Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-580/2021 12.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh qızlarının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 22 yanvar 2011-ci il tarixdə oğlu X5 ilə ailə qurmuş, birgə nikahdan 23.01.2013-cü ildə Kamran və 29.06.2014cü ildə Cahangir adlı uşaqları doğulmuşdur. Cavabdeh 21.05.2018-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ona verilmiş yuxarıda qeyd edilən ünvana qeydiyyatda düşmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə oğlu X5 arasında olan nikah pozulmuşdur. Cavabdeh artıq onların ailə üzvü deyildir. Cavabdehin ona məxsus evlə heç bir əlaqəsi yoxdur və həmin mənzildən daimi olaraq köçüb getmişdir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərc ödəmək məcburiyyətində qalır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh azyaşlı uşaqları 23.01.2013-cü il təvəllüdlü X4 və 29.06.2014-cü il təvəllüdlü X2 ilə birlikdə ünvan 3 evin 10 saylı ünvanına olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli 15 oktyabr 2012-ci il tarixli sərəncamından çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44, 1-ci giriş, 5-ci mərtəbə, 3 otaqlı, 59,06 kv.m olan 10 saylı mənzil İddiaçı 5 nəfər ailə tərkibi nəzərə alınmaqla, verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-803/2019 saylı 13 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında 22 yanvar 2011-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat şöbəsində 60 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 27.07.2021-ci il tarixli, 1042 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 evin 10 saylı ünvanında öz ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. Məhz həmin arayışdan yəni Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 27.07.2021-ci il tarixli, 1042 saylı arayışdan görünür ki, Cavabdeh 21.05.2018-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44, 10 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hazırki cavabdeh olan, iddiaçının gəlini Cavabdeh qız həmin mənzildə qeydiyyatdadır. Hazırda İddiaçı cavabdehin ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, Cavabdeh mübahisəli mənzildə formal olaraq qeydiyyatda olsa da, o həmin mənzildə yaşamır. Belə olan halda onun və azyaşlı uşaqlarının həmin mənzilə istifadə hüquqlarının əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə cavabdehin azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini istisna etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehnnın azyaşlı uşaqları 23.01.2013-cü il təvəllüdlü X4 və 29.06.2014-cü il təvəllüdlü X2 ilə birlikdə ünvan 3 evin 10 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh azyaşlı uşaqları 23.01.2013-cü il təvəllüdlü X4 və 29.06.2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44, 10 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-580/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-580/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver