Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-530/2021 19.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Muratxanova (İsmayılova) Mədinə Sabir qızına qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Muratxanova (İsmayılova) Mədinə Sabir qızına qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Muradxanova (İsmayılova) Mədinə Sabir qızının ona məxsus ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, cavabdeh Muratxanova (İsmayılova) Mədinə Sabir qızı xx xxxxxx 2004-cü i tarixdə oğlu Muradxanov Azadla ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Cavabdeh 2010-cu ildə onun mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X6 ilə X4 arasında xx.xx.2004-cü il tarixdə Qaradağ rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 ataları X5 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Hazırda nəvələri onun himayəsindədir. Cavabdeh artıq onun ailə üzvü deyildir, cavabdehin ona məxsus evlə heç bir əlaqəsi yoxdur, həmin evdən daimi olaraq köçüb getmişdir. Cavabdehin evdə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır, eyni zamanda əlavə kommunal xərclərə səbəb olur. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Muratxanova (İsmayılova) Mədinə Sabir qızı məhkəməyə xx.xx.2021-ci il tarixdə teleqram ünvanlayaraq, iddianı qəbul etdiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 023359 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, yaşayış sahəsi 71,9 kv.m olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1“a” massiv, 17 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli Forma-2 arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin ünvanda ondan başqa Cavabdeh da daxil olmaqla 12 nəfər qeydiyyatdadır. İş materiallarında olan AZ-İ No 350025 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında bağlanmış nikahın pozulması xx xxx 2020-ci il tarixində qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 658/2020 saylı qətnaməsinin surətindən görünür ki, X6 ilə X4 arasında xx.xx.2004-cü il tarixdə Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 777 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 ataları X5 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutlara əsasən müəyyən edir ki, hazırda cavabdeh iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır. Cavabdeh həmin evdə formal olaraq qeydiyyatda qaldığından, bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Bundan əlavə, cavabdeh iddia tələbini özü etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından, habelə o, mülkiyyətçi olan iddiaçının ailə üzvü olmadığından və onunla birgə yaşamadığından, onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Muratxanova (İsmayılova) Mədinə Sabir qızının ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-530/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-530/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver