Məhkəmə qərarları › İş №2(3-8)-439/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-439/2026

22.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-439/2026 22.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Qarat-oba kənd ərazisində yerləşən ##.##.2015-ci il tarixli, ********** nömrəli çıxarışla ona məxsus olan 1,994 ha pay torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş 0.4824 ha hissəsindən çıxarılması, həmin zəbt edilmiş 0.4824 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsinə və həmin torpaq sahəsini cavabdehdən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə verilməsini və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu, Qarat-oba kəndi ərazisində onun mülkiyyətində 1,994 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır, mülkiyyət hüquqları ##.##.2015-ci il tarixli, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Mülkiyyətində olan 1,994 ha pay torpaq sahəsinin 0.4824 ha hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına tutularaq (zəbt edərək) istifadə edirlər və həmin torpaq sahəsində qanunsuz olaraq tikinti aparmışdır. Dəfələrlə cavabdeh Cavabdeh torpaq sahəsinin buraxılmasını və qanunsuz tikilinin sökülməsinə dair müraciət etsə də cavabdeh ona məxsus torpaq sahəsinin zəbt etmədiyini, həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Cavabdeh onun mülkiyyətində olan pay torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda həmin yəni 1,994 ha torpaq sahəsinin 0.4824 ha hissəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdeh ona məxsus 1,994 hektar torpaq sahəsinin 0.4824 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır.

3. Cavabdeh Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı həmin iddiasında Qusar rayonu Qarat-oba kənd ərazisində yerləşən ##.##.2015-ci il tarixli, ********** nömrəli çıxarışla ona məxsus olan 1,994 ha pay torpaq sahəsinin 0.4824 ha hissəsindən çıxarılmağı, 0.4824 ha torpaq sahəsində inşa edilmiş tikililərin onun hesabına sökülməsinə və həmin torpaq sahəsinin ondan alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsini və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulunu alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddianı qəbul etmir və əsassız hesab edir. Belə ki, iddiaçı bildirir ki, Qusar rayonu, Qarat-oba kəndi ərazisində onun mülkiyyətində 1,994 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır, mülkiyyət hüququ ##.##.2015-ci il tarixli, ********** nömrəli çıxarışı ilə rəsmiləşdirilmişdir. Mülkiyyətində olan 1,994 ha pay torpaq sahəsinin 0.4824 ha hissəsi guya onun tərəfindən qanunsuz olaraq özbaşına tutularaq (zəbt edərək) istifadə edilir və həmin torpaq sahəsində qanunsuz olaraq tikinti aparılmışdır. Bununla bağlı bildirir ki, o, iddiaçının torpaq sahəsinin hər hansı hissəsini qanunsuz olaraq zəbt etməmişdir. O, 1998ci ildən həyat yoldaşı X2 məxsus 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2020ci il tarixli *** saylı Arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon Şirvanovka kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Qarat oba kəndi üzrə ** nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 115 olan X2 təsərrüfatın xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0.12 hektar torpağın olduğu qeyd edilmişdir. Bundan başqa Qusar rayonu Qaratoba kəndində yerləşən fərdi yaşayış evinə dair həyat yoldaşı X2 adına tərtib olunmuş texniki pasportdan görünür ki, həmin fərdi yaşayış evi 0.12 ha torpaq sahəsində inşa edilməklə Dilbər Hacıyevaya məxsusdur. Bundan başqa Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli arayışdan görünür ki, həyat yoldaşı X2 rayonu Qaratoba kəndində 1996-cı ildən hal-hazıra kimi özünə məxsus fərdi yaşayış evində ailəsi ilə, yəni onunla və övladları ilə birlikdə yaşayır və qeydiyyatdadır. Bununla da onun tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, o, iddiaçının hər hansı torpaq sahəsindən deyil, həyat yoldaşına məxsus torpaq sahəsindən istifadə edir. Eyni zamanda bildirir ki, iddiaçı ##.##.2015-ci il tarixli Çıxarışa istinad edərək iddianı qaldırmışdır. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı həmin Çıxarışı əldə etməmişdən əvvəl qeyd etdiyi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi həyat yoldaşı Dilbər Hacıyevaya məxsus olmuşdur. Hal-hazırda qeyd etdiyi torpaq sahəsi və fərdi yaşayış evi ilə əlaqədar həyat yoldaşı Dilbər Hacıyevanın mülkiyyət hüququ barəsində “qanuni gözlənti” hüququ vardır. Belə ki, qeyd etdiyi əmlaklara həmin şəxsin adına ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur. Eyni zamanda uzun müddətdir ki, o və ailə üzvləri həmin evdə pasport qeydiyyatında olmaqla yaşayırlar. İddiaçı həmin torpaq sahəsini başqa bir şəxsdən satın almışdır və onun mülkiyyət hüququ ##.##.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Halbuki, həmin vaxt o və ailə üzvləri 20 ilə yaxın idi ki, qeyd olunan fərdi yaşayış evində yaşayırdılar və 0.12 ha torpaq sahəsindən istifadə edirdilər. Bu səbəbdən də, həyat yoldaşı Dilbər Hacıyeva iddiaçının adına verilən Çıxarış üzrə qeydə ona məxsus 0.12 ha torpaq sahəsinə dair hissədə etiraz etmiş və ləğv edilmıəsini xahiş etmişdir. Odur ki, hesab edir ki, iddiaçının hazırkı iddiası “mülkiyyətin müdafiəsi” anlayışının mahiyyətinə uyğun deyil, əksinə onun və ailə üzvlərinin qanuni mənafeyinin pozulmasına səbəb olur. Odur ki, həmin iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Bundan başqa, bildirir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsini xahiş edir.

4. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli **/**** saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcinin iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0.4824 ha hissəsi digər şəxsin istifadəsində olmaqla üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa olunmuşdur. Eyni zamanda müəyyən olunur ki, iddiaçı həmin torpaq sahəsini 2015-ci ildə əldə etmişdir. Cavabdeh Cavabdeh yaşadığı fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsi onun həyat yoldaşı X2 məxsusdur. Belə ki, arxiv sənədlərinə əsasən 0.12 ha torpaq sahəsi 1996-cı ildə həmin şəxsə təhkim edilməklə üzərində 1998-ci ildə fərdi yaşayış evi inşa olunmuş, həmin evə dair həmin şəxsin müvafiq texniki pasport tərtib edilmişdir. İddiaçının subyektiv hüququn əsas elementlərindən olan başqa şəxslərdən tələb etmək hüququ mövcud deyil. Çünki, qeyd edildiyi kimi iddiaçının tələb etdiyi torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi cavabdeh Cavabdeh deyil, onun həyat yoldaşı Dilbər Hacıyevaya məxsusdur və Cavabdeh həmin evdə Dilbət Hacıyevanın ailə üzvü kimi yaşayır. Ona görə də, iddiaçının iddia tələbi ona cavab verməli olmayan şəxsə yönəldiyindən əsassızdır. Hazırkı iddiasının yönəldiyi Cavabdeh yaşadığı ev iddiaçı özünə məxsus torpaq sahəsini əldə etməmişdən əvvəl artıq mövcud idi və 1998-ci ildən etibarən həmin evin inşa olunmasına hər hansı şəxsin etirazı olmamışdır. Eyni zamanda iddiaçı özünə məxsus torpaq sahəsini əldə etdiyi 2015-ci ildən sonra uzun müddət bununla bağlı hər hansı etiraz və ya tələb irəli sürməmiş, faktiki olaraq bununla razılaşmışdır. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hazırkı iddiası “mülkiyyətin müdafiəsi” anlayışının mahiyyətinə uyğun deyil və əksinə iddianın təmin olunması cavabdehin həyat yoldaşının mənsub olduğu əmlak hüququnun pozulmasına səbəb ola bilər. Çünki, qeyd olunan 0.12 ha torpaq sahəsi 1996-cı ildə Dilbər Hacıyevaya verilməklə və 1998-ci ildə həmin şəxsin tərəfindən fərdi yaşayış evi inşa olunmaqla, o cümlədən həmin evə dair müvafiq texniki pasport tərtib olunmaqla həmin şəxsin həmin əmlaklar üzərində mülkiyyət hüququ ilə bağlı “qanuni gözləntisi” mövcuddur. İddiaçı İddiaçı mülkiyyətin müdafiəsinə əsaslanmaqla hazırkı iddianı ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən, o cümlədən onun tərəfindən həmin hüququndan sui-istifadəyə yol verildiyindən iddia əsassız sayılmalı və rədd edilməlidir.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.6,157-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Qarat-oba kəndi ərazisində mənim mülkiyyətində 1,994 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır, mülkiyyət hüquqları ##.##.2015-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 0.48 ha hissəsi faktiki olaraq başqa şəxslər tərəfindən, yəni cavabdeh Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına tutularaq (zəbt edərək) istifadə olunur, eyni zamanda həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Bu hal, Qusar Rayon məhkəməsinin iş üzrə təyin etdiyi məhkəmətorpaqşünaslıq ekspertizasının rəyi ilə də müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən *-**-*- **/******/**** saylı, ## ###### 2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı məxsus Qusar rayonun Qaratoba kəndində yerləşən torpaq sahəsi naturada faktiki 1,567 hektar ölçüdə təşkil edir, həmin ölçünün 0.059 hektar hissəsi TEKUlS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən dövlət mülkiyyəti kimi (aqrar islahat zamanı paylanmış torpaq sahədən artıq qalan hissəsi nəzərdə tutulur) uçota alınmışdır, həmin hissəsi çıxılanda torpaq sahəsi 1.508 hektar ölçüdə təşkil edir. Ona məxsus Qusar rayonun Qaratoba kəndində yerləşən torpaq sahələrinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkündür. TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumatı bazasına əsasən torpaq sahəsini dəqiqləşdirildikdə 0.4824 hektar hissəsi digər şəxsin istifadəsində olmaqla üzərində fərdi yaşayış evinin və həyət tikililərinin inşa olunduğu məlum olmuşdur. İddiaçı İddiaçı məxsus Qusar rayonu Qaratoba kəndində yerləşən ************ reyestr nömrəli 1.9944 hektar torpaq sahəsinin 0.4824 hektar hissəsi hal-hazırda digər şəxsin istifadəsində olmaqla üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa olunmuşdur. Bununla belə məhkəmə cavabdehin yaşadığı evin, eyni zamanda həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsinin onun həyat yoldaşına məxsus olduğu qənaətinə gələrək iddianı rədd etmişdir. Lakin, məhkəmənin müəyyən etdiyi kimi əgər 0.48 ha torpaq sahəsinin 0.12 ha hissəsi cavabdehin həyat yoldaşına məxsusdursa və inşa olunmuş fərdi yaşayış evi də həmin hissədə inşa olunmuşdursa, bəs qalan 0.36 ha torpaq sahəsi hansı əsasla istifadə olunur? Halbuki, 0.48 ha torpaq sahəsi ümumi hasara alınmaqla cavabdeh tərəfindən istifadə olunur. Bununla da məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, 0.36 ha torpaq sahəsinin məhz hansı şəxslər tərəfindən, hansı əsaslara görə istifadə etməsini müəyyən etməmiş, nəticədə isə onun mülkiyyət hüququnun pozulması halı aradan qaldırılmamışdır. Göründüyü kimi işin faktiki halları ilə onun iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi yuxarıda sadalanan hallar arasında uzlaşma mövcuddur, cavabdeh onun qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Buna baxmayaraq, məhkəmə cavabdehin bu hərəkətlərinə haqq qazandırmışdır. Məhkəmə cavabdeh 0.48 ha torpaq sahəsinin 0.12 ha hissəsinə dair cavabdehin həyat yoldaşının adına müvafiq sənədlər olduğunu müəyyən etsə də, qalan 0.36 ha torpaq sahəsinin taleyini müəyyən etməmiş, həmin hissədə pozulmuş mülkiyyət hüququnu bərpa etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, iddiaçının torpaq sahəsinin hər hansı hissəsini qanunsuz olaraq zəbt etməmişdir. O, 1998-ci ildən həyat yoldaşı X2 məxsus 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, həmin evdə pasport qeydiyyatındadır. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli *** saylı Arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon Şirvanovka kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Qarat oba kəndi üzrə ** nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 115 olan X2 təsərrüfatın xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0.12 hektar torpağın olduğu qeyd edilmişdir. Bundan başqa, Qusar rayonu Qaratoba kəndində yerləşən fərdi yaşayış evinə dair həyat yoldaşı X2 adına tərtib olunmuş texniki pasportdan görünür ki, həmin fərdi yaşayış evi 0.12 ha torpaq sahəsində inşa edilməklə Dilbər Hacıyevaya məxsusdur. Bundan başqa, Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli arayışdan görünür ki, həyat yoldaşım X2 rayonu Qaratoba kəndində 1996-cı ildən hal-hazıra kimi özünəmxsus fərdi yaşayış evində ailəsi ilə, yəni o və övladları ilə birlikdə yaşayır və qeydiyyatdadır. Bununla da, onun tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının hər hansı torpaq sahəsindən deyil, həyat yoldaşına məxsus torpaq sahəsindən istifadə edir və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. İddiaçı ##.##.2015-ci il tarixli Çıxarışa istinad edərək iddianı qaldırmışdır. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı həmin Çıxarışı əldə etməmişdən əvvəl qeyd etdiyi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi həyat yoldaşı Dilbər Hacıyevaya məxsus olmuşdur. Hal-hazırda qeyd etdiyi torpaq sahəsi və fərdi yaşayış evi ilə əlaqədar həyat yoldaşı Dilbər Hacıyevanın mülkiyyət hüququ barəsində “qanuni gözlənti” hüququ vardır. Belə ki, qeyd etdiyi əmlaklara həmin şəxsin adına ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur. Eyni zamanda uzun müddətdir ki, o və ailə üzvləri həmin evdə pasport qeydiyyatında olmaqla yaşayırlar. İddiaçının adına olan Çıxarışda göstərilən torpaq sahəsi başqa bir şəxsdən satın alınmışdır və iddiaçının mülkiyyət hüququ ##.##.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Halbuki, həmin vaxt o və ailə üzvləri 20 ilə yaxın idi ki. qeyd olunan fərdi yaşayış evində yaşayırdılar və 0.12 ha torpaq sahəsindən istifadə edirdilər Məsələ burasındadır ki, qeyd olunan fərdi yaşayış evi inşa olunan zaman iddiaçı İddiaçı 8-10 yaşı olmaqla o, azyaşlı idi və torpaq sahəsi də ailə üzvlərinin istifadəsində idi. Bundan başqa, qeyd etdiyi kimi iddiaçı İddiaçı adına olan 1.994 ha torpaq sahəsi həmkəndlisi olan X7 alınmış torpaq sahəsidir. Həmin torpaq sahəsi Hacımirzə Qaratova pay torpaq sahəsi kimi verilmişdir. Hacımirzə Qaratova məxsus torpaq sahəsinin 0.24 ha hissəsi hələ torpaq islahatından əvvəl atası Hacıyev Nürəddin Abbas oğlu tərəfindən istifadə olunurdu. Məhz həmin torpaq sahəsinin atasının istifadəsində olması nəzərə alınaraq islahat vaxtı atasının mülkiyyətinə verilən pay torpaq sahəsindən həmin ölçüdə torpaq sahəsi çıxılmışdır. İslahatdan sonra Hacımirzə Qaratova pay torpaq şahəsı kimi verilmiş torpaq sahəsinin 0.24 ha hissəsi atası Hacıyev Nürəddin Abbas oğluna məxsus torpaq sahəli ilə üst-üstə düşdüyündən həmin torpaq sahəsi əvəzində başqa bir ərazidən Hacımirzə Qaratova 0.40 ha torpaq sahəsi verilməklə dəyişdirilmiş və bu barədə Qusar rayonu Qaratoba bələdiyyəsinin sədri Z.Ə.Abdurzayevin, həmin bələdiyyənin üzvü N.M.Kəlbixanovun, atası N.A.Hacıyevin, H.M.Qaratovun və Qusar rayon hüquq məsləhətxanasının vəkili R.Ə.Səlimovun iştirakları ilə akt tərtib olunmaqla həmin akt bələdiyyə tərəfindən təsdiq edilmişdir. Bununla da, Hacımirzə Qaratovla atası Nürəddin Hacıyev arasında torpaq sahəsi ilə bağlı hər hansı anlaşılmazlıq, yaxud mübahisə qalmamışdır. Atası Hacıyev Nürəddin Abbas oğlu ##.##.2006-cı il tarixdə vəfat etmiş, hazırda o, atasının qanun üzrə birinci dərəcəli vərəsəsidir və onun mirasını qəbul etmişdir. Atası vəfat etdikdən sonra da Hacımirzə Qaratovun qeyd olunan torpaq sahəsi ilə bağlı ona qarşı hər hansı tələbi və iddiası olmamışdır. Hətta, iddiaçı və onun atası da həmin torpaq sahəsinin vaxtilə dəyişdirildiyini bilmişlər, uzun müddət buna heç bir etirazları olmamışdır. İddiaçı İddiaçı iddia etdiyi digər 0.12 ha torpaq sahəsi isə bacısı X4 Qusar rayon İcra Hakimiyyəti Başçısının ## ##### 1998-ci il tarixli sərəncamı ilə satılmış, torpaq sahəsi müvafiq aktla həmin şəxsə təhkim edilmişdir. Bununla da iddiaçı İddiaçı iddia etdiyi 0.48 ha torpaq sahəsi onun həyat yoldaşına, bacısına və atasına məxsus olan torpaq sahəsi olmaqla iddiaçıya heç bir aidiyyəti yoxdur, həmin torpaq sahələrinin hər birinə aid ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur, torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün isə heç bir hüquqi maneə yoxdur. Eyni zamanda iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evi də həyat yoldaşına məxsus olmaqla, müvafiq texniki pasportu mövcuddur, həmin evin də həyat yoldaşının adına qeydiyyata alınmasına hüquqi maneə yoxdur. Odur ki, hesab edir ki, iddiaçının hazırkı iddiası ‘'mülkiyyətin müdafiəsi” anlayışının mahiyyətinə uyğun deyil, əksinə o, torpaq sahəsinə dair adına verilmiş Çıxarışdan sui-istifadə etməklə hazırkı iddianı irəli sürmüşdür ki, bu da onun və ailə üzvlərinin qanuni mənafeyinin pozulmasına yönəlmişdir. İddiaçının adına verilmiş Çıxarış əslində düzgün verilməmişdir, torpaq sahəsinin real vəziyyətinə və ilkin hüquq müəyyənedici sənədlərə uyğun deyil, ora görə də, iddiaçının adına verilən Çıxarış üzrə qeydin ailə üzvlərinə məxsus torpaq sahələrinə dair hissədə mötəbərliliyinə qarşı etiraz olunmuşdur. Yuxarıda sadalananları ümumiləşdirərək qeyd edir ki, məhkəmə düzgün və haqlı olaraq hesab etmişdir ki, iddiaçı İddiaçı mülkiyyətin müdafiəsinə əsaslanmaqla hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olmadığından, yəni iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən, o cümlədən onun tərəfindən həmin hüququndan sui-istifadəyə yol verildiyindən iddia əsassız sayılmalı və rədd edilməlidir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpaq sahəsi ilə bağlı mübahisələr 2020-ci ildən davam edir. Ona məxsus olan 2 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı deyil, çıxarışla ona məxsus olan ayrıca torpaq sahəsidir. Cavabdeh mübahisəli 0.12 ha torpaq sahəsinin üzərində tikdirdiyi evdə ailəsi ilə birgə yaşadığını, yaşadığı fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsinin onun arvadı X2 məxsus olduğunu bildirir. Cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı ərizədən xəbəri olmayıb. İddia etdiyi torpaq sahəsində ev var. Hacımirzə adlı şəxsdən 2015-ci ildə çıxarışla almışdır. 2015-ci ildə çıxarış alanda torpaq sahəsinin 48 sot əskik olduğunu öyrənmişdir. Hacımirzə ölmüşdür. Hacımirzəyə sonradan harada, hansı şəkildə torpaq sahəsi verilməsindən məlumatı yoxdur. Evin onun aldığı torpaq sahəsinin üzərində yerləşməsini bilməmişdir Torpaq sahəsi 2006-cı ildə alınıb, 2015-ci ilə qədər ilkin sənədlər olub, 2015-ci ildə adına qeydiyyata aldırıb. Torpaq sahəsi pay torpağıdır. 2015-ci ildən sənədləşmədən sonra bilmişdir ki. orada tikili var. 2 hektar torpaq sahəsi olmalı idi, hazırda 1,5 ha torpaq sahəsi onun istifadəsindədir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 1996-cı ildə ev tikib orada ailəsi ilə birlikdə yaşayırlar. Həmin vaxt Aqrar islahat aparılmamışdır. Həmin torpaq Aqrar islahat aparılan zaman Qaratov Hacımirzəyə pay torpağı kimi verilib. 2015-ci ildə torpaq sahəsi iddiaçıya satılıb. 2025-ci ildə iddia qaldırlıb. Torpağı alanda baxmalı idilər ki, torpaqda tikililər var. Atası ilə Hacımirzə arasında həmin torpağın dəyişdirilməsi barədə razılıq olub, 12 sot torpaq sahəsi arvadında, 12 sot bacısındadır, 24 sot torpaq da atasının pay sahəsindən çıxarılmış torpaqdır. 24 sot torpaq sahəsi Hacımirzəyə atası tərəfindən verilib, onun oğlu hazırda orada ev tikərək yaşayır.

İşdə olan sübutlar

12. ##.##.2015-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 mülkiyyətində olan 1,994 ha torpaq sahəsini İddiaçı satmışdır.

13. ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Qaratoba kəndində yerləşən 1.994 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən *-**-*-**/*-*****/**** saylı, ## ###### 2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı məxsus Qusar rayonun Qaratoba kəndində yerləşən torpaq sahəsi naturada faktiki 1,567 hektar ölçüdə təşkil edir, həmin ölçünün 0.059 hektar hissəsi TEKUlS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən dövlət mülkiyyəti kimi (aqrar islahat zamanı paylanmış torpaq sahədən artıq qalan hissəsi nəzərdə tutulur) uçota alınmışdır, həmin hissəsi çıxılanda torpaq sahəsi 1.508 hektar ölçüdə təşkil edir. İddiaçı İddiaçı məxsus Qusar rayonun Qaratoba kəndində yerləşən torpaq sahələrinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkündür. TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumatı bazasına əsasən torpaq sahəsini dəqiqləşdirildikdə 0.4824 hektar hissəsi digər şəxsin istifadəsində olmaqla üzərində fərdi yaşayış evinin və həyət tikililərinin inşa olunduğu məlum olmuşdur. İddiaçı İddiaçı məxsus Qusar rayonu Qaratoba kəndində yerləşən ************ reyestr nömrəli 1.9944 hektar torpaq sahəsinin 0.4824 hektar hissəsi halhazırda digər şəxsin istifadəsində olmaqla üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa olunmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ## #### 2025-ci il tarixli **/**** saylı rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı məxsus Qusar rayonun Qaratoba kəndində yerləşən torpaq sahəsi naturada faktiki 1,567 hektar ölçüdə təşkil edir, həmin ölçünün 0.059 hektar hissəsi TEKUIS və AZCAD modeline inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən dövlət mülkiyyəti kimi (aqrar islahat zamanı paylanmış torpaq sahədən artıq qalan hissəsi nəzərdə tutulur) uçota alındığı təyin edilmişdir, həmin hissəsi çıxılanda torpaq sahəsi 1.508 hektar ölçüdə təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı İddiaçı məxsus Qusar rayonun Qaratoba kəndində yerləşən torpaq sahələrinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkün olduğu təyin edilmişdir. TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumatı bazasına əsasən torpaq sahəsini dəqiqləşdirildikdə 0.4824 hektar hissəsi digər şəxsin İstifadəsində olmaqla üzərində fərdi yaşayış evinin və həyət tikililərinin inşa olunduğu məlum olmuşdur. İddiaçı İddiaçı məxsus Qusar rayonu Qaratoba kəndində yerləşən ************ reyestr nömrəli 1.9944 hektar torpaq sahəsinin 0.4824 hektar hissəsi halhazırda digər şəxsin istifadəsində olmaqla üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa olunduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir.

16. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli *** saylı Arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon Şirvanovka kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Qarat oba kəndi üzrə ** nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 115 olan X2 təsərrüfatın xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0.12 hektar torpağın olduğu qeyd edilmişdir.

17. Qusar rayonu Qaratoba kəndində yerləşən fərdi yaşayış evinə dair X2 adına tərtib olunmuş texniki pasportdan görünür ki, həmin fərdi yaşayış evi 0.12 ha torpaq sahəsində inşa edilməklə Dilbər Hacıyevaya məxsusdur.

18. Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli *-**-**/*-H***-**-***/**** saylı arayışdan görünür ki, X2 rayonu Qaratoba kəndində 1996-cı ildən hal-hazıra kimi özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və qeydiyyatdadır.

19. X7, X3, Qusar rayonu Qaratoba bələdiyyəsinin sədri Z.Ə.Abdurzayevin, həmin bələdiyyənin üzvü N.M.Kəlbixanovun, və Qusar rayon hüquq məsləhətxanasının vəkili R.Ə.Səlimovun iştirakları ilə tərtib edilmiş ##.##.2001-ci il tarixli aktın məzmunundan görünür ki, X7 ilə X3 torpaq sahələrini aşağıda göstərilən qaydada dəyişmişlər. X7 1998-ci il tarixli, JN **** nömrəli dövlət aktında gösətilmiş 1,99 ha torpaq sahəsindən 0,24 ha torpaq sahəsini X3 verməyi, əvəzində X3 ## ####### 1998-ci il tarixli, JN **** nömrəli dövlət aktında *A nömrəli torpaq saghəsindən 0,4 ha torpaq sahəsini X7 verir. Həmin akt bələdiyyənin möhrü ilə təsdiqlənməklə, iştirkaçılar tərəfindən imzalanmışdır.

20. Qusar rayon Torpaq şöbəsinin baş mütəxəssisi, aparıcı mütəxəssisi, kənd icra nümayəndəsinin müavini, Qaratoba kənd sakinləri H. Hacıyev və D.Hacıyeva, Nizami adına sovxozun sabiq torpaq komissiyasının sədri və kənd üzrə sabiq nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ## ###### 2000-ci il tarixli aktın surətindən görünür ki, Qaratobat kənd sakini Nurəddin Hacıyevin şikayəti yerində araşdırıldığı zaman məlum olmuşdur ki, Qaratoba kəndində aparılacaq torpaq islahatı ilə əlaqədar tərtib edilmiş baş sxemdə buraxılmış səhv nəticəsində Qaratoba kənd sakinləri Hacıyeva Dilbər və X5 təhkim aktları ilə verilmiş həyətyanı torpaq sahələri bölgü xəritəsinə daxil edilərkən həmkəndlisi Hacımirzə Qaratovun dövlət aktına düşmüşdür. Həmin torpaq sahəsində 2 mətrəbəli yaşayış binası inşa edilmişdir. Bununla əlaqədar vətəndaşlar arasında narazılıqlar yaranmışdır. Həmin narazılıqları aradan qaldlrmaq üçün komissiya belə qərara gəlir ki, pay torpaqlarından Hacıyeva Dilbər və X5 ayrılmış 0.24 ha torpaq həyətyanı torpaq sahəsi əvəzinə X7 perpepektiv inkişafı üçün saxlanılmış torpaq sahəsindən həmin miqdarda torpaq sahəsinin əvəz olunması məqsədə uyğun hesab edilmişdir. Yerli aqrar islahat komissiyasına müvafiq qaydada sənədlər hazırlanmaqla baş sxemdə düzəlişlər edilməsi tapşırılmışdır.

21. ## ##### 1998-ci il tarixli Qusar rayon İcra Hakimiyyəti Başçısının 44 nömərli sərəncamından görünür ki, X5 Qusar rayonu Qaratoba kəndi ərazisndən 0,12 ha torpaq sahəsi satılması qərara alınmışdır. 22.Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X5 Qusar rayonu Qaratoba kəndi ərazisndən 0,12 ha torpaq sahəsi satılmışdır. Alqı-satqı aktı Qusar rayon torpaq şöbəsində ##.##.1999-cu il tarixdə, 164 nömrə ilə qeydə alınmışdır.

23. Qusar rayon Şivanovka kənd inzibati ərazi üzrə Nümayəndəsinin ##.##.2000ci il tarixli arayışıdan görünür ki, X3 təsərrüfatbaşına kitabları üzrə 0,22 ha torpaq sahəsi, faktiki 0,45 ha torpaq saəhəsi vardır. 0,23 ha torpaq sahəsi akta görə verilmiş sahədən çıxılmışdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, ************ reyestr nömrəli çıxarışa əsasən Qusar rayonun Qaratoba kəndində yerləşən 1,994 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmış, lakin naturada faktiki sahibliyi 1,567 ha ölçüdə təşkil etməklə, torpaq sahəsinin 0.4824 ha hissəsi onun istifadəsində olmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarında əsasən həmin 0.4824 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi və həyətyanı tikililər inşa olunmaqla, fərdi yaşayış evi və onun təyinatına uyğun istifadə olunan torpaq sahəsi cavabdehin arvadı X2 faktiki istifadəsindədir. İddiaçının mülkiyyətində olan 1,994 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4824 ha hissəsinin başqa şəxsin istifadəsində olması iddiaçıya torpaq sahəsini mülkiyyətinə keçirdiyi vaxtdan məlum olmuşdur.

30. Bundan başqa iş materiallarında olan Qusar rayon Torpaq şöbəsinin və Qaratoba kənd icra nümayəndəsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş ## ###### 2000-ci il tarixli aktdan məlum olur ki, Qaratoba kənd sakini Nurəddin Hacıyevin şikayəti araşdırıldığı zaman məlum olmuşdur ki, Qaratoba kəndində aparılacaq torpaq islahatı ilə əlaqədar tərtib edilmiş baş sxemdə buraxılmış səhv nəticəsində Qaratoba kənd sakinləri X2 və X5 təhkim aktları ilə verilmiş həyətyanı torpaq sahələri bölgü xəritəsinə daxil edilərkən həmkəndlisi Hacımirzə Qaratovun dövlət aktına düşmüş, həmin torpaq sahəsində 2 mətrəbəli yaşayış binası inşa edilmişdir. Bununla əlaqədar vətəndaşlar arasında yaranmış narazılığın aradan qaldırılması üçün pay torpaqlarından X2 və X5 ayrılmış 0.24 ha torpaq həyətyanı torpaq sahəsi əvəzinə X7 perpepektiv inkişafı üçün saxlanılmış torpaq sahəsindən həmin miqdarda torpaq sahəsinin əvəz olunması məqsədə uyğun hesab edilmişdir.

31. Bundan başqa, iddiaçının torpaq sahəsini aldığı X7, hazırkı iş üzrə cavabdehin atası X3 və Qusar rayonu Qaratoba bələdiyyəsinin sədri və üzvlərinin iştirakları ilə tərtib edilmiş ##.##.2001-ci il tarixli torpaq sahələrinin dəyişdirilməsinə dair aktın məzmunundan görünür ki, X7 1998-ci il tarixli, JN **** nömrəli dövlət aktında gösətilmiş 1,99 ha torpaq sahəsindən 0,24 ha torpaq sahəsini X3, əvəzində X3 isə ## ####### 1998ci il tarixli, JN **** nömrəli dövlət aktında *A nömrəli torpaq sahəsindən 0,4 ha torpaq sahəsini X7 vermişdir.

32. Beləliklə, işdə olan sübutlarla müəyyən edilir ki, iddiaçının çıxarılmasını tələb etdiyi 0,4824 ha torpaq sahəsinin 0.12 ha hissəsi 1996-2000-ci illərin Qaratoba kəndi üzrə ** nömrəli təsərrüfatbaşına kitabında X2 adına, 0,12 ha hissəsi torpaqların alqı-satqısına dair akta əsasən X5 məxsus olmaqla, qalan 0,24 ha torpaq sahəsi isə iddiaçının torpaq sahəsini aldığı X7 tərəfindən cavabdehin atası X3 0,4 ha torpaq sahəsi əvəz alınmaqla verilmiş torpaq sahəsi olmuşdur. Göründüyü kimi iddiaçının torpaq sahəsini aldığı X7 torpaq sahəsinin 0,48 ha hissəsinin mübahisəli olmasından, yəni Qaratoba kəndində aparılacaq torpaq islahatı ilə əlaqədar tərtib edilmiş baş sxemdə buraxılmış səhv nəticəsində torpaq sahəsinin 0,24 ha hissəsinin Qaratoba kənd sakinləri X2 və X5 təhkim aktları ilə verilmiş həyətyanı torpaq sahələri ilə üst-üstə düşməsindən, 0,24 ha torpaq sahəsinin əvəzinə isə X3 0,4 ha torpaq sahəsinin verilməsinə dair müqavilə bağlanaraq alınmasından məlumatlı olmaqla, mülkiyyət sənədində qeyd olunan 1,994 ha torpaq sahəsini faktiki olaraq iddiaçıya 0,48 ha əksik satmışdır. İddiaçının isə torpaq sahəsini 0,48 ha az almasından xəbərdar olmaması isə inandırıcı olmamışdır. Belə ki, 0,48 ha torpaq sahəsi böyük sahə olmaqla, torpaq sahəsinin az olmasını bilməməsi ağılabatan olmamışdır. Həmçinin, iddiaçının torpaq sahəsini mülkiyyətinə keçirdikdən 10 il sonra hazırkı iddianı qaldırması da bunu təsdiq edən hal hesab olunur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən ## ###### 2000-ci il tarixli akt və X7 ilə X3 arasında torpaq sahələrinin dəyişdirilməsinə dair müqavilə nəzərə alınmadığı halda mübahisəli 0,48 ha torpaq sahəsinin 0,12 ha torpaq sahəsinə dair X2 adına hüquqmüəyyənedici sənədlərin mövcduluğu, torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsi və həmin tikilyə dair texniki pasportun X2 adına işlənməsi, həmçinin 0,4824 ha torpaq sahəsinin 0.12 ha hissəsinə dair torpaqların alqı-satqısına dair aktına əsasən X5 məxsus olması nəzərə alındıqda, iddianın iddaya cavab verilməli olmayan şəxsə qarşı qaldırılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunur. Belə ki, mübahsiəli 0,4824 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi X2 adına qeydə alınmaqla, torpaq sahəsi də həmin fərdi yaşayış evinin tərkib hissəsi kimi istifadə olunmaqdadır. Hərçənd ki, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçıya cavabdehin əsl cavabdeh X2 ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı cavabdehin əvəz edilməsini istəməmişdir.

34. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının iddia etdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçi ilə X2, X5 və X3 arasında müvafiq mübahsiələr olmuş və müvafiq dövlət və bələdiyyə orqanlarını iştirakı ilə müvafiq razılaşmalar əldə olunmuş, həmçinin torpaq sahələrinin dəyişdirilməsinə dair razılaşma imzalanmışdır. Həmin razılaşmalar mübahisələndirilmədiyi və etibarsız hesab edilmədiyi təqdirdə isə iddiaçının torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinə dair iddası əsaslı hesab olunmur.

35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar