəfatı ilə xitam verilmiş hesab olunduğundan hal-hazırda cavabdehin həmin mənzildə yaşaması və istifadə etməsi qanunsuz və əsasızdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, cavabdeh Yusifov X7 rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli mənzildən çıxarılmalıdırlar. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Yusifov X7 rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli mənzildən çıxarılsın. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi bina 1-də yerləşən 8 nömrəli mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-491/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-491/2023
11.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver