Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-579/2020 20.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Cavabdehlər “Cavabdeh1 QSC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər “Cavabdeh1 QSC-yə və Cavabdeh2 qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər “Cavabdeh1 QSC-yə və Cavabdeh2 qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə “Cavabdeh1 QSC arasında bağlanmış kredit müqaviləsi üzrə onların zaminliyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1” QSC-nin bizə qarşı iddia tələbi əsasında Qaradağ rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(002)- 67/2019 saylı qətnaməsi ilə cavabdehlər X2, İddiaçı1, İddiaçı3, X4, İddiaçı2 və X3 müştərək qaydada cəmi 23939,37 ABŞ dolları məbləğində borc vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Cavabdeh2 ilə Cavabdeh1 QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin müqavilə üzrə borcluya veriləcək məbləğ üzrə ayrıca razılaşma müəyyən edilmişdir. Həmin müqavilə üzrə onlarla da zaminlik müqaviləsi bağlamışlar. Bundan sonra borclu Cavabdeh2 ilə bank arasında müqaviləyə dəyişiklik edilmiş və bu barədə borclu ilə bank arasında müqavilə bağlansa da həmin müqavilələr bağlanarkən bizim xəbərləri olmamış və bu barədə bank onlara heç bir xəbər verilmədən müqavilədə dəyişikliklər edilmişdir. Borclu Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2009-cu tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmasına dair bizimlə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra Cavabdeh2 bankdan pul verilmişdir. Cavabdeh2 götürdüyü borcu qaytarmışdır. Sonradan Cavabdeh2 yenidən bankdan pul götürmüş və yenidən onunla müqavilə bağlanmışdır. Sonrakı bağlanmış müqavilələrdə onlarla iştirak etməmişlər. Belə ki, Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü ildə kredit razılaşması bağlanmış və ona 30000 ABŞ dolları kredit verilsə də həmin müqavilənin bağlanarkən onlarla zaminlik müqaviləsi bağlanmamışdır. Bundan sonra kreditin ödənişləməsi hissəsinin dəyişdirilməsi ilə əlaqədar cavabdehlər arasında xx.xx.2015-ci il tarixdə, xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə bağlanmış sazişlə razışlaşmaya və ödəniş planına dəyişikliklər edilsə də bu barədə onların məlumatı olmamış, həmin müqavilə haqqında onlara məlumat verilməmişdir. Həmin müqavilələrlə kredit borcunun ödənilməsi müddəti uzadılmış və yenidən əlavə faizlər hesablanmışdır. Onlar da borclu ilə birlikdə öhdəliyin icrasını təmin etmək məsuliyəti olduğundan borcluya veriləcək məbləğ barədə əvvəlcədən onlara məlumat verilməli və müqavilə bağlanmalı idi. Ona görə də həmin müqavilə üzrə borclu özü məsuliyyət daşıyır. Müqavilə bağlanarkən onlara heç bir məlumat verilmədiyindən və onların razılığı alınmadığından heç bir məsuliyyətləri yoxdur. AR MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçıların vəkili və nümayəndəsi X7 öncəki məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 ilə “Cavabdeh1 QSC arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixli 09L000000582 saylı kredit xətt müqaviləsi üzrə İddiaçı1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 09S000004813 saylı zaminlik müqaviləsi, Cavabdeh2 ilə “Cavabdeh1 QSC arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixli 09L000000582 saylı kredit xətt müqaviləsi üzrə İddiaçı3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000788 saylı zaminlik müqaviləsi və Cavabdeh2 ilə “Cavabdeh1 QSC arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixli 09L000000582 saylı kredit xətt müqaviləsi üzrə İddiaçı2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000789 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəmənin ünvanına ərizə göndərərək işin başqa vaxta keçirilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. Cavabdeh1 QSC-nin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianın rədd edilməsini xahiş etdi və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4, 259.0.7ci maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2014cü il tarixli 09R000011768 nömrəli kredit razılaşmasından görünür k, xx xxxxxx 2009-cu il kredit xətti müqaviləsi üzrə iddiaçı Cavabdeh1 QSC tərəfindən Cavabdeh2 24 ay müddətinə aylıq 2.1667 faiz ödəmək şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2011-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı1 Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2009-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı3 Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2009-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı2 Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-67/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, İddiaçı1, İddiaçı3, X4, X6 və İddiaçı2 müştərək qaydada iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə 23.939.37 ABŞ dolları və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10718/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-277/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10718/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından göründüyü kimi, Qaradağ Rayon Məhkəməsinin 2(002)-67/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi , Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 10718/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-277/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 müştərək qaydada hazırki iş üzrə Cavabdeh1 QSC qarşısında zamin kimi öhdəlik daşıdığı müəyyən olunmuş və müstərək qaydada pul tutulması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq 6 araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarında göstərilir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi zaminliyin xitamı ilə bağlıdır, yuxarıda qeyd edilən qanuni qüvvəyə minən məhkəmə aktları ilə hazırki iş üzrə iddiaçıların zamin kimi cavabdeh bank qarşısında öhdəlik daşımaları sübuta yetirildiyindən olunduğundan, yenidən mübahisələndirilə və sübuta yetirilə bilməz bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun”“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarına istinad edilmişdir. Məhkəmə iddia ərizəsinin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il qərardadına əsasən hazırki iş üzrə mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun”“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarının şamil olunduğu mübahisələr dairəsinə aid deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il qərardadına əsasən (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2019-cu il 25 iyul tarixli Qərarı qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər“Cavabdeh1 QSC-yə və Cavabdeh2 qarşı zaminliyə xitam verilməsi iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Digərtərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər “Cavabdeh1 QSC-yə və Cavabdeh2 qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-579/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-579/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver