Məhkəmə qərarları › İş №2(002)-712/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-712/2021

11.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-712/2021 11.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Əliyeva Təhminə Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Əhədov Vidadi Vəkilağa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoruna qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoruna qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 N - li Bakı Peşə Liseyinin direktoru X9 tərəfindən intizam tənbehinin tətbiqi barədə xx xxxxxxx 2020 ci il tarixli, 69 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi (b.s. AR TN-yi PT üzrə DA-yi) 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X9 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar Təşkilatının xx xxxxxxx 2020 - ci il tarixli 76 saylı Protokolunu əsas götürərək intizam tənbehinin tətbiqi barədə xx xxxxxxx 2020 - ci il tarixli, 69 saylı Əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (b.s. AR ƏM) 186 - cı maddəsinin 3 - cü hissəsinə əsasən, əmək funksiyasının icrasında yol verdiyim nöqsanlara görə Liseyin azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim kimi ona yazılı xəbərdarlıq verilib. Aşağıda göstərilənlərə əsasən, 8 nömrəli Bakı Peşə Liseyinin (b.s. 8 N-li BPŞ) xx xxxxxxx 2020 - ci il tarixli, 69 nömrəli Əmr qanunsuz və əsassız olduğu üçün Məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, o iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək cavabdeh AR TN - yi PT üzrə DA - yi 8 nömrəli BPL - nin direktoru X9 tərəfindən verilmiş işdən azad olma və başqa işə keçmə barədə xx xxxxxx 2020 ci il tarixli 03 saylı əmrin ona aid olan hissədə və təhvil - təslim barədə xx xxxxxx 2020 - ci il tarixli 04 saylı əmrin ləğv edilməsinə və onu dərs - hissə müdiri vəzifəsində saxlanılmasına dair qətnamə qəbul edilməsii xahiş etmişdi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020 - ci il tarixli, 2 (002) - 648/2020 saylı Qətnaməsi ilə iddia tələbim təmin edilməmişdir. Narazı qaldığı Məhkəmə Qətnaməsinsən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020 - ci il tarixli, 2 (002) - 648/2020 saylı Qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdi. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020 - ci il tarixli, 2 (103) - 5501/2020 saylı Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (002) - 648/2020 saylı mülki iş üzrə xx xxxx 2020 - ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal - hazırda Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020 - ci il tarixli, 2 (103) - 5501/2020 saylı Qətnaməsindən qətnaməni poçt vasitəsi ilə aldığı xx xxxxxxx 2020 - ci il tarixdən iki ay ərzində AR Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verməyisini nəzərdə tutmuşdur. Bundan başqa, o xx xxxxxx 2020 - ci il tarixdə Azərbaycan Respblikasınm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (b.s. AR Ə və ƏSMN - yi yanında DƏMX) əriə ilə müraciət edərək, 8 N - li BPL - nin direktoru F. Talıbov tərəfindən qanunsuz verilən xx xxxxxx 2020 - ci il tarixli 03 saylı əmrin ona aid hissədə ləğv edilməsində, onu dərs hissə müdiri vəzifəsində saxlanılmasında və direktor Fizuli Talıbovu inzibati məsuliyyətə cəlb edilməsində tədbir görülməsini aidiyyəti şəxslərə həvalə edilməsini xahiş etmişdi. AR Ə və ƏSMN - yi yanında DƏMX - i Bakı şəhəri İdarəsi məktublarla bildirmişlər ki, müraciətləri AR ƏvəƏSMN - yi yanında DƏMX - i Bakı şəhəri İdarəsində baxılmışdır və həmin məsələ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icratında olduğu üçün müraciətinə dair məsələlərin həlli üzrə ARƏM - nin 15 - ci maddəsinin tələbinə görə DƏMX - i Bakı şəhər İdrəsi fəaliyyət göstərə bilməz. DƏMX - i Bakı şəhər İdarəsinin cavab məktublarından narazı qaldığı üçün məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə xx xxxx 2020 - ci il tarixdə müraciət edərək AR - nin ƏvəƏSMN - yi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin cavab məktubları qanunsuz və əsassız hesab edilərək, işdən azad olma və başqa işə keirilmə barədə xx xxxxxx 2020 - ci il tarixli 03 saylı əmrin qanunsuz qəbul etdiyinə görə AR İXM - nin 53 - cü maddəsi ilə 8 N - li BPL - nin direktoru Fizuli Talıbovu məsuliyyətə cəlb ediməsinə dair inzibati qərarı qəbul etmək, məni dərs hissə müdiri vəifəsində saxlamaq və mənə dərs hissə müdiri vəzifəsinə dair təyin edilmiş əmək haqqının xx xxxxxx 2020 - ci ildən ödənilməmiş hissəsini hesablayaraq dərhal birdəfəlik 8 N - li BPL - nin tərəfindən ödənilməsinə dair Qərar qəbul etmək vəzifəsinin AR - nin ƏvəƏSMN - yi yanında DƏMX - i Bakı şəhər İdarəsinin üzərinə qoyulmasına dair Qərardad qəbul edilməsini xahiş etmişdi. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020 - ci il tarixli 2-1 (112) - 5151/2020 saylı Qərardadı ilə iddiası mümkün sayılmamışdır. Narazı qaldığı Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020 - ci il tarixli, 2-1 (112) - 5151/2020 saylı Qərardadından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirmə aparılmasına, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmasına, AR ƏvəƏSMN - yi yanında DƏMX - i Bakı şəhər İdarəsinin cavab məktubları qanunsuz və əsassız olduğu üçün ləğv edilməsinə tələbi saxlamaqla, 8 N - li BPL nə qarşı AR ƏvəƏSMN - yi yanında DƏMX - nə xx xxxxxx 2020 - ci il tarixli şikayət ərizəsini təmin etmək və yaxud rədd etmək barədə əsaslı qərarın qəbul edilməsi vəzifəsinin AR ƏvəƏSMN - yi yanında DƏMX - i Bakı şəhər İdarəsinin üzərinə qoyulması kimi iddianı dəyişdirilməsinə, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020 ci il tarixli, 2 - 1 (112) — 5151/2020 saylı Qərardadın ləğv edilməsinə, iddia tələbini mümkün sayılmasına və iddia tələbinin təmin edilməsinə dair Qərar qəbul edilməsini xahiş etmişdi. Apellyasiya şikayətinə münasibətdə ilkin baxış Bakı Apellyasiya Məhkəməsində xx xxxxxx 2020 - ci il tarixə təyin olunmuşdur (əsas telefondakı mesaj). Həm də Məhkəmələrinin Mülki və İnzibati Kollegiyalarının qətnaməsi və Qərardadı qanuni qüvvəsin almamışdır, ona görə də onun başqa işə keçirilməsindən və onu intizam tənbəhinin tətbiqi barədə əmrlə xəbərdarlıq verilməsindən heç bir söhbət gedə bilməz. Belə olan halda yuxarıda qeyd olunan Məhkəmələrdə fərdi əməyi ilə bağlı məsələ həll olunanadək və həmin məsələ ilə bağlı Məhkəmələrin qətnaməsi və ya Qərardadı qanuni qüvvəsini alınanadək onun iş yeri və orta əmək haqqım saxlanılmalıdır. O 8 saylı BPL - nin direktoru Fizuli Talıbova azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim vəzifəsində işləməyisinə dair heç bir razılıq verməmiş və əmək müqaviləsi varsa, həmin əmək müqaviləsində dəyişilikliklər edilməsində iştirak etməmiş və müqavilə onun tərəfindən imzalanmamışdır. Ona görə də 8 saylı BPL - nin direktoru xx xxxxxxx 2020 - ci il tarixli, 69 saylı əmri ilə “Əmək funksiyasının icraatında yol verdiyi nöqsanlara görə Cavabdeh azərbaycan dili və ədəbiyyat üzrə müəllim kimi ona xəbərdarlıq verilməsi qanunsuzdur və əsassızdır. Ona intizam tənbəhi verilərkən direktor F.Talıbov tərəfindən qəbul etdiyi xx xxxxxxx 2020 - cı il tarixli, 69 saylı əmri ilə qanunvericiliyinin tələblərinin və onun hüquqlarını pozduğuna görə Məhkəməyə müraciət etməyində haqlıdır və həmin məsələ məhkəmə tərəfindən baxılmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi Əhədov Vidadi Vəkilağa oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı online qaydada iclaslar keçirilsə də, heç birində iştirak etməmiş, habelə iştirak etməməyinin səbəbləri barədə onlara heç bir məlumat verməmişdir, bundan əlavə iddiaçının müvafiq proqramları təsdiq etdirmədiyini, bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinin direktoruna müvafiq tədbir görülməsi üçün məlumat verildiyini, iddiaçının dərsləri özü keçməli olmasına baxmayaraq öz dərslərini keçmək üçün başqalarını göndərdiyini, heç bir telefon zənglərinə cavab vermədiyini, özünün “vatsap” proqramını işlətdiyini, online olsa da, onalrın heç bir məlumatına mesajına cavab vermədiyini, bu hərəkətləri ilə tədrisə maneçilik törətdiyini, öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini, bunların səbəbi barədə də heç bir məlumat vermədiyini, ona görə də bu hərəkətləini qərəzli etdiyini düşndüklərini, müvafiq intizam tənbeh tədbirinin tətbiq edilməsinə səbəb də onun müvafiq tədris planları indiyədək təsdiq etməməsi, indiyədək tədris işləri üzrə müvfaiq tətəhvil-təslim aktını tərtib etmədiyini, məktəbə təhvil vermədiyini, online iclasların heç birinə qoşulmamamsı və bunun səbəbi barədə heç bir məlumat verməməsi olduğunu bildirərək, iddiaçının əmək funksiyasında yol verdiyi nöqsanalar görə ona yazılı xəbərdarlıq edilmiş, həmin nöqsanlara onun müvafiq tədris proqmalarının ona göndərilməsinə baxmayaraq, indiyədək təsdiq etməməsi, bundan heç bir səbəb göstərmədən imtina etməsi, onun tədris etməli olduğu müvafiq dərs yükün özbaşına başqa şəxsə həvalə etməsi, Pedaqoji Şuranın iclaısnın keçirilməsi vaxtı barədə ona məlumat verilməsinə baxmayaraq, heç bir səbəb göstərmədən, məlumat vermədən həmin iclasda iştirak etməməsi kimi nöqsanlar əsas olmuş, həmçinin, iddiaçın yol verdiyi qeyd olunan nöqsanlar öz növbəsində tədrisə maneçilik törədilməsinə əsas verən nöqsanlardır, məktəbin rəhbərliyi iddiaçının məktəbdə uzunmüddətli işləməsi, onu xarakterizə edən bir sıra halları nəzərə alaraq ona intizam tənbehi tətbiq etməyərək, ilkin olaraq bu barədə ona yazılıxəbərdarlıq etmişdir, işə mahiyyəti üzrə baxılmasını xahiş etdi, bu barədə məhkəmənin ünvanına müvafiq ərizə təqdim edərək, qeyd olunan halların nzəərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayənədisnin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X9 tərəfindən verilmiş 69 nömrəli, xx.xx.2020-ci il tarixli intizam tənbehinin tətbiqi barədə əmrdən görünür ki, İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə yazılı xəbərdarlıq verilmişdir. İş materiallarına əlavə olunmuş 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X9 tərəfindən İddiaçı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi iddiasına ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab aktından görünür ki, İddiaçı işlədiyi müddət ərzində kifayət qədər nöqsanları var. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tədris ilinin İ yarım ilində dərs cədvəlində onun adı ilə əlaqədar olan dərsləri özü tədris etməmiş, lobarant vəzifəsində çalışan Rzazadə Baharı öz əvəzində dərslərə göndərmişdir. Bu akt X6, X5, Əhədov Vidadi Vəkilağa oğlu, X10, X3 və X7 tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Rzazadə Bahar tərəfindən tərtib olunmuş məlumat məktubundan görünür ki, o 2019-2020-ci illərdə iddiaçının yerinə dərslərə girdiyini etiraf etmiş və bunun üçün iddiaçıdan müvafiq məbləğdə pul aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 saylı Bakı Peşə Liseyinin direktoru cənab X4 Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən müəllim X2, xx xxxxxxx 2020-ci il tarixdə liseydə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən digər müəllim İddiaçı barədə yazdığı məlumatın müzakirə edilməsi üçün liseyin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı müraciət əsasında qəbul edilmiş 76 saylı, xx.xx.2020-ci il tarixli protokolla rəsmiləşdirilən alınan qərardan görünür ki, 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsi liseydə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən İddiaçı barəsində qanuna müvafiq olaraq istənilən tədbir görülməsinə heç bir etiraz edilmir. İş materiallarına əlavə olunmuş Cavabdeh Tİİ üzrə direktor müavini əvəzi Əhədov Vidadi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yazılı məlumata əsasən xx xxxxxxxx 2020-ci il tarixdə 8 saylı BPL qrupunda xx xxxxxxxx 2020-ci il tarixində saat 10:00-da pedaqoji şuranın iclasının (ZOOM) proqramı ilə online keçiriləcəiyinin elanı paylaşılmışdır. Bu tarixdə də iclas keçirilmiş, Azərbaycan dili və Ədəbiyyat fənni müəllimi İddiaçı başqa müəllim və istehsalat təmiri ustaları hamılıqla iclasa qatılmışdır. Bu iclasda V.Əhədov tərəfindən plan və proqramların hazırlanıb təsdiqə gətirilmələri xahiş edilmişdir. Bu barədə də 8 saylı BPL qrupunda da müvafiq paylaşım edilmişdir. İddiaçı başqa bütün müəllimlər və istehsalat təlimi ustaları növbəli şəkildə proqramları təsdiqə gətirmişlər. İddiaçılə bu proqramların təsdiq üçün hazırlanması məqsədi ilə telefon vasitəsi ilə bir neçə dəfə əlaqə yaradılmasına cəhd edilsə də, o bu zənglərə cavab verməmişdir. İddiaçı tədris etdiyi fənlərin proqramların bu vaxtacan təsdiq etdirməyib. İş materiallarına əlavə olunmuş X8in xx.xx.2020-ci il tarixli 04 nömrəli təhvil-təslim barədə əmrinin surətindən görünür ki, İddiaçı dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün xx xxxxxx 2020-ci il tarixindən tutduğu vəzifədən tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçdiyi üçün o səlahiyyətində olan bütün tədris plan-proqramları tədrisə aid olan sənədləri tədris istehsalat işləri üzrə direktor müavini X1 təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X9 tərəfindən İddiaçı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi iddiasına ünvanlanmış humanitar fənlər üzrə metod komissiyasının sədri X6 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli cavab məlumatından görünür ki, onun tərəfindən İddiaçı müvafiq proqramların təsdiq edilməsi üçün müraciət etsə də o bundan imtina etmişdir. İş materiallarına əlavə edilmiş 8 saylı Bakı Peşə Liseyinin Həmkərlar Təşkilatının üzvlərinin birgə iclasına dair xx xxxxxxx 2020-ci il tarixli 76 nömrəli protokolun məzmunundan aydın olur ki, İddiaçı barəsində yol verdiyi nöqsanlara görə qanuna müvafiq tədbirlərin görülməsinə etiraz olunmur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübut etmə yükü məhz cavabdeh tərəfin üzərinə düşür. Belə ki, hazırki mülki iş üzrə mübahisənin preemtini işəgötürən qismində çıxış edən məktəbinj direktoru tərəfindən iddiaçı barəsində yazılı xəbərdarlıq edilməsinə dair müvafiq əmrin ləğv edilməsinə diar hüquq münasibətləri təşkil edir. Bu halda məhkəmə hesab edir ki, müvafiq əmrin qəbul edilməsinə əsas olan halları sübut etmək öhədliyi məhz həmin əmri qəbul etmiş cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu nəzərdə tutulur. Həmin Məcəlləin 10-cu maddəsinin a bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməkdir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə araşdırması saylı zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırda Bakı şəhəri Cavabdehndə müəllim vəzifəsində işləyir. 8 saylı Bakı Peşə Liseyinin xx.xx.2020-ci il tarixli 69 №-li Əmri ilə iddiaçıya əmək funksiyasında yol veridiyi nöqsanlara görə yazılı xəbərdarlıq edilmişdir. İddiaçı həmin əmrin əsasız və qanunsuz olduğunu əsas gətirərək, müvafiq əmrin ləğv edilməsi tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin nümyaəndəsinin izahatı əsasında müəyyən eidlmişdir ki, iddiaçının əmək funksiyasında yol verdiyi nöqsanalar görə ona yazılı xəbərdarlıq edilmiş, həmin nöqsanlara onun müvafiq tədris proqmalarının ona göndərilməsinə baxmayaraq, indiyədək təsdiq etməməsi, bundan heç bir səbəb göstərmədən imtina etməsi, onun tədris etməli olduğu müvafiq dərs yükün özbaşına başqa şəxsə həvalə etməsi, Pedaqoji Şuranın iclaısnın keçirilməsi vaxtı barədə ona məlumat verilməsinə baxmayaraq, heç bir səbəb göstərmədən, məlumat vermədən həmin iclasda iştirak etməməsi kimi nöqsanlar əsas olmuş, həmçinin, iddiaçın yol verdiyi qeyd olunan nöqsanlar öz növbəsində tədrisə maneçilik törədilməsinə əsas verən nöqsanlardır, məktəbin rəhbərliyi iddiaçının məktəbdə uzunmüddətli işləməsi, onu xarakterizə edən bir sıra halları nəzərə alaraq ona intizam tənbehi tətbiq etməyərək, ilkin olaraq bu barədə ona yazılı xəbərdarlıq etmişdir. Həmçinin, qeyd olunan hallar cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi müvafiq sənədlər (Həmkarlar Təşkilatının 76 nömrəli, xx.xx.2020-ci il tarixli Protokolu, xx.xx.2020-ci il tarixli akt,xx.xx.2020-ci il tarixli Metod Komissiyanın məlumatı,xx.xx.2020-ci il tarixli Dirüktor müvanin müvafiq məlumatı,xx.xx.2020-ci il tarixli iddiaçının ərizəinə Məktəbin rəhbərliyi tərəfindən yazılmış cavab məktubu) əsasında öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı barəsində müvafiq yazılı xəbərdalıq eidlməsinə dair Əmrin verilməsinə əsas məhz onun əmək funksiyasının icrası zamanı yol verdiyi sadalanan və məhkəmə araşdırması zamanı müvafiq sənədlər əsasında öz təsdiqini tapmış nöqsanlar əsas olmuşdur. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçı barəsində yazılı xəbərdarlıq edilməsinə dair əmrin qanusuz və əsassız olması halını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçinin əmək funksiyasının icrası zamanı yol veridyi nöqsanalara görə xəbərdarlıq edilməsi intizam tənbehi hesab edilmir. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməldiir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoruna qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoruna qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar