Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-532/2022 14.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «qohumluq münasibətləri faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd edib, «qohumluq münasibətləri faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası – 13 fevral 1978-ci il tarixdə vəfat etmiş X21 ilə 13 sentyabr 1927-ci il tarixdə Bakı qəzası Binəqədi dairəsi Güzdək kəndində doğulmuş və 07 yanvar 1996-cı il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində vəfat etmiş Mirzəli Orucəli oğlunun qardaşı olması; 13 fevral 1978-ci il tarixdə vəfat etmiş X17 onun atası olması; 13 sentyabr 1927-ci il tarixdə Bakı qəzası Binəqədi dairəsi Güzdək kəndində doğulmuş və 07 yanvar 1996-cı il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində vəfat etmiş Mirzəli Orucəli oğlunun onun əmisi olmaqla qohumluq münasibətində olma barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15nun adına Abşeron rayonu Güzdək qəsəbəsində torpaq sahəsi vardır. X15 22.02.1996-cı ildə vəfat etmişdir. Həyat yoldaşı Sürəyya Rzayeva isə 28.04.1981-ci il tarixdə vəfat etmişdir. Əmisinin və əmisinin həyat yoldaşının üç uşaqları olmuş, onlar da vəfat etmiş və vərəsələri qalmamışdır. Onun atası X21 10 may 1916-cı il tarixdə doğulmuş və 13.02.1978-ci il tarixdə vəfat etmişdir. Atasının doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən, evə dair müəyyən sənədləşdirmə işlərini apara bilmir. Atasının doğum şəhadətnaməsinə dair dövlət tarix arxivinə müraciət etmiş, lakin 1916-cı ilə kimi Güzdək kəndi üzrə X17 doğum tarixinə dair heç bir məlumat olmamasını bildirmişlər. Bu səbəbdən, onun mərhum əmisi ilə atasının doğma qardaş olmasına dair hüquqi faktın təsdiq edilməsi zəruridir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ona yuxarıda qeyd etdiyi kimi, evə dair sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlmat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, şahid X7 ifadə verərək bildirdi ki, Mirzəli əmisi, ərizəçi isə qardaşıdır. X2 qəsəbə qəbristanlığında dəfn olunmuşdur. X3 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi oğludur. Əmisi Əbdül fevral ayında vəfat edib. Mirzəli Orucəli oğlu da əmisidir. Hər iki əmisi Güzdək qəbristanlığında dəfn olunmuşlar. İş materiallarına əlavə olunmuş: - AZ seriyalı 003022 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 19 may 1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X22, anası X13r. - 25 yanvar 1978-ci il tarixdə verilmiş V-JQ seriyalı, 376432 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Mirzəli Orucəli oğlu 13 sentyabr 1927-ci il tarixdə Bakı qəzası Binəqədi dairəsi Güzdək kəndində doğulmuşdur. X19, anası Ağca İmani qızıdır. - Abşeron rayon Qeydiyyat şöbəsinin 07 dekabr 2021-ci il tarixli 05/Q-1555/69 saylı arayışından görünür ki, Mirzəli Orucəli oğlu ilə X16 arasında nikah 06 noyabr 1957-ci il tarixdə Abşeron rayonu Güzdək qəsəbə icra nümayəndəliyində 14 saylı akt qeydi ilə bağlanmışdır. Arvada Rzayeva soyadı verilmişdir. X1 28.04.1981-ci il tarixdə ölməsi (ölüm 04.05.1981-ci il tarixdə 2 saylı akt qeydi ilə həmin nümayəndəlikdə dövlət qeydiyyatına alınmışdır), Mirzəli Orucəli oğlunun isə 07.01.1996-cı il tarixdə ölməsi (ölüm 22.02.1996-cı il tarixdə 5 saylı akt qeydi ilə həmin nümayəndəlikdə dövlət qeydiyyatına alınmışdır) ilə bağlı xitam verilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsinin 05 noyabr 2021-ci il tarixli, 05/Q-1449/69 saylı arayışından görünür ki, X4 30 sentyabr 1997-ci il tarixdə kəskin ürək çatmazlığından vəfat etmiş, Abşeron rayonu Güzdək qəsəbə nümayəndəliyində 21 noyabr 1997-ci il tarixdə ölüm haqqında 12 saylı akt qeydi aparılmışdır. - Abşeron rayon Qeydiyyat şöbəsinin 05 noyabr 2021-ci il tarixli, 05/Q-1448/69 saylı arayışından görünür ki, X16 28 aprel 1981-ci il tarixdə nefrito nevrozdan vəfat etmiş, Abşeron rayonu Güzdək qəsəbə nümayəndəliyində 04 may 1981-ci il tarixdə ölüm haqqında 02 saylı akt qeydi aparılmışdır. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 iyul 2021-ci il tarixli, AZ-İİ seriyalı, 198966 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 10 iyun 2020-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək kəndində (şahidsiz ölüm) vəfat etmiş, bu barədə 03 iyul 2021-ci il tarixdə 901 saylı akt qeydi aparılmışdır. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2017-ci il tarixli, AZ-İ seriyalı, 853549 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 16 fevral 2017-ci il tarixdə Abşeron rayonu Güzdək kəndində miokard infarktından vəfat etmiş, bu barədə 09 mart 2017-ci il tarixdə 08 saylı akt qeydi aparılmışdır. - Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 18 noyabr 2021-ci il tarixli, TA- 00564-2021 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri» fondunun sənədlərində 1916-cı il Güzdək kəndi üzrə X17 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bundan başqa, qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi). İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X17 Ərizəçi atası olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yoxdur. Çünki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X21 doğum akt qeydində Ərizəçi atası kimi qeyd edilmişdir və bu fakt, dövlət orqanı tərəfindən verilmiş sənədlə artıq təsdiq edilmişdir. İş materialları ilə tam sübuta yetirildi ki, 13 fevral 1978-ci il tarixdə vəfat etmiş X21 ilə 13 sentyabr 1927-ci il tarixdə Bakı qəzası Binəqədi dairəsi Güzdək kəndində doğulmuş və 07 yanvar 1996-cı il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində vəfat etmiş Mirzəli Orucəli oğlu qardaşdırlar və Mirzəli Orucəli oğlu ərizəçinin əmisidir. Ərizəçi yuxarıda qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və bu səbəbdən hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə evlə bağlı hüquqi sənədləşmə işlərinin aparılması üçün zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 13 fevral 1978-ci il tarixdə vəfat etmiş X21 ilə 13 sentyabr 1927-ci il tarixdə Bakı qəzası Binəqədi dairəsi Güzdək kəndində doğulmuş və 07 yanvar 1996-cı il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində vəfat etmiş Mirzəli Orucəli oğlunun qardaş olmaları və Mirzəli Orucəli oğlunun ərizəçinin əmisi olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 13 fevral 1978-ci il tarixdə vəfat etmiş X21 ilə 13 sentyabr 1927-ci il tarixdə Bakı qəzası Binəqədi dairəsi Güzdək kəndində doğulmuş və 07 yanvar 1996-cı il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində vəfat etmiş Mirzəli Orucəli oğlunun qardaş olmaları və Mirzəli Orucəli oğlunun ərizəçinin əmisi olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-532/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-532/2022
14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver