Məhkəmə qərarları › İş №2(002)-580/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-580/2024

15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-580/2024 15.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi tələbləri barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən ikiotaqlı fərdi yaşayış evindən ibarət miras əmlaka münasibətdə vərəsə kimi tanınması, cavabdehlərə xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin miras əmlak üzərində onun və cavabdehlərin bərabər hissədə (hər birinin 1/7 hissədə) pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 73 saylı ev mülkiyyət hüququ əsasında X2na məxsus olmuşdur. Onlar ailədə 7 (yeddi) uşaq olmuşlar, qardaşı X7 şəhid olmuş, hazırda 6 (altı) uşaq qalmışlar. X2 14 may 2015-ci ildə vəfat etmişdir. 13 dekabr 2023-cü il tarixdə və 20 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən vərəsələrdən anası Cavabdeh1, qardaşı X3, bacıları Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müraciətləri əsasında hər birinə 1/6 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, yalnız qardaşı Cavabdeh5 payı açıq qalmışdır. Onun payı isə müəyyən edilməmişdir. Anası, bacıları, qardaşları ilə birgə notariat ofisinə müraciət etsə də, onun həmin ünvanda qeydiyyatda olmadığı və mirası qəbul müddətinin keçdiyi bildirilmişdir. Halbuki, atasının vəfatından sonra o, başqa ünvanda yaşasa da, həmin evlə daimi əlaqəsi olmuş, evə gedib gəlmişdir. Bundan əlavə, ona məxsus bəzi əşyalar da hazırda həmin evdə yerləşir və digər vərəsələr kimi faktiki olaraq mirası qəbul etmişdir. Özü müharibə veteranı və 2-ci qrup əlildir. Onun iddia tələbini bütün cavabdehlər qəbul edir, yalnız miras payı açıq qalan qardaşı Cavabdeh5 ilə münasibətləri pozulmuşdur. Ona görə də hesab edir ki, onun həmin miras əmlaka münasibətdə vərəsəlik hüququ tanınmalı, vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və bütün vərəsələr nəzərə alınmaqla paylar bərabər müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, İddiaçı onlara qarşı irəli sürdüyü iddia tələbləri ilə razı olduqlarını, iddianın təmin edilməsinə hər hansı etirazlarının olmadığını bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, bununla yanaşı, məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, qardaşı İddiaçı vərəsə kimi tanınmasını etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 2 ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 739951 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14 may 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.1992-ci il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1 mülkiyyət hüququ əsasında X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ikiotaqlı fərdi yaşayış evi X5 tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.1992-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad olunmaqla İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan İ-SL No 353380 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. Onun X2, anası X1r. İş materiallarında olan İ-SL No 374641 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1982-ci ildə anadan olmuşdur. Onun X2, anası Cavabdeh1dır. İş materiallarında olan İİ-SL No 114342 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 xx.xx.1977-ci ildə anadan olmuşdur. Onun X2, anası X1r. İş materiallarında olan İİ-CL No 114342 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 xx.xx.1977-ci ildə anadan olmuşdur. Onun X2, anası X1r. İş materiallarında olan İİ-SL No 031212 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1975-ci ildə anadan olmuşdur. Onun X2, anası X1r. İş materiallarında olan İİİ-SL No 457545 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1986-cı ildə anadan olmuşdur. Onun X2, anası X1r. İş materiallarında olan İİİ-SL No 457528 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1984-cü ildə anadan olmuşdur. Onun X2, anası X1r. İş materiallarında olan 1460/69 saylı nikah haqqında arayışdan görünür ki, X10 və Cavabdeh1 nikahı haqqında 26 noyabr 2022-ci il tarixdə 03 nömrəli bərpa akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-3734/2021 saylı qətnaməsinə əsasən, nikahın qeydə alındığı tarix: xx.xx.1972-ci il, qeydə alındığı yer: Ermənistan SSR Qafan rayon VVAQ şöbəsidir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu təsdiq edir ki, xx.xx.2015-ci il tarixdə ölmüş X5 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh3, qızı Cavabdeh4dır və onların hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Zəhmətkeş X8 rayon, şəhər Tİ bürosu tərəfindən xx.xx.1992-ci il tarixdə X6 verilmiş 809 nömrəsi ilə 03L/B nömrəli kitabın 360-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28 kv/m, yaşayış sahəsi 24.4 kv/m, yardımçı sahəsi 3.6 kv/m olan 2 (iki) otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu təsdiq edir ki, xx.xx.2015-ci il tarixdə ölmüş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyat olan qızı Cavabdeh6dır və o, miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Zəhmətkeş X8 rayon, şəhər Tİ bürosu tərəfindən xx.xx.1992-ci il tarixdə X6 verilmiş 809 nömrəsi ilə 03L/B nömrəli kitabın 360-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28 kv/m, yaşayış sahəsi 24.4 kv/m, yardımçı sahəsi 3.6 kv/m olan 2 (iki) otaqlı fərdi yaşayış evindən ibarətdir. 1/6 hissədə pay açıq saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, cavabdehlərin yazılı etirafına və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən ikiotaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında iddiaçının X2nun adına qeydiyyata alınmış, sonuncu 14 may 2015-ci il tarixində vəfat etmişdir. İddiaçı və cavabdehlər onun qanun üzrə birinci növbədə bərabər pay hüquqlu vərəsələridir. 13 dekabr 2023cü il tarixdə və 20 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusi tərəfindən cavabdehlərin hər birinə 1/6 hissədə pay hüququ müəyyən olunmaqla həmin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, lakin qanun üzrə vərəsə olan iddiaçının mirası qəbul etmə müddətini ötürdüyü əsas gətirilərək vərəsəlik hüququ və payı müəyyən edilməmişdir. Məhkəmə, mülki işin hallarını, mülki qanunvericiliyin tələblərini və mülki işin məhkəmənin icraatına daxil olduğu gün qüvvəyə minən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Qərarda qeyd olunur ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən ikiotaqlı fərdi yaşayış evindən ibarət miras əmlaka münasibətdə qanun üzrə vərəsə kimi tanınsın. Həmin miras əmlaka dair Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Həmin miras əmlak üzərində qanun üzrə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 bərabər hissədə (hər birinin 1/7 hissədə) pay hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar