Məhkəmə qərarları › İş №2(002)-72/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-72/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-72/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, Əliyeva Təhminə Faiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı X15, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, X2, İlk iddi üzrə Cavabdeh1, Cavabdeh6 nümayəndəsi Cavabdeh7 iştirakları ilə, İlk iddia üzrə iddiaçı X15 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 8 saylı Notariat Ofisinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsini üçüncü şəxs qismində qeyd etməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş evdən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk iddia tələbi üzrə mülki işə, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evin ona məxsus olması” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X28 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi, torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X12 və 2008-ci il təvəllüdlü X36 ilə birlikdə mülkiyyətində olan ünvan 1 saylı ünvana olan istifadə hüquqlarının olmamasının müəyyən edilməklə istifadə hüquqlarına xitam verilməsi, torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişidirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, X4 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli ilkin müqavilənin və X4 ilə Cavabdeh1 arasında bağlanılmış AN-İ ******* saylı xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X12 və 2008-ci il təvəllüdlü X36 ilə birlikdə mülkiyyətində olan ünvan 1 saylı ünvana olan istifadə hüquqlarının olmamasının müəyyən edilməklə istifadə hüquqlarına xitam verilməsi, torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanı mülkiyyət hüququ ona məxsus olmaqla xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Belə ki, həmin ünvanda yerləşən torpaq və torpaq üzərində olan tikililər Sovet dövründən atasına mərhum atası İslama məxsus olmuşdur. Atası 1981-ci ildə vəfat edəndən sonra həmin evdə qardaşı yaşamışdır. O vaxtaşırı qardaşına baş çəkirdi. 2017-ci ildə cavabdehlər yaşamağa yerləri olmadığından ondan orada yaşamaq xahiş etdilər və o onlara icazə verdi. 2019-cu ilin mart ayında qardaşı vəfat etdi. Bundan sonra o vərəsəlik qaydasına həmin əmlak öz adına rəsmiləşdirilmişdi. O Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiyada yaşasa da vaxtaşırı həmin evə gedib gəlmişdir. Cavabdehləri müvəqqəti olaraq ona məxsus evdə yaşamasına heç bir narazılığı olmamışdır. Lakin hazırda ona məlum olmuşdur ki, cavabdehlər hansı yollasa ona məxsus evə qeydiyyada düşmüşlər və onu mülkiyyətində olan evə buraxmaq istəmirlər. Onlardan onun əmlakını tərk etmələrini tələb etsə də onlar buna etiraz edirlər. Həmin torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ev ona məxsus olmaqla cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehlər hazırda ona məxsus torpaq sahəsində tikirdikləri evdən istifadə edir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizəni onunla əsaslandırmışdır ki, o cavabdehlər Cavabdeh1, jymanova Könül Atamalı qızının, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X12 və 8-ci il təvəllüdlü X36 ilə birlikdə mülkiyyətində olan ünvan 1 saylı ünvana olan istifadə hüquqlarının olmamasının müəyyən edilməklə istifadə hüquqlarına xitam verilməsi, torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılaraq ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun qardaşı X27 xx xxxxxx 2016-cı ildə vəsiyyətnamə yazaraq bütün əmlakını ona bağışlamışdır. Lakin onun alkoqol xəsəliyindən əziyət çəkməsindən istifadə edən cavabdehlər onu aldadaraq ondan etibarnamə almışlar. Etibarnamə alandan sonra isə qardaşının adına olan 03 sot torpağı və həmin torpaq sahəsinin üzərində olan evi 24000 (iyirmi dörd min) manata güya ondan almışlar. Halbuki həmin ərazidə torpağın bir sotu 20-25 min arası dəyişir. Cavabdehlər üç sot torpağa və evə dəyərindən qat-qat aşağı pul ödəmişlər. Notarius bunları görə bilərdi və əslində görməli idi. Çünkü faktiki olaraq evi satan qardaşı deyil, X4 alıcı isə Fəxrəddinin oğlu Cavabdeh1dur. Banka pulu qoyan da bankan pulu götürən də, evi satan da alan da faktiki olaraq cavabdehlər özləri olmuşdur. Onun rəhmətlik qardaşının bunlardan xəbəri olmamışdır. Etibarnaməni də onu aldadaraq almışlar. Bu iş üzrə alqı satqının aparıldığı Bakı şəhəri Cavabdeh6 xüsusi notariusu X13 da iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməlidir. Hazırda həmin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 27 ünvanında yerləşən və mərhum atası Şantralı İslambek tərəfindən 1963-cü ildə tikilmiş ev cavabdehlərin qardaşımı aldadaraq ələ keçirdikləri torpaq sahəsinin üzərində deyildir. Çünki iş materiallarında olan Cavabdeh1 adma olan çıxarışdan və alqı-satqı müqaviləsinin surətindən görünür ki, qardaşı üç sot torpağı cavabdehlərə satmışdır. (Əslində isə cavadehlər qardaşımı aldadaraq ona məxsus 3 sot torpağı ələ keçirmişlər.) Cavabdehlər isə qardaşımı aldadaraq evi də ələ keçirmişlər. Mənim atama məxsus evin hazırda çıxarış əsasında cavabdehlərdə olan torpaq sahəsinin üzərində olub-olmadığının araşdırılması üçün ekspertizanın keçirilməsi zəruridir. Həmçinin qeyd olunan mülki işdə cinayət əlamətləri vardır və bu hallar araşdırılarkən aşkar olacaqdır. Göründüyü kimi evi alan da satan da faktiki olaraq cavabdehlər olmuşdur. 3 sot torpağı evlə birlikdə cəmi 24000 manata sənədləşdirərkən bunları notarius görməli idi. Həmçinin 24000 nsanat pulu bankda götürən də cavabdehlərin mərhum atası X4 olmuşdur. Heç həmin pul da qardaşına verilməyib. Göründüyü kimi cabadehlər qardaşımı aldadaraq ona məxsus torpağı ələ keçirmişlər. qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2020-ci il tarixdə məhkəmənin ünvanına qarşılıqlı iddia ərizəsi göndərərək, ilk iddianın rədd edilməsi və cavabdeh (ilk iddia üzrə iddiaçı) X15 iddiasının əsassız olması, sözügedən mülkün Cavabdeh1 məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov kuçəsı, 27 saylı sahə Cavabdeh1 məxsusdur, bu haqda xx.xx.2017-ci il tarixli ÇİXARİŞ mövcuddur.(surəti əlavə olunur) Cavabdehin atası vəfat etdikdən sonar qardaşı bu ünvanda onların himayələri altında yaşamışdır. Onun bütün tələbatları onların tərəflərindən ödənilmişdir Cavabdeh qardaşının hətta dəfninə gəlməyib, onu onlar dəfn etmişlər. X27 tərəfindən atası X3 15.07 2017-ci il tarixində etibarnamə verilmiş və bu etibarnamə xx.xx.2097-ci il tarixədək qüvvədədir.(surəti təqdim olunur). Cavabdeh yalan arqumentlər gətirməklə onları şantaj edir. Onlar heç bir torpağı zəbt etməmişlər və qanuni sənədlər əsasında almışlar.(sənədlər təqdim olunur). Bununla, cavabdeh onlara böhtan atır, zərurət yarandıqda böhtanla bağlı məhkəməyə müraciət edəcəklər. Əgər cavabdehin ata mülkünə sahiblənmək fikri varsa, təzminat ödənməklə onlar bu ünvanı tərk edə bilərlər. Təzminat 100.000 (yüz min manat) olmaqla bu ünvanda qeydiyyatda olanlara verilməlidir. Qeyd olunan halların nəzərə alınaraq, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh6 nümayəndəsi Cavabdeh7 xx.xx.2021-ci il tarixdə məhkəmənin ünvanına iddia tələbinə etiraz ərizəsiərizə göndərərək, İddiaçı nümayəndəsi və vəkili olduğu şəxs V.Nəcəfovaya qarşı irəli sürdüyü iddia tələbi, yəni X27 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixində bağlanılmış ilkin müqavilənin və daha sonra bağlanılmış AN-10623984 nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğuna görə, eləcə də həmin iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 1 illik iddia müddətini tətbiq edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh6 nümayəndəsi müvafiq ərizəni onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin hakimi xanim Gülnar Əhmədovaya Cavabdeh: 8 saylı Notariat Ofisinin xüsusi notariusu V.Nəcəfovanın nümayəndəsi və vəkili Cavabdeh7 tərəfindən Ərizə İddiaçı digər cavabdehlərlə qarşı, eləcə də nümayəndəsi və vəkili olduğum şəxs xüsusi notarius V.Nəcəfovaya qarşı iddia tələbi irəli sürərək X27 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixində bağlanılmış ilkin müqavilənin və daha sonra bağlanılmış AN- 10623984 nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamənin çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Bu iddia tələbi əsassız və uydurma olduğundan Məhkəmə tərəfindən təmin olunmamalıdır. Satıcı nümayəndə vasitəsilə təmsil olunmuş və alıcı ilə müvafiq alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə bağlanılarkən tərəflərin səlahiyyətləri yoxlanılmış və qanuna müvafiq qaydada alqı-satqı müqaviləsi notarial qaydasında təsdiq olunmuşdur. Həmçinin iddia ərizəsində həmin müqavilənin etibarsız hesab olunması üçün İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh gətirilən dəlillər uydurma və əsassızdı. Eləcə də İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin həmin müqavilənin etibarsız hesab olunması haqqında iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə iş üzrə qətnamə çıxararkən bu amillərə xüsusi diqqət yetirməlidir. Belə ki, əqdin etibarsızlığı üçün Qanunda nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. Qeyd olunan halların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi üzrə iddiaçı X28 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz edərək, izahatında hazırda iddiaçnın mülkiyyətində olan torpaq sahəsinin qardaşına məxsus olduğunu, onların qardaşını aldadaraq həmin torpağı satın aldıqlarını, əslində qardaşına heç bir pul ödəmədiklərini, onun burda olmamağından istifadə etdiklrəini, bu barədə qardaşının vəfatından sonra məlumatlı olduğunu, qardaşını aldadaraq həmin torpağı əllərindən aldıqlarını, həmin torpağın üstündə evin olduğunu, onlar həmin torpağı satın alıb, həm də evi ələ keçirdiklərini, əslində torpaq da ev də ona məxsusdur, cavabdehlərin orada heç bir əmlakı yoxdur, ona görə də həm torpağı, həm də evin ona verilməsini istədiyin bildirərək, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz edərək, izahatında torpaq sahəsinin və onun üzərində yerləşən evin iddiaçıya məxsus olduğunu, cavabdehlərin atası X4 iddiaçının qardaşından etibarnamə almış, xx.xx.2017-ci ildə ilkin müqavilə daha sonra isə xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış, iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsini güya 24000 manata almışdır. İddiaçının qardaşı X27 xx xxxxxx 2016-cı ildə vəsiyyətnamə yazaraq bütün əmlakını iddiaçıya bağışlamışdır. Lakin onun alkoqol xəsəliyindən əziyyət çəkməsindən istifadə edən cavabdehlər onu aldadaraq ondan etibarnamə almışlar. Etibarnamə alandan sonra isə iddiaçının qardaşının adma olan 03 sot torpağı 24000 (iyirmi dörd min) manata guya ondan almışlar. Halbuki həmin ərazidə torpağın qiyməti müqavilələrdə göstəriləndən qat qat artıqdır. Cavabdehlər notarial qaydada alqı-satqı edərkən torpağın qiymətini aşağı qiymətə bildirdikləri halda notariatdan imtina alacaqlarını bildiklərinə görə 23500 manat məbləğində ilkin müqavilə bağlanmışdır ki, sonradan alqı- satqı müqaviləsi bağlanarkən torpağa orta bazar qiymətinə uyğun qiymət qoyulması mümkün olmasın. Cavabdehlər həmin torpaq sahəsinin üzərində ev olmasını notariusa bildirməmişdir. Çünkü faktiki olaraq evi satan iddiaçının qardaşı deyil, mərhum X4, alıcı isə mərhum Fəxrəddinin oğlu Cavabdeh1dur. Banka pulu qoyan da bankan pulu götürən də, evi satan da alan da faktiki olaraq cavabdehlər olmuşdur. İddiaçının qardaşının bunlardan xəbəri olmamışdır. Etibarnaməni də onu aldadaraq alınmışdır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, 27 ünvanda mübahisələndirildən yaşayış evi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpağa dair ilkin müqavilə və alqı satqı müqaviləsi bağlanarkən ev nəzərə alınmamış, həmin müqavilələrdə yalnız torpağın dəyəri (faktiki dəyərindən aşağı olmaqla) göstərilmişdir. Həmçinin ilkin müqavilə üzrə ödənilməli olan 23500 manat məbləğində pulun qəbzi məhkəməyə təqdim edilməmişdir. Guya ilkin müavilə üzrə 23500 manat ödənilmişdir. Halbuki 24000 manat razılaşdırılmış torpağa görə cavabdeh tərəf 500 manat ödəyə bilərdi. Eləcə də X16 adından torpağın qiymətini müəyyən edən X4 elə həmin torpağın qiymətini 23500 manat da müəyyən edə bilərdi və alqı satqı müqaviləsi ilə həmin gün də torpaq satılatdı və əlavə müqaviləyə ehtiyac qalmayacaqdı. Həmçinin əgər torpağın qiymətini X29 müəyyən etmişdirsə onda 23500 manat da müəyyən edə bilərdi. Bu bir daha onu təsdiq edir ki, cavabdehin məqsədi X22 aldatmaq olmuşdur. İlkin müqavilə ona görə bağlanmışdır ki, bu müqavilədən X34 xəbəri olacağı tədirdə güya torpağa görə 23500 manat pul ödədiklərini bildirsinlər, idddiaçı da heç bir tədbir görə bilməsin və məcbur olub torpağı onlara versin. Cavabdehlər 24000 manat pulu birdəfəyə ödəməyə bilmirlər, güya 23500 manatı ödəyirlər, lakin 500 manat borcu ödəməyə imkanları olmur. Buna görə də ilkin müqavilə sonradan alqı satqı müqaviləsi bağlanır. Lakin ilkin müqaviləyə görə 92 manat rüsum ödənilmişdir. Bu hallar da alqı satqı müqaviləsinin etibarsız hesab olunmasına əsaslar verir. Məhkəmə iclasında cavabdehlər ilkin müqavilə üzrə 23500 manat ödənildiyini bildirmiş və ödənişi təsdiq edən qəbzi məhkəməyə təqdim edəcəklərini bildirmişdirlər. Məhkəmə tərəfindən də həmin qəbzin surətinin, eləcə də başqa sübutlarının təqdim edilməsi təklif edilmiş, lakin həmin qəbzin surəti məhkəməyə təqdim edilməmişdir. Əgər cavabdehlər ilkin müqavilə üzrə 23500 manat pulun ödənilıdiyini bildirirsə bunu sübut etməlidir və bu halda sübutetmə yükü cavabdehlərə keçir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdehlər bunu sübut edə bilməmişdir. Bu onu təsdiq edir ki, cavabdehlər ilkin müqavilə üzrə 23500 manat ödəməmiş, həmin torpağı cəmi 500 manata ələ keçirmişlər. Bu hal ilkin müqavilənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışın ləğvi üçün əsasdır. İddiaçının qardaşı xx.xx.2016-cı ildə iddiaçıya vəsiyyətnamə vermiş və bütün əmlakını X23 vəsiyyət etmişdir. Həmin vəsiyatnamədən görünür ki, vəsiyyətnaməni iddiaçının qardaşı özü şəxsən yazmış və imza etmişdir. Lakin sonradan ondan etibarnamə alınmış və bütün sənədləşmələr onun adından cavabdehin atası tərəfindən həyata keçirilmişdir. Bu bir daha onu göstərir ki, iddiaçının qardaşı etibarnaməni verərkən bunun nə məqsədlə edildiyi cavabdeh tərəfindən ona izah edilməmişdir. Ona görə də sonrakı proseslərə onu aparmamışdır. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X27 xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixə qədər “bel osteoxondrozu, kəskin kökçük ağrıları ilə ÜİX, gərginlik stenokardiyası İİ f/s, ürək çatışmazlığı İİ f/s NYHA diaqnozu ilə” stasionar müalicədə olunmuşdur. Göründüyü kimi X30 ağır formada xəstə olmuş, həmin vaxt da cavabdeh bundan istifadə edərək ondan etibarnamə almışdır. Əgər iddiaçının qardaşı həmin əmlakın X23 vermək istəməsəydi vəsiyyətnsaməni ləğv etdirə bilərdi. Şəxsən vəsiyyətnamə verə bilən şəxs bunu ləğv etdirə də bilərdi. Halbuki bunu etməmişdir. Onun ağır formağa xəstə olamsından istifadə edən cavadehlər guya ona mərhəmətlik göstərmiş, onu aldadaraq etibarnamə almışdır. Bu da X15 mənafeyimi pozmuş, vərəsəlik qaydasında iddiaçıya keçməli olan əmlakı cavadehlər ələ keçirmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi R.Salmanov küçəsi, 27 saylı sahə mülkiyyət hüququ ilə X23 məxsus olmaqla 08.11,2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına qeydiyyatdan keçmişdir. Belə ki, həmin ünvanda yerləşən torpaq və torpaq üzərində olan tikililər Sovet dövründən iddiaçının mərhum atası İslama məxsus olmuşdur. İddiaçının atası 1981-ci ildə vəfat edəndən sonra həmin evdə qardaşı yaşamışdır. İddiaçı vaxtaşırı qardaşına baş çəkmişdir. 2017-ci ildə cavabdehlər yaşamağa yerləri olmadığından orada yaşamağı xahiş etmişlər və iddiaçı onlara icazə verdişdir. 2019-cu ilin mart ayında qardaşı vəfat etmişdir. X28 Rusiya Federasiyasının vətəndaşıdır, Rusiyada yaşasada vaxtaşırı həmin evə gedib gəlmişdir. Lakin cavabdehlərin evə qeydiyyada düşmələrindən ümumiyyətlə xəbəri olmamışdır. Sözügedən mülkün Cavabdeh1 məxsus olması barədə cavabdehlərin qarşlılı iddiasının əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materaillarımda olan alqı satqı müqaviləsindən görünür ki, müqavilənin predmti ev deyil, yalnız 0,3 ha torpaq sahəsi olmuşdur. Mübahisəli ev hələ sovet dönəmində iddiaçının atası X9 tərəfindən inşa edilmiş və texniki pasport alınmışdır. Sözügedən evin DƏDRX-nin idarəsindən çıxarşı olmadığlından alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Həmçinin, cavabdeh Notariusun nümayənədsi hazırki mülki iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmişdir. Hesab edirik ki, hazırki mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflər arsında müqavilə 2017-ci ilin iyul aynda bağlanılmış, iddiaçı isə məhkəməyə 2020-ci ilin fevral ayında müraciət etmişdir. Göründüyu kimi iddiaçı mülki qnaunvericlikdə müəəyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Həmçinin, iddiaçı bu məsələlər barədə qardaşının 2019-cu ilin mart ayında vəfat etməsindən sonra məlumatlı olmuşdur. Ona qədər o bu barədə heç bir məlumata malik olmamışdır. Bu halda hazırki mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Bütün bu halların nəzərə alınaraq ilk iddianın təmin ediləsini, qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İlk iddi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbinə etiraz edərək, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satın alıdğını, həmin torpağa görə 24000manat pul ödədiklərini, buna dair qəbzlərinin olduğunu, bunların hamısının notarial qaydad təsdiq etdiklərini, notariusda bütün sənədlərin olduğunu, pulu Kapital bank vasitəsiləödədiklərini, evi alanda oarada balaca təmirsiz dağılmış ev olduğunu, ona dair heç bir sənəd olmadığından, ancaq torpaqla bağlı alqı-satqı müqvailəsi bağladıqlarını, evin sənədi olmadıqlarından, ona dair müqavilə bağlaya bilmədiklərini, torpağın üzərində evi də əldə etdiklərini, onların hamısı ona məxsus olduğunu, orda heç yaşamaq üçün olan formada orada ev olmadığını, özünü orada nəqədər xərc çəkərək ev tikdiyini, ora nəqədər xərc qoyduğunu bilidrərək, ilk iddia tələbinin rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh6 nümayəndəsi məhkəmə iclasında ilk iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclaısnın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı sahə ünvanında yerləşən 0,0698 ha torpaq sahəsi X23 məxsus olmaqla xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materialalrında olan xx.xx.2020-ci il tarixli arayışın məzmunundan aydın olur ki, X5 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı ünvanda qeydiyyatdadır və oğlu Cavabdeh1, gəlini Cavabdeh2 oğlu, oğlu Cavabdeh3, qızı Cavabdeh4, qızı Cavabdeh5, nəvəsi X14, nəvəsi X36 ailə tərkibi vardır. İş materiallarına əlavə olunmuş AR-İ 547459 nömrəli etibarnamənin surətindən görünür ki, X32 xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat X1 ona məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair xx.xx.2097-ci il tarixə kimi qüvvəsi olan etibarnamə vermişdir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin müqavilənin məzmunundan aydın olur ki, X27 ilə Cavabdeh1 arasında Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı sahə ünvanda yerləşən 600.0 kv m. Olan torpaq shaəsindən 300 torpaq sahəsinin gələcəkdə alıcıya satmaq məqsədilə alqı-satqı müqaviləsi bağlanandək alıcı ilə öz aralarında ilkin müqavilə bağlamaq barədə razılığa gəlirlər. bu müqavilənin predmeti Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı sahəyerləşən 600 kv m olan torpaq shaəsindən 300 kv m olan torpaq shaəinin dəyəri tərəflrəin razılığı ilə 24000 manat qiymətləndirildi. Alıcı həmin məblğdən 23500 manat mənləği notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödəyir, qalan 500 manatı isə alqı-satqı zamanı satcıya ödəməyi öhdəsinə götürür, satıcı həmin pulu qəbul edir. İş materiallarına əlavə olunmuş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X27 ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahə 0,03 ha alıcı Cavabdeh1 mülkiyyətinə verir, alıcı 24000 manat məbləğində pul vəsaitini satıcıya ödədi. İş materialalrında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı sahə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh1 məxsus olmaqla xx.xx.2017-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2016-ci il tarixli vəsiyyətnamənin məzmunundan aydın olur ki, X27 bütün əmlakının Rusiya Federasiyası vətəndaşı Perm şəhərində yaşayan X24 vəsiyyət etmiş və vəsiyyətnamə Bakı şəhəri 8 saylı Notarius Ofisində 2V-1-180 № ilə qeydə alınmışdır. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun məzmunundan aydın olur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 27 saylı evin sahibi X18 qeyd edilmişdir. İş materialalrından görünür ki, Cavabdeh1 tərəfindən 500 manat məbləğində pul vəsaiti alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabına köçürülmüşdür. İş materialalrında olan ******* № li Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan aydın olur ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı sahə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X19 məxsus olmaqla xx.xx.2014-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinin məzmunundan yadın olur ki, mütəxəssis rəyinin verilməsi üçün mübahisələndirilən əraziyə tərəflərin iştirakı ilə baxış keçirilib, koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Araşdırma təqdim edilmiş çıxarış və plan-ölçü sənədlərinə, naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılaraq rəyə əlavə edilmiş sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Ölçülmüş mübahisələndirilən əraziyə Cavabdeh1 adına reyestr nömrəsi **********00, sahəsi 0.03 hektar və X20 adına reyestr nömrəsi **********89, sahəsi 0.0698 hektar olan çıxarış və plan-ölçülər verilmişdir ki, bu çıxarışlarla ancaq torpaq sahəsi qeydiyyata alınmışdır hec bir tikinti qeydiyyata alınmamışdır. ünvan 5 ünvanda mübahisələndirilən ferdi yaşayış evi reyestr nömrəsi **********00 olan çıxarışa əsasən İlk iddi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 mülkiyətində olan torpaq sahəsinin hüdudları daxilində (sxem əlavə edilir) yerləşir. Cavabdeh1 mülkiyyətində olan 0.03 hektar torpaq sahəsində heç bir tikili qeydiyyata alınmamışdır. ünvan 5 ünvanda mübahisələndirilən fərdi yaşayış evi (tikinti) reyestr nömrəsi **********89, sahəsi 0.0698 hektar olan çıxarış İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X25 mülkiyyətidə olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir (sxem əlavə edilir). X20 mülkiyyətində olan 0.0698 hektar torpaq sahəsində heç bir tikili qeydiyyata alınmamışdır. Aparılmış tədqiqətın xərci 80,40 manat təşkil edir. İş materialalrında olan xx.xx.2017-ci il tarixli TT845757 № li qəbzin məzmunundan aydın olur ki, alqı-satqı üzrə Cavabdeh1 tərəfindən 23500 manat məbləğində pul vəsaiti X41 rayon filialı vasitəsilə Notariusun hesabına köçürülmüşdür. Məhkəmə ilk iddia tələbininə dair aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddsəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 405.1-ci maddəsinəç əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsiə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 1224.0.2-ci maddəsinə əsasən vəsiyyətnamə vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə hallarda qüvvədən düşür: Həmin Məcəllənin 1228-ci maddəsinə əsasən əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa və ya qüvvədən düşmüşdürsə və miras qoyan başqa sərəncamlar verməmişdirsə, vəsiyyətnamənin qalan sərəncamları qüvvədə qalır. Məhkəmə araşıdrması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X27 arasında Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı sahə ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmişxx xxxx 2017-ci il tarixli ilkin müqavilə və xx xxxxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın alqı-saqtı müqaviləsi bağlanılmış, müqaviləyə əsasən satıcı qismində X27 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı sahə ünvanında yerləşən 0,03 ha torpaq sahəsini alıcı qismində Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı həmin əmlakın dəyəri qimsində 24000 manat məbləğində pul vəsaitini satıcıya ödəmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüquq əsasında Cavabdeh1 məxssu olmaqla, həmin hüquq xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İlk iddia tələbi üzrə iddiaçı həmin torpaq sahəsinə dair tərəflər arasında bağlanılmış ilkin müqavilə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbini irəli sürərək, satıcı qismində çıxış edən qardaşının alıcı qismində çıxış edən cavabdeh tərəfindən aldadıldığını, əslində onun tərəfindən qardaşına heç bir pul ödənilmədiyini, qardaşının cavabdehin atasına etibarnamə verdiyini, onun öz oğlu ilə öz xeyrinə müqavilə bağladığını əsas gətirərək, həmin hissədə ilk iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə ilk iddia tələbinin ilki müqavilənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müvafiq ilkin müqavilənin və alqı-saqtı müqaviləsinin bağlanılması zamanı mülki qanunvericilyin hər hansı tələbinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı ilk iddia tələbinin qeyd olunan hissədə əsası kimi müvafiq alqı-satqının qardaşının aldadılaraq, qardaşının cavabdehin atasına etibarnamə verməklə, onun öz oğlu ilə öz xeyrinə müqavilə bağlaması, heç bir pul ödənilməməsi, bütün əmlakın ona vəsiyyət edilməsi kimi hallara istina etmişdir. Lakin məhkəmə araşıdrması zamanı müəyyən eidlmişdir ki, ilk idida tələbi üzrə cavabdeh tərəindən müvafiq əmlakın alqı-satqısı üzrə həmin əmlakın dəyəri qimsində 24000 manat məbləğində bank vasitəsilə əmlakın mülkiyyəçisinə pul vəsaiti ödənilmiş və ona dair qəbz mövcuddur. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia tələbi üzrə iddiaçının qardaşı müvafiq əmlakın mülkiyyətçisi qismindəçıxış etməklə, onun tərəfindən cavabdehin atasına bütün əmlakının idarə eidlməsi və sərəncam verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə verilmiş, həmin etibarnamə əsasında cavabdehin atasının şəxsən özü barəsində əqd bağlaması halı müəyyən edilməmişdir. Belə ki, müvafiq əmlakın mülkiyyətçisinin adından etibarnamə verilmiş şəxs həmin əmlaka dair öz oğlu ilə alqı-satqı müqaviləsini bağlamışdır. Mülki qanunvericiliyin tələbinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsi halı imperativ norma kimi müəyyən edilmişdir. bu halda, məhkəmə hesab edir ki, hazırki halda isə etibarnamə verilmiş şəxsin oğlu ilə müvafiq əqdi bağlaması halı şəxsən özü barəsində bağlanılmış əqd kimi qiymətləndiirlməsinə əsas vermir. Həmçinin, məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bütün əmlakının qardaşı tərəfindən ona vəsuyyət edilməsi və bu barədə notarial təsdiq olunmuş vəsiyyətnamənin mövcudluğu ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən vəsiyyət edən şəxsin öz sağlığında əmlakının özgəninkiləşdirilməsi həmin hissədə vəsiyyətnamənin qüvvədən düşməsinə səbəb olur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı həm ilkin müqavilə, həm də alqı-saqtı müqaviləsinin bağlanılması zaman mülki qanunvericiliiyinin şərtlərinin pozulması ilə bağlanılması halı müəyyən eidlməmişdir. ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi ilkin müqvailə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hisssəində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə ilk iddia tələbinin müvafiq əmlaka dair Çıxarışın ləğv edilməsi hisssəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb ilk idida tələbi üzrə müavfiq alqı-satqı müqaviləsinin etibrsız hesab edilməsinə dair əsas tələbdən törəmə olduğundan, əsas tələb qismində çıxış edən ilk iddia tələbinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə diar hissədə əsassız olduğundan, ilk iddia tələbi çıxarışın ləğv edilməsi hissəsində də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə ilk iddia tələbinin yaşayış evinə istifadə hüququnun olamaması müəyyən edilməklə, istifadə hüququna xitam verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, ilk iddia tələbi üzrə iddiaçı müvafiq yaşayış sahəsinə dair ilk iddia tələbi üzrə cavabdehlərin istifadə hüququna xitam verilməsini tələb etsə də, həmin yaşayış sahəsinin ona məxsus olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. mülki qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququnun yaranması, dəyişməsi və xitamı məhz mülkiyyətçi ilə digər şəxslər arasında yaranan hüquq münasbitələridir. Hazırki halda iddiaçı yeganə sübut qismində şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndiirlməsinə dair pasport təqdim etmişdir ki, həmin sənəddə evin sahibi qismində X21 adı qeyd edilmişdir. Göründüyü kimi hazırki halda ilk iddia tələbi üzrə iddiaçının həmin yaşayış sahəsinin mülkiyyətçisi qismində çıxış etməsi halını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi üzrə iddiaçının cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüquqularına xitam verilməsi tələbini irəli sürülməsinə dair subyektiv hüququ olmamışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, iilk iddia tələbi qeyd olunan hissədə də əsasssız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə ilk iddia tələbinin torpaq shaəsindən və torpaq sahəində inşa edilmiş evdən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi hissəsi ilə bağlı hesab edir ki, ilk iddia tələbi qeyd olunan hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı ilk iddia tələbi üzrə cavabdehlər tərəfindən ilk iddia tələbi üzrə ididaçıya məxssus torpaq sahəsinin zəbt edilməsi halı müəyyən edilməmişdir. Digər tərəfdən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı sahə ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında ilk iddia tələbi üzrə Cavabdeh1 Fəxrdəddin oğluna məxssus olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müvafiq mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, müvafiq fərdi yaşayış evi məhz Cavabdeh1 məxssu olan torpaq sahəsinin hüdudları daxilində yerləşir, Cavabdeh1 məxsus torpaq sahəsində və X23 məxssus torpaq sahəsində hər hansı tikili qeydiyyata alınmamışdır. İlk iddia tələbi üzrə iddiaçı cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmasını, evin boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, həmin yaşayış sahəsinin ona məxsus olmasına dair heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi indiki halda isə ilk iddia tələbi üzrə iddiaçı həmin evin mülkiyyətçisi qismində çıxış etmir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi qeyd olunan hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə hazırki mülki iş üzrə ilk iddia tələbi üzrə cavabdeh 8 saylı Notariat Ofisinin nümayənədsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizsi ilə bağlı hesab edir ki, müvafiq ərizə əsassız olmaqla, hazırkı mülki iş üzrə iddia müddəti ilk ididaçı tərəfindən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, hazırki mülki iş üzrə müvafiq daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanılmışdır. İlk idida tələbi üzrə ididaçı məhkəmə iclaısnda veridyi izahatı əsasında müəyyən eidlmidşir ki, müvafiq torpaq shaəinin alqı-satqısına dair məlumatı məhz qardaşının 2019-cu ilin mart ayında vəfat etməsindən sonra ona məlum olmuşdur. İlk iddia tələbi üzrə iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə 2020-ci ilin fevral ayında mürcaiət etmişdir. bu halda məhkəmə qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ilk iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə qarşılıqlı idida tələbi üzrə iddiaçının evin ona məxsus olmasının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbi əsassız olmaqla, təmin edilməməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respubliaksı Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin təhlilindən aydın olur ki, daşımaz əmlaka dair mülkiyyət və digər əşya hüquqları dövlət qeydiyyatına alınmalıdır. Hər hansı şəxsin daşınmaz əmlakın mülkiyyətçisi qismində çıxış etməsi üçün həmin şəxs əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaılıdır. Həmçinin, qanunvericiliyin təhlilindən aydın olur ki, daşınmaz əşyanın kimə məxssusluğu məhz mülkiyyət hüququ əsasında müəyyən edilir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə qarşılıqlı idida tələbinin heç bir hüquqi əsası mövcud deyildir. Ona görə də məhkəmə qeyd olunan halı nəzərə alaraq, mülki qnaunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə müvafiq qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməli, ilk iddia və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu ilk iddia və qarşılıqlı iddia tələbi üzrə iddiaçılara adi edilməli, iş üzrə mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərc qismində 80,40 manat məbləğində pul vəsaiti ilk iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçıdan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (hesab nömrəsi AZ23AİİB**********3701778, VÖEN **********) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ilk idida tələbi üzrə iddiaçıya və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilsin. İş üzrə mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərc qismində 80,40 manat məbləğində pul vəsaiti ilk iddia tələbi üzrə İddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (hesab nömrəsi AZ23AİİB**********3701778, VÖEN **********) köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar