Məhkəmə qərarları › İş №2(107)-26/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-26/2025

17.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-26/2025 17.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qızına qarşı “DƏDRX-nin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 qanuni mülkiyyəti olan Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 məcburi qaydada çıxarılması və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi”nə dair ilkin, cavabdeh1 və cavabdeh2 iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğluna qarşı “Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşası ilə bağlı çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz min səksən doqquz) manatın və dövlət büdcəsinə ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlər iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlundan müştərək qaydada alınaraq onlara verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, çəkilmiş xərcin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, cavabdeh cavabdeh1 iştirakı ilə, Iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk, cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğluna qarşı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşası ilə bağlı çəkilən xərclərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha torpaq sahəsi iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 hər birinin 1/3 hissə olmaqla paylı mülkiyyətlərindədir. Cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçılara məxsus Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRX-nin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 qanuni mülkiyyəti olan Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 məcburi qaydada çıxarılması və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını, cavabdeh1 və cavabdeh2 iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşası ilə bağlı çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz min səksən doqquz) manatın və dövlət büdcəsinə ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlər iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlundan müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

3. Iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlu iddia ərizəsində göstərmişlər ki, onlar Qax rayonu Ilisu kəndində yaşayırlar. Hacıyev Sənan 2007-ci il tarixdə Qaxingiloy Bələdiyyəsindən 0.0615 ha həyətyanı torpaq sahəsi almışdır. 2013-cü il tarixdə əri əməliyyat olunmuş və yataq xəstəsi olmuşdur. Onların həmin vaxtdan başı Sənan Hacıyevə qarışmış, həmin vaxtı Sənanın qardaşı cavabdeh cavabdeh2 onlara məxsus həyətdə ev tikmək üçün bünövrə qoymağa başlamışdır. Onların xəbəri olanda artıq cavabdeh2 orada evin bünövrəsini qoymuşdur. Sənan Hacıyev həmin vaxt xəstə olmuşdur. Sənan cavabdeh2 Hacıyevlə danışmış, onların hazırda yaşadıqları Ilisu kəndində payları olduğunu və onlar həmin paydan onların xeyrinə imtina etsələr yəni Ilisu kəndindəki evi onlara verəcəkləri təqdirdə onlar da həmin torpağı Rizvanın adına rəsmiləşdirəcəkləri barədə razılığa gəlmişlər. Bu hadisə belə davam etmişdir. Sənan Hacıyev vəfat etməmişdən qabaq o cavabdehlərə hazırda yaşadıqları Ilisu kəndindəki evi onlara verməsini, onlar da bunun müqabilində torpağı Rizvanın adına rəsmiləşdirmələrini təklif etmiş, Rizvan razılıq verməmişdir. 2018-ci il tarixdə X2 vəfat etmiş, bir müddət sonra cavabdeh2 və bacısı onlardan yaşadıqları Ilisu kəndində yerləşən evdən pay tələb etmişlər. O və uşaqları dəfələrlə etirazlarını bildirsələr də heç bir xeyri olmamışdır. Cavabdehlər onları evdən qovmaq istəmişlər. Məcbur qalıb məhkəməyə müraciət etmiş və həmin vaxt Rizvan və bacısı onlara qarşı birləşmişlər. Hazırda yaşadıqları Ilisu kəndində yerləşən evdən Qax rayon məhkəməsinin qərarı ilə cavabdehlərə pay verilmiş, həmin vaxt məhkəmə zalında cavabdehlərə Ilisuda yerləşən evi onlara verməsini bunun müqabilində torpağı cavabdehlərin adına rəsmiləşdirməsini təklif etmiş. həmin vaxt onlar evin onlara lazım olmadığını demişlər. Bu yetməzmiş kimi hazırda onların mülkiyyətində olan Qax şəhəri İ.Çavçavadze küçəsində yerləşən 0.0615 ha torpaq sahəsi ilkin sənədləri olan 2007-ci il tarixli Qax-Ingiloy Bələdiyyəsinin 0.0615 ha torpaq sahəsinin satılması haqqında qərarını ləğv olunması üçün Şəki Inzibati Məhkəməsində iddia qaldırmışlar. Həmin qərar oların xeyrinə olmadıqda Şəki Apellyasiya məhkəməsinin Inzibati Kollegiyasına Apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Onlar hazırda mülkiyyətlərində olan Qax şəhəri İ.Çavçavadze küçəsində yerləşən 0.0615 ha torpaq sahəsini təyinatı üzrə istifadə edə bilmirlər. Orada tikilmiş qanunsuz tikili onlara mane olur. Həmin həyətyanı onlara məxsus olsa da cavabdehlər cavabdeh1 və cavabdeh2 qanunsuz zəbt etmişlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən DƏDRX-nin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 qanuni mülkiyyəti olan Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 məcburi qaydada çıxarılması və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşılıqlı iddia ərizələrində göstərmişlər ki, qarşılıqlı iddiaçılardan cavabdeh2 2013-cü ildə Qax-Ingiloy bələdiyyəsinə müraciət edərək, X3ə məxsus olan 0,12 ha torpaq sahəsinin yanında yerləşən 0,0615 ha həyətyanı torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Belə ki, o, yəni cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olduğu üçün bələdiyyənin onun adına torpaq sahəsini satması mümkün olmamışdır. Bundan sonra o torpaq sahəsinin dəyərini qardaşına verməklə Sənan Hacıyev tərəfindən ödənişin icra edilməsini təmin etmişdir. Həmin vaxt sözügedən torpaq sahəsində o və arvadı cavabdeh1 fərdi yaşayış evi tikdirmiş və həmin evin dam örtüyünə qədər bütün tikinti işlərini inşa etmişlər. Qeyd edilən evin tikinti işləri 2012-ci ildən başlamışdır. X3 2018-ci ildə vəfat etmişdir. Onlar inşa etdirdikləri fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini tamamlamaq üçün Qax-Ingiloy bələdiyyəsinə müraciət etmişlər. Bundan xəbər tutan qardaşının arvadı olan iş üzrə cavabdeh iddiaçı1 2018-ci ildə Sənan Hacıyevin adına saxta sənədlər düzəldərək sözügedən torpaq sahəsinin Sənan Hacıyevin adına sənədləşdirərək Çıxarışın verilməsinə nail olmuşdur. Belə ki, Qax rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2020-ci il tarixli qərarı ilə də müəyyən olunur ki, onlar ##.##.2020-ci il tarixdə Qax rayon Qax-Ingiloy bələdiyyəsinin sabiq sədri Xalid Nəzirovun onlara məxsus olan torpaq sahəsinin Sənan Hacıyevə məxsus olmasına dair saxta sənəd verməsi barədə rayon prokurorluğuna ərizə ilə müraciət etmişlər. Toplanmış materiallarla müəyyən olunmuşdur ki, Xalid Nəzirov 2013-cü ildə edilmiş ödəniş əsasında 2007-ci ilə dair torpağın alqı-satqısına dair qərar tərtib etmiş, həmin qərar rəsmi sənəd olduğundan sənədə bilə-bilə yalan məlumatlar daxil etdiyi üçün onun əməlində Azərbaycan Respublikası CM-in 313-cü maddəsinin tərkib əlaməti yaranmışdır. Maddədə nəzərdə tutulan vəzifə saxtakarlığı cinayəti böyük ictimai təhlükə törətməyən cinayət olduğundan və Xalid Nəzirovun həmin əməli 2013cü ildə törətdiyi müəyyən edildiyindən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi Qax-Ingiloy bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı saxta yollarla verilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəki Ərazi Idarəsi tərəfindən mübahisəli, yəni Qax şəhəri, llya Çavçavadze küçəsində yerləşən 0,0615 hektar torpaq sahəsi ilə bağlı X4 adına ## ####### 2018-ci il tarixdə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X4 vəfat etdiyinə görə vərəsəlik yolu ilə qeyd edilən torpaq sahəsi X5, Aqil Sənan oğlunun və X7 adlarına rəsmiləşdirilmiş və həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəki Ərazi Idarəsi tərəfindən ## ### 2021-ci il tarixdə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göründüyü kimi əvvəlcədən saxtakar yolla başlanılmış sənədləşdirmə işləri həmin prinsiplərlə də davam etmişdir. Həmin torpaq sahəsi cavabdehlərin adlarına sənədləşdirilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəki Ərazi Idarəsi qeyd edilən torpaq sahəsi ilə bağlı çıxarışları verərkən, həmin çıxarışların verilməsi üçün əsas olan hüquqi sənədlərin qanuni mötəbərliyini araşdırmamış, ümumiyyətlə, çıxarış verilmiş torpaq sahəsinə yerində baxış keçirilməmişdir. Çünki, inşasına 2012-ci ildə başlamış fərdi yaşayış evi qeyd edilən torpaq sahəsində yerləşir və içərisində tikili olan, əsasən də fərdi yaşayış evi olan torpaq sahəsinə dair çıxarış verilərkən qeyd edilən tikililərin mövcudluğu nəzərə alınmamışdır. Həmçinin, mübahisəli torpaq sahəsinin ## ###### 2007-ci il tarixdə satıldığına dair aktda torpaq sahəsinin dəyəri olan 1107 manatın ABB-nin hesabına ödənildiyi göstərilsə də, həmin 1107 manat ödəniş 2013-cü il tarixdə həyata keçirilmişdir. Lakin, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəki Ərazi Idarəsi qeyd edilən məsələnin də zəruriliyini diqqətə almamışdır. Həqiqətən də, hazırda mübahisələndirdiyi çıxarışlar üzrə müəyyən edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi bizim şəxsi vəsaiti hesabına inşa edilmişdir. Lakin, onlar həmin faktı təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilmirlər. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi əqdlərin əsas əlamətlərindən biri də müəyyən hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsidir. Bir nəticənin əldə edilməsi üçün müəyyən bir iradənin olması yetərli olmayıb, bu iradənin ifadə edilməsi vacibdir. Qanunvericiliyə əsasən əqdin bağlanmış hesab edilə bilməsi üçün açıq və gizli, yazılı və şifahi iradə ifadələri tələb oluna bilər. Borc müqaviləsinin rəsmiləşdirilməsi üçün isə qanunvericilik yazılı müqavilənin bağlanmasını şərtləndirməklə bu cür müqavilələrin bağlana bilməsi üçün müqavilə tərəflərinin açıq və yazılı şəkildə öz iradələrini ifadə etməsini məcburi etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax şəhəri, ilya Çavçavadze küçəsində yerləşən 0,0615 hektar torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evinin inşası ilə bağlı çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz səksən doqquz) manatın və dövlət büdcəsinə ödədiyi 210 manat dövlət rüsumunun cavabdehlər iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlundan müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçılar iddiaçı3 və Aqil Sənan oğlu və cavabdeh cavabdeh2 əvvəlki məhkəmə iclasına gəlsələr də, sonuncu məhkəmə iclasına gəlməmiş, iddiaçıların etibarnamə üzrə nümayəndəsi digər iddiaçı iddiaçı1 gəlmiş, cavabdeh cavabdeh2 isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçıların etibarnamə üzrə nümayəndəsi iddiaçı iddiaçı1 iştirakı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq cavabdeh cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçılar iddiaçı3 və Aqil Sənan oğlunun etibarnamə üzrə nümayəndəsi iddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçılar iddiaçı3 və Aqil Sənan oğlu iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh cavabdeh1 məhkəmə iclasında izahatında göstərdi ki, o ilkin iddia tələbini qəbul etmir. Həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi onlara məxsusdur. Ona görə də, inşa etdirdikləri fərdi yaşayış evinin sökülməsinə imkan verməyəcəkdir. Məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cavabdeh2 əvvəlki məhkəmə iclasında izahatında göstərmişdir ki, o da ilkin iddia tələbini qəbul etmir. Belə ki, mübahisəli torpaq sahəsinin bələdiyyədən alınması üçün pulu qardaşı mərhum Sənan Hacıyevə o vermişdir. Həmin torpaq sahəsi üzərində tikdiyi fərdi yaşayış evinin sökülməsinə imkan verməyəcəkdir. Məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X4 Qax-Ingiloy Bələdiyyəsinə torpaq sahəsinin alınması barədə müraciətinə Bələdiyyənin ## ###### 2007-ci il tarixli iclasında baxılaraq bu barədə 2007ci ilin ## ###### tarixli ** nömrəli qərar qəbul edilmiş, Bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatına az yararlı torpaqlarından həyətyanıya bitişik alqı-satqı qaydalarına müfaviq olaraq mülkiyyətinə torpaq sahəsi almaq barədə X8 layihə sənədlərinə və digər normativ aktlara uyğun olaraq 0.0615 ha torpaq sahəsinin satılması və Sənan Hacıyevin aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanıb verilməsinin dövlət torpaq və xəritəçəkmə komitəsindən xahiş edilməsi və bu qərarın icrasına nəzarətin bələdiyyə şurasına həvalə edilməsi qərara alınmışdır. Bundan sonra Qax rayonu Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsinin X4 mülkiyyətinə verilməsinə dair reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 30180111087, qeydiyyat tarixi ##.##.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Sənan Hacıyev ##.##.2018-ci ildə ölmüş, bundan sonra onun vərəsələri iddiaçı1, Aqil Sənan oğlu və iddiaçı3 oğlunun hər birinə miras qalmış əmlak ************, qeydiyyat nömrəsi 30180111087, qeydiyyat tarixi ##.##.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət olması haqqında Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək həmin şəhadətnamə əsasında da Sənan Hacıyevin mülkiyyətində olmuş və ondan miras qalmış Qax rayonu Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsi iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 hər birinin 1/3 hissə olmaqla paylı mülkiyyətlərin verilmiş və bu barədə onlara reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Iddiaçılar cavabdeh1 və Rizvan Israfilov iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun “DƏDRX-nin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 qanuni mülkiyyəti olan Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 məcburi qaydada çıxarılması və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini, cavabdeh1 və cavabdeh2 isə Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşası ilə bağlı çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz min səksən doqquz) manatın və dövlət büdcəsinə ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlər iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlundan müştərək qaydada alınaraq onlara verilməsini xahiş etmişlər.

7. Məhkəmə hər iki tələblə bağlı qeyd etmişdir ki, ## ######## 2020-ci ildə cavabdeh2 və cavabdeh1 Qax rayon Qax ingiloy Bələdiyyəsinin sabiq sədri Xalid Nəzirovun onlara məxsus olan və fərdi yaşayış evi tikdirdikləri torpaq sahəsinin Sənan Hacıyevə məxsus olmasına dair saxta sənəd verilməsi ilə bağlı Qax rayon Prokurorluğuna müraciətinə baxılmış, araşdırılma aparılmış, müəyyən edilmişdir ki, cavabdeh2 və cavabdeh1 Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən torpaq sahəsinin onlara satılması üçün Qax rayon Bələdiyyəsinə müraciət etməmiş, 2013-cü ildə həmin torpaq sahəsində evin tikintisinə başlanılmasına baxmayaraq həmin tikintiyə razılıq üçün rayon icra hakimiyyətinə müraciət etməmiş, həmçinin evin tikintisini aparmaq üçün tikinti-layihəsini memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri hazırlanmamışdır. Araşdırma zamanı sabiq Qax-Ingiloy Bələdiyyəsinin sədri olmuş Xalid Nəzirovun əməllərində Cinayət məcəlləsinin 313-cü maddəsinin tərkib əlamətləri olduğu aşkarlansa da, CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və Rizvan Israfilov və cavabdeh1 torpaq üzərində mülkiyyət hüququna dair mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda 2013-cü ildə mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 1107 manatın Sənan Hacıyev tərəfindən ödənilməməsi və ödənişin 2013-cü ildə edilməsinə baxmayaraq həmin torpaq sahəsinin alqı-satqı qərarı və bu barədə akt 2007-ci ildə rəsmiləşdirilməsi qeyd olunsa da, məhkəmə qeyd etmişdir ki, cavabdeh2 və Tünzalə Hacıyeva tərəfindən Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən torpaq sahəsinin onlara satılması üçün Qax rayon Bələdiyyəsinə müraciət edilməmiş, qeyd olunan torpaq sahəsinin X4 və iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 qanuni mülkiyyətinə verilməsinə əsas olmuş ilkin və digər hüquqmüəyyənedici sənədlər ləğv edilməmiş, həmin sənədlər hazırda qüvvədədir. Belə ki, cavabdeh2 və cavabdeh1 cavabdeh Qax Bələdiyyəsinə qarşı “Qax-Ingiloy Bələdiyyəsinin ##.##.2007-ci il tarixli 0.6515 ha torpaq sahəsinin X9 haqqında olan ** nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iddiasına Şəki Inzibati Məhkəməsinə baxılaraq məhkəmənin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qanuni qüvvəyə minmiş Qərardadına əsasən iddiaları mümkün sayılmamış və Şəki Apellyasiya Məhkəməsininn Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı Qərardadı ilə iddiaçılar cavabdeh2 və cavabdeh1 və onların nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı qüvvədə saxlaınılmışdır. Məhkəmə iş üzrə sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, cavabdeh1 və Rizvan Israfilov tərəfindən inşa edilmiş tikilinin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilməsi iş üzrə öz təsdiqini tapmışdır. Sadalanan əsaslarla iddiaçılar iddiaçı1, Aqil Sənan oğlu və iddiaçı3 mübahisəli torpaq sahəsi üzərindəki hüquqlarından istifadə edərək orada tikilmiş özbaşına tikilinin sökülməsini tələb etməkdə də haqlıdır. Məhkəmə qeyd edilən sübutlar üzrə dəyərləndirmə apararaq müəyyən edir ki, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 hər birinin 1/3 hissə olmaqla paylı mülkiyyətlərində olan Qax rayonu Qax- Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsinin tikintialtı hissəsi cavabdehlər Rizvan Israfilov və cavabdeh1 tərəfindən qanunsuz olaraq tutulmuş və sonuncular tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Bu da iddiaçılar iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 mülkiyyət hüququnu pozur. Rizvan Israfilovun və cavabdeh1 qeyd olunan torpaq sahəsi üzərində inşa etdirdikləri fərdi yaşayış evi isə qanunsuz olaraq və iddiaçılarn mülkiyyət hüquqları pozulmaqla inşa edildiyindən onların fərdi yaşayış evinin inşası ilə bağlı çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz min səksən doqquz) manatın və dövlət büdcəsinə ödənilmiş 210 manat dövlət rüsumu tələb etmələrinin heç bir əsası yoxdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi isə əsassızdır.

8. Qax Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) ilkin iddia təmin edilmiş, DƏDRX-nin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 qanuni mülkiyyəti olan Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 məcburi qaydada çıxarılması və cavabdehlərin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi, qarşılıqlı iddianın təmin edilməməsi, cavabdeh1 və cavabdeh2 iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğluna qarşı “Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşası ilə bağlı çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz min səksən doqquz) manat və dövlət büdcəsinə ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlər iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlundan müştərək qaydada alınaraq onlara verilməsi tələbi”nə dair qarşılıqlı iddiasının rədd edilməsi, cavabdeh1 və cavabdeh2 ödədikləri 210 manat dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.2, 157.4, 164.1, 165.1 və 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 84.1 və 111.1-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Qax rayon Qax-Ingiloy Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** nömrəli protokolundan Çıxarış; Torpaqların Alğı-satqısına dair Akt; Reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 30180111087, qeydiyyat tarixi ##.##.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış; AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamə; Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış; Qax rayon prokurorluğu müstəntiqinin ## ####### 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar; Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2- *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş Qərardadı; Şəki Apellyasiya Məhkəməsininn Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)- ***/**** saylı qanuni qüvvəyə minmiş Qərardadı; Qiymətləndirmə rəyi; Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsi; Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsi; Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsi; ##.##.2023-cü il tarixli qəbz; ## ### 2023-cü il tarixli qəbz.

11. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Qax rayon prokurorluğu müstəntiqinin ## ####### 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın təsdiq edilmiş surətindən görünür ki, ## ######## 2020-ci ildə cavabdeh2 və cavabdeh1 Qax rayon Qax ingiloy Bələdiyyəsinin sabiq sədri Xalid Nəzirovun onlara məxsus olan və fərdi yaşayış evi tikdirdikləri torpaq sahəsinin Sənan Hacıyevə məxsus olmasına dair saxta sənəd verilməsi ilə bağlı prokurorluğa məlumat verilmiş, Qax rayon Porkurorluğuna müraciəti əsasında araşdırılma aparılmış, müəyyən edilmişdir ki, cavabdeh2 və cavabdeh1 Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən torpaq sahəsinin onlara satılması üçün Qax rayon Bələdiyyəsinə müraciət etməmiş, 2013-cü ildə həmin torpaq sahəsində evin tikintisinə başlanılmasına baxmayaraq həmin tikintiyə razılıq üçün rayon icra hakimiyyətinə müraciət etməmiş, həmçinin evin tikintisini aparmaq üçün tikinti layihəsini memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri hazırlanmamışdır. Bundan başqa 2013-cü ildə həmin torpaq sahəsinin alğı-satqısı üçün ödənilmiş 1107 manat Sənan Hacıyev tərəfindən ödənilməmişdir. Lakin ödənişin 2013-cü ildə edilməsinə baxmayaraq həmin torpaq sahəsinin alğı-satqı qərarı və bu barədə akt 2007-ci ildə rəsmiləşdirilmişdir. Araşdırma zamanı sabiq Qax-Ingiloy Bələdiyyəsinin sədri olmuş Xalid Nəzirovun əməllərində Cinayət məcəlləsinin 313cü maddəsinin tərkib əlamətləri olduğu aşkarlansa da, CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və Rizvan Israfilov və cavabdeh1 torpaq üzərində mülkiyyət hüququna dair mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Yəni Qax rayonu Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsi X4 mülkiyyətində olmuş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 30180111087, qeydiyyat tarixi ##.##.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış saxta sənədlər əsasında verilmiş və iddiaçılar vərəsəlik yolu ilə mübahisəli əmlaka mülkiyyət hüququ əldə etmişlər. Təəssüflər olsun ki, qeyd edilən halı məhkəmə nəzərə almamışdır. Bundan əlavə işin digər mübahisəsiz halı odur ki, mübahisəli torpaq sahəsində tikilmiş ev hələ iddiaçılar həmin torpağa mülkiyyət hüququ əldə etməmişdən əvvəl yəni 2012-2013-cü illərdə tikintinin aparılmış olmasıdır və həmin tikinti mərhum Sənan Hacıyevin razılığı ilə həyata keçirilmiş və bütün ailə üzvləri tikintidən məlumatlı olmuşlar. Iddiaçılar özləri iddia ərizəsində bu faktı təsdiq edirlər və bildirirlər ki, həmin dövrdə tikilinin bünövrəsi qoyulmuş, qardaşlar arasında olan razılığa əsasən yaşayış evinin tikintisi davam etdirilmişdir. Iddianın verilməsinin əsas məqsədi isə Ilisu kəndində yerləşən evdən iddiaçı cavabdeh2 və bacısının pay tələb etməsi olmuşdur. Bu hal bir daha onu sübut edir ki, faktiki olaraq mübahisəli torpaq sahəsində tikintinin aparılması tərəflərin razılığı ilə həyata keçirilmiş və cavabdehlər həmin torpaq sahəsində yaxşılaşdırma işləri aparmaqla ev tikmişlər. Həmçinin həmin halı müəyyən etmək üçün şahid qismində cavabdeh2 və mərhum X4 bacısı ünvan 1 ünvanında yaşayan X10 şahid qismində dindirilməsi məqsədəmüvafiq olardı. Qax rayonu Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsində iddiaçılar tərəfindən tikinti aparılarkən iddiaçıların tikintinin aparılmasından məlumatı olmuş və bu halı özləri iddia ərizəsində etiraf etmişlər. Hazırda isə bu formada məhkəmədə iddianın qaldırılması yalnız cavabdehlərə zərər vurmaq və əsassız varlanmaq mahiyyəti daşıyır. Lakin məhkəmə işə ədalətli yanaşmamış, qeyd olunan məsələləri araşdırmamış, qarşılıqlı iddianı əsassız olaraq təmin etməmişdir. Qax rayon prokurorluğunu müstəntiqinin ## ####### 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı birbaşa onu sübut edir ki, Qax rayonu Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsinə dair Qax-Ingiloy Bələdiyyəsində sənədlər saxta yollarla hazırlanmış, iddiaçılar həmin saxtakarlıqla hazırlanmış sənədlər nəticəsində mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququ əldə edərək məhkəmədə iddia qaldırmışlar. Həmçinin məhkəmə, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 hər birinin 1/3 hissə olmaqla paylı mülkiyyətlərində olan Qax rayonu Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsinin tikintialtı hissəsi cavabdehlər Rizvan Israfilov və cavabdeh1 tərəfindən qanunsuz olaraq tutulmasını və sonuncular tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməsini qeyd etsə də, həmin torpaq sahəsində tikintinin hələ iddiaçılar torpaq sahəsinə mülkiyyət hüququ əldə etmədikləri dövrdə inşa etdiyini nəzərə almamış, həmin dövrdə torpaq sahəsinin razılaşmaya əsasən iddiaçıya verildiyinə hüquqi qiymət verməmişdir. Hesab etmişlər ki, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən ədalətli tarazlıq təmin olunmamış, cavabdehlərin mənafelərinə toxunan əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutları tam olaraq araşdırmamış və mübahisəli torpaq sahəsində inşa edilmiş evə çəkilmiş xərcin hansı səbəbdən ilkin iddia üzrə iddiaçılardan tutulması əsaslarının olmamasını əsaslandırmamışdır. Halbuki evin tikintisindən hər iki tərəfin məlumatı olmuş, iddiaçılar isə tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi ilə cavabdehlərin həmin evə sərmayə qoyaraq ev inşa etmələrinə şərait yaratmış, məhkəmə isə bu halları görməzlikdən gəlmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş mülki iş üzrə mübahisəli torpaq sahəsində inşa edilmiş yaşayış evinə çəkilmiş xərclərin müəyyən edilməsi barədə müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatətə münasibət bildirməmiş, bununla bağlı qərardad qəbul etməmiş, eyni zamanda ##.##.2023-cü il tarixli iclas protokolunda öz mövqeyini bildirməmişdir. Bununla da məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

13. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Iddiaçılar iddiaçı1, iddiaçı3, Aqil Sənan oğlu və cavabdeh cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh cavabdeh1 Qax Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həmcdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən gəldiyi nəticə ilə qismən razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk iddiasının təmin edilmiş cavabdehlərin Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə aid hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 12-ci bəndində sadalanmış hallardan ibarət olmuşdur.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

26. Işin müəyyən edilmiş hallarından görünür ki, X4 tərəfindən Qax-Ingiloy Bələdiyyəsinə ## ###### 2007-ci il tarixdə torpaq sahəsinin alınması barədə müraciət edilmiş, Bələdiyyə ərazisində olan 0.0615 ha torpaq sahəsinin satılması barədə 2007-ci ilin ## ###### tarixli ** nömrəli qərar qəbul edilmiş, Sənan Hacıyev tərəfindən müvafiq hesaba 1107.00 manat rüsum ödənilmişdir. Iş materiallarında olan reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 30180111087, qeydiyyat tarixi ##.##.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qax- Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsi X4 mülkiyyətində olmuşdur. Işə əlavə edilmiş AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X4 ##.##.2018-ci ildə ölmüşdür. Işə əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ##.##.2018-ci ildə vəfat etmiş X4 vərəsələri iddiaçı1, Aqil Sənan oğlu və iddiaçı3 oğlunun hər birinə miras qalmış əmlak ************, qeydiyyat nömrəsi 30180111087, qeydiyyat tarixi ##.##.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarətdir. Iş materiallarında olan reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qax- Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsi iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 hər birinin 1/3 hissə olmaqla paylı mülkiyyətlərindədir.

27. Iş materillarında olan sənədlərdən görünür ki, iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin ** saylı Şəki Ərazi Idarəsinə qarşı “cavabdeh tərəfindən X4 adına aparılmış ##.##.2018-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı Şəki Inzibati Məhkəməsinə müraciət etmişlər. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə Qax Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə icraat Şəki Inzibati Məhkəməsinin icraatında olan iddiaçılar cavabdeh1 və cavabdeh2 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi Şəxsinin ** saylı Şəki Ərazi idarəsinə qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən X6 adına verilmiş ##.##.2018-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın və iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 adına verilmiş ##.##.2021-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın, eləcə də qeydiyyat nömrələrinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı *-*(***)-****/**** nömrəli inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli 2- *(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin üzərinə X4 adına aparılmış ##.##.2018-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxsin nümayəndəsi iddiaçı1 və onun Nümayəndə həmin qərardan apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *- *(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxsin nümayəndəsi iddiaçı1 və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxslər iddiaçı3 və iddiaçı1 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə üçüncü şəxslər iddiaçı3 və iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

28. Işin hallarından görünür ki, cavabdeh2 və Tünzalə Hacıyeva tərəfindən Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən torpaq sahəsinin onlara satılması üçün Qax rayon Bələdiyyəsinə müraciət edilməmiş, qeyd olunan torpaq sahəsinin X4 və iddiaçı1, Aqil Sənan oğlunun və iddiaçı3 qanuni mülkiyyətinə verilməsinə əsas olmuş ilkin və digər hüquqmüəyyənedici sənədlər ləğv edilməmiş, həmin sənədlər hazırda qüvvədədir. cavabdeh1 və Rizvan Israfilov tərəfindən inşa edilmiş tikilinin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilməsi iş üzrə öz təsdiqini tapmışdır.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən iddiaçıların razılığı ilə inşa edilməsi məhkəmə kollegiyasının müəyyən etdiyi işin faktiki halıdır. Iddiaçıların iddia ərizəsi, cavabdehin apellyasiya şikayətinin dəlilləri və işin hallarından görünür ki, iddiaçıların mülkiyyətində olan Qax-Ingiloy kəndində yerləşən 0.0615 ha torpaq sahəsi üzərində cavabdehlər tərəfindən fərdi yaşayış evinin tikilməsindən iddiaçıların məlumatlı olması iş üzrə öz təsdiqini tapmışdır. Əvvəla iddia ərizəsində qeyd edilmişdir ki, 2013-cü il tarixdə Sənan Hacıyev əməliyyat olunmuş və yataq xəstəsi olmuşdur. Onların həmin vaxtdan başı Sənan Hacıyevə qarışmış, həmin vaxtı Sənanın qardaşı cavabdeh cavabdeh2 onlara məxsus həyətdə ev tikmək üçün bünövrə qoymağa başlamışdır. Onların xəbəri olanda artıq cavabdeh2 orada evin bünövrəsini qoymuşdur. Sənan cavabdeh2 Hacıyevlə danışmış, onların hazırda yaşadıqları Ilisu kəndində payları olduğunu və onlar həmin paydan onların xeyrinə imtina etsələr, yəni Ilisu kəndindəki evi onlara verəcəkləri təqdirdə onlar da həmin torpağı Rizvanın adına rəsmiləşdirəcəkləri barədə razılığa gəlmişlər.

30. Belə olan təqdirdə, apellyasiya məhkəməsi hesab edir ki, həmin tikilinin sökülməsi və tikilinin üzərində yerləşdiyi torpaq sahəsindən cavabdehlərin çıxarılmasından ibarət iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Ona görə ki, tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətində olsa da, üzərində tikilinin inşasından məlumatlı olmuş və uzun illər buna etiraz etməmişlər. Hazırki vəziyyətdə isə tikilinin sökülməsi cavabdehə mühüm zərər yetirilməsi ilə nəticələnə bilər ki, Mülki Məcəllənin 560.1 və 560.3.4-cü maddələrinə əsasən bu iddiaçılar tərəfindən hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin cavabdehlərin istifadəsində olduğundan mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyi halda, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi qanunvericiliyin hüquqdan sui-istifadə ilə bağlı normalarına istinad etməməklə hazırki iddianı təmin etməkdə yanlış nəticəyə gəlmişdir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

31. Iddiaçıların mülkiyyətlərində olan Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna edilməklə qalan torpaq sahəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iddiaçıların tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsaslanaraq iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi əşyalara mülkiyyət hüququnun olması; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olması. Qeyd olunan şərtlərin birincisinin hazırki işdə mövcud olması mübahisə olunmur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə Mülki Məcəllənin 157.8, 241.3 və 243.1-ci maddələrini bu mübahisəyə əlaqəli şəkildə tətbiq etməklə, cavabdehin iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yalnız istifadəsində olan evin yerləşdiyi, habelə həmin evin normal istifadəsi üçün zəruri olan hissəsi üzrə sahibliyi qanuni hesab oluna bilər.

32. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehlərin inşa etdiyi fərdi yaşayış evi iddiaçıların mülkiyyətində olan Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşsə də, qeyd edilən hal həmin evin ətrafında yerləşən torpaq sahəsinə cavabdehlərə hər hansı hüquq vermir. Həmçinin, cavabdehlər əvvəllər həmin torpaq sahəsindən iddiaçıların icazəsi (və ya susması) ilə istifadə etsə də, hazırda iddiaçıların torpaq sahəsini geri tələb etmək hüquqları vardır.

33. Məhkəmə kollegiyasının iclasında cavabdeh X14 verdiyi izahatla, həmçinin fotoşəkillər və video-görüntü ilə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən keçmədən yoldan birbaşa inşa etdikləri fərdi yaşayış evinə qapı açılır. Belə olduğu halda məhkəmə kollegiyası qeyd edir ki, zəruri keçidin verilməsi ilə bağlı servitut hüququ aradan qalxmış olur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki vəziyyətdə mübahisə predmeti olan cavabdehlərin vəsaiti hesabına inşa edilmiş tikili üzərində iddiaçıların mülkiyyət hüquqları mövcud olmadığından onların cavabdehlərin həmin tikilidən əvəzsiz olaraq çıxarılması barədə iddiası təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi iddiaçılar olsa da, cavabdehlərin Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçılar mübahisəli torpaq sahəsi üzərində qanunsuz olsa belə evin inşa edildiyindən xəbərdar olmuş və bunu qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar cavabdehlərə kompensasiya ödəməklə mülkiyyətlərində olan Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılması barədə iddia qaldıra bilərlər.

35. Apellyasiya şikayətinin dəlillərindən biri də Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin inşası ilə bağlı cavabdehlərin çəkdikləri xərclərin əvəzi olaraq 39089 (otuz doqquz min səksən doqquz) manatın iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlundan müştərək qaydada alınaraq cavabdehlərə verilməsi ilə bağlı qarşılıqlı iddia tələbinin təmin edilməsi olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki vəziyyətdə Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa edilən fərdi yaşayış evi iddiaçıların mülkiyyətinə keçmədiyindən cavabdehlər belə iddia qaldırmaqda haqlı olmamışlar. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk iddiasının təmin edilmiş cavabdehlərin Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qismən- iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk iddiasının təmin edilmiş cavabdehlərin Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk iddiası torpaq sahəsində inşa edilən qanunsuz tikilinin sökülməsi və həmin tikilinin altında yerləşən torpaq sahəsindən çıxarılmaya aid hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qismən- iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk iddiasının təmin edilmiş cavabdehlərin Qax şəhəri, Ilya Çavçavadze küçəsində yerləşən 0.0615 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddiaçılar iddiaçı1, iddiaçı3 və Aqil Sənan oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk iddiası torpaq sahəsində inşa edilən qanunsuz tikilinin sökülməsi və həmin tikilinin altında yerləşən torpaq sahəsindən çıxarılmaya aid hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar