Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-644/2023 03.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh ilə xx.xx.2022-ci ildə 3 saylı Bakı “ASAN XİDMƏT” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mən Cavabdeh Gülman oğlu ilə xx.xx.2022-ci ildə Bakı "ASAN" Xidmət mərkəzi qeydiyyat şöbəsində nikahı qeyd etdiriblər. Nikah qeydə alındığı vaxtdan əvvəl və sonra ona məlum olmuşdur ki, cavabdehlə aralaarında fikir ayrılığı vardır. Xasiyyət və münasibətlərində bir-birindən kəskin fərqləri vardır. Belə ki, cavabdeh hələ nikah bağlanmamış ona qarşı kobudluq və hörmətsizlik etmişdir. O, onun bu hərəkətlərini bağışlamışdır. El adətinə görə onun toyuna 10 gün qalmış Bakı şəhərində "Moskva" univermağında qızıl-zinyət əşyaları alarkən anasının və xalasının yanında ona qarşı kobudluq edərək atasından ona gəlmiş mobil telefon zəngini açmaq istəyərkən qolunu buraraq zorla telefonu əlindən almış və atası ilaə danışmağa qoymamışdır. Zorla aldığı telefonu özünə deyil-anasına qaytarmışdır.Telefonu ona vermədilər və onlar evə qayıtdıqlar. O, kobudluğu adi hal kimi qəbul etmişdir. O, təklif edəndə ki, qızıl zinyət əşyaları alınarkən onunla qohumlarından biri də iştirak etsin, lakin cavabdeh bu təklifi qətiyyətlə rədd etmişdir. Cavabdeh ona qarşı davamlı kobudluq etmişdir. O, əcazxanada işləyirə. Dəfələrlə iş yerinə gələrək orada ona qarşı kobudluq etmiş və iş yerində əl qaldırmışdır. Cavabdehlə tanışlıq münasibətində ondan heç bir səmimiyət və mehribançılıq görməmişdir. Cavabdeh ictimai yerdə də kobud münasibətindən əl çəkməmiş, "Kapital Bank"ın həyətində də kobud hərəkətlərini davam etdirmişdir.Qız toyu olmamışdır. Cavabdehin evinə gəlin köçməmiş. Cehiz əmlakı aparmamışdır. Cavabdehlə ailə münasibəti olmamışdır. Hesab edir ki, cavabdehin məqsədi ailə qurmağa yönəlməmişdir. Onun niyyəti ona məlum deyildir. İşin faktiki halları sübut edir ki, nikahı dövlət qeydiyyatına alınsa da saxta nikah hesab edilməlidir. Çünki o,cavabdehdən həmişə mənəvi və fiziki zorakılıqlar görmüşəm. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək, bildirmişdir ki, iddiaçı ilə toyları olmuyub, birgə yaşamıyıblar, aralarında olan nikah qeydi formal olmuşdur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbi ilə razı olduğunu bildirərək, nikahın etibarsz hesab edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmədən cavabdeh tərəfindən iddianın etiraf edilməsini, onların gənc olmalarını və hal-hazırkı statusunun gələcəkdəki ailə vəziyyətlərinə təsirini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 534657 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 3591 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Sultanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, "Nikah" və "ailə" anlayışları əlaqəli anlayışlar olsa da, onları eyniləşdirmək olmaz. Ailə üzvləri nikah və ya qohumluq əlaqələri, ümumi təsərrüfat, qarşılıqlı məsuliyyət və sosial zərurətlə birləşdirilən ər və arvad, valideynlər və uşaqlar arasında tarixən formalaşmış xüsusi münasibətlər sistemidir. Nikah isə ailənin qurulması vasitəsidir. Belə olan halda nikah ailə qurmaq məqsədi ilə bağlanmadıqda bu hüquqi nəticələr doğurmalı və nikah etibarsız hesab edilməlidir. Hazırki işin materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından cavabdehin rəsmi nikaha daxil olaraq məsələnin mahiyyətini tam dərk etməsi və real olaraq ailə qurmaq niyyətində olması görünmür. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 25-ci maddəsinin məzmunundan da göründüyü kimi, tərəflər nikaha girərkən onların hər ikisinin ailə qurmaq niyyəti olmalıdır. Hazırkı işdə isə tərəflər rəsmi nikaha daxil olsalar da, ər-arvad münasibətlərində olmamış, birgə təsərrüfatı idarə etməmişlər və ailə qurmaq niyyətlərinin olmamışdırlar. Həmçinin, hazırkı iş üzrə cavabdehin etirafı qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Tətbiq edilən hüquq normaları: Konstitusiyanın “Nikah hüququ” adlanan 34-cü maddəsinə görə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır; 28.1-ci maddəsinə görə, ... etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. 106.3ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır.Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 3591 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Ödənilmiş 50(əlli) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-644/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-644/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver