Məhkəmə qərarları › İş №2(3-6)-2719/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2719/2026

08.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2719/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlqar qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İlqar qızının cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzilin əsaslı təmirinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlqar qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh İlqar qızının və ##.##.2013-cii il təvəllüdlü X3 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 56, 1969-cu məhəllə, ev 21, * saylı mənzildən (yeni əsaslarla: Bakı şəhəri, Nərimanov rayonu, Nadir Əliyev küçəsi 61, M1, mənzil 2) istifadə hüquqlarına xitam verilməsini və onların mənzildən çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İlqar qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mənzilin yanmasından sonra əsaslı təmirinə xərclənmiş 25.000 manat pul vəsaitinin və mənzildən istifadə hüququna xitam verilməsinin əvəzi olaraq 36.200 manat pul kompensasiyasının İddiaçı alınaraq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdeh Cavabdeh İlqar qızı və ##.##.2013-cü il təvəllüdlü övladı X3 Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 56,1969-cu məhəllə, ev 21, * saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh İlqar qızı tərəfindən mənzilin təmirinə xərclənmiş 16.139 manat pulun İddiaçı tutularaq Cavabdeh İlqar qızına ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş rüsumların tərəflərə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatının cavabdeh Cavabdeh İlqar qızından, 50 manatının isə İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlqar qızı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, onun qeyd edilən mənzilin əsaslı təmiri və əşyalar üçün xərclədiyi 25.000 manat pul vəsaitindən təmin edilməmiş 8.861 manat pul vəsaitinin İddiaçı tutulub ona verilməsi və istifadə hüququna xitam verilməsinin əvəzində 36.200 manat miqdarında kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- 4952/2025 qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh İlqar qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İlqar qızının cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzilin əsaslı təmirinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraat mərhum İddiaçı vərəsələrinin dairəsi müəyyən edilənədək dayandırılmışdır. Bundan sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi Qanuni nümayəndə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini və qətnamənin qismən, yəni qarşılıqlı iddianın qismən təmin edilən hissədə ləğv edilərək, rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi Qanuni nümayəndə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi Qanuni nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə “düz bağırsaq birləşməsinin bədxassəli yeni törəməsi” xəstəliyindən vəfat etmişdir. Bu səbəbdən də Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Mirasın qəbulu ilə bağlı qanunvericilikdə göstərilmiş 6 aylıq müddətin gözlənilməsi və mübahisələndirilən mənzilə hüquqmüəyyənedici sənədlərin alınması ilə əlaqədar olaraq mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş bir aylıq müddət üzrlü səbəbdən ötürülmüşdür. Hazırda qanun üzrə vərəsə Qanuni nümayəndə ##.##.2026cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlakdan (yeni əsaslarla: Bakı şəhəri, Nərimanov rayonu, N.Əliyev küçəsi, giriş 61, M1, mən.2) tam pay almışdır. Qanuni nümayəndə mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün daşınmaz əmlakın reyestr xidmətinin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ##.##.2026-cı il tarixdə çıxarış almışdır. Apellyasiya şikayəti E-məhkəmə sisteminə ##.##.2026-cı il tarixdə saat 20:24-də daxil olmuş və AP(5-97)-139599/2026 kodu ilə qeydiyyata düşmüşdür. Sonra tərəfindən göndərilmiş apellyasiya şikayəti həmin tarixdə saat 20:24-20.27 aralığında AP(5- 97)-139602/2026 kodu ilə qeydiyyata düşmüşdür. Ehtimal edirlər ki, apellyasiya şikayəti ilə birlikdə verdikləri ötürülmüş müddətin bərpası barədə ərizəyə üzürlü səbəbin təsdiqi olaraq əlavə edilmiş mərhum İddiaçı ölüm şəhadətnaməsi və qanun üzrə vərəsə Qanuni nümayəndə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi texniki nasazlıq üzündən e-məhkəmə sistemində görünməmişdir. Belə ki, şikayət və onun verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəyə əlavə olunmuş sənədlər ekabinetdə görünür. Mənzilə dair çıxarış Qanuni nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə alındığından həmin vaxt onu apellyasiya şikayətinə əlavə etmək mümkün olmamışdır. Buna sübut olaraq şikayətin göndərildiyi vaxt və sənədlərin siyahısı şikayətə əlavə olunur. Bununla belə, müddətin ötürülməsinə səbəb olan halları təşkil edən və şikayətə əlavə olunmuş ölüm və vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən ötürülməsi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Prosessual müddətin buraxılması məhkəmə tərəfindən bərpa edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməli, qeyd edilən qətnamədən ilk iddiaçının hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Baki şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi vəkil3 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə bundan iki gün sonra, yəni ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Ölmüş şəxsin adına isə order alınması və onun adından apellyasiya şikayətinin verilməsi nə fiziki olaraq nə də ki, qanunvericilik baxımından mümkün deyil. İddiaçı ölümü ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Nəticə etibarı ilə qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət gözlənilməklə mübahisəli mənzilə dair ##.##.2026-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qanuni nümayəndə verilmiş və şəhadətnaməyə əsasən o, miras əmlakdan tam pay almışdır. Həmin tarixə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddət artıq bitmişdir. Qanuni nümayəndə da ##.##.2026-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etdikdən 11 gün sonra, yəni ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəni və apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bununla belə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi Qanuni nümayəndə apellyasiya şikayəti ilə müraciət etmək üçün prosessual imkanı yalnız ##.##.2026-cı il tarixdə yaranmış, həmin şəxs də bu tarixdən sonra qısa müddət ərzində, yəni ##.##.2026-cı il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Göstərilənlər müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün bilavasitə əsas yaradır və müddətin bərpa edilməsini şərtləndirir. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlər ərizənin təmin edilməsi və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi üçün əsas yaradır. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı İddiaçı hüquqi varisi Qanuni nümayəndə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilməli, həmin qətnamədən ilk iddia üzrə iddiaçı İddiaçı hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi Qanuni nümayəndə şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi Qanuni nümayəndə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar