Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-64/2022 21.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və onun vəkilinin,Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 13 yanvar tarixli kredit müqaviləsi üzrə 19913.41 ABŞ dolları əsas, 8467.81 ABŞ dolları faiz, 1853.36 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 30234.58 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi,tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 60.8 kv.m ümumi, sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 60.8 kv.m ümumi, sahədən ibarət qeyri yaşayış sahəsinin hərracdan satışdan əldə z lunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 60.8 kv.m ümumi, sahədən ibarət qeyri - yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri- yaşayış sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 60.8 kv.m ümumi, sahədən ibarət qeyri – yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyriyaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2015-ci il 13 yanvar tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" İKB ASC-in “MXM” filialından illik 25%-lə 36 ay müddətinə 16000 ABŞ dolları məbləğində kredit götürmüşdür.xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2027-ci il tarixədək təyin edilir.Borcun təminatı olaraq,Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri,Nəsimi rayonu,Dilarə Əliyeva küçəsində yerləşən, 60.8 kv.m ümumi,sahədən ibarət qeyri-yaşayış sahəsi 2015-ci il 13 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir.İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş,dövlət reyestrində qeydə alınmışdır.2015-ci il 13 yanvar tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə,müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir.2021-ci il mayın 7-dək Cavabdeh2 2015-ci il 13 yanvar tarixli kredit müqaviləsi üzrə banka 19913.41 ABŞ dolları əsas,8467.81 ABŞ dolları faiz,1853.36 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 30234 ABŞ dolları borcu vardır.Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında əlavə olaraq hazırki kredit müqaviləsi üzrə borcun müvafiq Fərmanın təsiri dairəsinə düşmədiyini, bununla bağlı özlərinin də araşdırma apardığını, elə bir hal olsaydı, özləri bununla bağlı tədbir görərdilər, ona görə də yaranmış borcun öədnilməsi tələb eidlmişdir, müqavilənin vaxtının daha sonra 2027-ci il tarixədək uzdıldığını, evin qiymətinin müqavilədə 38000 manat qeyd olunduğunu, cavabdehin ən son ödənişi 2017-ci ildə olduğunu, ekspert rəyi ilə müəyyən edilmiş qiymətlə bağlı razı olmadıqlarını bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştarak edərək, iddia tələbini qismən qəbul edərək,öz izahatlarında iddia tələbinin borcun olması hissəsində qəbul etdiklərini, ekspertizanın rəyi ilə razı olduqlarınu,lakin borcun məbləğinin düzgün hesablanmadığını, onların etdiyi öədnişlərin nəzərə almadığını, hesabdan çıxarışlar tanış olsalar da, yenə də razı olmadıqlarını, 16000 ABŞ dolları kredit götürdüyünü,bankın digər əməkdaşına 13000 ABŞ dolları ödəniş etdiklərini lakın bu ödənişləri qeyd etməyərək onları aldatdıqlarını bildirərək,iddia tələbinin rədd olunmasını xahiş etmişdir.. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslanıdrmışdır ki, hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə borc olsa da, həmin borcun məbləği düzgü hesablanmamış, cavabehlərin etdiyi ödənişlər tam nəzərə alınmamış, bununla bağlı mühasibatlıq ekspertizası keçirilsə də, həmin rəylə də düzgün müəyyən edilməmiş, 2017-ci ildən əvvəlki tarixə olan ödənişlər nəzərə alınmamışdır, kredit müqaviləsinin müvafiq Fərmana düşüb-düşməməsi barədə isə heç bir məlumatının olmadığını, bu məlumatın bank tərəfindən müəyyən edildiyini bildirərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 6-G-1-0- 40-15 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfinən borcalan Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh2n xx.xx.2015-ci il tarixli 6-G-1-0-40-15 №-li kredit müqaviləsi üzrə aylıq 636.16 ABŞ dolları ödəməklə, əsas məbləğə görə 16000 ABŞ dolları, 6901.62 ABŞ dolları faiz borcuna görə olmaqla, cəmi 22901.62 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh2n xx.xx.2017-ci il tarixli 6-G-1-0-40-15 №-li kredit müqaviləsinə 1 saylı əlavə üzrə üzrə aylıq 291.34 ABŞ dolları ödəməklə, əsas məbləğə görə 20103.20 ABŞ dolları, 14856.47 ABŞ dolları faiz borcuna görə olmaqla, cəmi 34959.67 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh2 tərəfindən 16000 ABŞ dolları məbləğində kredit təhvil alınmışdır. İş materiallarında olan 6-G-1-0-40-15 N-li İpoteka müqaviləsinin və 1№li Əlavənin məzmunundan görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılmasına dair öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 158 nömrəli qeyri-yaşayış sahəsinin kreditin təminatı üçün ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka ilə yüklü edilmiş əmlak 38000 manat dəyərində qiymətləndiirlmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu şəxsdən kredit müqaviləsi üzrə borcu öədnilməsi tələb eidlmiş, əks halda bununla bağlı məhkəməyə mürcaiət edilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh2 xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 158 nömrəli qeyri-yaşayış sahəsinin tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə eidlmiş xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsitələb eidlmiş, əks halda məhkəmə qaydasında ödənilməsinin tələb olunacağı barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 6-G-1-0-40-15 saylı kredit razılaşması üzrə 19913.41 ABŞ dolları əsas borc, 8467.81 ABŞ dolları faiz borcu, 1853.36 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 30234.58 ABŞ dolları borcu mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 158 nömrəli qeyr-yaşayış sahəsinin likvid qiyməti 152000 manat olduğu müəyyən edilmişdir.Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-ni 01 noyabr 2021-ci il tarixli ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 158 nömrəli qeyri-yaşayış sahəsinin likvid qiyməti 81000 manat olduğu müəyyən edilmişdir.Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021-ci il tarixli ekspert rəyinin məzmunundan aydın olur ki, xx.xx.2015-ci il tarixli 6-G-1-0-40-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 31 may 2021-ci il tarixə 19987.90 ABŞ dolları əsas borc,8532.35 ABŞ dolları faiz borcu və 21 sentyabr 2021-ci il tarixə 19987.90 ABŞ dolları əsas borc,9287.31 ABŞ dolları faiz borcu təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2021-ci il tarixli ekspert rəyinin məzmunundan aydın olur ki,Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 158 saylı qeyri-yaşayış sahəsinin likvid dəyəri 130000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 16000 ABŞ dolları məbləğində kredit cavabdehin mülkiyyətinə verilmiş, cavabdeh isə həmin kredit məbləğini 36 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq hər ay 636.16 ABŞ dolları məbləğində ödəniş etməklə geri qayatrmağı öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməmişdir. daha sonra tərəflər arasında qeyd edilən kredit müqaviləsi üzrə qalıq borca dair xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanılmış, həmin Sazişə əsasən müqvailənin müddəti xx.xx.2027-ci il tarixədək uzadılmışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə qalıq borcun məbləği əsas borc üzrə 19913.41 ABŞ dolları, faiz borcu üzrə 8467.81 ABŞ dolları təşkil edir. Cavabdeh iddia tələbi üzrə borcun məbləği ilə razı olmadığını, düzgün hesablanmadığını bildirsə də, qeyd eidlən hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması çərçivəsində müvafiq ekspertiza təyin edilmiş, ekspert rəyi əsasında qeyd edilən müqavilə üzrə qalıq borcun məbləğinin 19987.90 ABŞ dolları əsas borc,8532.35 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Bu halda, məhkəmə müqavilə üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, müvafiq ekspert rəyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində (iddia tələbi həddində) təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 1853.36 ABŞ dolları cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 500 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi cərimə borcunun tutulması hissəsi ilə bağlı qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə əməl edildiyindən və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin şərtləri pozulduğundan, iddia tələbi qeyd edilən hissədə də təmin eidlməlidir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı bank ilə Cavabdeh1 arasında qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 158 saylı qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.3-cü maddəsinə əsaəsn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Həmin qanunun 39.3.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsaəsn ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İpoteka haqqında Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən eidlməsi məsələsinə” dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə müvafiq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) məhz xx.xx.2022-ci il tarixli ekspert rəyi əsas götürülməklə müəyyən edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 130000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin müvafiq qeyri-boşaldılması və təhvil verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə ipoteka haqqında qanunvericiliyin 59.4-cü maddəsinin tələbini əsas götürərək, hesab edir ki, indiki halda tərəflərin qeyd edilən öhdəliyin qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada icra edibetməməsi ilə bağlı mübahisə mövcud olmadığından və gələcəkdə mübahisə olduğu halda belə qeyd edilən məsələnin (cavabdehlərin yaşayış sahəsindən qeydiyyatdan çıxması, yaşayış sahəsindən çıxarılması məsələsinin) həlli qaydası (məhkəmə qərarı olmadan həmin məsələnin həllinin mümkün olduğu) qanunvericilikdə dəqiq, birmənalı və imperativ norma şəklində müəyyən edildiyindən, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mənzilə dair istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəf nəqədər ki mübahisə predmeti olan əmlakın mülkiyyətçisi qismində çıxış etmir, onun belə bir tələb irəli sürməyə dair subyektiv hüququ mövcud olmamışdır. Ona görə də iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin eidlməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün 10 manat rüsum və 120 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumları və xidmət haqqının tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 17.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə çəkilmiş ekspertiza xərcləri olan 550 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə iddiaçı "xxxx" İKB ASC (indiki İddiaçı ASC) arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi yaranmış 19913,41 ABŞ dolları məbləğində əsas borcu, 8467.81 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28881.22 ABŞ dolları məbləğində borc pul vəsaiti (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə), ödənilmiş 30 manat məbləğində dövlət rüsumu,ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh1 oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən,ümumi sahəsi 60,8 kv.m olan 158 saylı qeyri-yaşayış sahəsinə yönəldilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 130000 manat məbləğində müəyyən edilməli, qalan hissədə iddia təmin edilməməlidır. İş üzrə çəkilmiş ekspertiza xərcinin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 150 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına, 200 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə hesabına, 200 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə iddiaçı "xxxx" İKB ASC (indiki İddiaçı ASC) arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi yaranmış 19913,41 ABŞ dolları məbləğində əsas borcu, 8467.81 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28881.22 ABŞ dolları məbləğində borc pul vəsaiti (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə), ödənilmiş 30 manat məbləğində dövlət rüsumu,ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, ümumi sahəsi 60,8 kv.m olan 158 saylı qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin qeyri-yaşayış sahəsinin satışı açıq hərrac yolu ilə realizə edilsin. Həmin qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. Həmin qeyr-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borcun məbləği Cavabdeh2 tutularaq iddiaçı “YELO BANK “ ASC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən,ümumi sahəsi 60,8 kv.m olan 158 saylı qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 130000 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlərə izah olunsun ki, “İpoteka haqqında” Azərbaycan Respublikasını Qanunun 59.4-cü maddəsinin tələbinə əsasənipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş üzrə çəkilmiş ekspertiza xərcinin əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 150 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına, 200 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dövlət büdcə hesabına, 200 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına ödənillsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-64/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-64/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver