Məhkəmə qərarları › İş №2(3-7)-366/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-366/2026

26.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-366/2026 26.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İlyasov Sərxan Məzahir oğlunun və cavabdehin nümayəndəsi İsmayılov Elçin Babək oğlunun iştirakı ilə, İddiaçı İlyasov Sərxan Məzahir oğlunun cavabdeh Cavabdeh MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsi və Şəmkir rayon İcra hakimiyyəti) qarşı “xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad olaraq qanunsuz tikintinin cavabdeh vəsaiti sökülməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışın surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.005 ha yaşayış məntəqələrinin torpaq sahəsi İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətindədir.

2. ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı DƏDKR-nin ** saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən və onun əsasında ##.##.2025-ci il tarixli **/**** nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21- *-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şəmkir şəhərində yerləşən və seriya MA ******* nömrəli xxxxndən Çıxarış əsasında iddiaçı İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan 0.005 ha torpaq sahəsinin 13.63 kv.mdək hissəsi cavabdeh Cavabdeh MMC tərəfindən istifadə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin 12.05 kv.m-dək hissəsi mübahisəli torpaq sahəsində yerləşir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İlyasov Sərxan Məzahir oğlu cavabdeh Cavabdeh MMC-yə qarşı “xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad olaraq qanunsuz tikintinin cavabdeh vəsaiti sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Şəmkir Filialının ona məxsus Şəmkir şəhəri, H.B.Zərdabi küçəsində yerləşən, sahibkarlıq məqsədilə verilən 50 kvadrat metr torpaq sahəsinin 12 kvadrat metr sahəsi zəbtdən azad olunaraq, həmin torpaq sahəsində qanunsuz tikdiyi bir otağın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında xxxx Xidmətinin ** saylı Şəmkir Ərazi idarəsinin ##.##.2011-ci il tarixli Çıxarışına əsasən, Şəmkir şəhəri, H.B.Zərdabi küçəsində sahibkarlıq məqsədilə verilən 50 kvadrat metr torpaq sahəsi, ************ saylı Reyestr nömrəsi ilə onun xüsusi mülkiyyətindədir. Cavabdeh, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir Filialı ona məxsus həmin torpaq sahəsinin 12 kvadrat metr sahəsini zəbt edərək, icazəsiz, qanunsuz olaraq, bir otaqdan ibarət tikinti quraşdırmışdır. Bu səbəbdən də o xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam istifadə edə bilmir. Dəfələrlə Cavabdeh Şəmkir Filialının rəhbərliyinə xəbərdarlıq etməsinə baxmayaraq, zəbt etdiyi, ona məxsus torpaq sahəsində quraşdırdığı daşdan tikdiyi bir otaqdan ibarət tikintini sökməyə söz versə də sökmür, 12 kvadrat metr torpağını zəbtdən azad etməkdən imtina edir. Qeyd edilənlərə əsasən cavabdeh Cavabdeh Şəmkir Filialının ona məxsus Şəmkir şəhəri, H.B.Zərdabi küçəsində yerləşən, sahibkarlıq məqsədilə verilən 50 kvadrat metr torpaq sahəsinin 12 kvadrat metr sahəsi zəbtdən azad olunaraq, həmin torpaq sahəsində qanunsuz tikdiyi bir otağın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı İlyasov Sərxan Məzahir oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış əsasında iddiaçı İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan, Şəmkir şəhərində yerləşən 0.005 ha torpaq sahəsinin 13,63 kv.m hissəsindən cavabdeh Cavabdeh MMC çıxarılmasını, torpaq sahəsində tikilinin İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan Şəmkir şəhərdə yerləşən 0.005 ha torpaq sahəsinə düşən 12.05 kv.m hissəsinin Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməsini xahiş etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın təmin edilməsi, ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış əsasında iddiaçı İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan, Şəmkir şəhərində yerləşən 0.005 ha torpaq sahəsinin 13,63 kv.m hissəsindən cavabdeh Cavabdeh MMC çıxarılması, torpaq sahəsində yerləşən tikilinin ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış əsasında iddiaçı İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan, Şəmkir şəhərində yerləşən 0.005 ha torpaq sahəsinə düşən 12.05 kv.m hissəsi Cavabdeh MMc-nin vəsaiti hesabına sökülməsi, cavabdeh Cavabdeh MMC-dən ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BİK CTREAZ 22) köçürülməsi, cavabdeh Cavabdeh MMC-dən dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat tutularaq iddiaçı İlyasov Sərxan Məzahir oğluna ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İlyasov Sərxan Məzahir oğlunun Şəmkir şəhərində 0.005 ha yaşayış məntəqələrinin torpaq sahəsinə üzərində mülkiyyət hüququ xxxxndə qeydə alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən çıxarış verilmişdir və o həmin torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair, eyni zamanda tikiliyə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Şəmkir şəhərdə yerləşən 0.005 ha torpaq sahəsinin ##.##.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli Çıxarışla İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olmasını, Şəmkir şəhərində yerləşən ##.##.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli Çıxarışda göstərilən 0.005 ha torpaq sahəsinin 13,63 kv.m hissəsinin cavabdeh Cavabdeh MMC-nin qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış əsasında iddiaçı İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan, Şəmkir şəhərində yerləşən 0.005 ha torpaq sahəsinin 13,63 kv.m hissəsindən cavabdeh Cavabdeh MMC çıxarılmalı, torpaq sahəsində yerləşən tikilinin İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan Şəmkir şəhərdə yerləşən 0.005 ha torpaq sahəsinə düşən 12.05 kv.m hissəsi Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməlidir.

8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 146.3, 148.2, 157.2, 157.5, 157.8, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111, 111.2, 111.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməsi və iş üzrə Cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsi, bununla yanaşı əvvəlcədən ödənilmiş 50 AZN (əlli manat) məbləğində dövlət rüsumunun geri qaytarılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir .

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli tikilinin yaranma tarixçəsini və hüquqi statusunu düzgün qiymətləndirməmişdir. Belə ki, sözügedən bina Cavabdeh MMC-nin özbaşına və ya qanunsuz təşəbbüsü ilə deyil, hələ 2012-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin birbaşa göstərişi əsasında, rayonun abadlaşdırılması və struktur işləri çərçivəsində inşa edilmişdir. Bu tikili, əvvəlki “İpək Yolu” poçt şöbəsinin binasının sökülməsindən sonra rayon rəhbərliyi tərəfindən alternativ yer olaraq ayrılmış ərazidə və tamamilə dövlət vəsaiti hesabına, ümumi ictimai maraqlar, yəni poçt xidmətlərinin fasiləsiz təminatı naminə ərsəyə gəlmişdir. Cavabdeh MMC həmin binaya münasibətdə vicdanlı sahiblik etmişdir və tikilinin yerinin seçilməsi və ya inşası prosesi Cəmiyyətin iradəsindən kənar, dövlət orqanlarının qərarı ilə həyata keçirilmişdir. Məhkəmənin diqqətindən yayınan ən vacib məqam ondan ibarətdir ki, Cavabdeh MMC dövlətə məxsus strateji qurumdur və sözügedən bina dövlət vəsaiti hesabına tikildiyi üçün dövlət mülkiyyəti statusundadır. Cəmiyyət bu əmlakın mülkiyyətçisi deyil, yalnız balans saxlayıcısıdır. Mövcud qanunvericiliyə əsasən dövlət əmlakı icarəyə verilərkən əldə olunan gəlir Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh MMC arasında bölündüyü halda, əmlakın taleyi ilə bağlı məsuliyyətin yalnız Cəmiyyətin üzərinə qoyulması ədalətlilik prinsipinə ziddir. Birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin üzərinə tikilinin sökülməsi vəzifəsini qoymaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını cəmləşdirir. İş materiallarından və tərəflərindən təqdim edilən etirazdan aydın göründüyü kimi, mübahisəli bina dövlət mülkiyyətidir və Cavabdeh MMC yalnız həmin əmlakın balans saxlayıcısı qismində çıxış etmişdir. Balans saxlayıcı təşkilatın əmlak üzərində sərəncam vermək, o cümlədən onu sökmək və ya ləğv etmək hüququ yoxdur. Məhkəmə söküntü qərarı verməklə faktiki olaraq dövlət əmlakının ləğv edilməsinə sərəncam vermişdir ki, bu qərarın icrası Cavabdeh MMC-nin səlahiyyətləri xaricindədir. Balans saxlayıcı təşkilat dövlət əmlakını sökmək səlahiyyətinə malik olmadığından, məhkəmə səhv olaraq cavabdeh qismində Cavabdeh MMC-ni müəyyən etmiş və onun üzərinə icrası qeyri-mümkün olan öhdəlik qoymuşdur. Bundan əlavə, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə istinad edərək tikilinin sökülməsinin torpağı zəbt etmiş şəxsin hesabına həyata keçirilməli olduğunu göstərmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh MMC torpağı zəbt edən və tikilini inşa edən subyekt deyildir. İş materiallarında tikilinin məhz Cavabdeh MMC tərəfindən inşa edildiyini təsdiq edən heç bir mötəbər sübut, podrat müqaviləsi və ya maliyyə sənədi mövcud deyildir. Əksinə, tikinti Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dövlət vəsaiti hesabına, ictimai maraqlar naminə həyata keçirilmişdir. Qanunvericiliyin tələbinə görə, söküntü xərcləri qanunsuz tikintini aparan şəxsin üzərinə qoyulmalıdır. Cavabdeh MMC tikintini aparan tərəf olmadığından və sadəcə dövlət tərəfindən ona təhkim edilmiş binadan istifadə etdiyindən, bu maddənin Cəmiyyətə münasibətdə tətbiqi yolverilməzdir. Məhkəmə prosesində prosessual hüquq normaları da ciddi şəkildə pozulmuşdur Tərəflərindən verilmiş etirazda və vəsatətdə açıq şəkildə bildirilmişdir ki, bu iddia üzrə lazımi cavabdeh Cavabdeh MMC yox, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və ya tikintini təşkil etmiş yerli icra hakimiyyəti orqanı olmalıdır. Çünki iddia tələbi mülkiyyət hüququna və söküntüyə, yəni əmlak üzərində sərəncam verilməsinə aiddir. Məhkəmə bu faktı nəzərə almayaraq və lazımi cavabdehi cəlb etməyərək, işin nəticəsində maraqlı olan əsl subyektlərin hüquqlarını pozmuş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə onların vəsatətləri əsasında Əmlak Məsələləri Dövlət Xidməti və Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsini iş üzrə icraata cəlb etsə də, mübahisəli tikilinin hüquqi statusunu, xüsusilə dövlət reyestrindəki qeydiyyat statusu və onun dövlət əmlakı kimi uçotda olub-olmaması məsələsini tam aydınlaşdırmamışdır. Əgər tikili dövlət mülkiyyətidirsə, onun sökülməsi barədə qərar yalnız dövlətin əmlakını idarə edən mərkəzi icra hakimiyyəti orqanının iştirakı ilə verilə bilərdi. Bildirmişdir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki halları və ədalət mühakiməsinin mahiyyəti ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə bir tərəfdən tikilinin poçt xidmətlərinin göstərilməsi üçün istifadə edildiyini və ictimai əhəmiyyətini qəbul edir, digər tərəfdən isə bu xidməti göstərən, lakin binanın sahibi olmayan qurumu binanı sökməyə məcbur edir. Cavabdeh MMC dövlət adından poçt rabitəsi xidmətlərini göstərən strateji qurumdur. Dövlət tərəfindən ona təhkim edilmiş binanın sökülməsi barədə qərarın icrası Cavabdeh MMC-dən tələb edilə bilməz, çünki bu, qurumun nizamnamə səlahiyyətlərini və maliyyə imkanlarını aşan bir məsələdir. Məhkəmə cavabdeh olmayan şəxsi cəzalandırmaqla işin hallarına uyğun olmayan qərar qəbul etmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İsmayılov Elçin Babək oğlu apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İlyasov Sərxan Məzahir oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq isə tikilinin sökülməsi ilə bağlı dəfələrlə müraciət etdiyini bildirmişdir. Rikilinin cavabdehin hesabına sökülməsini xahiş edir. Tikilinin özü tərəfindən sökülməsinə maddi imkanı yoxdur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

15. Maddə 29. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 139. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan xxxxndə həyata keçirilir (MM 139.3-cü maddə).

17. Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

18. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın xxxxndə ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

19. Maddə 148.2. xxxxndəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

20. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

22. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

23. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

24. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:

25. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

37. İşin faktiki halları kimi müəyyən olunmuşdur ki, ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışa əsasən Şəmkir şəhərində yerləşən 0.005 ha yaşayış məntəqələrinin torpaq sahəsi İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətindədir. İddiaçı isə dəfələrlə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir Filialının rəhbərliyinə xəbərdarlıq etməsinə baxmayaraq, cvabdeh bundan imtina etmiş və iddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı DƏDKR-nin ** saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən və onun əsasında ##.##.2025-ci il tarixli **/**** nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21- *-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şəmkir şəhərində yerləşən və seriya MA ******* nömrəli xxxxndən Çıxarış əsasında iddiaçı İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan 0.005 ha torpaq sahəsinin 13.63 kv.m-dək hissəsi cavabdeh Cavabdeh MMC tərəfindən istifadə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin 12.05 kv.mdək hissəsi mübahisəli torpaq sahəsində yerləşir.

38. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və həmin torpaq sahəsinin 12.05 kv.m-dək hissəsində cavabdeh tərəfindən tikilinin inşa edilməsi işin müəyyən olunmuş halıdır. Lakin, iddianın əsaslılığını müzakirə edərkən iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehin mübahisəli tikililər inşa edilərkən iddiaçının həmin tikililərin inşasının dayandırlması ilə bağlı tədbirlərin görülüb-görülməməsi ilə bağlı məsəyə hüquqi qiymət verilməlidir.

39. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində 12.05 kvm tikili inşa olunarkən iddiaçı heç bir etiraz etməmişdir.

40. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ barədə iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülə bilər. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Mülkiyyətçinin vindikasiya iddiası ona görə müqavilədənkənar iddia hesab edilir ki, onun mülkiyyət hüququ, tələb olunan əmlakla bağlı onunla müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs tərəfindən pozulur.

41. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsslandırmışdır ki, iddiaçı İlyasov Sərxan Məzahir oğlunun Şəmkir şəhərində 0.005 ha yaşayış məntəqələrinin torpaq sahəsinə üzərində mülkiyyət hüququ xxxxndə qeydə alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən çıxarış verilmişdir və o, həmin torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair, eyni zamanda tikiliyə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Şəmkir şəhərdə yerləşən 0.005 ha torpaq sahəsinin ##.##.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli Çıxarışla İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olmasını, Şəmkir şəhərində yerləşən ##.##.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli Çıxarışda göstərilən 0.005 ha torpaq sahəsinin 13,63 kv.m hissəsinin cavabdeh Cavabdeh MMC-nin qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış əsasında iddiaçı İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan, Şəmkir şəhərində yerləşən 0.005 ha torpaq sahəsinin 13,63 kv.m hissəsindən cavabdeh Cavabdeh MMC çıxarılmalı, torpaq sahəsində yerləşən tikilinin İlyasov Sərxan Məzahir oğlunun mülkiyyətində olan Şəmkir şəhərdə yerləşən 0.005 ha torpaq sahəsinə düşən 12.05 kv.m hissəsi Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməlidir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində tikili inşa edilərkən heç bir etiraz etməmişdir.

43. Kollegiya qeyd edir ki, MM-nin 152.10-cu maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Həmin məcllənin 152.11-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikili inşa edilərkən iddiaçı buna etiraz etmədiyindən, iddiaçının hazırda həmin tikilinin sökülməsi barədə tələbi qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməlidir.

44. Birinci instansiya məhkəməsi tikilinin sökülməsi ilə bağlı hissədə iddianı təmin edərkən, torpaq sahəsinə iddiaçının hüququ olduğuna və tikilinin mövcudluğunun iddiaçının mülkiyyət hüquqlarını pozduğuna istinad etmişdir. Halbuki, iddiaçı mülkiyyətçi kimi mülkiyyətin saxlanması yükünü daşıyır və iddiaçı özü də, etiraf etmişdir ki, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasından məlumatlı olmuşdur. Lakin birinci instansiyası məhkəməsi bu dəlillərə qiymət verməmişdir.

45. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

48. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İlyasov Sərxan Məzahir oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Şəmkir şəhəri, H.B.Zərdabi küçəsində yerləşən, sahibkarlıq məqsədilə verilən 50 kv.m torpaq sahəsinin 12 kv.m sahəsinin zəbtdən azad olunaraq, həmin torpaq sahəsində qanunsuz tikdiyi bir otağın cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar