Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-512/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı9, İddiaçı19, İddiaçı20, İddiaçı16, İddiaçı3, İddiaçı4, İddiaçı17, İddiaçı18, İddiaçı5, İddiaçı7, İddiaçı15, İddiaçı14 Asif oğlunun, X3, İddiaçı12, X1, İddiaçı8, İddiaçı6, İddiaçı10, İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperatinə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı9, İddiaçı19, İddiaçı20, İddiaçı16, İddiaçı3, İddiaçı4, İddiaçı17, İddiaçı18, İddiaçı5, İddiaçı7, İddiaçı15, İddiaçı14 Asif oğlu, X4, İddiaçı12, X2, İddiaçı8, İddiaçı6, İddiaçı10, İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 2-ci məhəllədə inşa olunan 2 saylı binanın xarici fasad tərtibatının başa çatdırılması, pilləkən qəfəsinin layihəyə uyğun bəzək-tamamlama işlərinin başa çatdırılması, müasir və surətli lift quraşdırılması, mənzillərə qaz xətlərinin çəkilməsi, elektrik enerjisinin əhali tarifinə keçirilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlanması öhdəliklərinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə işə mahiyyəti üzrə baxılması mümkün olmadığından məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iddia baxılmamış saxlanıldığına görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı3 qaytarılmalıdır. Həmçinin iddiaçılara izah edilməlidir ki, iddia baxılmamış saxlanıldıqda, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəməyə təkrar müraciət edilməsinə yol verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı9, İddiaçı19, İddiaçı20, İddiaçı16, İddiaçı3, İddiaçı4, İddiaçı17, İddiaçı18, İddiaçı5, İddiaçı7, İddiaçı15, İddiaçı14 Asif oğlunun, X3, İddiaçı12, X1, İddiaçı8, İddiaçı6, İddiaçı10, İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperatinə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı3 qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia baxılmamış saxlanıldıqda, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəməyə təkrar müraciət edilməsinə yol verilir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-512/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-512/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver