Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3367/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh3 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, ** saylı evin * saylı mənzilindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, cavabdeh2 və X1 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh cavabdeh3 ünvan 1 ünvanındakı, * saylı mənzilə istifadə hüququna xitam verilməsi, cavabdehlər cavabdeh3, cavabdeh2 və X1 mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanındakı, * saylı mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh həmin qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cıil tarixli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılmış və qərardad ##.##.2026-cı il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməklə, prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən cavabdehin qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış, qətnamədən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdehin həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardadda iş materiallarında qərardadın elektron kabinetə yerləşdirilməsi barədə elektron bildirişin, SMS və ya elektron poçt vasitəsilə məlumatlandırmanın həyata keçirildiyini təsdiq edən məlumatlara istinad edilməmişdir. Halbuki, o, qərardadın sistemə yerləşdirilməsinə dair bildirişin olmadığına dair məhkəmə portalının şəkilini şikayətinə əlavə edib. Bundan əlavə, o, qərardaddan yalnız Binəqədi Rayon Icra şöbəsi tərəfindən onunla əlaqə saxlanıldıqdan sonra xəbər tutduğunu, ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək həmin qərardadın qəbul edilməsini öyrəndiyini bildirməyinə baxmayaraq, məhkəmə bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir. Rayon məhkəməsi qərardadın faktiki olaraq nə vaxt əldə edildiyini, elektron məlumatlandırmanın həyata keçirilib-keçirilmədiyini və prosessual müddətin hansı tarixdən hesablanmalı olduğunu araşdırmadan yalnız elektron kabinetə yerləşdirilmə faktına əsaslanmışdır. Eyni zamanda, məhkəmə MPM-in 130.3-cü maddəsini tətbiq edərkən prosessual müddətin başlanğıc tarixini və onun düzgün hesablanmasını kifayət qədər əsaslandırmamış, qərardadda göstərilən "22 gün müddətin ötürülməsi" nəticəsinin hansı hesablamaya əsaslandığını izah etməmişdir. Beləliklə, məhkəmənin prosessual müddətin ötürüldüyünə dair gəldiyi nəticə işin tam araşdırılmış hallarına deyil, yalnız formal mülahizələrə əsaslanmışdır. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268-cı maddəsinə uyğun olaraq şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olubolmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki iş materiallarından görünür ki, rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı cavabeh cavabdeh3 elektron kabinetinə ##.##.2026-cı il tarixində, saat 16:15-də yerləşdirilməklə ona rəsmi qaydada çatdırılmışdır. Beləliklə, həmin qərardaddan şikayətvermənin son günü ##.##.2026-cı il tarixi olmuşdur. Cavabdeh ##.##.2026-cı il tarixində həmin qərardaddan şikayət verməklə, prosessual müddəti ötürmüşdür. MPM-in 134-cü maddəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPM-in 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci, 360-cı, 404.0.1- 405.0.2-ci, 423.4-cü maddəsinin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sistematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə akı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə desək, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə, qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Məhkəmə cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, prosessual müddətlərin axımı məhkəmə sənədinin “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə yerləşdirilməsi ilə başlayır. Çünki məhkəmə sənədinin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılıbçatdırılmadığını izləmək üçün hakim müvafiq texniki imkana malik deyil. Bu səbəbdən hakimlər prosessual müddətləri (məhkəmə aktının qanuni qüvvəyə minmə müddətini və s.) məhkəmə sənədinin elektron kabinetə yerləşdirildiyi tarixə görə hesablayır və buna əsaslanaraq iş üzrə növbəti prosessual hərəkətləri (məhkəmə aktının icraya yönəldilməsi və s.) edir. Beləliklə də qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də rayon məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsindən imtina etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, rayon məhkəməsi qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(3-6)-3367/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3367/2026
04.08.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver