Məhkəmə qərarları › İş №2(002)-7/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-7/2025

01.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-7/2025 01.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətin girişinin qarşısını bağlayan dəmir hasarın cavabdehin hesabına sökülməsi, həyətdə mövcud olmuş köməkçi tikililərin və evinin qarşısında yerləşən 45 metrlik hasarın cavabdehin hesabına bərpası, cavabdeh tərəfindən qanunsuz olaraq həyətində inşa edilmiş evin onun hesabına sökülməsi, torpaqdan istifadə hüquqlarının həyata keçirilməsinə maneçiliyinin qarşısının alınması tələbinə dair mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin zəbt edilmiş 6 sot torpaq sahəsindən çıxarılması, onun həyətinin giriş hissəsini bağlayan cavabdeh tərəfindən tikilmiş dəmir hasarın cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş üç köməkçi tikilinin və 45 metr uzunluqda mişar daşından olan hasarın cavabdehin hesabına bərpa edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsində tikilmiş iki mərtəbəli evinin cavabdeh hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən müdaxilələrin qarşısının alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən 0,2179 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin ünvanda 143.2 kvm. yaşayış sahəsi olan ev və həyətdə 22,8 kvm, 26.7 kvm. və 4.0 kvm. sahəsi olan üç köməkçi tikilər tikmişdir. Bir müddət həmin ünvana gəlibgetmədiyindən istifadə edən qonşuluğunda yaşayan cavabdeh onun torpağının bir hissəsini, yəni 6 sotunu zəbt etmiş, qeyd edilən köməkçi tikililərini sökmüş, 45 metrlik mişar daşından tikilmiş çəpərini sökməklə həyətinə girişin qarşısını dəmir hasarla bağlamışdır. Cavabdehin qanunsuz hərəkətlərindən hüquq-mühafizə orqanlarına və eləcə də Qobustan Bələdiyyəsinə və icra nümayəndəliyinə şikayətlər etmişdir. Bununla bağlı Qaradağ rayon Qobustan Bələdiyyəsinin rəhbərliyi tərəfindən 30 avqust 2022-ci il tarixdə həyətinə baxışı keçirilmiş və həqiqətən də müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin 6 sotu zəbt edilmiş, orda cavabdeh tərəfindən iki mərtəbəli ev tikdirilmiş, evinin texniki pasportunda qeyd edilən köməkçi tikililər cavabdeh tərəfindən sökülmüş, mişar daşından tikdirdiyi 45 metrlik çəpər sökülmüş və həyətinin girişi cavabdeh tərəfindən dəmir hasarla hasarlanmışıdr. Bundan başqa ərizəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reryestri Xidmətinin 1 saylı Ərazi İdarəsi göstərilən ünvanda yerləşən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı baxışı keçirmiş və müəyyən edilmişdir ki, texniki pasportda göstərilən torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və texniki pasportda göstərilən tikililərin bəziləri sökülmüşdür.Bütün xəbərdarlıqlara baxmayaraq cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini boşaltmamaış və ona dəyən zərəri ödəmək istəməmişdir. Nərticədə əlacsız qalıb mıəhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh 6 sot torpağı zəbt etmişdir. İddia ərizəsindəki tələblərini müdafiə edir. Əvvəllər cavabdehin atasının evi ilə evi arasında hasar olmuş, amma cavabdeh həmin hasar sökərək onun həyətini öz həyətinə qatmışdır. Cavabdeh həmçinin əl damımı da sökmüşdür. Köməkçi tikililərinin sayı 3-dür, əl damı, toyuq damı və sanitariya qovşağı. Həmin tikililər çertyojda da mövcuddur. Cavabdeh onun həyətində 2022-ci il tarixdə ikimərtəbəli ev tikmişdir.Cavabdehin ora sənədləri yoxdur. Cavabdeh hasarını öz həyətinə salıb.Qonşusuna qarşı iddia tələbi yoxdur. Cavabdeh tərəfindən 45 metr hasar sökülüb ki onun bərpasını istəyir, həm də iki damın. Həmçinin ikimərtəbəli ev onun torpağındadır, hansı ki o torpaq sahəsini texpasportu 1984-cü ilə məxsus olmaqla ona məxsusdur. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında izahatlarında qeyd etmişdir ki, iddia tələblərini qəbul etmir və rədd olunmasını xahiş etmişdir.Cavabdehin dediyi ikimərtəbəli ev 15 il əvvəl tikilib. İddiaçı ilə qohumdular. Həyəti özbaşına zəbt etmədiyini, bu həyətin atasının olduğunu, ona isə atasından qaldığını, özünə aid ayrıca sahəsinin olduğunu, iddiaçının iddia etdiyi sahəyə girmədiyini, hazırda isə mübahisə predmeti olan evdə yaşadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 143.2 kvadratmetr daşınmaz əmlakın ümumi sahəsi, 0.2179 kvadratmetr torpaq sahəsinin ölçüsü olmaqla xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin texniki passportu ilə baş planı faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur. Belə ki, texniki pasportda göstərilən torpaq sahəsi 280.0 kv.m və 286.0 kv.m-i ayrı-ayrı qonşuların istifadəsindədir. Əlavə olaraq 603.0 kv.m torpaq sahəsi zəbt edilərək istifadə edilir və texniki pasportda göstərilən tikililərin bəziləri sökülmüşdür. İş materiallarına həmçinin fotoşəkillər əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinin vətəndaşa ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, texniki pasport ilə baş planı faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur. Belə ki, texniki pasportda göstərilən torpaq sahəsi 280.0 kv.m. və 286.0 kv.m-i ayrı-ayrı qonşuların istifadəsindədir. Həmçinin, əlavə olaraq 603.0 kv.m. torpaq sahəsi zəbt edilərək istifadə edilir və texniki pasportda göstərilən tikililərin bəziləri sökülmüşdür."Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Qobustan Bələdiyəsinin xx.xx.2022ci il tarixli aktından görünür ki , Qobustan Bələdiyyəsinin sədri X1, Bələdiyyənin vergi xidmətinin müfəttişi X7, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı bu aktı tərtib edirik ondan ötrü ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli müraciəti, Vəkillər Kollegiyasının 10 saylı vəkil bürosunun vəkili Vəkil xx.xx.2022-ci il tarixli sorğusu və Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 saylı evin mülkiyyətçisi İddiaçı Qobustan bələdiyyəsinə ünvanladığı xx.xx.2022-ci tarixli izahatı əsasında şikayətlə bağlı göstərilən ünvana baxış keçirdik və məlum oldu ki, mülkiyyətçi İddiaçı qonşusu Cavabdeh həqiqətən onun xüsusi mülkiyyətində olan evin yerləşdiyi 22 sot torpaq sahəsinin 6 sotunu qanunsuz olaraq zəbt edərək ikimərtəbəli yaşayış binası tikmişdir, Həmçinin İddiaçı həyətinə girişin qarşısını dəmir hasarla bağlayıb. Ona məxsus evin qarşısında yerləşən 45 metrlik hasarı və həyətdə yerləşən 3köməkçi tikilini söküb. Hal-hazırda Cavabdeh İddiaçı məxsus evdə yaşayır. Bələdiyyə tərəfindən edilən xəbərdarlığa baxmayaraq İddiaçı məxsus ərazini qonşusu Cavabdeh tərk etmir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq edirlər. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Qobustan Bələdiyyəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki , xx.xx.2022-ci il tarixli VB/10 saylı sorğunuza cavab olaraq bildiririk ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 saylı evin mülkiyyətçisi İddiaçıov oğlunun müraciəti ilə bağlı həmin əraziyə baxış keçirildi və məlum oldu ki, qonşusu Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi özünəməxsus torpaq sahəsinin bir hissəsi zəbt edilib və ikimərtəbəli yaşayış evi tikilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)- 42/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sözügedən ünvana dəfələrlə baxış keçirilmişdir. (mülk mübahisəlidir). Əvvəlki baxışlar zamanı hüquq mühafizə orqanlarının iştirakı təmin olunmuş və ölçmə işləri aparmaq mümkün olmuşdur. Təqdim edilən Qaradağ rayon məhkəməsinin qərardadında göstərilən suallara aid mütəxəssis rəyi hazırlanması üçün hüquq mühafizə orqanlarının iştirakı ilə daşınmaz əmlaka təkrar baxış keçirilmişdir.Qərardadda qeyd edilmiş suallarla əlaqədar olaraq bildiririk ki: Sual 1: ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsi hazırda kimin istifadəsindədir? Cavab: Qeyd olunan ******* nömrəli RX seriyalı Çıxanşa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsi hal-hazırda ayrı-ayrı 2 nəfərin (0.199 ha hissəsi Cavabdeh, digər 0.0189 ha hissəsi isə digər qonşunun) istifadəsindədir. Sual 2: ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsi Cavabdeh və ya başqa şəxs tərəfindən qanunsuz zəbt olunaraq istifadə olunurmu? Cavab: Qeyd olunan ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin ür yerləşdiyi 0.2179 ha torpaq sahəsinin 0.199 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. 0.0189 ha torpaq sahəsi isə şifahi məlumata əsasən digər qonşuya satılmışdır. Sual 3: ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsi əgər qanunsuz zəbt olunaraq istifadə olunursa, torpaq sahəsinin qanunsuz istifadə olunan hissəsi hansı ölçüdədir? Cavab: Yuxarıda qeyd olunduğu kimi ******* nömrəli RX seriyalı Çıxarışa əsasən X2 mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsinin 0.199 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. 0.0189 ha torpaq sahəsi isə şifahi məlumata əsasən digər qonşuya satılmışdır. Sual 4: ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsinin giriş hissəsində cavabdeh tərəfindən dəmir hasar tikilmişdirmi? Əgər tikilmişsə həmin dəmir hasar iddiaçının həyətini giriş hissəsini (və ya hər hansı hissəsini) bağlayırmı? Həmin dəmir hasar kimin mülkiyyətində olan torpaq sahəsində tikilmişdir? Cavab: Əraziyə baxış keçirərkən verilən şifahi məlumata əsasən X3 mülkiyyətində olan 0.2179 ha torpaq sahəsinin giriş hissəsində cavabdeh tərəfindən inşa edilmiş dəmir hasar sökülmüşdür. Sual 5: ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsinə məxsus texniki pasportda qeyd edilən həyətyanı tikililər-Q, V va B tikililər sökülmüşdürmü? Texniki pasportda qeyd edilən həyətyanı Q,V və B tikililər nədən ibarət olduğu texniki pasporta əsasən müəyyən etmək mümkündürsə, onların nədən ibarət olmasına aydınlıq gətirilsin. Cavab: Qeyd olunan ******* nömrəli RX seriyalı Çıxarışa əsasən X3 mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsinə məxsus texniki pasportda göstərilən həyətyanı Q və V tikililər sökülmüş, B-tikilisi isə digər qonşunun istifadəsində qalmışdır.Sual 6: 45 metr uzunluqda olan divar hasarın sökülməsi müəyyən edilirmi? Əgər müəyyən edilirsə sökülən hissə neçə metr təşkil edir? Cavab: Bildiririk ki, ortofoto xəritələrinə əsasən 45 m uzunluğunda hasarın sökülməsi müşahidə edilir.Sual 7: ******* nömrəli RX seriyalı Çıxarışa əsasən X2 mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsində cavabdeh tərəfindən iki mərtəbəli ev tikilmişdirmi? Əgər tikilmişdirsə evin hansı hissəsi (adlar və sahəsi göstərilməklə) iddiaçının torpaq sahəsinə düşür? Cavab: Cavabdeh tərəfindən yeni inşa edilmiş ikimərtəbəli yaşayış evi mülkiyyətə verilmiş torpaq sahəsinin hüdudlarından kənarda əlavə torpaq sahəsində inşa edilmişdir. Əlavə olaraq bildirir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Qobustan Ə.Ş) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2485 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Ceyhun Axundovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: Qeyd olunan ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsi hal-hazırda ayrı-ayrı 2 nəfərin (0.199 ha hissəsi Cavabdeh, digər 0.0189 ha hissəsi isə digər qonşunun) İstifadəsindədir.Qərardadın ikinci sualı üzrə:Qeyd olunan ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsinin 0.199 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. 0.0189 ha torpaq sahəsi isə şifahi məlumata əsasən digər qonşuya satılmışdır.Qərardadın üçüncü sualı üzrə:Yuxarıda qeyd olunduğu kimi ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsinin 0.199 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. 0.0189 ha torpaq sahəsi isə şifahi məlumata əsasən digər qonşuya satılmışdır.Qərardadın dördüncü sualı üzrə: Əraziyə baxış keçirərkən verilən şifahi məlumata əsasən İddiaçı mülkiyyətində olan 0.2179 ha torpaq sahəsinin giriş hissəsində cavabdeh tərəfindən inşa edilmiş dəmir hasar sökülmüşdür. Qərardadın beşinci sualı üzrə: Qeyd olunan ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsinə məxsus texniki pasportda göstərilən həyətyanı Q və V tikililər sökülmüş, B tikilisi isə digər qonşunun istifadəsində qalmışdır. Qərardadın altıncı sualı üzrə: Ortofoto xəritələrinə əsasən 45 m uzunluğunda hasarın sökülməsi müşahidə edilir. Qərardadın yeddinci sualı üzrə: Cavabdeh tərəfindən yeni inşa edilmiş ikimərtəbəli yaşayış evi mülkiyyətə verilmiş torpaq sahəsinin hüdudlarından kənarda əlavə torpaq sahəsində inşa edilmişdir. Əlavə olaraq bildirir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir.Aparılmış əməliyyatın dəyəri 50 manat təşkil edir. İş materialına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, cavabdeh ərazidə faktiki olaraq istifadə edir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)- 42/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi təmin olunsa da cavabdeh həmin evdə qoyun, keçi və it saxlayır. Bu həm evdəki qoxu və natəmizlik, eyni zamanda cavabdehin etirafı ilə təsdiq olunmuşdur.Həmin həyətyanı sahəyə iddiaçı daxil ola bilmir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-42/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi də icra oluna bilsin. Həmçinin müəyyən edildi ki, ev və həyətyanı torpaq sahəsi vərəsəlik qaydasında iddiaçıya məxsusdur. Cavabdeh isə ərazi ilə bağlı hər hansı sənəd təqdim edə bilmədi. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə qonşuluqda yerləşən torpaq sahəsində özü üçün şərait quraraq yaşayır, eyni zamanda söküntü tələbi olan evi də tikib. Q və V tikili mövcud deyil, yəni köməkçi tikilini məhkəmə müəyyən etmədi. B tikili müəyyən edildi o da digər qonşunun ərazisinə birləşdirilib. Həmin qonşuya münasibətdə isə tələb mövcud deyil. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi cavabdehin Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin zəbt edilmiş 6 sot torpaq sahəsindən çıxarılması, onun həyətinin giriş hissəsini bağlayan cavabdeh tərəfindən tikilmiş dəmir hasarın cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş üç köməkçi tikilinin və 45 metr uzunluqda mişar daşından olan hasarın cavabdehin hesabına bərpa edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsində tikilmiş iki mərtəbəli evinin cavabdeh hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən müdaxilələrin qarşısının alınması barədədir. İddia tələbi cavabdehin Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin zəbt edilmiş 6 sot torpaq sahəsindən çıxarılması hissəsi ilə bağlı rəy verilmişdir ki, ******* nömrəli RX seriyalı Çıxarışa əsasən İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.2179 ha torpaq sahəsi hal-hazırda ayrı-ayrı 2 nəfərin (0.199 ha hissəsi Cavabdeh, digər 0.0189 ha hissəsi isə digər qonşunun) istifadəsindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, digər qonşu ilə iddia tələbi olmadığından iddiaçının mülkiyyətində olan 0.199 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. İddia tələbinin həyətinin giriş hissəsini bağlayan cavabdeh tərəfindən tikilmiş dəmir hasarın cavabdehin hesabına sökülməsi hissəsi ilə bağlı rəy verilmişdir ki, giriş hissəsində cavabdeh tərəfindən inşa edilmiş dəmir hasar sökülmüşdür. Bu halı məhkəmə yerli baxış zamanı da müəyyən etdi ki, ərazidə dəmir hasar yoxdur. İddiaçı da bildirmişdir ki, şikayətindən sonra cavabdeh həmin hasarı sökmüşdür. Odur ki, həmin hissədə iddiaçı iddia tələbinə azaltma vermədiyindən tələb həmin hissədə təmin oluna bilməz. İddia tələbinin cavabdeh tərəfindən sökülmüş üç köməkçi tikilinin və 45 metr uzunluqda mişar daşından olan hasarın cavabdehin hesabına bərpa edilməsi hissəsi ilə bağlı rəy verilmişdir ki, texniki pasportda göstərilən həyətyanı Q və V tikililər sökülmüş, B tikilisi isə digər qonşunun istifadəsində qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etməmiş (söküntünün pul tələbi ilə bağlı), məhz tikililərin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Tikililərin hansı formada tikilməsi məsələsinə iddiaçı bildirmişdir ki, həmin ölçüdə tiksin o razı olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, texniki pasportda göstərilən həyətyanı Q və V tikililər cavabdehin hesabına bərpa olunmalıdır. B tikilisi isə digər qonşunun istifadəsində qalmışdır ki, ona münasibətdə iddia tələb olmadığından B tikiliyə münasibətdə iddia təmin oluna bilməz. 45 metr uzunluqda mişar daşından olan hasarın cavabdehin hesabına bərpa edilməsi ilə bağlı rəy verilmişdir ki, ortofoto xəritələrinə əsasən 45 m uzunluğunda hasarın sökülməsi müşahidə edilir. Odur ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddia tələbinin cavabdeh tərəfindən qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsində tikilmiş iki mərtəbəli evinin cavabdeh hesabına sökülməsi ilə bağlı məhkəmə qeyd edir ki, rəyə əsasən, cavabdeh tərəfindən yeni inşa edilmiş ikimərtəbəli yaşayış evi mülkiyyətə verilmiş torpaq sahəsinin hüdudlarından kənarda əlavə torpaq sahəsində inşa edilmişdir. Əlavə olaraq bildirir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. Belə olan halda ev iddiaçıya məxsus torpaq sahəsində yerləşmədiyindən iddia təmin oluna bilməz. İddia tələbinin mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən müdaxilələrin qarşısının alınması ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərilən hallar cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə müdaxilə kimi qiymətləndirilməli və tələb həmin hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia təmin edildiyindən cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün 95 manat ödənilmişdir. Hazırda iddia tələbi qismən təmin edilsiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmiş və hazırda iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50(əlli) manat ekspertiza xərci cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Qaradağ rayonu Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin zəbt edilmiş 0,199 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh tərəfindən sökülmüş texniki pasportda göstərilən həyətyanı Q və V tikililər və 45 metr uzunluqda mişar daşından olan hasar cavabdehin hesabına bərpa edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilələrin edilməsi qadağan edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. 50(əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 95(doxsan beş) manat mütəxəssisi rəyi üçün xidmət haqqı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar