Məhkəmə qərarları › İş №2(002)-564/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-564/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-564/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X3 direktoru İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Sifarişçi” adlanacag Qaradağ Rayon İcra Hakimiyyəti, “Zəmanətverən” adlanacaq "xxxx" X4 direktoru X1 şəxsində, “Binaların balans sahibi” Bakı Şəhər Mənzil Kommunal Departamentinin Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov şəxsində, “Zəmanətalan” adlandırılacaq fiziki (hüquqi) şəxs Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 04№-li Zəmanət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində əsasən, vətəndaş Cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci döngə Dadaş Bünyadzadə küçəsi, 8 saylı binanın ona məxsus ümumi sahəsi 49.3 kv.m, yaşayış sahəsi 27.18 kv.m olan 2 otaqlı 4 saylı mənzilin əvəzinə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının “02” fevral 2016-cı il tarixli 9 saylı sərəncamı əsasında Lökbatan qəsəbəsi, 2-ci döngə Dadaş Bünyadzadə küçəsi ünvanda inşa olunacaq yeni yaşayış binasında ümumi sahəsi 49.0 kv.m olan 2 otaqlı tam təmirli yeni mənzillə təmin olunması; 1.3-cü bəndinə əsasən binanın tikintisi aparılan müddətdə köçürülən sakinlərin müvəqqəti kirayə haqlarının yeni mənzillərlə təmin olunacağı günə qədər "xxxx" X6 tərəfindən ödənilməsinin təmin edilməsi bu müqavilənin əsas predmeti hesab olunur.

2. "xxxx" ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli Kooperativ Mənzil Tikintisi Haqqında müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı qərarı ilə “Pilot” layihə çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May və Bünyadzadə küçələrində inşa ediləcək yaşayış binasının 128 saylı mənzili təşkil edir. Müqavilənin 2-ci bəndinə əsasən “İcraçı” inşa ediləcək binanın İİİ giriş 8 mərtəbə 128 saylı mənzili “Sifarişçiyə təhvil verməyi, “Sifarişçi” isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Mənzil 2 otaqdan 65.4 kv.m, mənzilin hesablaşma sahəsi 5 kv.m, mənzilin yaşayış sahəsi 31.3 kv.m, mənzilin dəyəri 2500 manatdır. “Sifarişçi” müqavilə bağlayan gün 250 manat ilkin ödəniş, hər ay 450 manat ödəməklə son ödəniş tarixi 14 iyul 2018-ci ilə qədər nağd şəkildə ödəməyi qəbul etmişdir.

3. Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" X4 xx.xx.2023-cü il tarixli 34№-li arayışına əsasən, Cavabdeh Nadir oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 248, mərtəbə 8, mənzil 4-də yaşayır.

4. Cavabdeh ilə "xxxx" X6 arasında bağlanmış, Bakı şəhər 45 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş, AN-İ № ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" X6 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.4 m2 olan mənzili tam hissədə alıcı Cavabdeh mülkiyyətinə vermişdir.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 59.4 m2 olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə üçəsi, 248, M8, m4 saylı mənzil xüsusi mülkiyyət formasında Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********75-05301-093119 №-li Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə üçəsi, 248, M8, m4 saylı mənzil 8-ci mərtəbədə yerləşməklı, 2 otaqdan ibarətdir, ümumi sahəsi 59.4 m2, yaşayış sahəsi 30,8 m2 təşkil edir. İddia tələbi

7. İddiaçı Cavabdeh Nadir oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Nadir oğlundan "xxxx" X4 xeyrinə 8.5 m2 təmirli artıq verilmiş mənzil sahəsi üzrə 4250 manat məbləğində pulun və ödənilmiş 63 manat dövlət rüsumunun ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Hakimiyyətinin 02 fevral 2016-cı il tarixli 9 saylı sərəncamına əsasən “Pilot” layihə çərçivəsində ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli binanın sökülməsi və sakinlərin şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Həmin layihənin həyata keçirilməsi ilə əlaqədar 16 iyun 2016-cı il tarixdə Cavabdeh Nadir oğlu ilə 04 saylı zəmanət müqaviləsi bağlanmışdır. Həmin zəmanət müqaviləsinə əsasən tərəfindən Cavabdeh Nadir oğluna 49 m2 tam təmirli mənzil əvəzsiz olaraq verilməsi idi. Hazırda mənzil inşa edilmiş və Cavabdeh Nadir oğluna xx.xx.2023-cü il tarixli çıxarışa əsasən sahəsi 59.4 kv.m mənzil verilmişdir. Lakin faktiki olaraq və lahiyə üzrə mənzilin sahəsi 62.5 m2-dir. Tərəflərindən əlavə olaraq verilmiş 13.5 m2 sahənin 5 m2-in dəyəri Cavabdeh Nadir oğlu tərəfindən ödənilmiş, qalan 8.5 kv.m sahənin pulu ödənilməmişdir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 389.1, 391, 405.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2 və 4.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz

10. Cavabdeh Nadir oğlu iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Hakimiyyətinin 02 fevral 2016-cı il tarixli 9 saylı ərəncamına əsasən "Pilot" layihə çərçivəsində ona məxsus 2 otaqlı, ümumi sahəsi 49.3 m2 olan mənzilin sökülməsi, həmin ünvanda inşa ediləcək yeni binada 49 kv.m olan tam təmirli mənzillə təmin olunmasına dair zəmanət müqaviləsi bağlanmışdır. Daha sonra 14 fevral 2018-ci il tarixində "xxxx" MKM və onun arasında KOORERATİV MƏNZİL TİKİNTİSİ HAQQİNDA MÜQAVİLƏ bağlanmışdır. Həmin müqavilənin 2.4 əsasən "xxxx" MKM onu 65.4 kv.m mənzil ilə təmin etməli, o isə 2500 (iki min beş yüz) manat ödəniş etməli idi. Həmin məbləğ 2018-ci ildə hissə-hissə tərəfindən tam şəkildə ödənilmişdir və hər dəfə ödənişlərin qəbul edilməsi də müqavilədə əlyazma ilə imzalanıb qəbul edilmişdir. O üzərinə düşən öhtəliyi tam olaraq yerinə yetirsə də, iddiaçı "xxxx" MKM öz üzərinə düşən öhtəliyi yerinə yetirməmiş və onu sahəsi 65.4 m2 olan mənzil əvəzinə, 58.4 m2 olan mənzillə təmin etmişdir. Üstəlik ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlavə olaraq 4250 manat tələb edir. Halbuki, müqavilənin heç bir bəndində, şərtində bu öz əksini tapmayıb. Hazırkı iş üzrə tərəflər arasında tələb olunan məbləğə dair müqavilə münasibətləri yoxdur. Belə olan halda sual yaranır: "Babak-94" MKM hansı müqaviləyə əsasən bu məbləği tələb edir, müqavilənin hansı şərtinə, hansı bəndinə əsasən? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 saylı 22 yanvar 2016-ci il tarixli gərarı ilə "Pilot layihə" formatında Qaradaq rayonu Lökbatan qəsəbəsində yaşadığı 2 mərtəbəli 18 mənzilli, 2 taxta konstruksiyalı qəzalı binaları "xxxx" MKM (X8) tərəfindən sökülmüşdür. Müqavilə bağlanmazdan əvvəl, qəzalı binaların sakinləri ilə görüş təşkil olunmuşdur. Həmin görüşdə Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov və "xxxx" MKM-nin direktoru Fəxrəddin Novruzov iştirak edirdilər. Elnur Qurbanov çıxışında bildirdi ki, qəzalı binaların sakinləri üçün yeni mənzillər əvvəlkindən 20% artıq veriləcək. Bu haqda Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının müavini X9 Azərbaycan saytına müsahibə vermişdir. Sökülmüş qəzalı binalarin yerində 3 bloklu 10 mərtəbəli 153 mənzilli bina inşa olunmuşdu. Dörd tərəfli zəmanət müqaviləsində qeyd olunmuşdur ki, yeni yaşayış binaların inşa edilərək tikintisi 18 ay müddətində başa çatacaq, lakin tikinti 4 il davam etdi. Müqavilədə qeyd olunan 18 ay əvəzinə onlar 4 il kirayə qaldılar. Tikinti bitdikdən sonra məlum oldu ki, qəzali binaların sakinləri üçün eyni ölçüdə mənzil mövcud deyil. 8 mənzil 60 m2 və 8 mənzil 65,4 m2 ölçüsündə inşa olunmuşdu. Püşk atma olmadan 60 m2 olan bir mənzil kənar şəxsə satılmışdır. Onları fakt qarşısında qoydular ki, 7 mənzil 60 m2 ödənişsiz veriləcək, 8 mənzil isə 65,4 kv.m ölçüsündə olan -2.500 (iki min beş yüz ) AZN ödənişsiz və 7 ailə) sökülmüş qəzalı binaların sakinləri 65.4 kvadrata görə 2.500 (iki min beş yüz) AZN ödəməli oldular. Mənzilsiz qalmamaq üçün onlar xx.xx.2018-ci il tarixində 65,4 m2 mənzillin 2500 (iki min beş yüz) AZN ödənişini etdilər və "Babǝk-94" MKM ilə yeni müqavilə imzaladılar. Həmin müqavilənin şərtlərinə görə 2500 AZN (iki min beş yüz) ödəməklə onlar 65.4 m2 mənzili əldə etmiş olurlar. 2020-ci ilin mart ayında yeni inşa olunmuş binada yeni mənzilə köçürüldülər. Dörd tərəfli zəmanət müqaviləsində əlavə ödəniş haqqında heç bir bənd yoxdur. Onların günahı deyil ki, tikinti müəssisə qəzalı bina sakinləri üçün eyni ölçüdə mənzillər inşa etməyib və hansı səbəbdən 7 il sonra ondan (qəzalı taxta konstruksiyalı binadan köçürülmüş az təminatlı ailədən əlavə 8.5 kvadrata görə müqaviləsiz ödəniş tələb edir? Nəyin əsasında İddiaçı 17 ailədən yox, tək ondan 4.250 AZN tələb edir? Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X10 Reyestri Hüquqi Şəxsi tərəfindən verilən çıxarışda yeni mənzilin kvadratı 59.40. m2 qeyd olunub, lakin onlar 65.4 m2 görǝ 2.500 AZN ödəniş etmişdilər. Bununla bağlı tikinti müəssisəyə müraciət etdilər ki, onlar onlara izah etsinlər hansı səbəbdən, onlar qəzalı binadan köçürülmüş vətəndaşlar onlara əlavə 65.4 kvadrata görə 2.500 (iki min beş yüz) AZN ödəniş etdilər, amma çıxarışı verən dövlət qurumu mənzilini 59.40 kv.m qeyd edib. İddiaçı hesab edir ki, onların ölçmə əmsalları dövlət ölçmə əmsallarından fərqlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində 59.3 bəndində belə deyilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Mənzilinin həqiqi ölçüsü 59.40 kv.m təşkil edir. Nəzarə alsaq ki, 2018-ci ildə biz ikinci müqaviləyə asasən 2.500 AZN (iki min beş yüz) beş kv.m görə ödəmişdik. Həqiqi 59.40kv.m - 5kv.m =54.40 kv.m. 54.40 kv.m-8.5kv.m ( məndən tələb olunan)= 45.9kv.m. Nəticədə dördtərəfli müqaviləsində göstəriləndən (49 kv.m) daha kiçik (45.9) bir mənzil aldə edirəm.

11. Etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1-ci maddələrinə istinad edilmişdir.

12. Bununla yanaşı, Cavabdeh Nadir oğlu iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək Qaradağ rayon İcra Hakimiyyətinin 02 fevral 2016-cı il tarixli 9 saylı sərəncamına əsasən "Pilot" layihə çərçivəsində ona məxsus 2 otaqlı, ümumi sahəsi 49.3 kv.m olan mənzilin sökülməsi, həmin ünvanda inşa ediləcək yeni binada 49 kv.m olan tam təmirli mənzillə təmin olunmama dair zəmanət müqaviləsi bağlanmışdır. Daha sonra 14 fevral 2018-ci il tarixində "xxxx" MKM və onun aralarında KOORERATİV MƏNZİL TİKİNTİSİ HAQQİNDA MÜQAVİLƏ bağlanmışdır. Həmin müqavilənin 2.4 əsasən "xxxx" MKM onu 65.4 kv.m mənzil ilə təmin etməli, o isə 2500 (iki min beş yüz) manat ödəniş etməli idi. Həmin məbləğ 018-ci ildə hissə-hissə tərəfimdəm tam şəkildə ödənilmişdir və hər dəfə ödənişlərin qəbul edilməsi də müqavilədə əlyazma ilə imzalanıb qəbul edilmişdir. "xxxx" MKM aramızda bağlanmış 14 fevral 2018-ci il tarixli müqaviləyə əsasən pul tələb edir. Həmin müqavilədə sonuncu ödənişin tarixi 14 iyul 2018-ci il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, şirkət cavabdeh ilə müqaviləni 49 m2 ilə bağlayıb. Zəmanət müqaviləsi var, texniki pasportda texniki səhv olaraq evin sahəsi 65 m2 olaraq qeyd edilmişdir. 5 kv.m sahəyə görə 2500 manat ödənilib. Cavabdehə əvvəl verilən texniki pasport hazırkı texniki pasport ilə eynidir. İddiaçı cavabdeh ilə müqaviləni 49 kv.m ilə bağlayıb. Zəmanət müqaviləsinə əsasən 5 kv.m sahəyə görə 2500 manat cavabdeh tərəfindən ödənilib. İddiaçı Tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən sahələr həqiqidir. İddiaçı tərəfindən təqdim edilən texniki pasport 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən hazırlanıb. Qəzalı evlərdə yaşayan on səkkiz ailəyə ev verilib, digər ailələrə ərazisi böyük evlər verilib. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirir ki, Qaradağ İcra Hakimiyyətinin əməkdaşı guya bildirib ki, qəzalı evlərdə yaşayan ailələrə verilən evlərin sahəsi əvvəlki evlərin sahəsindən iyirmi faizdən artıq olacaq. Ancaq belə bir məsələ olmayıb. Təmir vaxtı evlərin sahəsi azalır. Ekspert rəyi ilə iddia ərizəsi arasında 0.5 kv.metr fərq olsa da rəyə etirazı yoxdur. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, cavabdehin həyat yoldaşıdır. Tərəflər arasında müqavilə bağlanıb, yeni mənzilə köçməmişdən öncə əvvəlki mənzilin sahəsi 49.3 kv.m olub. Həmin binada onlarla bərabər 18 ailə iddiaçı ilə müqavilə imzalayıb. Yeni evin faktiki sahəsi 59.4 kv.m-dir, 5 kv.m-nin pulunu ödəmişdilər. Guya onlar iddiaçıya 8 kv.m borcludur. Evin çıxarışında başqa ünvan qeyd edilib, evin ünvanı 4-cü mənzil, 8-ci mərtəbə, 3-cü girişdir. Evin 5.4 kv.m-in pulunu ödəməyə razı deyillər. Onlar "xxxx" MKM-in tikdiyi evləri görmək istəsə də şirkət evləri onlara göstərmədi, ona görə də evlərin sahəsini görə bilmədilər. Həm də şirkət 5 il ərzində evlərin tikintisini tamamlayacağını və 10 kv.m artıq sahənin veriləcəyini bildirmişdi. Onlar 65 kv.m-lik ev istəyirdi, amma şirkət onlara 59 kv.m olan ev verdi. 4 ildir yeni mənzildə yaşayırlar. İddiaçı ilə bağladıqları müqaviləyə əsasən iddiaçı onlara sahəsi 65 kv.m olan ev verəcəkdi. Bunun üçün onlar 2500 manat ödədilər, amma onlara verilən evin sahəsi 59 kv.m olub. Onlardan başqa on səkkiz ailə üçün mənzil verilib, səkkiz ailə üçün 60 kv.m sahəsi olan ev nəzərdə tutulub, doqquz ailə üçün isə 65 kv.m sahəsi olan ev nəzərdə tutulub. İddiaçı ilə bağladıqları müqaviləyə əsasən onlara sahəsi 65 kv.m olan ev veriləcəyi vəd edilmişdur. Amma onlara verilən evin sahəsi 59 kv.mdir. 5 kv.m üçün cəmi 2500 manat ödəyiblər, həmin məbləğ ödənilib, bununla da əlavə ödənişin edilməyəcəyi barədə iddiaçı ilə razılaşdılar. Evin sahəsinin ölçülməsi ilə bağlı “Asan Xidmət” Mərkəzinə yaxınlaşdılar, 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri evin sahəsini ölçdülər. Tərəfindən məhkəməyə təqdim edilmiş texniki pasportda göstərilən sahələr həqiqəti əks etdirir. Məhkəməyə təqdim etdiyi texniki pasport mühəndislər tərəfindən hazırlanıb. Onlar və on səkkiz ailə qəzalı binada yaşayırdılar. On səkkiz ailəyə eyni sahəli evlər verilib. 60 kv.m sahəli evlərin sayı yeddi-səkkiz ədəd idi. İddiaçı ilə gəldikləri razılığa əsasən 2500 manat verəcəkdilər, əlavə olaraq 5 kv.m veriləcəkdi, amma evin sahəsi 58 kv.m olub. Müqavilə 2016-cı ildə bağlanıb, müqavilə dörd tərəfli olub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini iclasda onlara bildirdi ki, qəzalı evlərdə yaşayan ailələrə verilən evlərin sahəsi əvvəlki evlərin sahəsindən iyirmi faizdən artıq olacaq. Həm onların, həm də iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi texniki pasportlarda ziddiyyətlər var. Ekspert rəyində evin sahəsi 62.0 kv.metr qeyd edilsə də, evin çıxarışında 59.40 kv.metr qeyd edilmişdir. Bundan əlavə, üç illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. İddiaçıya məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

17. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. 598.1-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. 598.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. 646.10-cu maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

24. 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

25. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

27. 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X5 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

28. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

29. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

30. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

37. İddia əsassızdır.

38. İşin faktiki halları bundan ibarətdir ki, «Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 8 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən qərara alnmışdır: Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyət 5 il müddətinə həyata keçirsinlər: qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması.

39. Həmin Qərarın icrası istiqamətində, Qaradağ Rayon İcra Hakimiyyəti, "xxxx" X6, Bakı şəhər Mənzil Kommunal Departamentinin Qaradağ Rayon MKTB və hazırkı mülki iş üzrə Cavabdeh arasında 16 iyun 2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə, Cavabdeh məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci döngə Dadaş Bünyadzadə küçəsi, bina 8, 4 saylı mənzilin əvəzində onun Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci döngə Dadaş Bünyadzadə küçəsində inşa ediləcək yaşayış binasında ümumi sahəsi 49,0 m2 olan yeni mənzillə təmin olunması nəzərdə tutulmuşdur.

40. Daha sonra "xxxx" X6 (İcraçı) ilə Cavabdeh (Sifarişçi) arasında 14 fevral 2018ci il tarixdə “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqavilə bağlanılmışdır. Həmin Müqaviləyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, İİİ giriş, 8-ci mərətəbə, 128 saylı mənzilin (tərəflər arasında bu mənzilin yuxarıda qeyd edilən 4 nömrəli mənzil ilə eyni olması barədə mübahisə yoxdur) inşa edilərək sifarişçiyə təhvil verilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 2.4-cü bəndində görə, mənzil 2 otaqdan ibarət, ümumi sahəsi 65,4 m2, mənzilin hesablaşma sahəsi 5 m2 və dəyəri, 2500 manat müəyyən edilmişdir.

41. Bundan sonra, "xxxx" X6 (satıcı) və Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair notarial müqavilə bağlanmış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, b 244, 246, 248, m 4, yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, 248, M8, m 4, ümumi sahəsi 59,4 m2, yaşayış sahəsi 30,8 m2, yardımçı sahəsi 28,6 m2 olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə alıcının mülkiyyətinə verilmişdir.

42. İddiaçı hazırkı iddia ilə müraciət edərək cavabdehə daha artıq sahəsi olan mənzilin verildiyini bildirir və əlavə 8.5 m2 sahəyə görə 4250 manat ödənilməsini tələb edir.

43. Məhkəmə ilk növbədə 3 illik iddia müddətinin ötürülməsi barədə cavabdehin ərizəsinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

44. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər daşınmaz əşyalarla bağlı müqavilə tələblərindən irəli gəldiyindən hazırkı tələb üzrə iddia müddəti nə xx.xx.2018-ci il tarixli müqavilə üzrə kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan, nə də, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ötürülməmişdir.

45. Lakin iddia müddəti ötürülməsə də, məhkəmə hesab edir ki, tələb aşağıda göstərilənlərə əsasən təmin edilə bilməz.

46. Belə ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında 14 fevral 2018-ci il tarixli müqavilə bağlamaqla gələcəkdə inşa edilərək, Cavabdeh təhvil veriləcək mənzilin ümumi sahəsini 65,4 m2 müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilə bağlandığından, tərəflər arasındakı münasibətlər xx.xx.2016-cı il tarixli dördtərəfli müqavilənin şərtləri (ümumi sahə 49 m2) üzrə tənzimlənə bilməz.

47. Tərəflər arasında bağlanmış 14 fevral 2018-ci il tarixli müqavilə üzrə isə cavabdeh ona gələcəkdə veriləcək mənzilin əlavə 5 m2 sahəsi üçün 2500 manat ödənişi icra etmişdir. Bu işin mübahisəsiz halıdır.

48. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair notarial müqavilə etibarlı olmaqla, məhkəmə qaydasında mübahisələndirilməmiş, ləğv edilməmişdir. Həmin müqavilə ilə ümumi sahəsi 59,4 m2 ümumi sahədən ibarət həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmış, eləcə də mənzilin texniki pasportunda ümumi sahəsinin 59,4 m2 olduğu göstərilmişdir.

49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2138 nömrəli ekspert rəyi ilə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində yerləşən, Cavabdeh mülkiyyətində olan 4 saylı mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, həmçinin azaltma əmsalları tətbiq edilmədən faktiki ümumi sahəsinin 62.0 kv.metr, yaşayış sahəsinin isə 29.7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

50. Göründüyü kimi, iddidaçı tərəfindən cavabdehə qüvvədə olan notarial alqı-satqı müqaviləsi əsasında ümumi sahəsi 59,4 m2 olan mənzil satıldığından və 14 fevral 2018-ci il tarixli müqavilə bağlandığı zaman cavabdehdən gələcəkdə veriləcək əlavə 5 m2 sahənin dəyəri olaraq 2500 manat alındığından, hətta mənzilin faktiki sahəsi 62,0 m2 olsa belə, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əlavə sahənin qalması halı həqiqəti əks etdirmir (59,4 + 5 = 64,4). Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməməsi barədə iddiaçının dəlilləri əsassız olduğundan iddia təmin edilməməlidir. Məhkəmə xərcləri

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

52. İş materiallarından görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəf iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə

53. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

54. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf iddiaçı "xxxx" X4 direktoru İddiaçı tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X2, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar