Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-548/2021 29.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı İddiaçı Qürbət oğlunun və vəkili və nümayəndəsi Vəkil Yusif oğlunun, Cavabdeh «xxxx( Azərbaycan)» ASC-nin nümayəndəsi Qafarlı Asif Fazil oğlunun iştirakları ilə İddiaçı İddiaçı Qürbət oğlunun cavabdeh «xxxx( Azərbaycan)» ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilmə barədə əmrin ləğv edilməsi və işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı «xxxx» (Azərbaycan) ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilmə barədə əmrin ləğv edilməsi və işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» (Azərbaycan) ASC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli, 113 K saylı əmrinin ləğv edilməsinə, onun «xxxx» (Azərbaycan) ASC-də «Texniki İstehsalat /Xammal/ Yandırma» X1 Operatoru vəzifəsinə bərpa olunmasına və xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2001-ci ilin mart ayından xx.xx.2013-cü il tarixədək «xxxx» (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, xx.xx.2013-cü il tarixdən etibarən isə «Texniki İstehsalat /Xammal/ Yandırma» X1 Operatoru vəzifəsində işləmişdir. Qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixdə ehtiyatsızlıq nəticəsində baş vermiş bədbəxt hadisə nəticəsində yıxılaraq ağır xəsarətlər almışdır. Bundan sonra «xxxx» (Azərbaycan) ASC-nin baş direktorunun xx.xx.2020ci il tarixli, 113 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Həmin əmrin verilməsinə əsas ondan ibarət olmuşdurki, yıxılaraq ağır xəsarətlər almağına səbəb tərəfindən vəzifə təlimatı üzrə əməyin mühafizəsinə və texniki təhlükəsizlik qaydalarına əməl etməməsidir. Hesab edir ki, barəsində işdən azad olma barədə verilən xx.xx.2020-ci il tarixli, 113 K saylı əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu(öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd olunan hüquq normasına əsaslanaraq bildirir ki, ehtiyatsızlıq nəticəsində baş vermiş bədbəxt hadisə nəticəsində yıxılaraq ağır xəsarətlər almağı nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizaminin normal ahəngi pozulmamışdır. Həmçinin qeyd edir ki, iş yerində yaranmış texniki nasazlıq nəticəsində faktiki olaraq iş və istehsal dayanmış, məhz həmin nasazlığın aradan qaldırılmaq istəyərkən yıxılaraq ağır xəsarətlər almışdır. Qeyd olunan hərəkətləri nəticəsində heç kimin həyatı və sağlamğına zərər vurulmamış, eləcədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallar mövcud olmamışdır.Bildirdi ki, ehtiyatsızlıqdan yol verilmiş hərəkətləri nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş halların heç birinin mövcud olmamasına baxmayaraq, cavabdeh tərəfindən verilmiş qanunsuz və əsassız əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Eyni zamanda qeyd edir ki, üç azyaşlı övladı var və başqa gəlir yeri yoxdur. Hazırkı pandemiya dövründə isə işsiz qalmağı səbəbindən ailə üzvlərinin maddi-məişət ehtiyaclarını ödəyə bilmir. Həmçinin ağır xəsarət almağı səbəbindən də müalicəsi davam etdirilməlidir. Lakin işsiz olmağı səbəbindən və başqa qazanc yeri olmadığına görə müalicəni davam etdirə bilmir. İddiaçı İddiaçı Qürbət oğlu və onun vəkili Vəkil Yusif oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və 3 azyaşlı uşağının olduğunu, Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasının əsassız olduğunu, 186-cı maddədə göstərilən xüsusiyyətlərin nəzərə alınmadığını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirərək, məhkəmədən iddianın tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq məhkəməyə təqdim edilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, iddiaçı qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdur bu səbəbdən əsaslı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş cavabdeh «xxxx( Azərbaycan) » ASC-nin nümayəndəsi Qafarlı Asif Fazil oğlu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli iddia ərizəsinə etirazdan görünür ki , İddiaçı ilə xx xxxxxx 2013-cü il tarixli Əmək Müqaviləsi bağlanmış və o, texniki istehsalat xammal yandırma sexinə idarəetmə mərkəzinin operatoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə həmin vəzifənin adı X3 adlandırımışdır və bu barədə Əlavə hər iki tərəfdən imzalanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində qeyd olunur ki, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Həmin məcəllənin 11-ci maddəsində qeyd olunur ki, c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək işəgötürənin əsas hüquqlarındandır Həmin məcəllənin 216-cı maddəsində qeyd olunur ki, əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə daxildir. İddiaçı ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli Əmək Müqaviləsinin 3.1-ci bəndində qeyd olunur ki, iş prosesində əməyin mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət etmək, özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək işçinin əsas funksiyası və öhdəliyidir. Həmin müqavilənin 3.3-cü bəndində qeyd olunur ki, İşçi bu Müqavilə ilə müəyyən edilmiş əsas vəzifələrini və əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirməlidir. Həmin müqavilənin 4.9-cu bəndində qeyd olunur ki, işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizə qaydalarına və normalarına əməl etməyə borcludur. İddiaçı imzaladığı xammal dəyirmanı maşınistinin vəzifə təlimatında(işin təsviri) qeyd olunur ki , iş prosesində əməyin mühafizəsinə texniki təhlükəsizlik qaydalarına ,texnoloji rejiminə və avadanlıqların istismar qaydalarına riayət etmək işçinin əsas vəzifələrindəndir. Əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Xammal/Yandırma sexinin X3 İddiaçı ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsi, onunla bağlanmış əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə öhdəliklərini qəsdən pozmuşdur. Belə ki, o, komissiyaya verdiyi izahatında qeyd etmişdir ki, bu hadisənin baş verməsində özündən başqa heç kimi günahkar görmür, gərək çəpərin üstünə çıxmayaydı, xatırlayır ki, hadisədən öncə kim isə qışqırdı ki, “çəpərin üstünə çıxma”, lakin o, həmin səsə məhəl qoymadı, bu da onun yıxılmağına səbəb oldu. Eyni zamanda hadisə şahidi olmuş digər işçilər də izahatlarında bildirmişlər ki, İddiaçı özü pilləkəndən istifadə etməyərək və digər işçilər tərəfindən ona edilən “ora çıxma” xəbərdarlığına məhəl qoymayaraq mühafizə çəpərinin üstünə çıxmış və oradan aşağı yıxılmışdır. Bundan başqa iddiaçının qəsdən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində işyerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi də pozulmuş və əmək kollektivinə ziyan dəymişdir. Belə ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına və tələblərinə əməl edilməsi Əmək Məcəlləsinin işəgötürənin və işçilərin üzərinə qoyduğu ən vacib tələblərdəndir. Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Əmək Məcəlləsinin 207-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əmək Məcəlləsinin 209-cu maddəsində qeyd olunur ki, işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması Əməyin mühafizəsinin əsas prinsiplərindəndir. Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini və işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini, kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 216-cı maddəsinə əsasən əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək əməyin mühafizəsi üzrə işçilərin vəzifələridir. Əmək Məcəlləsinin 222-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, işəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə,əmək müqaviləsində nəzərdə tutulur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 113K nömrəli «xxxx» (Azərbaycan) ASC-nin əmrindən görünür ki, «Texniki İstehsalat /Xammal/ Yandırma» Sexinin X3 İddiaçı Qürbət oğlunun 15 yanvar 2013- cü il tarixli X10 Məcəlləsinin 70-ci maddəsinin ç)-bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx xxxxxx 2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Epikrizin surətindən görünür ki ,1980-ci il təvəllüdlü İddiaçı Qürbət oğlu xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi Mediclub özəl xəstəxanasında qapalı kəllə beyin travması, sol körpücük sümüyünün cismində minimal yerdəyişmiş sınıq, sol tərəfli Vİİİ və X qabırğalarda yerdəyişmiş sınıqlar,soltərəfli İ,V,Vİ və Vİİ qabırğalarda yerdəyişməmiş sınıqlar,soltərəfli ağciyərin kontuziyası,L1,L2, L3, L4,L5 fəqərələrində yan çıxıntılarında xətti sınıqları diaqnozu ilə müalicə almışdır. Klinikada xəstəyə antibakterial, infuzion terapiya, simptomatik müalicə aparılmışdır. Xəstə stasionar şöbədə klavikulyar korset vasitəsilə immobilizə edilmiş reanimotoloq və travmatoloq təyinatına əsasən müalicə almışdır. Xəstəyə 6 həftəyə klavikulyar korset sarğısı ilə qalmaq və 3 ay fiziki işdən azad olunmaq məsləhət görülmüşdür. x xxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid X2 “xxxx (Azərbaycan)” ASC-də işlədiyini, hadisə baş verən zaman növbə nəzarətçisi olduğunu, İddiaçı ona tabe olduğunu, təxminən 03.30 radələrindı xammal nəql etmə lentində problem yarandığını, oraya gedən zaman İsmayılı orda gördüyünü, orada nə etdiyini soruşanda kömək etmək üçün gəldiyini dediyini, İsmayılın qəflətən mühafizə çəpərinə çıxarkən ayağı sürüşərək oradan yıxıldığını, İsmayılı mühafizə çəpərinə çıxmaq istəyəndə xəbərdarlıq etdiyini,İsmayılın yıxılması ilə , hamı İsmayılın yanına gedərək, təxminən 20 dəqiqəyə təcili tibbi yardım gəldiyini, təxminən 20 dəqiqdə müddətində iş prosesinin dayandığını, sonra işin yenidən başladığını bildirərək ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İstehsalatda Baş Vermiş Bədbəxt Hadisə Haqqında “xxxx (Azərbaycan)” ASC-cinin texniki direktoru tərəfindən təsdiqlənmiş 01/2020 nömrəli aktdan görünür ki,bədbəxt hadisənin səbəbləri əmək qanunvericiliyinin pozuntusuna yol vermiş İddiaçı tərəfindən “xxxx (Azərbaycan)” ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “X3nin vəzifə təlimatı”nın tələblərinə əməl edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İstehsalatda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfin bədbəxt hadisənin araşdırılması üçün yaradılmış təhqiqat komissisyasının rəyinə əsasən xx.xx.2020-ci il tarixdə “xxxx (Azərbaycan)” ASC-də baş vermiş bədbəxt hadisənin səbəbi “xxxx (Azərbaycan)” ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “X3nin vəzifə təlimatı”nın “əsas vəzifələr” 8-ci abzasının “iş prosesində əmək mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət edir” tələblərinə riayət edilməməsi olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il akta görə İddiaçı intizam tənbehi verilməmişdən əvvəl ona yazılı izahatın verilməsi təklif edilsə də, iddiaçı yazılı izahat verməkdən imtina etmiş, yazılı izahatın hadisənin araşdırılmasını aparan komissiyaya və əmək müfəttişinə verildiyini və bundan sonra heç bir izahat verməyəcəyini və imza etməyəcəyini bildirmişdir. Məhkəmə tərəfindən məhkəmə iclası dəfələrlə təxirə salınaraq 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə bildirişlər və sorğular göndərilməsinə baxmayaraq, X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və sorğulara cavab verilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edərək qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddia ərizəsi xx.xx.2020-ci i tarixdə imzalanmış, məhkəməyə göndərilmiş, sadəcə qeyri iş günləri, səbəbindən iddiaya ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə üçün qanunvericiliklə nəzərdə tutulan 1 aylıq iddia müddəti ümumiyyətlə ötürülməmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. Məhkəmə əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında yaranan mübahisəli hüquq münasibəti ilə əlaqədar aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. İşçinin əsas vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazirki iş üzrə tərəflər arasında mübahisəli hal: iddiaçı iddia edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən, qanunvericiliyin tələbləri pozulmuşdur: belə ki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2ci bəndinin tələbləri pozulmuşdur. Cavabdehin nümayəndəsi isə iddia edir ki , iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, əmək funksiyalarını pozuduğuna görə iş yerində əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Bu səbəbdən iddia əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, işin məhkəmə iclasında dəqiq edilmiş sübutlarla müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir .Belə ki, işə əlavə olunmuş sübutlara və şahid ifadələri ilə müəyyən olunmuşdur ki, iddiaçı öz hərəkəti ilə (iş yerində baş vermiş texniki nasazlığı həll etmək məqsədilə hündürlüyə qalxması və oradan yıxılması “xxxx (Azərbaycan)” ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “X3nin vəzifə təlimatı”nın “əsas vəzifələr” 8-ci abzasının “iş prosesində əmək mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət edir” tələblərinə riayət etməmiş və bu hərəkəti nəticəsində baş vermiş bədbəxt hadisə nəticəsində yıxılaraq ağır xəsarətlər almışdır. Lakin iddiaçı əmək funksiyasını pozsa da, nəticədə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsı iş materialları ilə öz təsdiqini tapmamış, Cavabdeh tərəfindən məhkəmə iclasında sübuta yetirilməmişdir. Həmçinin iddiaçı tərəfindən əmək funksiyası pozulmuş olsa belə, yəni texniki təhlükəsizlik qaydalarlarına əməl etməməkdə ifadə olunan hərəkəti, iddiaçı iş yerində yaranmış texniki nasazlıq nəticəsində faktiki olaraq dayanmış iş və istehsalı bərpa etmək məqsədilə etmiş, məhz həmin nasazlığı aradan qaldırmaq istəyərkən yıxılaraq ağır xəsarətlər almışdır. Həmçinin şahid ifadəsində də təsdiqlənilir ki, əmək və icra intizamının normal ahəngi pozulmamış və bədbəxt hadisə baş verdikdən cəmi 20 dəqiqə ərzində təcili yardım gəlmiş və daha sonra iş və istehsalın normal ahəngi bərpa olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmək funksiyası pozulmuş olsa belə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması” halı hazırki iş üzrə müəyyən olunmadığından, işəgöturən əmək müqaviləsinə 70-ci maddəsinin Ç bəndi ilə ləğv etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin 70-ci maddəsinin Ç bəndi ilə ləğv edilməsi zamanı , Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan intizam tənbehlərindən ən ağırını tətbiq etməklə, həmin maddənin 3cü hissəsinin tələblərini, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almamış, həmçinin Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipini nəzərə almamışdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, « xxxx( Azərbaycan) » ASC-nin İddiaçı Qürbət oğlu ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 113K saylı əmri ləğv edilməli, İddiaçı Qürbət oğlu «xxxx» (Azərbaycan) ASC-də «Texniki İstehsalat /Xammal/ Yandırma» X1 Operatoru vəzifəsinə bərpa olunmali və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. « xxxx( Azərbaycan)» ASC-nin İddiaçı Qürbət oğlu ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 113K saylı əmri ləğv edilsin. İddiaçı Qürbət oğlu « xxxx( Azərbaycan)» ASC-də «Texniki İstehsalat /Xammal/ Yandırma» X1 Operatoru vəzifəsinə bərpa edilsin və xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı işə bərpa olunduğu günədək İddiaçı Qürbət oğluna « xxxx( Azərbaycan) » ASC tərəfindən ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günay Həşimova