Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-615/2021 16.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı mənzil onun şəxsi mülkiyyətindədir. Cavabdeh isə onun qardaşı oğludur. O, uşaq vaxtından onu övladlığa götürmüşdür ki, gələcəkdə ona baxsın. Nə qədər ki, qardaşı Faiz sağ idi ona baxırdı, iddiaçının sözündən çıxmırdı, elə ki, qardaşı rəhmətə getdi, o da iddiaçıya baxmadı və köçüb gedib Türkiyədə yaşayır. Hazırda 70 yaşı olduğundan qulluğa və qayğıya, həmçinin xəstəliyi ilə əlaqədar əlavə xərclərə ehtiyacı vardır. Cavabdeh isə ona kömək etmək əvəzinə Türkiyədə yaşamağı seçməklə onu tək qoymuşdur. Ona görə də, onun övladlığa götürməyinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(002)-2510/2018 saylı qətnaməsi ilə ərizə təmin olunmuşdur. Hazırda cavabdehin mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması mülkiyyət hüquqlarını məhdudlaşdırır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 25, 22 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 50 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş aktdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, göstərilən mənzildə yaşamır. Göstərilən mənzilə 14.12.2017-ci il tarixində pasport qeydiyyatına düşməsinə baxmayaraq 1 gün də olsa, həmin mənzildə yaşamamışdır. İş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(002)-2510/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 28 iyul 1994-cü il tarixli, 947 saylı sərəncamına əsasən Cavabdeh ərizəçi İddiaçı tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Depatamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 05.12.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 24.04.2021-ci il tarixli, 39/1372 saylı məktubundan görünür ki, Cavabdeh Faiz oğlu 28.05.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, Cavabdeh mübahisəli mənzildə formal olaraq qeydiyyatda olsa da, o, həmin mənzildə yaşamır. Belə olan halda onun həmin mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə cavabdehin yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsini istisna etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 25, 22 saylı mənzilə olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 25, 22 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-615/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-615/2021
16.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver