Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-583/2024 06.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul və əşya tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul və əşya tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 15 saylı evin 48 saylı mənzilində yaşadığı 5 (beş) ay müddətində kirayə pulu olaraq 1000 manat pulun və mənzildə saxlanılması nəzərdə tutulmuş dəyəri 1000 manat olan kondisionerin, dəyəri 300 manat olan dördgöz qaz peçinin, dəyəri 50 manat olan krosna antenanın, dəyəri 65 manat olan ptiminutkanın və ya dəyərinin, ödənilmiş 65 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 10 may 2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 15 saylı evin 48 saylı mənzilini almışdır və həmin mənzil xx.xx.20023-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehlə alqı-satqı bağlayarkən cavabdehin oğlu Sənan Poladov ilə aralarında olan razılaşmaya əsasən dəyəri 1000 manat olan kondisioner, dəyəri 50 manat olan krosna antena, dəyəri 300 manat olan dördgöz qaz peçi, dəyəri 65 manat olan ptiminutka evdə saxlanılmalı idi və bunların dəyəri də mənzilin satış puluna daxil idi. Lakin cavabdeh evi təhvil verərkən həmin əşyaları götürmüş, qaz peçinin yerinə isə köhnə qaz peçi qoymuşdur. Bundan başqa, o, cavabdehin oğlu Sənan Poladov ilə aralarında razılaşmaya əsasən cavabdehin evdə yaşaması üçün 2 ay icazə vermiş, cavabdeh isə 5 ay sonra 2023-cü ilin oktyabr ayında evdən çıxmış, 3 ay artıq qalmışdır, həmin müddətdə heç bir ödəniş etməmişdir. Göründüyü kimi, cavabdeh ona evdə artıq qaldığına görə 1000 manat, evdən götürdüyü əşyalara görə 1415 manat pul ödəməlidir. Bir daha qeyd edir ki, evdə artıq qalma və əşyalar barədə cavabdehin oğlu Sənanla şifahi razılığa gəlmişdir. Alqı-satqı müqaviləsinin tərəfi Cavabdeh olduğuna görə iddia tələbini də ona qarşı qaldırmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, iddiaçının həmyerlisidir, uşaqlıqdan bir kənddə böyümüşlər, hazırda da qonşudurlar. İddiaçı mənzili 2023-cü ilin may ayında almışdır. O, həmin mənzilin alınmasında iştirak etmişdir. Belə ki, cavabdehin oğlu Sənanla əvvəlcə həyətdə görüşdülər, mənzilin qiyməti barədə söhbət etdilər, söhbət edərkən Sənan bəzi əşyaların evdə qalacağını dedi, sonra iddiaçı Sənanla yuxarı qalxıb mənzili göstərdi və özləri aralarında razılığa gəldilər. İddiaçının deməsinə görə, cavabdeh sentyabr ayında həmin mənzildən çıxmağı öhdəsinə götürmüşdü. Həmin ilin sentyabr ayında cavabdeh mənzili boşaldarkən evə baxış keçirilməsi üçün o da iddiaçı ilə birlikdə həmin mənzilə getmişdir. Mənzildə köhnə qaz peçi vardı, kondisioner, krosna antena, ptiminutka aparılmışdı. Bundan sonra iddiaçı özü ptiminutka aldı. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçının həm tanışı, həm də qonşusudur. İddiaçı mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. O, alqı-satqıda və danışıqlarda iştirak etməmişdir. İddiaçının verdiyi məlumata əsasən, cavabdeh mənzili satdıqdan 2-3 ay sonra mənzildən köçəçəyini bildirmişdi. Həmçinin, iddiaçı ona demişdi ki, cavabdeh ona həyətdə bağ sahəsini də verib, o isə bununla maraqlananda, cavabdehin oğlu Sənan ona həmin bağla əlaqədar heç bir razılıq olmadığını dedi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, cavabdehin oğludur. İddiaçını mənzili alarkən tanımışdır. Mənzil anasına məxsus olmuşdur. Mənzil satılarkən iddiaçıya yalnız mətbəx mebelinin qalacağını demişdir, başqa hər hansı əşya barədə danışıq və razılaşma olmamışdır. Mənzili satarkən yeni mənzilin təmiri ilə əlaqədar sentyabrdan tez çıxa bilməyəcəklərini demiş, iddiaçı isə ona özü nə qədər istəyirsə qala biləcəyini demişdir. Bir daha qeyd edir ki, mənzildə qalma və əşyalar barədə əlavə bir razılaşma olmamışdır. Məhkəmə izahatları, ifadələri dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli X7-Satqı və İpoteka Müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus Bakı şəhəri, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 15 saylı evin 48 saylı mənzilini İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilədə mənzilin boşaldılma müddəti və iddia ərizəsində qeyd olunan əşyalarla bağlı hər hansı şərt qeyd olunmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 15, 48 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Qızılburun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 231 saylı arayışdan görünür ki, Eyvazov X1 rayonu, Qızılburun kəndində yaşayır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2023-2024 təqvil ili ərzində araşdırmalara görə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 5 mərtəbəli minsk layihəli bina evlərində 1-2 otaqlı mənzillərin orta aylıq kirayə haqqı 200 AZN, 3-4 otaqlı mənzillərin orta aylıq kirayə haqqı 250 AZN miqdarında dəyərləndirilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, xx.xx.2023-cü il tarixli X7-Satqı və İpoteka Müqaviləsinin surətinə əsasən müəyyən edildi ki, Bakı şəhəri, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 15 saylı evin 48 saylı mənzili qeyd olunan müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya satılmışdır və mənzil xx.xx.2023-cü il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı hazırki pul və əşya tələbi barədə iddiasını cavabdehlə razılaşmasına istinad etməklə irəli sürmüşdür. Halbuki, müqavilədə mənzilin boşaldılma müddəti və iddia ərizəsində qeyd olunan əşyalarla bağlı hər hansı şərt qeyd olunmamış, habelə tərəflərin mənzilin boşaldılması müddəti və əşyalar barədə əlavə razılığa gəlməsi barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı özü də qeyd olunanlar barədə cavabdehlə deyil, onun oğlu S.Poladovla razılaşdığını iddia edir. Lakin onun bu barədə izahatı şahid S.Poladovun ifadəsi ilə təkzib olunur. Həmçinin, heç bir danışıqda iştirak etmədiyini bildirən şahid Ş.Müseyibovun ifadəsi, eyni zamanda yalnız cavabdehin oğlu S.Poladovla söhbətdə qismən iştirak etdiyini bildirən V.Kərimovun ifadəsi cavabdehə qarşı yönəlmiş iddia tələbini əsaslandıran mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, iddia tələbinin hər hansı qanuni əsası olmadığından, habelə iddiaçı tərəf iddia tələbinin əsaslandığı halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 324.6cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul və əşya tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-583/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-583/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver