Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-569/2024 27.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi Maraqlı şəxs1in nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini iş üzrə maraqlı şəxslər qismində qeyd etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxslər qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X9 verilmiş mənzilə dair Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989-cu il tarixli 25 saylı qərarının ünvan 1 ünvanına aid olması barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989-cu il tarixli 25 saylı qərarına əsasən mərhum anası X9 5 nəfər ailə üzvü nəzərə alınmaqla ünvan 2 ünvanında dörd otaqlı mənzil verilmiş, ailə üzvü kimi atası, anası, iki qardaşı və o yazılmışdır. Həmin qərar əsasında qeyd edilən ünvana 04 mart 1989-cu il tarixdə 245725 saylı order verilmişdir. Orderdə isə evin nömrəsi düzgün olaraq 5 yazılmışdır. Hazırda həmin mənzildə o, qeydiyyatda olmaqla yaşayır. Evi özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989-cu il tarixli 25 saylı qərarında evin nömrəsi səhv olaraq 5 əvəzinə 2 yazılmışdır. Hazırda mənzilin sənədlərində olan bu uyğunsuzluğa görə mənzili özəlləşdirə bilmir Onlar 1989-cu ildən həmin mənzildə yaşamış, şəxsiyyət vəsiqəsində də qeydiyyat ünvanı ünvan 2 kimi qeyd edilmişdir. Onlarda olan orderdə də evin nömrəsi 5 yazıldığından keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989-cu il tarixli 25 saylı qərarında evin nömrəsinin 2 yazılmasından məlumatı olmamışdır. Bunu yalnız mənzili özəlləşdirmək istəyərkən arxivdən alınmış sənəddə evin nömrəsinin 2 olmasını bilmişdilər. Həmin qərar hüquqmüəyyənedici sənəddir, mənzilin özəlləşdirilməsi üçün əsasdır və o bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxs1nə müraciət etsə də düzəliş onlar tərəfindən edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir., Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd edir ki, ev orderlə onun rəhmətlik anasına verilmişdir, 1989-cu il tarixdən həmin ünvanlı evdə yaşayaraq, qeydiyyatdadırlar. Hazırda evi adına özəlləşdirmək istəyirlər lakin sənəddə olan texniki səhvə yol verildiyindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsi qeyri mümkün olmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs1 nümayəndəsi X3 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, sənəddə texnik səhvə yol verilmişdir. Ona görə ərizənin təmin edilməsinə etiraz etmirlər. Düzəliş edilməlidir ki, vətəndaş mülkiyyət hüquqlarını həyata keçırə bilsin. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş A-İİ seriyalı, 350046 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür, X12 xx.xx.2023-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 285 nömrəsi ilə qeyd aparılmışdır. iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ seriyalı, 108667 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür, X7 xx.xx.2002-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-cü il tarixində 67 nömrəsi ilə qeyd aparılmışdır. iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı, 269448 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür, X8 xx.xx.2022-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 334 nömrəsi ilə qeyd aparılmışdır İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri X2 İcrayə Komitəsinin 04 mart 1989-cu il tarixdə 245725 saylı orderindən görünür ki, ünvan 3 ünvanındakı yaşayış evini 5 nəfər ailə üzvü tərkibdə olmaqla X9 verilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş vətəndaş Ərizəçi ünvanlanmış Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989-cu il tarixli 25 saylı qərarından görünür ki, ünvan 4 ünvanındakı yaşayış evini 5 nəfər ailə üzvü tərkibdə olmaqla X9 verilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Bakı şəhəri, ünvan 2 mənzil ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Daxili İşlər Nazirliyinin ******* saylı arayışdan görünür ki , Ərizəçi Bakı şəhəri, ünvan 2 mənzil ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi anası X12 ,atası X4r. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi üvanladığı məktubdan görünür ki, müvafiq məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Tətbiq edilən normalar: Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989-cu il tarixli 25 saylı qərarında vətəndaşa verilmiş mənzilin ünvanı yanlış qeyd edildiyindən hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaranmışdır. Ərizəçi qeyd olunan mənzilin özəlləşdirilməsi üçün müraciət etdikdə məlum olur ki, hüquqmüəyyənedici sənədlərdə uyğunsuzuq aşkar edilmişdir. Bu məsələ ilə bağlı ərizəçi uyğunsuzluğa yol verilmiş sənədi vermiş orqana-maraqlı şəxsə müraciət etmiş, lakin Maraqlı şəxs1 isə hüquqmüəyyənedici sənədlərdə qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və düzəlişlərin edilməsindən sonra müraciət etməsini təklif etmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Bakı şəhəri Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989-cu il tarixli 25 saylı qərarında “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1005 küçəsi ev 2,mənzil 49 mənzili” qeyd edilməklə, ərizəçinin şəxsiyyət vəsiqəsinə uyğun qeydiyyatda olduğu və faktiki yaşadığı mənzilin ünvanı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir.Hüqüqmüyyəndici sənədlərin verildiyi şəxs olan- X10 isə ərizəçinin həyat yoldaşıdır. Həmçinin, AR Daxili İşlər Nazirliyinin arayışından və ərizəçinin şəxsiyyət vəsiqələrindən görünür ki, o, Bakı şəhəri, ünvan 2 mənzil ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989cu il tarixli 25 saylı qərarında və orderindən göründüyü kimi, ərizəçi ailə üzvi kimi qeyd edilmişdir. Bununla da təsdiq olunur ki, şəxsin hüquqmüəyyənedici sənədlərdə qeyd edilən ünvanı- Bakı şəhəri, ünvan 2 mənzilinə aiddir. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) xx.xx.1989-cu il tarixli 25 saylı qərarı Bakı şəhəri, ünvan 2 mənzilinə aid olmasının müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 adına verilmiş Bakı şəhəri Qaradağ rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 25 saylı qərarının Bakı şəhəri, ünvan 2 mənzilinə aid olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-569/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-569/2024
27.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver