Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-586/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : Iş materialında olan ********** nömrəli, ##.##.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında kənd təsərrüfatı təyinatlı 0.26 ha torpaq sahəsi İddiaçı Novruz qızının xüsusi mülkiyyətindədir. Iş materialında olan ##.##.2021-ci il tarixli, ** nömrəli Astara rayonu Pensər bələdiyyəsinin arayışından görünür ki, İddiaçı aid torpaq sahəsində 100 kv.m evin tikintisinə ##.##.2015-ci ildə başlanmışdır, ##.##.2015-ci ildə tam şəraitdə tikilib istifadəyə verilmişdir. Iş materiallarında olan *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli Astara Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdehlər X4, X2 və İddiaçı qarşı mənzilə köçürmə və həmin mənzildə yaşamaq hüququnun tanınması tələbi barədə iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh, uşağı ## ###### 2020-ci il təvəllüdlü X7 ilə birlikdə cavabdehlər X4, X2 və İddiaçı istifadəsində olan, Astara rayonunun Çayoba kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2021-ci il tarixli, *(***)-****/**** saylı qərardadından görünür ki, cavabdehlər X2 və İddiaçı tərəfindən birgə verilmiş şikayət təmin edilməmiş, Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikasi Astara Rayon Icra Hakimiyyətinin ## ###### 2026-cı il tarixli *- **/*-***/**** saylı məktubu ilə müəyyən edilir ki, Astara rayonu Çayoba kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin nə vaxt inşa edildiyi və inşa edildiyi vaxtdan hazırki dövrədək həmin yaşayış evində faktiki olaraq kimlərin yaşadığı barədə ətraflı məlumatın əldə edilməsindən ötrü Astara Rayon Icra Hakimiyyəti başçısının Pensər kənd IƏD üzrə nümayəndəliyinə sorğu edilmişdir. Bildiririk ki, İddiaçı xüsusi mülkiyyətində olan 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 2016-cı ildə inşa edilmişdir. Həmin ildən X4 və Cavabdeh sözügedən evə köçərək Astara rayonu Çayoba kəndində qeydiyyata düşmüşdürlər. Hal-hazırda İddiaçı, Faiq Ağagülzadə, Cavabdeh və onun körpələri sözügedən evdə yaşayırlar. O cümlədən, Cavabdeh çalışdığı iş yerinin yaşadığı evdən uzaq olması səbəbindən bəzi hallarda qonşu kənddə yerləşən atasına məxsus evdə qalması müşahidə olunmuşdur. Astara RIHB-nin Pensər kənd Inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin ##.##.2026-cı il tarixli ** nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1ndə X5 mülkiyyətində olan 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2015-ci ildə inşa edilmişdir. 2017ci ildə Cavabdeh həyat yoldaşı X4 ilə birlikdə sözügedən evə köçmüşlər. 2017-ci ilin mart ayında onların birgə nikahından birinci, 2022-ci ilin avqust ayında isə ikinci övladları dünyaya gəlmişdir. 2023-cü ildə rəsmi nikahları pozulmuş və məhkəmənin müvafiq qərarı ilə Cavabdeh övladları ilə birlikdə həmin evdə yaşamaq hüququ verilmişdir. Bundan sonra Əsxənəkəran kəndində qeydiyyatda olan Cavabdeh qaynatası, qayınanası və üç övladı – bir oğlu və iki qızı – ilə birlikdə sözügedən evə köçmüşlər. 2024-cü ildə qızlarından biri gəlin köçmüşdür. Məktubda, həmçinin, sorğu əsasında həmin evdə kimin yaşamasının müəyyən edilməsi məqsədilə Pensər kənd Bələdiyyəsinin və RIH əməkdaşının iştirakı ilə reyd keçirildiyi bildirilmişdir. Reyd zamanı evdə Əliyev Faiq, Abbasova Nəzəkət, onların bir qızı, habelə Cavabdeh iki azyaşlı övladı ilə birlikdə olduqları müəyyən edilmişdir. Ev sahibi Faiq Əliyev Cavabdeh evdə yaşamadığını, gecələr orada qalmadığını və yalnız nadir hallarda gəlib-getdiyini bildirmişdir. Cavabdeh də şəraitsizlik səbəbindən həmin evdə gecə qalmadıını təsdiq etmişdir. Həmçinin, iki oğlanın Bakı şəhərində işlədiyi və evlərinə gəlib-getdiyi qeyd olunmuşdur. Iş materiallarına əlavə edilmiş Astara rayonu Pensər Bələdiyyəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1ndə X5 mülkiyyətində olan 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2015-ci ildə inşa edilmişdir. 2017ci ildə Cavabdeh həyat yoldaşı X4 ilə birlikdə sözügedən evə köçmüşlər. 2017-ci ilin mart ayında onların birgə nikahından birinci, 2022-ci ilin avqust ayında isə ikinci övladları dünyaya gəlmişdir. 2023-cü ildə rəsmi nikahlarının pozulduğu və məhkəmənin müvafiq qərarı ilə Cavabdeh övladları ilə birlikdə həmin evdə yaşamaq hüququ verildiyi bildirilmişdir. Bundan sonra Əsxənəkəran kəndində qeydiyyatda olan Cavabdeh qaynatası, qayınanası və üç övladı – bir oğlu və iki qızı – ilə birlikdə sözügedən evə köçmüşlər. 2024-cü ildə qızlarından biri gəlin köçmüşdür. Sorğu əsasında həmin evdə kimin yaşamasının müəyyən edilməsi məqsədilə Pensər kənd IƏD üzrə nümayəndəsi və RIH əməkdaşının iştirakı ilə reyd keçirildiyi qeyd olunmuşdur. Reyd zamanı evdə Əliyev Faiq, Abbasova Nəzəkət, onların bir qızı, habelə Cavabdeh iki azyaşlı övladı ilə birlikdə olduqları müəyyən edilmişdir. Ev sahibi Faiq Əliyev Cavabdeh evdə yaşamadığını, gecələr orada qalmadığını və yalnız nadir hallarda gəlib-getdiyini bildirmişdir. Cavabdeh də şəraitsizlik səbəbindən həmin evdə gecələmədiyini təsdiq etmişdir. Həmçinin, iki oğlanın Bakı şəhərində işlədiyi və evlərinə gəlib-getdiyi bildirilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 4000 (dörd min) manat kompensasiya ödəməklə onun ünvan 1ndə yerləşən, xüsusi mülkiyyətində olan 0.26 hektar həyətyanı torpaq sahəsinin üzərində tikilmiş 2 otaqlı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırmışdır ki, o, ## ####### 1973-cü il tarixdə Astara rayonunun Motlayataq kəndində doğulmuşdur. X2 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan onların 4 uşaqları doğulmuşdur. Oğlu Eynəli 2016-cı il tarixdə cavabdeh Cavabdeh ilə ailə həyatı qurmuşlar, bu nikahdan onların bir övladı doğulmuşdur. Lakin, münasibətləri pisləşdiyi üçün aralarında nikah pozulmuşdur. Cavabdeh Cavabdeh onlara qarşı mənzilə köçürülmə barədə məhkəmədə iddia qaldırmışdır. Astara rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh övladı ilə birlikdə istifadələrində olan, Astara rayonun Çayoba kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Lakin, cavabdeh istifadələrində olan fərdi yaşayış evində bir gün də olsun yaşamamışdır, otaq qapısını açarla bağlayıb valideynlərinin himayəsində yaşayır. Hal-hazırda, yaşadıqları ev çox balaca və darısqaldır. Orada yaşamaq üçün cəmi bir otaqdan istifadə etməyə məcburdurlar. Ona görə də, o məcbur qalıb iddia tələbi ilə məhkəməyə müraciət edir ki, mübahisəni qanuni şəkildə həll etsin. Sonradan iddiaçının nümayəndəsi və vəkili vəkil1 iddianın predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 1ndə yerləşən, xüsusi mülkiyyətidə olan 0.26 hektar həyətyanı torpaq sahəsinin üzərində tikilmiş 2 otaqlı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia tələbini qəbul etmədiyini, cavabdehin yaşamağa yerinin olmadığını, sözügedən evin heç bir sənədinin olmadığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Şəfiqə Meybullayeva) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Astara rayonu Çayoba kəndində yerləşən iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin üzərində tikilmiş 2 otaqlı fərdi yaşayış evindən çıxarılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisəyə hüquqi qiymət verilərkən başlıca olaraq mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu və iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları tədqiq edilməlidir. Məhkəmə hesab edir ki, mübahisə obyekti olan fərdi yaşayış evi iddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşdiyindən, sözügedən fərdi yaşayış evinin sənədsiz olması onun özbaşına tikili kimi qəbul olunmasına əsas vermir. Belə ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Hər nə qədər ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmişdir, həmin fərdi yaşayış evinin müstəqil olaraq dövlət qeydiyyatına alınması üçün gözlənilən mülkiyyət hüququ da iddiaçıya məxsusdur. Iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsaslarına münasibətdə isə məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası ## ####### 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iddianın cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmasına münasibətdə isə hesab edir ki, iddia həmin hissədə əsaslıdır, təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddəsi, «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 107, 119.1, 220.4, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət aşağıdakı kimi əsaslandırılmışdır: “Həmin qətnamə qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi deyil, kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsidir. Belə olan halda orada tikilmiş fərdi yaşayış evi özbaşına tikili sayılır. Məhkəmə isə qeyd edir ki, həmin tikili özbaşına tikili sayıla bilməz. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi ona görə dövlət qeydiyyatına alınmamışdır ki, fərdi yaşayış evi kənd təsərüfatı təyinatlı torpaq sahəsində tikilmişdir, bu səbəbdən də həmin tikiliyə torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydə alına bilməz və həmin fərdi yaşayış evinə vahid çıxarış verilə bilməz. Daha sonra məhkəmə qeyd edir ki, hər nə qədər ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmişdir, həmin fərdi yaşayış evinin müstəqil olaraq dövlət qeydiyyatına alınması üçün gözlənilən mülkiyyət hüququ da iddiaçıya məxsusdur. Məhkəmənin bu gəldiyi nəticə ilə də razılaşmaq olmaz, çünki bu halda da mülkiyyətçinin gözlənilən mülkiyyət hüququ yoxdur. Çünki kənd təsərrüfat təyinatlı torpaqlarında tikilmiş evlər, özbaşına tikili sayılır və onlar dövlət qeydiyyatına alınmır. Daha sonraa qətnamədə qeyd edilir ki, iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsaslarına münasibətdə isə məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin ## ####### 2009 – cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddia ona görə qismən təmin edilməlidir ki, cavabdehin mənzilə istifadə hüququ yoxdur. Qeyd etmək istəyirəm ki, məhkəmənin hazırki mübahisəni icraata qəbul edib, mübahisəyə yenidən hüquqi qiymət vermək üçün əsasları yoxdur. Belə ki, həmin münasibətlərə Astara rayon Məhkəməsinin 01.04. 2021-ci il tarixli 2(018) 330\**** saylı qətnaməsi ilə baxılmış və hüquqi qiymət verilmşdir. Həmin qətnamə hal – hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda məhkəmə həmin iddiaya yenidən baxa bilməzdi və iddiaya xitam verməli idi. Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsində qeyd olunur ki, apellyasiya instansiya məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə bu işə baxarkən cavabdehin həmin mənzildə hansı əsaslarla yaşamasını araşdırmamış və bu faktiki halın işin nəticəsinə təsir edəcək halları müəyyən etməmişdir. Halbuki iş materiallarından və cavabdeh tərəfin təqdim etdiyi sübutlardan aydın görünür ki, cavabdehin həmin mənzildə istifadə hüququnun olmasının qanuni əsasları olmuşdur və bu barədə məhkəmə qətnaməsi vardır. Astara rayon Məhkəməsinin ## ##### 2026 - cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, həmin qətnaməni ləğv edib, işin icraatına xitam verib, apellyasiya şikayətimizi təmin edəsiniz”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı tərəf onun və uşaqlarının evdə yaşamasına şərait yaratmır. Yay aylarında evdə qaldığı zaman havanın isti olması səbəbindən qapını açıq saxladıqda, iddiaçı tərəflə aralarında mübahisə yaranır. Həmçinin, uşaqlarının çölə çıxmasına da icazə verilmir. Iddiaçı tərəf onun evdə yaşamasına mane olmaq üçün əlindən gələn bütün vasitələrdən istifadə edir, evin mətbəxindən, sanitar qovşağından və digər hissələrindən istifadə etməsinə imkan vermir. Bu səbəbdən evdə daimi qala bilmir, şəraitsizlikdən bəzi günlər atası evində qalmağı məcbur olun, yaşamaq üçün başqa yeri yoxdur. Evləndiyi gündən həmin evə gəlin köçdüyünü, 2023-cü ildə iddiaçının oğlu ilə boşandığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı tərəflə razılıq əldə edə bilməmişlər. 20000 manat onlara ödəniş edilməsi qarşılığında razılıq əldə edə bilərdilər. Evin təxmini ümumi dəyəri 50000 manatdır. Ev onun tərəfindən tikilib, xeyli xərc çəkilmişdir, iddiaçı tərəfin başqa evi də var. Yaşamaq üçün şəraiti var, lakin təmsil etdiyi şəxsin yaşayış yeri yoxdur, iki uşağı var. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil1 izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. Cavabdeh ev üçün xərc çəkibsə bununla bağlı ayrıca iddia qaldıra və pulunu tələb edə bilər. Cavabdehin əşyaları hazırda mübahisəli evdədir, evin bir otağının qapısını bağlayıb və iddiaçının mülkiyyətindən tam istifadə etməyə maneə olur, mülkiyyət hüquqlarını pozur. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Cavabdeh Cavabdeh qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etsə də, qətnamənin onun üçün əlverişsiz olan hissəsi yalnız mübahisəli ikiotaqlı fərdi yaşayış evindən çıxarılmasına dair hissə olduğundan, apellyasiya baxışının predmeti də həmin hissə ilə məhdudlaşır və qətnamənin qanuniliyi və əsaslılığı yalnız bu hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 .Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 13.
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin qanuniliyini və əsaslılığını yoxladıqdan sonra hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddia tələbinin təmin olunan - cavabdeh Cavabdeh mübahisəli ikiotaqlı fərdi yaşayış evindən çıxarılmasına dair hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Kollegiya qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və şəxsin həmin sahədən çıxarılması ilə bağlı mübahisələr yalnız formal mülkiyyət sənədinin mövcudluğu əsasında həll edilə bilməz. Belə mübahisələrə baxılarkən məhkəmə ilk növbədə mübahisəli obyektin hüquqi statusunu, həmin obyektə münasibətdə mülkiyyətçi statusunun mövcudluğunu, cavabdehin yaşayış sahəsinə daxil olması və orada yaşamasının hüquqi əsasını, həmin əsasın yaranma vaxtını, eləcə də sonradan bu əsası aradan qaldıran hər hansı hüquqi və ya faktiki halın baş veribvermədiyini müəyyən etməlidir. Yalnız bu hallar aydınlaşdırıldıqdan sonra cavabdehin sahibliyinin qanunsuz olub-olmaması və onun yaşayış sahəsindən çıxarılmasının mümkünlüyü barədə nəticəyə gəlmək olar. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mübahisənin əsasını cavabdehin yaşayış sahəsindən istifadə hüququnun ilk dəfə yaranıb-yaranmaması deyil, əvvəlki məhkəmə aktı ilə təmin edilmiş köçürülmə və istifadə vəziyyətinə sonradan xitam verilməsi üçün hüquqi əsasların mövcud olubolmaması təşkil edir. Buna görə də məhkəmə tərəfindən əvvəlki qanuni qüvvəyə minmiş qətnamənin hüquqi nəticələrini nəzərə alınmalı və iddiaçı tərəfindən həmin vəziyyətə xitam verən sonrakı halın sübuta yetirilib-yetirilmədiyini müəyyən edilməlidir. Iş üzrə iddiaçı İddiaçı Əli qızı cavabdeh Cavabdeh Çayoba kəndində yerləşən ikiotaqlı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsini və həmin evdən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı çıxarılma hissəsində təmin etmişdir. Lakin Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün mühüm əhəmiyyət daşıyan halları tam və hərtərəfli araşdırmamış, əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hüquqi nəticələrini nəzərə almamış və cavabdehin sahiblik və istifadəsinin hansı əsasla qanunsuz hesab edildiyini əsaslandırmamışdır. Iş materiallarından müəyyən olunur ki, Astara Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı ilə birlikdə mübahisəli ikiotaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak etmiş şəxslər tərəfindən başqa mülki işə baxılarkən yenidən sübut edilmir və mübahisələndirilə bilməz. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında əvvəlki məhkəmə aktından sonra tərəflər arasında həmin aktla yaranmış hüquqi vəziyyəti dəyişdirən razılaşmanın bağlanması, cavabdehin başqa uyğun yaşayış sahəsi əldə etməsi və ya mübahisəli evdən istifadə hüququndan könüllü imtina etməsi barədə mötəbər sübut müəyyən edilmir. Bu hal hazırkı iddia üzrə xitam məsələsinin araşdırılmasını istisna etmir, lakin iddiaçının sonrakı xitam və ya qanunsuz sahiblik əsasını sübut etməli olduğunu göstərir. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etməklə, cavabdeh Cavabdeh iddiaçının ailə üzvü və ya digər qohumu olmadığını, bu səbəbdən onun mübahisəli yaşayış evindən istifadə hüququnun yaranmadığını, mövcud olmayan istifadə hüququna isə xitam verilə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə daha sonra isə cavabdehin mübahisəli evdən çıxarılmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi ilə əsaslandıraraq onun sahibliyini qanunsuz hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri üçün həmin yaşayış sahəsindən istifadə hüququ və vəzifələrinin müəyyən edilməsini nəzərdə tutur və müstəqil olaraq şəxsin yaşayış sahəsindən çıxarılması üçün hüquqi əsas yaratmır. Həmçinin, şəxsin Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan ailə üzvləri sırasına daxil edilməməsi onun həmin yaşayış sahəsində olmasının avtomatik olaraq qanunsuz hesab edilməsinə səbəb ola bilməz. Kollegiya nəzərə alır ki, əvvəlki məhkəmə aktı ilə Cavabdeh və övladının mübahisəli yaşayış evinə köçürülməsi məsələsi həll edilmişdir. Həmin məhkəmə aktı ilə müəyyən edilmiş faktiki və hüquqi vəziyyət hazırkı işə baxılarkən nəzərə alınmalı idi. Əvvəlki məhkəmə aktının mövcudluğu cavabdehin həmin evdən istifadə hüququnun heç bir halda sonradan dəyişdirilə bilməsi anlamına gəlməsə də, bu vəziyyətin sonradan aradan qalxdığını və cavabdehin evdə olmasının artıq hüquqi əsasının olmadığını iddiaçı sübut etməli idi. Birinci instansiya məhkəməsi isə əvvəlki məhkəmə aktını, onun hüquqi nəticələrini və həmin aktdan sonra cavabdehin istifadə vəziyyətində dəyişiklik yaradan halları araşdırmamışdır. Bundan başqa, iddiaçı İddiaçı və onun ailə üzvlərinin mübahisəli evdə yaşaması, iddiaçıya məxsus əşyaların həmin evdə saxlanılması və iddiaçının evdən faktiki istifadə etməsi də nəzərə alınmalıdır. Bu hallar iddiaçının mübahisəli evdən tamamilə məhrum edilmədiyini göstərir. Belə olan halda cavabdehin sahibliyinin Mülki Məcəllənin 157.2-ci maddəsinin tətbiqi üçün zəruri olan mənada qanunsuz olması ayrıca və mötəbər sübutlarla müəyyən edilməli idi. Birinci instansiya məhkəməsi isə cavabdehin sahibliyinin hansı əsasla qanunsuz hesab edildiyini göstərməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi üçün əmlakın iddiaçıya məxsus olması, əmlakın cavabdehin sahibliyində bulunması və həmin sahibliyin qanunsuz olması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi bu şərtlərin formal olaraq mövcud olduğunu bildirsə də, onların hər birini konkret sübutlarla əsaslandırmamışdır. Xüsusilə cavabdehin mübahisəli evdə olmasının əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gəlməsi nəzərə alınmaqla, onun sahibliyinin qanunsuz olması sübuta yetirilməmişdir. Apellyasiya icraatı zamanı tərəflərə mübahisənin məhkəmədənkənar qaydada həlli, o cümlədən cavabdehin mübahisəli yaşayış evindən çıxarılması əvəzinə kompensasiya ödənilməsi məsələsinin müzakirə edilməsi üçün vaxt verilmiş, lakin tərəflər kompensasiyanın məbləği ilə bağlı qarşılıqlı razılığa gələ bilməmiş və barışıq əldə olunmamışdır. Bundan başqa, apellyasiya icraatı zamanı mübahisəli evdə faktiki yaşayış hallarının dəqiqləşdirilməsi məqsədilə aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına sorğular verilmişdir. Astara Rayon Icra Hakimiyyətinin ## ###### 2026-cı il tarixli, *-**/*-***/**** saylı məktubunda Günayın və onun iki azyaşlı övladının mübahisəli evdə yaşadığı, Günayın yalnız işlədiyi yerin uzaq olması səbəbindən bəzi hallarda atasına məxsus evdə qaldığı bildirilmişdir. Astara Rayon Icra Hakimiyyəti başçısının Pensər kənd IƏD üzrə nümayəndəliyinin ## ######## 2026-cı il tarixli, ** nömrəli məktubunda və Pensər Bələdiyyəsinin ## ######## 2026-cı il tarixli, ** nömrəli məktubunda isə Günayın həmin evdə həyat yoldaşı ilə birlikdə yaşadığı, onların iki övladının olduğu, keçirilmiş baxış zamanı Günayın iki azyaşlı övladının həmin evdə olduğu qeyd edilmişdir. Həmin məktublarda Günayın evdə gecələməməsi yaşayış şəraitinin əlverişsiz olması ilə əlaqələndirilmişdir. Göründüyü kimi, ayrı-ayrı məktublarda tikilinin inşa edildiyi və Günayın evə köçdüyü tarixlər fərqli göstərilsə də, həmin sənədlərdə ortaq olaraq Günayın mübahisəli evə ailə həyatı qurduqdan sonra köçməsi, onun iki azyaşlı övladının həmin evdə faktiki olması və Günayın evlə yaşayış əlaqəsinin davam etməsi təsdiqlənir. Günayın bəzi hallarda atasının evində qalması isə onun mübahisəli evdən könüllü imtina etdiyini və ya daimi, müstəqil və uyğun alternativ yaşayış sahəsinə malik olduğunu göstərmir. Əksinə, Günayın evdə gecələməməsini yaşayış şəraitinin əlverişsiz olması ilə izah etməsi onun həmin evə ehtiyacının aradan qalxmadığını, evdən istifadə etməməsinin isə mütləq şəkildə könüllü imtina ilə bağlı olmadığını göstərir. Həmçinin, həmin evdə iddiaçı İddiaçı, Faiq Əliyevin və digər ailə üzvlərinin yaşaması, iddiaçıya məxsus əşyaların evdə saxlanılması və evdən faktiki istifadə edilməsi mübahisəli yaşayış sahəsinin ailə üzvləri tərəfindən birgə istifadə olunan yaşayış sahəsi olduğunu göstərir. Bundan əlavə Kollegiya həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən Günayın mübahisəli yaşayış evinə ehtiyacının aradan qalxdığını, həmin evdən könüllü imtina etdiyini və ya daimi və uyğun başqa yaşayış sahəsinə malik olduğunu sübut etməli idi. Lakin iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim edilməmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavablardan Günayın və onun iki azyaşlı övladının mübahisəli evlə faktiki yaşayış əlaqəsinin davam etdiyi, uşaqların həmin evdə faktiki olduqları, Günayın isə evdə gecələməməsinin iş yerinin uzaq olması və yaşayış şəraitinin əlverişsizliyi ilə əlaqələndirildiyi görünür. Günayın bəzi hallarda atasına məxsus evdə qalması isə onun daimi, müstəqil və uyğun başqa yaşayış sahəsinə malik olduğunu təsdiq etmir. Belə olan halda, Günayın mübahisəli evdə daim gecələməməsi onun həmin evdən könüllü imtina etməsi və ya yaşayış ehtiyacının aradan qalxması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən Günay ilə iddiaçının oğlu Eynəli arasındakı nikah münasibətlərinə xitam verilməsinə əsaslanmaqla onun mübahisəli evdən çıxarılması barədə nəticəyə gəlmək olmaz Iş materiallarında iddiaçının Çayoba kəndində yerləşən 0,26 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın olduğu, həmin torpağın kənd təsərrüfatı təyinatlı göstərildiyi, lakin mübahisəli evə dair ayrıca dövlət qeydiyyatı, yaşayış tikintisinə verilmiş icazə və torpağın təyinatının dəyişdirilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən olunur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti üçün ayrılmamış torpaq sahəsində və ya zəruri icazələr alınmadan inşa edilmiş tikili özbaşına tikinti hesab olunur. Belə tikilini inşa edən şəxs avtomatik olaraq həmin tikiliyə mülkiyyət hüququ əldə etmir. Mülkiyyət hüququnun tanınması isə yalnız Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulan şərtlər mövcud olduqda məhkəmə tərəfindən mümkündür. Bu baxımdan, birinci instansiya məhkəməsinin torpaq sahəsinə mülkiyyət hüququnun mövcudluğundan çıxış edərək tikilinin hüquqi statusunu avtomatik qaydada iddiaçı ilə əlaqələndirməsi əsaslı sayıla bilməz. Torpaq sahəsinə mülkiyyət hüququnun olması həmin torpaq üzərində yerləşən tikilinin qanuni yaşayış evi kimi qeydiyyata alındığını, tikiliyə qanuni gözləntisinin olması və iddiaçının həmin evə dair qeydiyyatlı mülkiyyət hüququna malik olduğunu öz-özlüyündə təsdiq etmir. Lakin tikilinin hüquqi statusunun qeyri-müəyyən olması da əvvəlki məhkəmə qətnaməsi ilə cavabdehin həmin evə köçürülməsi barədə müəyyən edilmiş hüquqi vəziyyəti aradan qaldırmır. Bu məsələ yalnız iddiaçının mülkiyyət hüququnun həcmini və evdən çıxarılma tələbinin əsaslılığını qiymətləndirərkən nəzərə alınmalı olan haldır. Mülki Məcəllənin 157.2-ci maddəsi mülkiyyətçiyə əmlakını qanunsuz sahibliyindən tələb etmək hüququ verir. Lakin bu normanın tətbiqi üçün cavabdehin sahibliyinin qanunsuz olması sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə cavabdehin mübahisəli evdə olması əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Həmin hüquqi əsasın sonradan aradan qalxdığı sübuta yetirilmədiyindən Günayın sahibliyini qanunsuz hesab etmək mümkün deyildir. Iddiaçı yalnız torpaq sahəsinə dair mülkiyyət hüququnun mövcudluğunu göstərməklə, əvvəlki məhkəmə aktı ilə yaranmış istifadə və köçürülmə vəziyyətini avtomatik olaraq aradan qaldıra bilməz. Beləliklə, MM-in 157.2-ci maddəsinin tətbiqi üçün zəruri olan “qanunsuz sahiblik” elementi iş üzrə təsdiq olunmamışdır. Apellyasiya şikayətində MPM-in 261.0.2-ci maddəsinə əsasən icraata xitam verilməsi də xahiş edilmişdir. Lakin həmin norma üzrə icraata xitam verilməsi üçün eyni tərəflər, eyni predmet və eyni əsaslar mövcud olmalıdır. Əvvəlki işdə əsas məsələ Günayın uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi olduğu halda, hazırkı işdə istifadə hüququna xitam verilməsi və çıxarılma tələb olunur. Bundan əlavə, əvvəlki işdə iştirak edən şəxslərin və prosessual vəziyyətin də eyni olmadığı nəzərə alınmalıdır. Buna görə MPM-in 261.0.2-ci maddəsi üzrə icraata xitam verilməsi üçün əsas yoxdur. Bununla belə, həmin hal apellyasiya şikayətinin təmin edilməsinə mane olmur. Apellyasiya instansiyası məhkəməsi MPM-in 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə iş üzrə yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli evdə olmasının hüquqi əsasını, 2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisial və məcburi hüquqi nəticələrini, cavabdehin evdən istifadə etməməsinin səbəblərini, onun başqa yaşayış sahəsinin olub-olmamasını və tikilinin hüquqi statusunu lazımi qaydada araşdırmamışdır. Iddiaçı cavabdehin mübahisəli evə ehtiyacının aradan qalxdığını, başqa yaşayış sahəsi əldə etdiyini və əvvəlki məhkəmə qətnaməsi ilə yaranmış istifadə vəziyyətinə xitam verən qanuni əsasın mövcud olduğunu sübut etməmişdir. Buna görə cavabdehin mübahisəli evdən çıxarılması üçün hüquqi əsas yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh mübahisəli ikiotaqlı fərdi yaşayış evindən çıxarılmasına dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddia ərizəsinin verilməsi və apellyasiya şikayətinin təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları və digər məhkəmə xərcləri onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddia tələbinin təmin olunan – «cavabdeh Cavabdeh ünvan 1ndə yerləşən ikiotaqlı fərdi yaşayış evindən çıxarılması» hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilsin. Iddia ərizəsinin verilməsi və apellyasiya şikayətinin təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.