Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-514/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı2 X2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən alınması, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçı2 X2 cavabdeh Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, torpaq üzərində olan tikilinin sökülməsi və torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il # ###### tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Imişli rayon şəhər XDS IK-nin 1991-ci il 28 senyabr tarixli qərara əsasən Imişli rayonu ərazisində Azərbaycan Respublikası Xarici Ölkələrlə Iqtisadi Əməkdaşlıq üzrə “Diyar” assosiasiyası Imişli iddiaçı2 xırda müəssisəsinə “Ulduz” Kolxozunun Məhəmmədli kəndi ərazisində avtomobillərə texniki xidmət sexinin tikintisi üçün 0,5 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahənin planı və xsemi qərara əlavə edilmişdir.
2. Iddiaçının iş materiallarına əlavə edilmiş nizamnamələrə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən təsis edilmiş iddiaçı2 X2 hüquqi şəxs kimi ##.##.1997-ci il tarixdə qeydə alınmış, nizamnaməsində bu müəssisənin Imişli rayon Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli sərəncamı ilə yaradılmış iddiaçı2 X2 hüquqi varisi olduğu qeyd edilmişdir. Müəssisənin nizamnaməsinə dəyişikliklər ##.##.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Imişli rayonu M.B. Qasımov adına kolxoz idarə heyətinin 1989-cu il ## ### tarixli iclas protokolunun çıxarışına əsasən, Məhəmmədli kənd sakini Cavabdeh həyətyanı torpaq sahəsi ilə təmin olunması barədə ərizəsi nəzərə alınaraq, ona kənd ərazisində, su anbarının sol tərəfindən 50 metr aralıda, Imişli–Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində yerləşən boş sahədən 0,16 ha torpaq ayrılmışdır. Ayrılmış torpaq sahəsinin planı və sxemi Imişli Aqrokombinatının baş yer quruluşçusu Ə.Ağammədov tərəfindən təsdiq edilmişdir.
4. Mütəxəssis və ekspert rəylərinə əsasən, Cavabdeh faktiki istifadə etdiyi 0,34 ha torpaq sahəsi ayrılmış ölçüdən artıqdır və sərhədlərə uyğun deyildir.
5. Cavabdehin faktiki istifadəsində olan və iddiaçının ona məxsus olduğunu idda etdiyi 0,15 ha sahəsi olan mübahisəli torpaq sahəsində sahəsi 60 kv.m olan çayxana və sahəsi 24 kv.m yaşayış evi mövcuddur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı iddiaçı2 X2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı2 X2nə ayrılmış 0,50 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun üzərinə qanunsuz olaraq zəbt edərək inşa etdiyi tikililərin öz hesabına sökülməsi, ərazidən daşınması və ərazinin ilkin vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi işin faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, Imişli Rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il ## ######## tarixli iclas protokolundan çıxarışa və həmin tarixli qərara əsasən, Imişli–Bəhramtəpə avtomobil yolunun sol tərəfində yerləşən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız torpaq sahəsindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə iddiaçı2 Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsi ayrılmış, müvafiq plan tərtib edilərək təsdiq edilmişdir. # ######## 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, iddiaçı2 Xırda Müəssisəsi iddiaçı2 X2nə çevrilmiş və hüquqi varis kimi sələfinin hüquq və öhdəliklərini qəbul etmişdir. Ayrılmış torpaq sahəsində sonradan avtomobillərin yuyulması sexi inşa edilmiş, 35 metr dərinlikdə, 300 mm diametrli artezian quyusu qazılmışdır. Müəssisə rəhbəri müəyyən dövrlərdə Bakı şəhərində olsa da, əraziyə və tikililərə nəzarət davam etdirilmişdir. Bakı şəhəri ** saylı Vəkil Bürosunun 2022-ci il ## ###### tarixli müraciəti əsasında Imişli rayonu X10 Mülkədar Əliqulu oğluna torpaq ayrılması ilə bağlı sənədlər sorğulanmış, lakin 2022-ci il # #### tarixli cavab məktubunda belə bir arxiv sənədinin mövcud olmadığı bildirilmişdir. 2021-ci il ## ###### tarixli müraciətlə Milli Arxiv Idarəsinə sorğu göndərilmiş, Imişli Rayon Dövlət Arxivi 2021-ci il ## ###### tarixli cavab məktubu ilə 7 vərəqdən ibarət müvafiq arxiv sənədlərinin təsdiq edilmiş surətlərini təqdim etmişdir. Daha sonra 2022-ci il # #### tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, lakin 2022-ci il ## #### tarixdə ərazi üzrə ölçmə işləri aparmaq mümkün olmamışdır. Mövcud hüquqmüəyyənedici sənədlərə əsasən, iddiaçı2 Müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsi hazırda qüvvədədir və onun hüquqi statusunun dəyişdirilməsi yalnız məhkəmə qərarı ilə mümkündür.“Torpaq islahatı haqqında” Qanunun 7ci maddəsinə və “Bələdiyyə əraziləri və torpaqları haqqında” Qanunun 2.1-ci bəndinə əsasən, dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar istisna edilməklə qalan torpaqlar bələdiyyə mülkiyyətinə daxildir, lakin 1991-ci ildə dövlət orqanının qərarı ilə hüquqi şəxsə ayrılmış torpaq sahələrinin sonradan bələdiyyə mülkiyyətinə avtomatik keçirilməsi nəzərdə tutulmamışdır və bu torpaqlara bələdiyyələrin subyektiv hüququ yaranmır.Torpaqların bələdiyyələrə verilməsi yalnız müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhərsalma və yerquruluşu sənədləri əsasında, hüdudlar və ölçülər müəyyən edilməklə həyata keçirilməlidir.
8. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddia ərizəsinə dair verilmiş etirazda göstərilmişdir ki, ona 1989-cu il ## ### tarixli kolxoz qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi qanuni şəkildə ayrılmışdır. Həmin sahə yerquruluşu sənədləri ilə müəyyən edilmiş, hasarlanmış və 30 ildən artıq fasiləsiz istifadə edilmişdir. Cavabdeh bildirmişdir ki, torpaq sahəsi ona iddiaçı2 müəssisəsinə ayrılmış torpaqdan iki il əvvəl verildiyindən, iddiaçının tələbi hüquqi əsasdan məhrumdur.
9. Imişli Rayon Məhkəməsinin (hakim O.Ə.Mahmud) 2025-ci il ## #### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Imişli Rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il ## ######## tarixli iclas protokolundan çıxarışa və 1991-ci il ## ######## tarixli qərarına əsasən iddiaçı2 X2nə ayrılmış torpaq sahəsinin 0,15 ha hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin həmin hissəsində yerləşən cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi, ərazidən daşınması vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosesdə sübutetmə yükü tərəflərin üzərinə düşür və yalnız mötəbər sübutlara əsaslanmaqla iş üzrə obyektiv nəticə əldə edilə bilər. Sübutlar araşdırılan faktla birbaşa və şübhəsiz bağlı olmalıdır. Imişli Rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il ## ######## tarixli qərarı ilə iddiaçı2 xırda müəssisəsinə 0,50 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarın icrasına dair yerquruluşu sənədləri və arxiv məlumatları mövcuddur. Məhkəmə ekspertizalarının rəyinə əsasən, həmin torpaq sahəsinin bir hissəsi cavabdeh Cavabdeh tərəfindən faktiki istifadə olunmasını və 0,15 ha sahədə üstüstə düşmənin mövcud olmasını müəyyən etmişdir. Həmçinin həmin hissədə tikililərin mövcudluğu və istifadəsi də məhkəmə tərəfindən müəyyən edilmişdir.
11. Məhkəmə xüsusilə vurğulamışdır ki, cavabdehin istinad etdiyi 1989-cu il tarixli sənədin arxivdə saxlanılmaması və təqdim edilən surətin mötəbərliyinə dair şübhələr səbəbindən həmin sübutlar mötəbər hesab edilmir.
12. Məhkəmə bildirmişdir ki, iddiaçının 0,50 ha torpaq sahəsinə hüququ mövcuddur, cavabdehin isə mübahisəli 0,15 ha hissə üzərində hüquqi əsası təsdiqlənmir. Buna görə iddia qismən təmin edilməlidir.
13. Məhkəmə öz mövqeyini “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin (bundan sonra – MM) 152.1, 157.2, 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na 2.5-ci bəndinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər –T.X.Heydərov (sədrlik edən və məruzəçi hakim), A.N.Novruzova və M.S.Sadıqov) 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Kollegiya qeyd etmişdir ki, iddiaçının iddia tələbi mülkiyyətin (gözlənilən mülkiyyət) müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Imişli Rayon XDS Icraiyyə Komitəsinin ## ######## 1991-ci il tarixli, *** №-li qərarı ilə Imişli iddiaçı2 xırda müəssisəsinin ##.##.1991-ci il tarixli, ** nömrəli məktubu və “Ulduz” kolxozunun ##.##.1991-ci il tarixli, * nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən Imişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer quruluşu işinin hazırlanması rayon XDS Icraiyyə komitəsinin tikinti memarlıq qrupuna tapşırılmışdır.
18. Imişli rayonunun “Ulduz” kolxozunun ##.##.1991-ci il tarixli * №-li protokolundan çıxarışından görünür ki, “Ulduz” kolxozunun torpağından Imişli iddiaçı2 xırda müəssisəsinin 0,5 hektar yararsız torpaq sahəsi tikinti altına ayrılması təsdiq edilmişdir. Imişli iddiaçı2 xırda müəssisəsinə ayrılmış torpaq sahəsinin planından görünür ki, iddiaçı2 xırda müəssisəsinə ayrılmış 0,50 ha sahənin miqyası və planı kril hərifləri ilə baş yer qurluşçusu Ə.Ağammədov tərəfindən təsdiq edilmişdir. Imişli rayon XDS Icraiyyə komitəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı2 xırda müəssisəsinə ayrılmış torpaq sahəsi şərqdən su kanalı, cənubdan boş sahə və qərbdən Imişli bir may yolu ilə əhatə olunmuşdur. Ayrılmış sahədə söküləcək tikinti yoxdur. Ayrılmış sahə ölçülməsinə və yerləşməsinə görə qüvvədə olan sanitariya yanğından mühafizə normalarına tam uyğun hesab edilir.
19. Işdə olan Imişli Rayon XDS Icraiyyə Komitəsinin ## ######## 1991-ci il tarixli, ** №li iclas protokolundan görünür ki, Imişli iddiaçı2 xırda müəssisəsinin ##.##.1991-ci il tarixli, ** nömrəli məktubu və “Ulduz” kolxozunun ##.##.1991-ci il tarixli, * nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən Imişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer qurluşu işinin hazırlanması rayon XDS Icraiyyə komitəsinin tikinti-memarlıq qrupuna tapşırılmışdır. Göründüyü kimi iddiaçının Imişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində yerləşən 0,5 hektar torpaq sahəsinə subyektiv hüququ yaranmışdır.
20. Iddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, tikililərin olub-olmaması ilə bağlıdır. Başqa sözlə iddiaçının qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqlarının məhkəmə vasitəsilə müdafiəsi üçün əsaslar mövcud olmalıdır.
21. Kollegiya işdə olan sübutlardan müəyyən edir ki, Imişli Rayon XDS Icraiyyə Komitəsinin ## ######## 1991-ci il tarixli, *** №-li qərarı ilə Imişli iddiaçı2 xırda müəssisəsinin ##.##.1991-ci il tarixli, ** nömrəli məktubu və “Ulduz” kolxozunun ##.##.1991-ci il tarixli, * nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən Imişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer quruluşu işinin hazırlanması rayon XDS Icraiyyə komitəsinin tikinti-memarlıq qrupuna tapşırılmışdır. Imişli rayonunun “Ulduz” kolxozunun ##.##.1991-ci il tarixli * №-li protokolundan çıxarışından görünür ki, “Ulduz” kolxozunun torpağından Imişli iddiaçı2 xırda müəssisəsinin 0,5 hektar yararsız torpaq sahəsi tikinti altına ayrılması təsdiq edilmiş, iddiaçıya ayrılmış həmin sahədə avtomobillər üçün yuyucu sexi inşa edilmiş və 35 metr dərinlikdə diametri 300 metr olan artezan quyusu qazılmış və müəssisə üçün ayrılmış sahədən istifadə etmişdir. Sonradan müəyyən səbəblərdən obyektdən istifadə etməmiş, bundan istifadə edən cavabdeh onun gözlənilən mülkiyyətinə müdaxilə edərək qanunsuz sahiblik etməklə onu hüququnu həyata keçirməkdən məhrum etmişdir. Bu barədə cavabdehlə aralarında aparılan danışıqlar nəticə vermədiyindən o, məhkəmə qaydasında hüququnun müdafiəsini təmin etmək üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
22. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddia ərizəsinə verilmişi etirazda göstərilmişdir ki, Cavabdeh Imişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin ## ### 1989-cu il tarixli ** nömrəli qərarı əsasında Məhəmmədli kəndindəki su anbarının sol tərəfindən 50 metr aralı, Imişli-Bəhrəmtəpə magistral avtomobil yolunun sol tərəfində olan boş ərazidən 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin qonşuluqları və istinad nöqtələri göstərilməklə eni 36 metr, uzunluğu isə 42 metr olmaqla ilkin torpaqayırma sənədi planı (sxemi) yer quruluşu qaydasında hazırlanmaqla ona təhvil verilmişdir. Lakin, cavabdeh tərəfindən Cavabdeh Imişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin ## ### 1989-cu il tarixli ** nömrəli qərarı məhkəməyə təqdim edilməmişdir. Əvəzində Imişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin ## ### 1989-cu il tarixli ** nömrəli iclas protokolu məhkəməyə təqdim edilmişdir.
23. Həmçinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş vəkil sorğularına verilmiş cavablardan, həm də məhkəmə tərəfindən işin tam, hər tərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən verilmiş sorğulara cavablardan müəyyən edilmişdir ki, Imişli rayon M.B.Qasımov adına kolxozun idarə heyətinin ##.##.1989cu il tarixli ** nömrəli qərarı və protokoldan çıxarış mühafizəsi və saxlanılması üçün Imişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi cavabdehin təqdim etdiyi Imişli rayon M.B.Qasımov adına kolxozun idarə heyətinin ##.##.1989-cu il tarixli ** nömrəli iclas protokolundan çıxarış həqiqiliyi şübhə doğurdugundan birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ilkin torpaqayırma sənədi planı (sxemi) kirili əlifbası tərtib edilməli olduğu halda, bəz hərflər o vaxt qüvvədə olmayan latın əlifbası ilə yazılmışdır. Belə ki, “B” hərfi əvəzinə “B” hərfinin yazılması sənədin mötəbərliyimə şübhə doğurur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab edilsə də, həmin sənədlər məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Işə baxmış birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halların müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, Imişli Rayon XDS Icraiyyə Komitəsinin ## ######## 1991-ci il tarixli, ** nömrəli iclas protokolundan çıxarışa və ## ######## 1991-ci il tarixli, *** saylı qərarına əsasən iddiaçı2 X2nə ayrılmış 0,15 ha torpaq sahəsində Cavabdeh qanunsuz olaraq zəbt etmiş və tikinti işləri aparmışdır.
24. Eyni zamanda ekspert rəyi ilə Cavabdeh faktiki istifadəsində olan 0.34 ha torpaq sahəsinin iddiaçı2 X2nə ayrılmış 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikililinin 60 kv.m hissəsinin çayxana kimi və 24 kv.m hissəsinin isə yaşayış evi kimi istifadə olunması müəyyən edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin ekspert rəyi ilə müəyyən edilən həmin 0.15 ha torpaq sahəsindən çıxarılması ilə eyni zamanda, həmitorpaq sahəsində olan tikililər cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gəlmişdir. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılması və yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
25. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
26. Cavabdeh apellyasiya icraatı zamanı iş üzrə ekspertiza təyin edilməsini xahiş etsə də, kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəmə icraatı zamanı keçirilmiş məhkəmə iclası zamanı sədrlik edən hakim tərəflərə məhkəmə tədqiqatının nə ilə tamamlanmasını soruşduqda tərəflər heç bir vəsatət verməmiş və bununla da məhkəmə araşdırması başa çatmışdır. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edildikdən sonra cavabdeh tərəf verilmiş rəylə razılaşmış, yenidən ekspertiza təyin edilməsini mübahisələndirməmiş, həmçinin işin məhkəmə baxışına hazırlanması mərhələsində əldə edilmiş sübutlarla yekun qərar qəbul edilməsi üçün kifayət hesab etmiş və işin məhkəmə baxışına çıxarılmasını tələb etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilməsi əlavə sübut toplamaya yönəldiyindən kollegiya hesab edir ki, cavabdehin vəsatəti təmin edilə bilməz. Çünki birinci instansiya məhkəməsi icraatı zamanı ekspert tərəfindən verilmiş rəylə bağlı tərəflərin münasibəti aydınlaşdırılmış, iddiaçıya əlavə vəsatətlərin olub-olmaması soruşulmuş, isə iş üzrə tədqiqatın tamamlanmasına etirazı olmadığını, əlavə vəsatətinin olmamasını (iş materialları iclas protokolu səh. 157-158) bildirmişdir.
27. Birinci instansiya məhkəmə baxışı iclasında iştirak edərək ekspert rəyini mübahisələndirmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.
28. Apellyasiya məhkəməsi öz mövqeyini MM-in 78.4, 102.2, 152.5, 152.6, 157.2-ci, 180.1; 180.2; 180.3, 372.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə torpaq sahəsi ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin 29, 30-cu, MM-in 178.5, 178.6-cı, MPM-in 8.1, 41, 88, 392-ci maddələri, "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli qərarına uyğun deyil. ##.##.1991-ci il tarixli, 254 XII nömrəli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29- cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Apellyasiya instansiyası nəzərə almamışdır ki, iddiаçının həmin tоrpаq sаhəsi üzərində dövlət aktı ilə rəsmiləşdirilməli оlаn istifаdəçi hüquqlаrı, о cümlədən оndаn istifаdə еtmək, оnа sаhiblik еtmək, оnu bаşqаlаrının sаhibliyindən gеri tələb еtmək hüququ əmələ gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu da iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Mübahisə edilən torpaq sahəsinə dair iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərin həqiqiliyi şübhə doğurur. iddiaçı2 X2 rəhbəri kimi özlərini təqdim edən X4 və X3 vaxtlar mənim işimə maneə yaratmaq üçün qeyri-qanuni hərəkətlər edirlər. Özləri heç vaxt vergi ödəmədikləri halda, onun dövlətə xeyir verməyinə mane olurlar. Həmin müəssisədə 2017-ci ilə kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəhbər olub, müəssisəni 2017-ci ildə X1. Nə Zakirin, nə də Zahidin heç bir fəaliyyəti olmayıb. Xahiş edirəm həmin müəssəninin hansı əsasla yaradılması, satılması, fəaliyyəti yoxlanılsın. Belə ki, Imişli rayon dövlət arxivindən əldə olunmuş materiallara əsasən, kolxoz ümumi yığıncağının katibi kimi göstərilən Əzizağa Məmmədov həmin iclasda katib qismində iştirak etmədiyini və protokolu imzalamadığını bildirmişdir. Bu hal təqdim edilmiş sənədlərin saxta olmasını ehtimal etməyə əsas verir. Bununla əlaqədar olaraq, həmin sənədlərdəki imzaların və yazıların həqiqiliyinin müəyyən edilməsi məqsədilə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən bu vəsatət təmin edilməmişdir. Eyni zamanda, qeyd olunan sənədin Imişli rayon XDS Icraiyyə Komitəsində təsdiq edilməsi də qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan əlavə, kassator qeyd etmişdir ki, istifada etdiyi 0,15 ha torpaq sahəsi Imişli rayonu M.B.Qasımov adına kolxoz idarə heyətinin 1989-cu il ## ### tarixli qərarı ilə həyətyanı sahə kimi qanuni əsaslarla verilmişdir. Göründüyü kimi, kolxoz tərəfindən torpaq sahəsi iddiaçıya torpaq sahəsi verilməsindən 2 il əvvəl verilmişdir və həmin sahədə yaşayış evi tikib ailəmlə yaşamışam. Bələdiyyə sədri deyir ki, mübahisə edilən torpaq sahəsi balansındadır. * saylı reyestr idarəsinin 2026-cı il ## ###### tarixli məktublarında göstərilir ki, iddiaçı2 adına dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir. Qeyd edilən koordinatlardakı torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər
31. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuş, cavabdeh Cavabdeh kasassiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
35. Maddə 84.1.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
36. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyasının mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yeni baxışa göndərilməlidir.
44. Kassasiya şikayətinin dəlillərindən biri budur ki, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olduğuna dair qanunda nəzərdə tutulmuş sübutları (torpaq sahəsi üzərində dövlət aktı və s) məhkəməyə təqdim etməmişdir.
45. Kollegiya kassasiya şikayətinin bu dəlili ilə razılaşaraq qeyd edir ki, hər bir mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə iddia tələbinin qanuniliyinə və əsaslılığına hüquqi qiymət verməzdən əvvəl, ilk növbədə, iddia qaldırmış şəxsin bu iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyindən məhkəmə ilk növbədə iddiaçının hansı hüququnun pozulduğunu araşdırmalıdır.
46. Zəbt edilmiş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınması barədə iddia tələbi üzrə araşdırma aparılarkən ilk öncə torpaq sahəsi üzərində iddiaçının hər hansı əşya hüququ (mülkiyyət, istifadə, servitut və s) və ya tələb hüququ olduğu (icarə) olduğu müəyyən edilməli, bundan sonra həmin torpaq sahəsinə cavabdehin hansı əsaslarla sahiblik etdiyi araşdırılmalıdır. O cümlədən özbaşına tikilinin sökülməsi barədə iddia tələbinin təmin edilməsi üçün iddiaçının marağı pozulmuş şəxs olduğu təsdiq edilməlidir.
47. Iş materiallarına əlavə edilmiş, iddiaçı2 X2 (təsisçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) nizamnaməsindən görünür ki, həmin müəssisə ##.##.1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi qeydə alınmış, nizamnamədə bu müəssisənin ##.##.1993-cü il tarixdə qeydə alınmış iddiaçı2 X2 hüquqi varisi olduğu qeyd edilmişdir. Iddiaçı özünün Azərbaycan Respublikası Xarici Ölkələrlə Iqtisadi Əməkdaşlıq üzrə “Diyar” assosiasiyasının Imişli iddiaçı2 xırda müəssisəsinin hüquqi varisi olduğunu və həmin müəssisənin istifadəsinə verilmiş torpaq sahəsi üzərində hüququ olduğunu iddia etmişdir.
48. Apellyasiya məhkəməsi qətnamədə iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olduğunun təsdiq edildiyini qeyd etsə də, iddiaçının “Diyar” assosasiyasının Imişli iddiaçı2 xırda müəssisəsinin hüquqi varisi olduğunun hansı sübut əsasında müəyyən edildiyini əsaslandırmamış, nəticədə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olduğuna dair MPM-nin 217.3-cü maddəsinin tələbi pozulmuşdur.
49. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025ci il # ###### tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m