Məhkəmə qərarları › İş №2(002)-66/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-66/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-66/2021 20.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Eldarov Rəşad Eldar oğlunun, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 oğlunun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə qaydada iddiaçının xeyrinə 22713,99 ABŞ dolları əsas borc, 5990,97 ABŞ dolları faiz borcu və 7500,20 ABŞ dolları cərimə borcu, cəmi 36205,16 ABŞ dolları kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, tutmanın Cavabdeh3 məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestrində 1729 nömrəli reyestr kitabının 158907 nömrəli vərəqində qeydiyyata alınan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38,46 kv.m, yaşayış sahəsi 20,16 kv.m və yardımçı sahəsi 18,30 kv.m olan 1 otaqlı 10 saylı mənzilin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38,46 kv.m, yaşayış sahəsi 20,16 kv.m və yardımçı sahəsi 18,30 kv.m olan 1 otaqlı 10 saylı mənzilin hərrac keçirildikdən bir ay sonra boşaldılması və Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 və Cavabdeh3 və Cavabdeh1 oğlunun nümayəndəsi və vəkili X4 məhkəməyə barışıq sazişi təqdim edərək, onun təsdiq olunmasını xahiş etdilər. Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflərin barışıq sazişi məhkəmə iclas protokoluna əlavə olunmaqla, məhkəmə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanılmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilsin. Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilir:

1. Borc məbləği və ödəniş qaydası:

1. 1 Tərəflər arasında 30 avqust 2013-cü il tarixli AZBA-004746 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 30 avqust 2013-cü il tarixli AZBA-004746- 002 saylı Razılaşmaya əsasən-cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğini 28.305,00 (iyirmi səkkiz min üç yüz beş) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Razılaşdırılmış 28.305,00 (iyirmi səkkiz min üç yüz beş) ABŞ dollarının 2.000 (iki min) ABŞ dolları 31 mart 2021-ci il tarixinədək qalan 26.305,00 (iyirmi altı min üç yüz beş) ABŞ dolları isə 01 aprel 2021-ci il tarixdən başlayaraq 31 mart 2024-cü il tarixinədək hər təqdim ayı ən azı 200 (iki yüz) ABŞ dolları məbləğində olmaqla, cavabdehlər tərəfindən iddiaçının xeyrinə ödənməlidir. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqdim gününədək yerinə yetirilməlidir. Bu müddətlərin ötürülməsi öhdəliklərin lazımınca icra olunmaması hesab olunacaq. 1.4 Cavabdehlər Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-66/2021 saylı mülki işlə bağlı iddiaçının aşağıdakı xərclərini 31 mart 2021-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürürlər. -İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün - 30 manat, -İşin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu - 30 manat, -Qiymətləndirmə üzrə xidmət haqqı-150 manat.

2. Öhdəliklərin tam icra olunma şərtləri:

2. 1 28 305,00 (iyirmi səkkiz min üç yüz beş) ABŞ dolları tam qaytarıldıqdan sonra cavabdehlərin 30 avqust 2013-cü il tarixli AZBA-004746 saylı kredit müqaviləsi və onun tərtib hissəsi olan 30 avqust 2013-cü il tarixli AZBA-004746-002 saylı Razılaşma üzrə iddiaçı qarşısında yaranmış kredit öhdəliklərini tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh3n məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 1729 nömrəli reyestr kitabının 158907 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsaəbəsi, Seymur Orucov küçəsi, ev 48 envsnında yerləşən ümumi sahəsi 38,46 kv.m, yaşayış sahəsi 20,16 kv.m və yardımçı sahəsi 18,30 kv.m olan 1 otaqlı 10 nöməli mənzil) ipoteka ilə yüklülükdən azad ediləcəkdir.

3. Öhdəliklərin lazımınca icra edilməməsi:

3.1 Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 28 305,00 (iyirmi səkkiz min üç yüz beş) ABŞ dollarının 31.03.2024-cü il tarixinədək tam qaytarılmaması, o cümlədən 31.03.2021-ci il tarixinədək 2.000 (iki min) ABŞ dollarının və 01.04.2021-ci il tarixdən 31.03.2024-cü il tarixindək hər təqdim ayı ən azı 200 (iki yüz) ABŞ dollarını qaytarılmaması öhdəliklərin lazımı qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 3.2 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edir. 3.3 Cavabdehlər borcun qaytarmamış hissəsinin 5.000 (beş min) ABŞ dolları artacağını qəbul edirlər; 3.4 Cavabdehlərin etdiyi ödənişlər nəzərə alınmaqla 28.305 (iyirmi səkkiz min üç yüz beş) ABŞ dolları borcun qaytarılmamış hissəsi və 5.000 (beş min) ABŞ dolları iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur; 3.5 Tutma ipoteka predmeti olan Cavabdeh3 məxsus olan Daşınmaz əmlakın dövlət reyestrində 1729 nömrəli reyestr kitabının 158907 nömrəli vərəqində qeydiyyata alınan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38,46 kv.m yaşayış sahəsi 20,16 kv.m və yardımçı sahəsi 18.30 kv.m olan 1 otaqlı 10 nəmrəli mənzilə yönəldilir, mənzilin ilkin satış qiyməti tərəflərin razılığı ilə 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldıır, həmin mənzillərdə qeydiyyatda olan şəxslər mənzillərdən məcburi qaydada çıxarılırlar, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə yönəldilir; 3.6 İpoteka predmetlərinin satışından əldə olunmuş pul vəsaiti bu sazişin 1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmasa, həmin çatışmayan məbləğ cavabdehlərə məxsus olan daşınar və daşınmaz əmlaklar hesabına ödənilir. Barışıq sazişi yeddi nüsxədən ibarət olaraq tərtib edilir, bir nüsxə məhkəmədə qalanları tərəflərdə saxlanılacaqdır. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar